Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   22

İsgəndər  Mərkəzi  Asiyada  Baktiriya  və  Soqdiananı  ələ  keçirdi.  İsgəndərin  son 

yürüşü Hindistan oldu. 



E.ə. 334-cü il

  

 



Qranik döyüşü. 

E.ə. 333-cü il

 

 

İss döyüşü. 



E.ə. 331-ci il

 

Qavqamel  (Cancaı)  döyüşü.  III  Daranın  qoşunları  İsgəndər  tərəfindən  məğlub 



edildi. 

E.ə. 330-cu il

 

III  Dara  Baktriya  satrapı  Bess  tərəfindən  öldürüldü.  Əhəməni  imperiyası  süqut 

etdi. 

E.ə. 328-ci il

 

 

Makedoniyalı İsgəndər Hindistana yürüş etdi.  



E.ə. 323-cü il

 

İsgəndər    vəfat  etdi  və  onun  vəfatından  sonra  imperiya  bir  neçə  padşahlığa 

parçalandı. Onun yaratdığı imperiyanın yerində Makedoniya, Suriya (Seleviklər) 

və  Misir  padşahlıqları  yarandı.  Sonralar  isə  Seleviklər  dövləti  dağılaraq  Yuna-

Baktriya və   Parfiya dövlətlərinə parçalandı.

 

 



 

Qədim Roma 

 

E.ə. 753-cü il

 

 

 



Roma şəhərinin əsası qoyuldu. 

E.ə. 753-509-cu illər

  

Romada  padşahlq  dövrü.  Padşahlıq  dövrü  Roma  şəhərinin  ysalınmasından  e.ə. 



509-cu  ilə  qədər  davam  etmişdi.   Bu  dövrdə  Roma  dövlətini  padşah  və  senat 

(“Ağsaqqallar şurası”)  idarə edirdi. 



E.ə. 509-cu il

 

Roma  üsyan  baş  verdi.    Romanın  sonuncu  padşahı  çox  qəddar  olduğu  üçün 

romalılar  ona  qarşı  üsyan  qaldırdı.  Üsyan  nəticəsində  Romada  padşahlıq  idarə 

üsulu ləğv edildi və Romada respublika quruluşu yaradıldı.  



E.ə. 509-cu il

  

 



Romada respublika quruluşu yarandı. 

E.ə. 509 – e.ə 30-cu il

  

Romada  respublika  quruluşunun  mövcud  olması.  Respublika  dövründə  ali 



hakimiyyət orqanı olan  Xalq yığıncağı hər il patrisilərin sırasından Romanı idarə 

etmək üçün iki konsul və məmurları seçirdi. 



E.ə V-III əsrlər

 

Romada  patrisilərlə  plebeylər    arasında  mübarizə  baş  verdi.  Mübarizəsi  



nəticəsində  plebeylər  qalib  gələrək  Romanın  tamhüquqlu  vətəndaşına 

çevirildilər, hər bir Roma vətəndaşı istənilən vəzifə tutmaq (xalq tribunu seçmək 

və  konsul  vəzifəsini  tutmaq)  və  icma  torpaqlarında  pay  almaq  hüququ 

qazandılar. 



E.ə. V əsrin əvvəli

  

Plebeylər xalq tribunlarını seçmək hüquqlarını qazandılar. Xalq tribunu Romada 



plebeylərin  mənafeyini  müdafiə  etmək  üçün  seçilirdi.  O,  konsul  və  senatın 

plebeylərə  aid  hər  bir  sərəncamına  veto  qoymaq  (ləğv  etmək)  hüququna  malik 

idi. 

E.ə 390-cı il

 

Qall (kelt) tayfalarının Romaya yürüşü. Yürüş nəticəsində  Roma ordusu pərən-



pərən salındı, qallar Roma şəhərinin Kapitoli təpəsi üzərindəki qaladan başqa hər 

yeri tutaraq dağıtdı. Romanı tutan qallar 300 kq qızıl almaq şərti ilə şəhəri tərk 

etdilər. 

E.ə III əsr

 

 



Cənubi İtaliyanı tutmaqla Roma bütün İtaliyanın  işğalını başa çatdırdı. 

E.ə. 264-146-cı illər

  

Pun müharibələri. Romanın Siciliyanı istila etmək istəyi Karfagen arasında  Pun 



müharibələrinə  səbəb  oldu.    Pun  müharibələrinin  gedişi  zamanı  Siciliya, 

Sardiniya,  Korsika  adaları  Roma  tərəfindən  işğal  olundu,  Karfagen  şəhəri 

tutularaq  tamamilə  dağıdıldı,  Roma  senatının  qərarı  ilə  Karfagen  Romanın 

əyaləti elan edildi.  



E.ə. 146-cı il

 

Karfagen  şəhəri  Roma  tərəfindən    tutularaq  dağıdıldı  və  Romanın  əyalətinə 



çevrildi. 

E.ə. 146-cı il

  

 



Yunanıstan Roma tərəfindən işğal olundu. 


E.ə. 133-cü il

 

Tiberi  Qrakx  xalq  tribunu  seçildi.  Xalq  tribunu  seçilən  Tiberi  Qrakx  kəndlilər 



üçün yeni torpaq qanunu təklif etdi. Xalq yığıncağı torpaq qanununu qəbul etdi. 

Tiberi  Qrakxın  torpaq  qanununa  əsasən  torpaqlar  quldarlardan  alınmağa  və 

yoxsullara paylanmağa başlandı.  

E.ə. 123-cü il

  

 



Qay Qrakx xalq tribunu seçildi. O da tribun seçildikdən sonra kəndlilərə torpaq p

 

aylanmasını davam etdirdi.  



E.ə. 74-71-ci illər

 

Kapuya  şəhərindəki  qladiator  məktəbində  qullar  Spartakın  başçılığı  ilə  üsyan 



qaldırdılar. 

E.ə 71-ci il

 

Spartak ilə Roma qoşunu arasında son döyüş baş verdi. Döyüş nəticəsində Roma 



qoşunları  üsyançıları  darmadağın  etdi,  Spartak  döyüşdə  həlak  oldu.  Üsyanının 

yatrılmasında Roma sərkərdəsi Krass və Pompey fəal iştirak etdilər. 



E.ə 49-cu il

 

Yuli  Sezar    Qalliyadan  Roma  üzərinə  hücum  etdi.  Sezarla  Pompey  rərəfdarları 

arasında müharibə baş verdi. Müharibə nəticəsində Sezar qalib gələrək Romada 

təkbaşına hakimiyyəti ələ aldı. Sezar tərəfdarları ilə Pompey tərəfdarları arasında 

vuruşmalar Romada birinci vətəndaş müharibəsi adlanır. 

E.ə 49-44-cü illər

 

Yuli  Sezarın  Romada  təkbaşına  hakimiyyəti  dövrü.  Sezar  Romada  ali 

hakimiyyəti  ələ  aldıqdan  sonra  senat  onu  ömürlük  diktator elan  etdi  və 

və imperator titulunu  verdi.  Lakin,  Yuli  Sezar  Romada  respublikaya  son 

qoymadı. Buna baxmayaraq Sezara padşah kimi ehtiram göstərilirdi. 

E.ə 44-cü il

 

 

Yuli Sezar sui-qəsd nəticəsində öldürüldü. 



E.ə 30-cu il

 

Antoni  və  Oktavian  arasında  Romada  yeni  (ikinci)  vətəndaş  müharibəsi  baş 

verdi.   İkinci vətəndaş müharibəsi Oktavianın Antoni üzərində qələbəsi ilə başa 

çatdı, həlledici döyüşdə Antoni məğlubiyyətə uğradı, Oktavian Romanın şərq və 

qərb  əyalətlərinin  tək  hakimi  oldu,  Oktavian  qoşunları  İsgəndəriyyə  şəhərini 

tutdular, Misir Romanın əyalətinə çevirildi. 



E.ə 30 – e. 14-cü illər

 

Oktavian  Avqustun  hakimiyyəti.  Oktavian  hakimiyyəti  dövründə  Romada 

təkbaşına hakimiyyət yaratdı və Roma dövləti ilk dəfə imperiya adlandırıldı.  

E.ə 30 - e. 476-cı illər

 

 



Romada imperiya dövrü. 

E.ə. I əsr – e. I əsri

 

 



Roma poeziyasının «qızıl dövrü» adlanır. 

I əsr

 

 

Roma əyaləti olan Fələstində xristianlıq dini meydana gəldi. 



II əsr

 

 

Romada iqulların öldürülməsi qadağan edildi. 



II-III əsrlər

 

Romada quldarlıq quruluşunun tənəzzülü  başlandı, «daxmalı qullar» və kolonlar  

meydana  gəldi.  Tənəzzülünün  əsas  səbəbləri  quldarlığın  texnikanın  və  ticarətin 

inkişafını ləngitməsi, qulun öz əməyinin nəticəsində  maraqlı olmaması və kənd 

təsərrüfatının tənəzzül etməsi idi. «daxmalı qullar» ailə qurmağa icazəsi olan qul

kolonlar isə torpaq sahibinə icarə haqqı ödəyən azad kəndlilər idi. 



313-cü il

 

Roma  imperatoru  Konstantin  xristianlığı  dövlət  dini  kimi  qəbul  etdi  və 

xristianlara açıq ibadət etməyə, onlara məbədlər tikməyə icazə verdi. 

330-cu il

  

Roma  imperiyasının  paytaxtı  Vizantiyə  (Bizans)  köçürüldü  və  imperator 



Konstantinin şərəfinə Konstantinopol adlandı. 

395-ci il

 

Roma  imperiyası  iki  hissəyə  parçalandı.  Qərbi  və  Şərqi  Roma  imperiyaları 

yarandı. 

395-476-cı illər

 

 

Qərbi Roma imperiyasının mövcud olması. 



395-1453-cü illər

 

 

Şərqi Roma (Bizans) impesiyasının mövcud olması. 



451-ci il

 

Qərbi  Hun  imperatoru  Atilla  ilə  Roma  ordusu  arasında  Katalaun  döyüşü  baş 



verdi. 

455-ci il

 

Vandallar    Afrikadan  İtaliyaya  keçərək  Roma  şəhərini  dağıtdı  və  vandalizm 

hadisəsini törətdi. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə