Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

Qafqaz xalqları 

 

III əsr



   

 

 



Sasanilər tərəfindən Cənubi Qafqaz  işğal edildi. 

VII-VIII əsrlər

   

 

Cənubi Qafqaz ərəb işğallarına məruz qaldı. 



VIII əsrin 30-cu illəri

 

 

Ərəb xilafətinin parçalanması nəticəsində Tiflis müsəlman əmirliyi yarandı. 



VIII-IX əsrlər

 

Ərəb  xilafəti  parçalandı  və  Qafqazda  ilk  müstəqil  feodal  dövlətlər 

(Azərbaycanda  Şirvanşahlar,  Sacilər,  Salarilər,  Şəddadilər,  Rəvvadilər,  Şəki 

hakimliyi,  Tiflis  əmirliyi,  Dərbənd  əmirliyi  Gürcüstan  ərazisində  isə  Abxaziya, 

Kartli-Kaxetiya çarlıqları, Tao-Klarceti knyazlığı) meydana gəldi. 

XI əsrin əvvəlləri

 

 

Gürcüstan vahid dövlətdə birləşdirildi. 



XI əsrin əvvəlləri

 

Səlcuq türklərinin Qafqaza axınları baş verdi. Cənubi Qafqaz və Dağıstan Böyük 

Səlcuq imperatorluğunun tərkibinə qatıldı. 

1089-1125-ci illər

 

Gürcü  çarı  IV  Davidin  hakimiyyəti  dövrü.  Səlcuq  imperatorluğunun 

zəifləməsindən istifadə edən gürcü çarı IV David Azərbaycanın qərb torpaqlarını 

işğal  etməyə  çalışırdı.  Nəticədə  Tiflis,  Dəbil  və  Ani  kimi  müsəlman  şəhərləri 

gürcülər tərəfindən işğal edildi. 

XIII əsr

 

Qafqaz  xalqları  monqolların  yürüşlərinə  məruz  qaldı.  Cənubi  Qafqaz  Hülakü 

imperatorluğunun  tərkibinə  qatıldı.  Şimali  Qafqaz  isə  Hülakü  və  Qızıl  Ordu 

dövlətləri arasında bölüşdürüldü. 



XIV əsrin 80-ci illəri

 

 

Qafqaz Teymurilər dövləti tərəfindən işğal olundu. 



XV əsr 

 

 



 

Azərbaycanda Qaraqoyunlu və Ağqoyulu sülalələri hakimiyyətdə oldu. 



XV əsrin sonları

  

 

Gürcüstanda Kartli, Kaxetiya və İmeretiya çarlıqları meydana gəldi. 

 

 

Ərəb xilafəti. Xilafətin parçalanması 



 

610-cu il

 

 

 

İslam dini meydana gəldi. 



622-ci il

 

Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə hicrət etdi və Mədinədə müsəlman 

icması yaratdı.  

630-cu il

 

 



Ərəb dövləti yarandı. 

630-1258-ci illər

  

 



Ərəb dövlətinin mövcud olması dövrü. 

630-632-ci illər

   

 

Məhəmməd Peyğəmbərin hakimiyyəti dövrü. 



632- 661-ci illər

 

Ərəb dövlətində Xəlifələr dövrü. Xəlifələr dövründə Ərəb dövləti  ardıcıl olaraq 



xəlifə  Əbu  Bəkr,  Ömər,  Osman  və  Əli  tərəfindən  idarə  olundu.  Xəlifələr 

dövründə  ərəb işğalları  genişləndi,  ərəblər  Bizans  və  İran (Sasani) torpaqlarını, 

Şimali Afrikanı  ələ keçirdilər, Sasanilər dövlətinin varlığına son qoyul, ərəblər 

yürüşlərini  Şərqdə  Hind  çayı  vadisinə  qədər  davam  etdirdilər,  Ərəb  xilafəti 

Atlantik okeanından Hindistan və Çinədək olan geniş əraziləri özünə birləşdirdi. 

661-ci il 

 

 

 

Ərəb dövlətində Əməvilər sülaləsi hakimiyyətə gəldi.  



661-750-ci illər

 

Əməvilər  sülaləsinin  hakimiyyəti  dövrü.    Əməvilər  dövründə  paytaxtı  Məkkə 

şəhərindən Dəməşqə köçürüldü, ərəb işğalları daha da genişləndi, Xilafət ordusu 

indiki Cəbəlüttariq boğazını keçərək Avropaya doğru irəlilədilər. 



732-ci il

 

Ərəblərlə franklar arasında  Puatye döyüşü baş verdi. Döyüş nəticəsində ərəblər 

məğlub edildi və onların Avropanın içərilərinə doğru irəliləməsinə son qoyuldu. 

750-ci il

 

Ərəb  dövlətində  Əməvilər  sülaləsinin  hakimiyyəti  başa  çatdı  və  Abbasilər 

sülaləsi hakimiyyətə gəldi.  

750-1258-ci illər

 

Abbasilər  sülaləsinin  hakimiyyəti  dövrü.  Abbasilər  sülaləsinin  hakimiyyəti 

dövründə  Əməvilərin    işğalçılıq  siyasəti  davam  etdirildi,  paytaxt  Dəməşq 

şəhərindən  Bağdada  köçrülməsi  ilə  Ərəb  xilafəti  Bağdad  xilafəti  adlanmağa 

başladı,  Xilafətdə  əhalinin  geniş  çıxışları  -  Mərkəzi  Asiyada  Müqənna, 

Azərbaycanda  Xürrəmilər  üsyanı  baş  verdi,  İspaniyada  yaranmış  Kordova 




əmirliyi  müstəqil  oldu,  Mərakeş,  Əlcəzair,  Tunis,  Liviya,  Yəmən  və 

Xorasan mərkəzi  hakimiyyətdən  ayrıldı,  İran və Misir   Xilafətin  tərkibindən 

çıxdı,  Ərəb  xilafəti  zəiflədi  və  dağıldı,  ərəblər  səlcuqların  və  monqolların 

hücumuna məruz qaldı. 



IX əsr

 

Ərəb  dövlətində    və  orduda  türklər  mühüm  rol  oynamağa  başladılar.Xilafətin 

görkəmli  sərkərdələri  olan  Afşin  və  Əbu  Sac  türk  mənşəli  idilər.  Misirdə 

Tulunilər  sülaləsinin  əsasını  qoymuş  Əhməd  İbn  Tulun  dövrünü  (876-879) 

tarixçiləri Misir tarixinin “qızıl dövrü” adlandırırlar. 

IX əsr

 

Ərəb  xilafəti  parçalandı.  Ərəb  xilafətinin  dağılmasının  səbəbi  Xilafətin  işğal 

etdiyi  ərazilərdə  başlayan  azadlıq  hərəkatı,  iri  feodalların  (əmirlərin) 

müstəqilliyinin artması və daxili hakimiyyəti çəkişmələri idi. 



861-ci il

 

Xəlifənin 

Şirvandakı 

canişini 

 

Şirvanı 


müstəqil 

elan 


etdi. 

Azərbaycan Şirvanşahlar dövləti yarandı. 



861-1538-ci illər

 

 

Şirvanşahlar dövlətinin mövcud olması dövrü. 



875-999-cu illər

 

Samanilər  dövlətinin  mövcud  olması  dövrü.  Paytaxtı  Buxara  şəhəri  olan 



Samanilər dövlətinin ərazisinə Mavəraənnəhr, Xorasan və Şimal-Şərqi İran daxil 

idi. 


879-cu il

  

Azərbaycan  ərazisində Sacilər    (879-941)  dövləti    meydana  gəldi.  Sacilər 



dövlətinin  ərazisi  qərbdə  Ani  və  Dvindən  şərqdə  Xəzər  dənizinədək,  cənubda 

Zəncandan şimalda Dərbəndədək olan torpaqları əhatə edirdi. Sacilərin dövründə 

bütün Azərbaycan torpaqları ilk dəfə vahid dövlət halında birləşdirildi.  

941-ci il

 

 

Sacilər dövləti süqut etdi. Salarilər  (941-981) dövləti yarandı. 



981-ci il

 

 

Salarilər dövləti süqut etdi. Rəvvadilər dövləti yarandı. 



927-ci il

  

 

 

Qaraxanlı dövləti yarandı. 



927-1212-ci illər

 

Qaraxanlı dövlətinin mövcud olması dövrü. Dövlətin əsasını Qutluq Bilgə Qədir 

xan  qoymuşdu.  Qaraxanlı  dövlətinin  ərazisi  Balxaş  gölündən  başlayaraq 

Hindiquş  dağlarına  qədər  olan  torpaqları  əhatə  edirdi.  Dövlətin  paytaxtları 

Qaşqar, Balasaqun və Uzgen şəhərləri olmuşdu. 

962-ci il

 

Qəznəvilər  dövləti  yarandı.  Mərkəzi  Asiyada  yaranmış  Qəznəvilər  dövlətinin 

əsasını Alptəkin qoymuşdu.  

962-1187-ci illər

 

 

Qəznəvilər dövlətinin mövcud olması dövrü. 



998-1030-cu illər

 

Sultan  Mahmud  Qəznəvinin  hakimiyyəti  dövrü.  Sultan  Mahmud  Qəznəvinin 

hakimiyyəti  dövründə  Qəznəvi  dövlətinin  qüdrəti  daha  da  artırdı  və  ərazisini  

xeyli  genişləndi,  Samanilər  dövləti  süquta  uğradıldı  və    ərazisi  Qəznəvi  və 

Qaraxanlı dövlətləri arasında bölüşdürüldü, Hindistana hücum edərək onun şimal 

və  şimal-şərq  torpaqları  işğal  edildi,  Qəznəvi  dövlətinin  ərazisi  Hindistandan 

Xəzərsahili torpaqlarına qədər genişləndi. 

999-cu il

 

Qaraxanlılar  Buxara  şəhərini  tutdu    və    Samanilər  dövlətinin  varlığına    son 

qoyuldu. 

1187-ci il

 

 

Qəznəvilər dövləti süqut etdi. 



1212-ci il

 

 

 

Qaraxanlı dövləti Xarəzmşahlar dövləti tərəfindən süquta uğradıldı. 



XII əsrin 70-ci illəri

 

 

Gurlu tayfaları Qəznəviləri məğlub edərək  onları Şimali Hindistana sıxışdırdı. 



1187-ci il

 

 

 

Qəznəvilər dövləti süqut etdi. 



1258-ci il

 

Hülakü xan Bağdadı ələ keçirdi,  Abbasilər sülaləsinin hakimiyyəti başa çatdı və 

Ərəb xilafəti süqut etdi.  

 

 



 

 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə