Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

1479-ci il

 

Kastiliya və Araqon krallıqlarının birləşməsi nəticəsində  mərkəzləşmiş İspaniya 

dövləti yarandı. Navarra krallığı İspaniya və Fransa arasında bölüşdürüldü. 

1492-ci il

 

İspaniya  Qranada  müsəlman  əmirliyini  tutdu.  Portuqaliyadan  başqa,  bütün 

Pireney yarımadası İspaniyanın əlinə keçdi. 

 

 



İtaliya  

 

IX-X əsrlər

 

İtaliyada müstəqil Piza, Venesiya və Genuya şəhər respublikaları yarandı. İtaliya 



şəhərləri  senyorlara  qarşı  mübarizəyə  başladı.  Mübarizə  nəticəsində  Lukka, 

Milan, Boloniya və Piza şəhərləri kommuna hüququ əldə etdi. 



XII əsr

 

 



Venesiyada şüşə, bədii şüşə və güzgü istehsalı genişləndi. 

XII əsr

 

 

Venesiyada veksel və çek sistemi tətbiq olunmağa başlandı. 



1156-cı il

 

 

Venesiyada Avropanın ilk dövlət bankı yaradıldı. 



XIV əsr

 

 



Venesiya respublikası Genuyanı Şərqlə ticarətdə vasitəçilikdən sıxışdırıb çıxardı. 

XV əsr

 

İtaliyanın  bir  sıra  şəhərlərində  varlı  ailələr  hakimiyyəti  ələ  keçirdi.  Milan, 

Boloniya və Florensiya şəhərlərində tiranlıq idarə üsulu yaradıldı.  

XV əsr

  

Florensiyada  Mediçilər  ailəsinin  hakimiyyəti.  Mediçilər  tiranlığı  dövründə 



şəhərin geniş təbəqələrinin vergi yükü yüngülləşdirildi, kasıblara kiçik miqdarda 

pul yardımı edildi və şəhərdə çoxlu tikinti işləri ararıldı. 

 

Fransa 

 

843-cü il

 

 

Fransa krallığı yarandı. 



843-1792-ci illər

 

 

Fransa krallığının mövcud olması. 



XI əsr

 

Fransada şəhərlər meydana gəldi və vilayətlərlə şəhərlər arasında əmək bölgüsü 



gücləndi. 

XI əsr

 

 

Fransanın birləşdirilməsi uğrunda mübarizə başladı. 



XI-XIII əsrlər

 

 

Fransa torpaqlarının çox hissəsi İngiltərə kralları tərəfindən tutuldu. 



XIII əsr

 

Normandiya  və  Tuluza  qraflığı  İngiltərənin  işğalından  azad  edilərək  Fransaya 

birləşdirildi. 

1285-1314-cü illər

 

IV Gözəl Fillipin hakimiyyəti. IV Gözəl Filippin dövründə ilk dəfə Fransada Baş 



ştatlar  çağırıldı,  kilsə  torpaqlarına  vergi  qoyuldu,  Fransada  Roma  papasının 

hakimiyyəti zəiflədi. 



XIV əsrin əvvəlləri

 

 

IV Gözəl Fillip ilə Roma papası arasında münaqişə baş verdi. 



1302-ci il

 

 

Fransada ilk dəfə Baş Ştatlar çağırıldı. 



1337-1453-cü illər

 

İngiltərə  ilə  Fransa  arasında  yüzillik  müharibə  baş  verdi.  Müharibənin  səbəbi 



ingilis  kralının  Fransada  itirdiyi  mülkləri  geri  qaytarmaq  istəyi,  Flandriya  və 

onun  zəngin  şəhərlərini  ələ  keçirmək  uğrunda  mübarizə  və  İngiltərə  kralının 

Fransa taxtına olan iddiaları idi. 

1358-ci il

 

Fransada  “Jaklar”  üsyanı  baş  verdi.  Üsyan  feodal  zülmünə  qarşı  yönəlmişdi. 

Üsyan  məğlub  olsa  da  nəticəsiz  qalmadı.  Belə  ki,  üsyan  nəticəsində  feodallar 

mükəlləfiyyətləri artırmağa bir daha cürət etmədilər, kəndlilərin şəxsi asılılıqdan 

azad  olması  prosesi  sürətləndi,  kəndlilər  öz  təsərrüfatlarını  uğurla  davam 

etdirmək imkanı qazandılar. 



1429-cu il

 

Janna D`Ark Orlean şəhərini mühasirədən azad etdi.  Orleanın mühasirədən azad 



edilməsi    nəticəsində  yüzillik  müharibənin  gedişində  dönüş  yarandı,  üstünlük 

fransızların tərəfinə keçdi, ingilislər ölkədən qovuldu. 



1431-ci il,  may

 

 

Janna D`Ark Ruan şəhərində tonqalda yandırıldı. 




1453-cü il

 

Fransa  ilə  İngiltərə  arasında  sülh  bağlandı  və  yüzillik  müharibə  başa  çatdı. 

Sülhün  şərtlərinə  əsasən  Fransa  işğaldan  azad  edildi,  yalnız  Kale  limanı 

ingilislərin əlində qaldı. 



1461-1483-cü illər

 

XI  Lüdoviqin  hakimiyyəti.  XI  Lüdoviqin  dövründə  Burqundiya  hersoqu  İgid 

Karlın  baçılığı  ilə  Fransada  mərkəzi  hakimiyyətə  qarşı  qəsd  baş  verdi, 

Burqundiya,  Marsel,  Bretan  qraflığı  Fransaya  birləşdirildi,  Fransanın 

birləşdirilməsi prosesi başa çatdı və mərkəzləşmiş Fransa dövləti yarandı. 

XV əsrin ikinci yarısı

 

 

XI Lüdoviqlə  Burqundiya hersoqu İgid Karl arasında münaqişə baş verdi.  



XV əsrin sonları

 

 

Burqundiya, Marsel, Bretan qraflığı Fransaya birləşdirildi. 



XVI əsrin əvvəlləri

 

 

Fransada manufakturalar meydana gəldi. 



XVI əsr

 

 

Fransanın qərb sahillərindəki limanların əhəmiyyəti artdı. 

 

 

İngiltərə 



 

IV-VI əsrlər

 

 



Anqlo-sak tayfaları Britaniya adalarında məskunlaşdı. İngilis xalqı yarandı. 

VII əsr

 

 



İngiltərədə feodal münasibətləri meydana gəldi. 

1066-cı il

 

Qastinqs döyüşü. Döyüş  nəticəsində Normandiya cəngavərləri ingilis qoşununu 

məğlub edərək İngiltərə  torpaqlarını  işğal  etdilər.  Bu hadisədən sonra   Vilhelm 

İngiltərənin  paytaxtı  Londonu  tutaraq  Fateh  adı  ilə  ingilis  kralı  oldu  və  yeni 

sülalənin  (Vilhelmlər  sülaləsinin)  əsasını  qoydu.  Normand  işğalı  nəticəsində 

İngiltərədə    Fateh  Vilhelm  tərəfindən  mərkəzləşmiş  dövlətin  əsası  qoyuldu  və 

Vilhelmlər sülaləsinin hakimiyyəti başladı. 

1066-1087-ci illər

 

Fateh  Vilhelmin  hakimiyyəti. Fateh  Vilhelmin hakimiyyəti dövründə  yeni vergi 

sistemi yaradıldı. 

1141-1189-ci illər

 

İngiltərə  kralı    II  Henrixin  hakimiyyəti.  II  Henrixin  hakimiyyəti  dövründə 

İngiltərədə  islahatlara  həyata  keçirildi,  cəngavərlərdən  “qalxan pulu”  alınmağa 

başlanıldı.  II  Henrixin  keçirdiyi  hərbi  islahata  əsasən  hərbi  yürüşlərdə  iştirak 

etməyən feodallar (cəngavərlər) indən sonra krala “qalxan pulu” adlanan xüsusi 

vergi ödəməli idilər. Kral bu vəsait hesabına daimi nizami muzdlu ordu saxlaya 

bilirdi. 

1265-ci il

 

İlk  dəfə  İngiltərədə  parlament  çağırıldı.  Fransadan  fərqli  olaraq,  İngiltərədə 

cəngavərlər  ilə  şəhərlilər  arasında  kəskin  ziddiyyətlər  olmadığı  üçün 

nümayəndələr  palatası  razılıq  verməsə,  hər  hansı  bir  vergi  toplanınası  barədə 

qanun  qəbul  edə  bilməzdi.  Odur  ki,  Fransa  Baş  Məclisindən  fərqli  olaraq, 

İngiltərə parlamenti dövlət işlərinə böyük təsir göstərə bilirdi. 



XIV əsr

 

İngiltərə parlamenti lordlar və nümayəndələr palatasına bölündü. Lordlar (ağalar) 

palatasına  yepiskoplar,  abbatlar  və  feodallar,  nümayəndələr  palatasına  isə  hər 

qraflıqdan iki cəngavər, hər iri şəhərdən iki şəhərli seçilirdi. 



1381-ci il

 

İngiltərədə  Uot  Tayler  üsyanı  baş  verdi.  Üsyanın  səbəbi  feodal  zülmünün 



güclənməsi,  yoxsullara  qarşı  amansız  qanunlar,  vergi  və  mükəlləfiyyətlərin  

artırılması  idi.  Fransada  Jaklar  üsyanından  fərqli  olaraq  Uot  Tayler  üsyanında 

kəndlilər  öz  tələblərini  irəli  sürürdülər.  Üsyançılar  təhkimçilik  və  biyarın  ləğv 

edilməsini,  torpaqdan  istifadə  haqqının  azaldılmasını  tələb  edirdilər.  Üsyan 

məğlub olsa da nəticəsiz qalmadı. Belə ki, Uot Tayler üsyanı nəticəsində bütün 

ingilis  kəndliləri  ödənc  müqabilində  şəxsi  asılılıqdan  azad  oldular,  feodallar 

kəndliləri  bir  daha  biyara  çıxarmadılar,  yoxsullara  qarşı  amansız  qanunlar 

yumşaldıldı. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə