Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

Teymurilər imperiyası 

 

1370-ci il

 

Teymurilər  dövlətinin  əsası  qoyuldu.  Əmir  Teymur  tərəfindən  əsası  qoyulmuş 



dövlətin ilk paytaxtı Səmərqənd şəhəti idi. 

1370-1405-ci illər

 

Əmir  Teymurun  hakimiyyəti.  Əmir  Teymurun  hakimiyyəti  dövründə    Urgənc 

şəhərinini  tutulması  ilə  Xarəzm  vilayəti  tamamilə  tabe  edildi    və  bununla  da 

bütün Mərkəzi Asiyanın işğalı başa çatdırıldı. Qafqaz, o cümlədən Azərbaycan, 

Ön Asiya (İraq, Suriya) işğal edildi, Dehlinin tutulması nəticəsində Hindistanın 

zəngin sərvətləri Teymurun əlinə keçdi. 



1387-1395-ci illər

 

Əmir  Teymurla  Toxtamış  xanı  arasında  müharibə  baş  verdi.  Toxtamış  xanın  



Teymurilərin  himayəsi  altında  olan  torpaqlara    və  Azərbaycana  hücum  etməsi 

onlar  arasında  müharibəyə  səbəb  oldu.  Toxtamış  xana  qarşı  müharibədə  Əmir 

teymur  Şirvanşah I İbrahimlə ittifaq bağlamışdı. Müharibə nəticəsində Toxtamış 

xan məğlubiyyətə uğradı, Qızıl Ordu dövləti zəiflədi və xanlıqlara parçalandı. 



1395-ci il

 

 

Əmir Teymur tərəfindən Toxtamış xan məğlubiyyətə uğradıldı. 



1402-ci il

 

 

I İldırım Bəyazidlə  Əmir Teymur arasında   Ankara döyüşü baş verdi. 



1405-ci il

 

Teymur  Otrar  şəhərində  vəfat  etdi.  Əmir  Teymurun  ölümündən  sonra  daxili 

çəkişmələr, varisləri arasında hakimiyyət uğrunda mübarizə və ara müharibələri 

Teymurilət dövlətini zəiflətdi və onun parçalanmasını sürətləndirdi.  Teymurdan 

sonra taxtda Xəlil Sultan (1405-1409), daha sonra Şahrux (1409-1447) çıxdı. 

1409-1447-ci illər

 

Şahruxun  hakimiyyəti.  Şahruxun  hakimiyyəti  dövründə  paytaxt  Herat  şəhərinə 

köçürüldü, Qaraqoyunlu dövləti asılı hala salındı.  

1447-1449-cu illər

 

 

Uluq bəyin hakimiyyəti. 



1451–1469-cu illər

 

Əbu  Səidin  hakimiyyəti.  Əbu  Səid  hakimiyyəti  dövründə  Teymur  imperiyasını 



bərpa  etməyə  çalışdı.  Ağqoyunlularla  müharibədə  Uzun  Həsənə  məğlub  oldu, 

Şeybanilər  dövləti  Teymurilərin  Buxara,    Səmərqənd  və  digər  ərazilərini  ələ 

keçirdilər, Teymurilərin əlində yalnız Xorasan vilayəti qaldı. 

1470-1505-ci illər

 

Hüseyn  Bayqaranın  hakimiyyəti.  Hüseyn  Bayqaranın  dövründə  qalibiyyətli 

müharibə  nəticəsində  Şeybanilər  ölkədən  çıxarıldı,    Teymurilər  imperatorluğu 

bərpa edildi və dövlət bir qədər gücləndi. 



1507-ci il

 

 

Şeybani xan Xorasanı tutdu. Teymurilər dövləti süqut etdi. 

 

 

Frank dövləti. Qərbi Avropada feodal dağınıqlığı dövrü 



 

V əsrin sonları

 

German  tayfalarının  işğalları  nəticəsində  Qərbi  Avropada  quldarlıq  quruluşu 

dağıldı və feodalizm quruluşu meydana gəldi. 

V-VI əsrlər

 

 

Alman tayfalarında nəsil icması qonşuluq icması ilə əvəz oludu. 



V əsrin sonları

 

 

Frank tayfa başçısı Xlodviqin Qalliyaya hücum etdi. 



486-cı il

 

Suasson döyüşü. Döyüş nəticəsində Xlodviq romalılar üzərində qələbə qazanaraq 

Qalliyanın bir hissəsini  ələ  keçirdi.  Qalliyadakı  Roma  quldarları və  digər frank 

tayfa başçıları Xlodviqə tabe oldular. Sonralar franklar bütün Qalliyanı tutdular. 



500-cü il

 

Qərbi  Avropada  ilkin  feodal  dövləti  olan  Frank  dövləti  yarandı.  Dövlətin 

qurucusu  olan  Xlodviqin  dövründə  frankların  ilk  qanunlar  toplusu  yarandı  və 

bütün franklara xristianlıq dinini zor gücü ilə qəbul etdirildi. Xristianlığın qəbulu 

ilə kilsə ilə kral arasında ittifaq yarandı. 

500-843-cü illər

 

Frank dövlətinin mövcud olması. 



768-814-cü illər

 

Böyük Karlın hakimiyyəti. Böyük Karl hakimiyyəti dövründə 

Roma şəhəri

 daxil 


olmaqla 

İtaliyanın çox hissəsi ələ keçirildi,  

  Frank  dövləti  imperiyaya  çevrildi, 



R

eyn və Elba çayları arasında yaşayan sakslar itaət altına alındı, orduda xidmət 

edənlərə torpaq sahəsi ayrıldı. 

800-cü il

 

 

Böyük Karlözünü imperator elan etdi və Frank imperiyası  yarandı. 



843-cü il

 

Verden  müqaviləsi.    Müqaviləyə  əsasən  Frank  imperiyasın  Böyk  Karlın  üç 

nəvəsi arasında üç hissəyə bölündü, Frank imperiyası süqut etdi və onun yerində 

Fransa, Almaniya, İtaliya dövlətləri yarandı. 



IX-X əsrlər

 

İtaliya   



Müqəddəs  Roma  imperiyasının  tərkibində  qatıldı.  İtaliya  şəhərlərinin 

çoxu 


kommuna hüququ qazandı. İtaliya müstəqil dövlətlərə parçalandı - 

Genuya, 


Piza, Venesiya müstəqil respublikaları yarandı.

 

IX-XIV əsrlər



 

 

Fransada Kapetinqlər sülaləsinin hakimiyyəti. 



IX

 

əsrin

 

sonları

 

 



Almaniya vilayətləri vahid dövlətdə birləşdirildi və

 vahid dövlət yaradıldı.

 

IX-XI əsrlər

 

Qərbi Avropada feodal dağınıqlığı dövrü. Qərbi Avropada feodal dağınıqlığının 



əsas  səbəbi  natural  təsərrüfatın  inkişafı  və  feodalların  torpaq  üzərində 

hakimiyyətinin möhkəmlənməsi idi. 



X-XI əsrlər

 

Fransa



da  feodal  münasibətlərinin  formalaşması  başa  çatdı.

  Fransa    iri  feodal 

mülklərinə parçalandı. 

X– XI əsrlər

 

 



Almaniya işğalçılıq siyasətinə başladı. 

962-ci il

 

Almaniya  kralı  I  Otto  Romanı  işğal  edərək  özünü  Roma  imperatoru  elan  etdi. 

Müqəddəs Roma imperiyası 

(962-1806)



 yarandı. Papa vilayəti Müqəddəs Roma 

imperiyasının  tərkibinə qatıldı. İtaliyaya sahib olmaq uğrunda Roma papaları ilə 

almanlar arasında mübarizə başladı. 

XI əsrin sonları

 

Almaniyada  feodal  münasibətləri inkişaf etməyə  başladı və  ərazisində  müstəqil 



knyazlıqlar yarandı. 

 

 



Bizans imperiyası 

 

395-1453-cü illər

 

 

Bizans imperiyasının mövcud olması dövrü. 



VI əsr

 

Slavyanlar  Bizansın  tabeçiliyində  olan  Balkan  yarımadasının  şimalını, 



Makedoniya və Yunanıstanı işğal etdilər. 

VI əsrin ortaları

 

«Xalqların böyük  köçü»  slavyanların Bizans ərazisində  məskunlaşması ilə başa  



çatdı.  Slavyanların  Bizansa  yürüşlər  etməsi  ilə  Bizansda  quldarlıq  quruluşu 

dağıldı və feodalizm münasibətləri yaranmağa başladı. 



VII əsr

 

 



Bizansda feodalizm münasibətləri meydana gəldi. 

VII əsr

 

 



Bizans imperiyası  zəifləməyə başladı. 

VII əsr

 

 



Ərəblər Bizans imperiyasının mülkləri olan Suriya və Misiri tutdu. 

XI əsr

 

 



Bizans Səlcuq türklərinin yürüşlərinə məruz qaldı. 

1453-cü il

 

 



Bizans dövlətinin varlığına osmanlılar tərəfindən son qoyuldu. 

 

 



Slavyanlar. Rusiya 

 

VII-VIII əsrlər

 

Slavyanlarda qəbilə quruluşu qonşuluq icması ilə əvəz olundu və onlarda ibtidai 

icma quruluşundan (qonşuluq icmasından) feodalizmə keçid baş verdi. 

IX əsr

 

 



Slavyanlarda  ilk dövlətlər meydana gəldi. 

IX əsrin ikinci yarısı 

 

Şərq slavyanlarının ilk dövləti olan Kiyev dövləti yarandı. 



X əsrin əvvəlləri

 

Qərb  slavyanların  ilk  dövləti  olan  Çexiya  dövləti  yarandı.  Çexiya  dövlətinin 

ərazisi ticarət yollarının  üzərində  yerləşdiyi üçün bu dövlətin inkişafına  müsbət 

təsir göstərdi və  paytaxtı Praqa şəhəri Avropanın ən böyük şəhərlərindən birinə 

çevrildi. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə