Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə54/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   50   51   52   53   54   55   56   57   ...   89

_______________Milli Kitabxana___________________ 

 

278 



görünür. Nə  qədər dastanımız naşirini, təd-

qiqatçısını və rəssamını gözləyir.  

Mən bu fikri dərsliklərimiz barədə də söyləyə 

bilərəm. Orta məktəbin “ədəbiyyat” dərslikləri 

təcrübəli alimlərimiz tərəfindən yazılıb. Hər dəfə də 

təkmilləşir. Lakin bu dərsliklər müasir tələblərinə 

cavab vermir. Xüsusilə, “Dədə Qorqud” dastanı ilə 

bağlı  səhifələr, X sinfin “Sovet ədəbiyyatı” dərsli-

yində bəzi mövzular təzədən yazılmalıdır.  

Elə  sənətkarlarımız var ki, onların yaradı-

cılığı müasir dövrün tələblərinə cavab vermir. Mə-

sələn,  ədəbiyyat dərsliyinə  Əhməd Cəmili, yaxud 

Mir Cəlalı əlavə etmək yaxşı olardı. Müasir poezi-

yamızda çox mühüm yer tutan B. Vahabzadə, H. 

Arif, Ə. Kərim, M. Araz kimi qüdrətli sənətkarların 

“Sovet ədəbiyyatı” dərsliyinə daxil edilməsi hələlik 

bir arzudur.  

Ibtidai məktəb dərslikləri haqqında da 

gileyimiz çoxdur. Bu kitablarda obrazlı  təfəkkür 

çatışmır, ibtidailik, primitivlik həmin dərslikləri 

qabağına qatıb aparır. Uşaq dərsliyi oxuyub qur-

tarır, amma biliyi artmır, çünki dərsliklərə çoxlu 

məzmunsuz yazılar daxil edilib.  

Dərsliklərimizin belə kökə düşməsinin səbəbi 

bu sahədə klassik  ənənələrimizdən imtina edilməsi 

ilə bağlıdır. XIX əsrin sonu – XX əsrin əvvəllərində 

yaranmış  dərsliklərimizin  ən böyük məziyyəti on-

ların obrazlı  təfəkkürün məhsulu olması idi. S. Ə. 

Şirvani, A. Səhhət, A. Şaiq, F. B.Köçərli və başqa-



_______________Milli Kitabxana___________________ 

 

279 



ları  dərslik tərtib edərkən başa düşürdülər ki, bu 

kitablar şagirdi əsl vətəndaş olmağa hazırlamalıdır, 

uşağa təbiət və cəmiyyət hadisələri barədə elmi mə-

lumat verməlidir. O zaman dərslik üçün həm özləri 

əsər yaradırlar, həm də rus və avropa klassiklərinin 

ən yaxşı  əsərləri dilimizə çevrilib dərsliklərə sa-

lınırdı. Puşkinin, Tolstoyun, Tutçevin, Krılovun və 

başqalarının  əsərlərinin  ən yaxşı  tərcümələrinə bu 

dərsliklərdə rast gələ bilirik.  

Bəs bu gün bizim dərsliklərimiz öz klassik 

ənənələrindən nə üçün imtina etmişlər? Nə üçün 

bizim  ən yaxşı  əsərlərimiz dərsliklərə düşmür? 

Əvəzində dərslik müəlliflərinin özləri hekayə yazır, 

şeir quraşdırır, kitablara həvəskar yazıçıların 

əsərlərini daxil edirlər? 

Müəlliflər deyir ki, ayrılıqda yaxşı hesab 

olunan əsərlər dərsliyə yaramır. Dərslik əsəri (kur-

siv mənimdir – Z. X.) xüsusi ölçülərə uyğun olma-

lıdır. Bu “xüsusi ölçülər” ilk növbədə onunla səciy-

yələnir ki, kitaba daxil olan əsər birbaşa tərbiyəvi 

fikirdən, nəsihətdən ibarət olmalıdır. Dərslik  əsə-

rindən tələb olunan cəhətlərdən biri də budur ki, 

şeir və ya hekayədə  zəhmətin gözəlliyi təxminən 

belə “tərənnüm” olunmalıdır.  

 

Hər tərəfə yayılır 

Traktorların səsi. 

Hər yandan eşidilir 

Coşğun əmək nəğməsi. 



_______________Milli Kitabxana___________________ 

 

280 



(Z. Cabbarzadə, III sinif, “Oxu” kitabı). 

 

Təbii olaraq, məktəb mövzusu aşağı sinif 



dərsliklərində geniş yer tutur. Lakin həmin möv-

zuda da “ənənəvi” dərslik prinsipi ciddi qorunur. 



Qaldır bizi zirvələrə, 

Fikrimizdə günəş yansın. 

Sahib olaq göyə, yerə, 

Ellər bizə arxalansın. 

(M. Seyidzadə, yenə orada). 

Ibtidai məktəb dərslikləri müəlliflərinin 

uydurduqları  dərslik  əsəri anlayışının  ədəbiyyatı-

mızın və pedaqoji fikrimizin ümumi inkişafından 

nə  qədər geri qaldığını beləcə sübuta yetirmək 

mümkündür. Deməli, bu ölçü köhnəlib, qırılıb 

dağılmalı, yerləşməlidir. 

Bu gün hər bir köhnəliyin izi 

dərsliklərimizdə 

də görünür. Şüarçılıq, 

özündənrazılıq, nəsihətçilik uşaqlarımızın 

oxuduqları kitabları beləcə yavaş-yavaş 

məzmunsuzlaşdırmışdır. Indi onları redaktə etməklə 

heç nəyə nail olmaq mümkün deyil. Çünki onların 

mahiyyəti köhnəlib, yararsızdır. Çürümüş parçadan 

təzə paltar tikmək olmaz! 

Hər yerindən duran dərslik yazır... Indi 

dərsliklərimizin səviyyəsi o qədər aşağı düşüb ki, 

onu təkcə maarif nazirliyi aradan qaldıra bilməz. 

Nə üçün Moldaviyada Qriqori Viyeru və Spiridon 

Vangeli ibtidai sinif dərsliyi yaradır, Belorusiyada 



_______________Milli Kitabxana___________________ 

 

281 



bu  ənənə müvəffəqiyyətlə davam etdirilir, amma 

zəngin dərslik yazmaq təcrübəsi olan bizim respub-

likamızda bir şey etmək mümkün deyil? Müm-

kündür! Bu işə ciddi yanaşılsa! 

Yalnız hərtərəfli biliyi və savadı olan adam-

lar dərslik yaza bilər. Ağzında dərslik deyirsən! 

Qoy bu iş – bu məsul vəzifə elmlər namizədi diplo-

mu olan hər adama tapşırılmasın. 



Dərsliyi orta məktəbdə  zəngin təcrübəsi 

olan müəllimlərlə birlikdə görkəmli alimlər 

yazmalıdır. Elmi şuralardan namizədlik 

diplomunu zorla hər adamı alim hesab etmək 

olmaz! Böyük alimlərin boş damarlarından 

yapışıb, onların qılığına girib, dissertasiyadakı 

qüsurları bir üzünə deyəndə o biri üzünü tutan 

korazehin adamlar alimlik diplomu alandan 

sonra təkcə  ədalarını  və yerişlərini dəyişmirlər, 

uşaqlarımızın taleyini həll edən dərsiklərimizin 

də müəllifinə çevrilirlər.  

“Azərbaycanda uşaq ədəbiyyatı yoxdur!”. Bu 

nidanı Maarif nazirliyinin tabeliyində olan institut-

ların əməkdaşlarının, yəni mövcud dərslik müəllif-

lərinin dilindən tez-tez eşidirik. Hətta nazirliyin 

başçıları da yeri düşəndə  həmin fikri söyləməkdən 

çəkinmirlər. “Yoxdur” sözü müəllifləri ağır yükdən, 

nazirliyi isə yuxarıların tənəsindən xilas edir. Bu 

sözdən sonra dərsliyə istədiyin  əsəri daxil et! Lap 

özün yaz, dostuna, tanışına, nazirlikdə vəzifə tutan 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə