Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

 

 

 

Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya.  

Vəsait yeni nəşr olunan kurikulumla yazılmış tarix dərslikləri əsasında hazırlanmışdı. 

Vəsaitdə  yalnız  tarixi  hadisələr  şərh  edilmir,  onların  mahiyyəti,  səbəb-nəticə  əlaqələri 

haqqında  qısa  xülasə  də  verilir.  Vəsait  orta  məktəb  şagirdləri,  abituriyentlər  və  tarix 

müəllimləri üçün nəzərdə tutulmuşdur. 

 

 

 

 

 

 

 

 

Abituriyentlər üçün vəsait

 

T A R İ X 

Xronologiya 

I HİSSƏ 

Kurikulum dərslikləri əsasında hazırlanmış 

 

 



QƏDİM DÖVR 

 

Qədim Misir 

 

E.ə. IV minilliyin II yarısı

 

Yuxarı Misirdə və Aşağı Misirdə iki müstəqil padşahlıq yarandı.  



E.ə. IV minilliyin sonu

 

Yuxarı Misir ilə Aşağı Misir padşahları arasında  müharibə  baş verdi. Müharibə 



nəticəsində  iqtisadi  cəhətdən  güclü  olan  Yuxarı  Misir  qalib  gəldi,  Yuxarı  və 

Aşağı  Misir  birləşdirildi,  Qədim  Misirin  vahid  dövlətdə  birləşdirilməsi  başa 

çatdı, Vahid Misir dövləti yarandı. Memfis paytaxt oldu.  

E.ə. IV minilliyin sonu

 

Misirdə  yazı  meydana  gəldi.  Misirdə  dövlətin  yaranması  ilə  eyni  vaxda  yazı 



meydana  gəlmişdir.  Bu,  şəkli  yazı  idi.  Sonralar  Misirdə“Müqəddəs  işarələr” 

adlandırılan heroqliflər yarandı. Heroqlif yazı növü, müxtəlif anlayışlardan ibarət 

şəkli yazı idi. 

E.ə. II minillik

 

Misirin paytaxtı Fiv şəhərinə köçürüldü. 



E.ə II minilliyin əvvəlləri

 

 I  Tutmosun  hakimiyyəti.  I  Tutmosun    hakimiyyəti  dövründə  Misir  işğalçılıq 

müharibələrini  genişləndirdi,  Şərqi  Aralıq  dənizi  ölkələrinə  uğurlu  yürüş  təşkil 

edildi, yürüşlər nəticəsində Misirin ərazisi Fərat çayına qədər çatdı. 



E.ə II minilliyin ortaları

 

III  Tutmosun  hakimiyyəti.  III  Tutmosun  (1504-1450)  hakimiyyəti  dövründə 

Misirin  siyasi  hakimiyyəti  altında  olan  Ön  Asiya  ölkələri  firona  tabe  olan 

canişinlərtərəfindən  idarə edilirdi. 



E.ə. XIII əsrin əvvəlləri

 

II  Ramzesin  hakimiyyəti.  II  Ramzesin  dövründə  (1301-1235)  Misirin  yenidən 

geniş işğalçı yürüşləri başlandı. II Ramzes het tayfalarını məğlub edərək onlarla 

sülh bağladı. Fələstin, Finikiya və Suriyanın cənubu yenidən Misirin hakimiyyəti 

altına düşdü. Beləliklə, II Ramzes III Tutmos kimi işğalçı müharibələr apararaq 

Fələstini, Finikiyanı və Suriyanı Misirə tabe etdi. Lakin II Ramzesin vəfatından 

sonra Ön Asiyada Misirin mövqeyi zəiflədi. II Ramzesin Misirdə 66 il fironluq 

etdiyi  dövrdə  ölkədə  aşağıdakı  quruculuq  işləri  həyata  keçirildi:  yeni  şəhərlər 

salındı,  Misir  və  Nubiyada  böyük  sərdabələr,  saraylar  və  məbədlər  tikildi, 

Nubiyadakı məbəddə II Ramzesin 24 metrlik heykəli ucaldıldı. 

 

 

      Qədim Mesopotamiya. Babil 



 

E.ə. VII-VI minilliklər

 

Türkdilli xalqlar  olan  şumerlər Mərkəzi  Asiya  və  Altay dağlarının  ətəklərindən 



gələrək Mesopotamiyada məskunlaşdılar. 

E.ə. III minilliyin əvvəlləri

 

Mesopotamiyada  şəhər-dövlətlər  meydana  gəldi.  Həmin  şəhər-dövlətlər  Eredu, 



Laqaş, Umma, Nippur idi. 

 

E.ə. III minilliyin əvvəlləri

 

Şumerlər  mixi  yazı  növünü  yaratdılar.  Şumerlərdən  sonra  şimalda  yaşayan 



akkadlar, babillər və aşşurlar da mixi yazını mənimsəmişdilər. 

E.ə III minillik

 

Qədim  Mesopotamiya  memarlığında    zikkurat  formalı  pilləli  məbədlər    geniş 

yayıldı. 

E.ə. II minilliyin əvvəli

 

Babil  şəhər-dövləti  yarandı.  Babil  şəhər-dövləti  Mesopotamiyada  yaranmışdı. 



Dövlətin  banisi  Sumuabum,  paytaxtı  isə  Babil  şəhəri  olmuşdu.  Yunanlar  onu 

Vavilion, akkadlar isə Babili (Tanrının qapısı) adlandırırdılar. 



E.ə. 1792-1750-ci illər

 

Hammurapinin  hakimiyyət  illəri.  Hammurapinin  hakimiyyəti  dövründə 

kanalların  və  yolların  çəkilməsi  genişləndi,  yeni  binaların  tikilməsinə  diqqət 

artırıldı,  əkin  sahələri  və  bağçılıq  genişləndi,  sənətkarlıq  və  ticarətin  inkişafına 

böyük  diqqət  yetirirdi,  bütün  ölkə  üçün  vahid  qanunlar  külliyyatı  tərtib  edildi. 

Hammurapinin  282  maddədən  ibarət  olan  qanunlar  külliyyatı  qara bazalt    daş 

üzərinə mixi yazı ilə həkk olunmuşdu. 



 

Finikiya. Assuriya 

 

E.ə. II minillik

  

Finikiyalılar Tir, Sidon və Bibil kimi ticarət şəhər dövlətləri yaratdılar. 



E.ə. II minillik

    


 

Finikiyalılar ən yaxşı gəmi inşaatçıları və dənizçilər olmuşlar. 



E.ə. XVI əsr

 

Finikiyalılar  Şimali  Afrikada,  Kipr,  Sardiniya,  Siciliya  adalarında  koloniyalar 

saldılar. 

E.ə II minillik

 

Aşşur  dövləti  yarandı.  Aşşur  dövləti  Babildən  şimalda,  Dəclə  çayının  yuxarı 

axarında  yaranmış,  e.ə.  IX-VIII  əsrlərdə  Ön  Asiyanın  ən  qüdrətli  dövləti 

olmuşdu. 



E.ə. VIII-VII əsrlər

 

Aşşur dövləti Babili, Suriyanı və Fələstini işğal etdi. 



E.ə. 612-ci il

 

Aşşur  dövlətinin  paytaxtı  Nineva  şəhəri  Midiya  və  Babil  qoşunları  tərəfindən 

tutuldu. 

E.ə. 605-ci il

 

Aşşur dövləti Midiya və Babil dövləti tərəfindən süquta uğradıldı. 



 

 

                       Midiya, Əhəmənilər  və Parfiya dövləti 



 

E.ə. II minilliyin sonları

   

Ari tayfaları İran ərazisində məskunlaşdılar. 



E.ə. VIII əsrin sonu

 

Deyok  Midiyada  dövlət  yaratmağa  təşəbbüs  etdi,  Ekbatan  (Həmədan)  şəhərini 



saldırdı və Midiya dövətinin paytaxtı elan etdi.  

E.ə. 672-ci il

 

 



Midiya tayfaları aşşurların işğalından xilas oldular. 

E.ə 672-550-ci illər

 

 

Midiya dövlətinin mövcud olması dövrü. 



E.ə. VII əsr

 

 



Zərdüştilik dini meydana gəldi. 

E.ə. VII əsrin ortaları

 

Aşşur  dövləti  ilə  Midiya  arasında  müharibə  baş  verdi.  Kaştariti  (e.ə  672-653) 

Aşşura yürüş etdi. Əvvəl midiyalılarla dostluq edən kimmer, iskit və sak tayfaları 

bu  döyüşdə  aşşurlara  köməkək  etməsi  nəticəsində  midiyalılar  məğlub  oldu, 

Midiya  hökmdarı  Kaştariti  həlak  oldu  və  Midiya  iskitlərin  hakimiyyəti  altına 

düşdü.  


E.ə 625-585-ci illər

 

Kiaksarın hakimiyyəti. Kiaksarın hakimiyyəti dövründə Midiyada iskit ağalığına 

son  qoyuldu.  Kiaksarın  hərbi  islahatına  əsasən  Midiya  ordusu  yenidən  quruldu, 

ordu  nizəçi  və  oxçu  dəstələrinə  bölündü,  süvarilər  (atlılar)  piyadalardan  ayrıldı, 

güclü nizami ordu yaradıldı. 

E.ə. 616-612-ci illər

 

Midiya  və  Babil  qoşunları  Aşşur,  Arbela,  Kalat  və  Nineva  şəhərlərini  işğal 



etdilər. 

E.ə. 605-ci il

 

Aşşur  dövləti  süqut  etdi.  Onun  torpaqları  isə  Midiya  və  Babil  arasında 



bölüşdürüldü. 

E.ə 585-550

 

 



Midiyanın sonuncu hökmdarı Astiaqın hakimiyyəti dövrü. 

E.ə. 550-ci il

 

II  Kir  Ekbatan  şəhərini  tutaraq  Midiya  hökmdarı  Astiaqı  taxtdan  saldı    və  

Əhəmənilər dövlətinin əsasını qoydu. Midiya dövləti süqut etdi. 

E.ə 550-330-cu illər

 

 

Əhəmənilər dövlətinin mövcud olması dövrü. 



E.ə 550-530-cu illər

 

II Kirin kakimiyyəti. II Kirin kakimiyyəti dövründə Əhəmənilər Midiyanın bütün 

ərazilərini işğal etdilər, Kiçik Asiyada Lidiya çarlığının əraziləri tutuldu, Misirə 

qədər bütün ölkələr Əhəmənilər dövlətinə tabe edildi, massaget tayfalarına qarşı 

uğursuz hərbi yürüş təşkil edildi. 

E.ə 530-522-ci illər

 

 

II Kambizin hakimiyyəti. 



E.ə. 525-ci il

 

II  Kambiz  Misirə  yürüş  etdi.  Yürüş  nəticəsində  Misir  ələ  keçirildi.  Misir 

kahinləri II Kambizi firon elan etdilər. 

E.ə. 522-ci il

 

Əhəmənilər dövlətində Qaumata üsyanı baş verdi. Qaumata (Bardi) Əhəmənilər 

dövlətində  hakimiyyəti  ələ  keçirdi.  Qaumatanın  yeddi  aylıq  hakimiyyəti 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə