Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Böyük Səlcuq dövləti 

 

1038-ci il

 

 

 

Toğrul bəy tərəfindən Səlcud dövlətinin əsası  qoyuldu.  



1038-1157-ci illər

 

Böyük  Səlcuq  dövlətinin  mövcud  olması.  Dövlətin  əsası  Toğrul  bəy  tərəfindən 

qoyulmuşdu.  I  Toğrulun  dövründə  dövlətin  əraziləri  Mavəraənnəhrdən 

Mesopotamiyaya və Hindiquş dağlarına qədər torpaqları əhatə edirdi. 



1040-cı il

 

Səlcuqlarla  qəznəvilər  arasında  Dəndənəkan  döyüşü  baş  verdi.  Döyüş 

nəticəsində  səlcuq  ordusu  Qəznəviləri  darmadağın  etdi,  səlcuqlar  üçün 

Azərbaycan,  İran  və  İraqa  yol  açıldı.  Döyüşdə  qazanlıan  qələbəyə  görə  Toğrul 

bəyə Sultan titulu verildi. 

1040-1063-cü illər

 

 

Sultan I Toğrulun hakimiyyəti. 



1040-cı il

 

Mərv  qurultayı  keçirildi.  Qurultayda  səlcuqlar  Qərb  və  Şərq  istiqamətlərində 

yeni  torpaqlar  tutmağı  planlaşdırdılar,  İran,  Cənubi  Qafqaz  və  Bizansa  qarşı 

hücuma keçmək qərarı alındı. 



1043-cü il

 

Səlcuq dövlətinin paytaxtı Nişapurdan Rey şəhərinə  köçürüldü. Səlcuq orduları 

buradan  Həmədan,  İsfahan  və  Gilanı  tutaraq  Azərbaycana  doğru  yürüşə 

başladılar. 



1054-cü il

 

Səlcuqlar  Cənubi  Qafqaza  hücum  edərək  Rəvvadiləri,  Şəddadiləri  və  Tiflis 

müsəlman əmirliyini özlərinə tabe etdilər. 

1055-ci il

 

Sultan I Toğrul Bağdada yürüş etdi. Yürüş nəticəsində səlcuqlar Ərəb xilafətinin 

paytaxtı Bağdadı tutdular. Xəlifə I Toğrula “Şərqin və Qərbin hökmdarı” titulunu 

verdi. Abbasilər xilafəti səlcuq türklərindən asılı vəziyyətə düşdü. 



1063-1072-ci illər

 

 

Alp Arslanın hakimiyyəti. 



1071-ci il  26 avqust

 

Səlcuqlarla Bizans arasında Malazgird döyüşü baş verdi. Döyüş zamanı oğuz və 

peçeneqlər  səlcuqların  tərəfinə  keçdilər.  Səlcuqlar  qalib  gələrək  Bizans 

imperatoru  Diogeni  əsir  aldılar.  Döyüşün  Səlcuqlar  üçün  aşağıdakı  nəticələri 

oldu:  Bizans  hər  il  səlcuqlara  vergi  verməli,  lazım  gələndə  səlcuqlara  hərbi 

yardım  göstərməli  idi,  Şərqi  Anadolu  torpaqları  Səlcuqlara  verildi.  Bağdad 

xəlifəsi  Malazgirddəki  qələbə  münasibətilə  Alp  Arslana  “Müsəlmanların 

xilaskarı” və “İslamın nuru” titulunu verdi. 



1072-1092-ci illər

 

I  Məlikşahın  hakimiyyəti.  I  Məlikşahın  hakimiyyət  illəri  Səlcuq  imperiyasının 

çiçəklənməsi  dövrü  idi.  I  Məlikşahın  dövründə  Konya,  Ankara,  Suriya  (Qüds) 

tutuldu,    paytaxt  İsfahana  köçürüldü,    vahid  çəki,  ölçü  və  pul  sistemi  tətbiq 

olundu,  tacirlər  bəzi  rüsumlardan  azad  edildi,  “Məlikşah  cədvəli”  (“Cəlali 

təqvimi”) tərtib edildi. Sultan I Məlikşahdan sonra Səlcuq imperiyası zəifləməyə 

başladı və ayrı-ayrı əmirlər arasında ara müharibələri başlandı. Səlibçilər Qüdsü 

işğal etdilər. 



1118-1157-ci illər

 

Sonuncu  Səlcuq  hökmdarı  Sultan  Səncərin  hakimiyyəti.  Səncərin  dövründə 

dövlətin  bütövlüyü  pozuldu,  kəndlilərin  və  sənətkarların  üsyanları,  saray 

çəkişmələri  dövləti  zəiflətdi.  Onun  ərazisində  Kirman,  Konya,  Suriya,  İraq 

Səlcuq  sultanlıqları,  Azərbaycan  Atabəyləri,  Kiçik  Asiyada  bir  sıra  əmirliklər 

yarandı.Səncərin ölümündən sonra Səlcuq imperiyası süquta uğradı. 



1157-ci il

 

Səlcuq imperiyası süqut etdi.  

 

 

 



 

 

 




Hindistan. Dehli sultanlığı. Böyük Moğol imperatorluğu 

 

IV əsr

   

 

 

Hindistanda Qupta sülaləsi hakimiyyətə gəldi. 



IV-V əsrlər

 

Hindistanda Qupta sülaləsinin hakimiyyəti dövrü. Bu sülalənin hakimiyyət dövrü  

«Hindistanın qızıl əsri» adlanır. 

V əsrin sonları

 

Qupta hökmdarları Ağ hun imperatorluğundan asılı vəziyyətə  düşdülər. Qupta 

dövləti parçalandı. Qupta imperiyasının süqutundan sonra Hindistanda Xarşa 

dövləti yarandı. 



VI-XIII əsrlər

 

Hindistanda  feodal  dağınıqlığı  dövrü.  Hindistanda  feodal  dağınıqlığının  səbəbi 

kasta  sistemi,  ölkənin  çoxmillətli  olması  və  müxtəlif  dini  etiqadların  mövcud 

olması idi. 



VIII əsrin əvvəllləri

 

 Ərəblər  Hindistana  yürüş  etdilər.  Ərəblərin  Hindistana  yürüşləri  nəticəsində 

Hindistanın qərbi ərəblər tərəfindən işğal edildi və Hindistanda  iki ərəb əmirliyi 

- Mənsurə (Sindin cənubunda) və Multan əmirlikləri yarandı, Hindistanda İslam 

dini  yayılmağa  başladı  və  yerli  dinləri  sıxışdırıb  aradan  çıxardı,  İslam 

mədəniyyəti Hindistanda yayılmağa başladı. 



XI əsrin əvvəlləri

 

Qəznəvi  hökmdarı  Sultan  Mahmud  Hindistana  17    dəfə  yürüş  etdi.  Sultan 

Mahmudun  Hindistana  yürüşləri  nəticəsində  Kəşmir,  Pəncab  və  Qucarat 

əyalətlərini  Qəznəvilər  dövlətinin  tərkibinə  qatıldı,  Hindistanın  şimalında  türk-

müsəlman  əhalinin  məskunlaşması  və  bu  yerlərdə  İslam  dininin  yayılması 

gücləndi. 



XII əsr

 

Türk  tayfaları  Hindistan  ərazilərinə  aramsız  yürüşlər  edirdilər.  Bu  hücumların 

nəticəsində türklər Hindistanı ələ keçirərək burada yeni dövlət yaratdılar. 

1206-cı il

 

Qütbəddin  Aybək  tərəfindən  Hindistanda  Dehli  sultanlığının  əsasını  qoydu. 

Dehli sultanlığı Hindistan ərazisində  müsəlman türklərin yaratdığı ilk ən böyük 

dövlət idi. Qütbəddin Aybək hakimiyyəti dövründə Hindistanda möhkəmlənmək 

məqsədilə İslamın və türk dilinin yayılmasına can atırdı. 

1206-1526-cı illər

 

Dehli sultanlığının mövcud olması dövrü. 



1211-ci il

 

Dehli  sultanlığında  Şəmsiyyə  sülaləsi  hakimiyyətə  gəldi.  Eltutmuş  xanın 

hakimiyyətə  gəlməsi  ilə    Dehli  sultanlığında  Şəmsiyyə  sülaləsinin  hakimiyyəti 

başladı. 



1211-1236-cı illər

 

Eltutmuş xanın hakimiyyəti dövrü. Eltutmuş xanın dövründə Dehli sultanlığının 

ərazisi  xeyli  genişləndi,  Pəncabın  böyük  bir  hissəsi  -  Multan  və  Lahor  işğal 

edildi, Qəznəyə qədər olan ərazilər dövlətin tərkibinə qatıldı. 



1236-1240-cı illər

 

Raziyyə sultanın hakimiyyəti dövrü. 



1526-cı il

 

Babur  şahla  Dehli  sultanı  arasında  döyüş  baş  verdi  .  Döyüş  nəticəsində  Babur 



şah qalib gələrək Aqra şəhərini tutdu və Dehli sultanlığının varlığına son qoyaraq 

onun yerində müsəlman-türk mənşəli  Böyük Moğol imperatorluğunu yaratdı. 



1526-1858-ci illər

 

Böyük Moğol imperatorluğunun mövcud olması dövrü. 



1556-1605-cı illər

 

Əkbər şahın   hakimiyyəti dövrü. Əkbər şahın dövründə  iqtisadi  münasibətlərdə 

sabitlik  yaradıldı,  Moğol  dövləti imperatorluğa  çevrildi,  ölkədə  əhəmiyyətli 

islahatlar  həyata  keçirildi,  ticarətin  inkişafı  və  karvan  yollarının  mühafizəsi  

təmin edildi, Babur şahın dövründə başlayan Səfəvi və Osmanlı imperatorları ilə 

diplomatik əlaqələr davam etdirildi. 



XVII əsrin birinci yarısı

 

 Cahangir  şahın  hakimiyyəti  dövrü.  Onun  dövründə  Moğol  dövlətində  feodal 



qiyamları təhlükəli xarakter aldı, mərkəzi hakimiyyət zəiflədi. 

 

 

 



 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə