Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

özünü  Nadirin  vassalı  elan  etdi. 

Yürüş  nəticəsində  Xivə  xanı  məğlub  olaraq 

Nadir şahın hakimiyyətini qəbul etdi.

 

1743-1746-cı illər



 

 

Nadir şah Osmanlı imperiyası ilə müharibə apardı.

 

1747-ci il

 

 

Nadir şahın  sui-qəsdi nəticəsində öldürüldü. Əfşar İmperiyası süqut etdi.

 

XVIII əsrin 50-ci illəri

 

İranda və Aəzrbaycanda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda Məhəmməd 



Həsən  xan  Qacar,  Kərim  xan  Zənd  və    Fətəli  xan  Əfşar  arasında    mübarizə 

başladı. 



1759-cu il

 

 

Məhəmməd Həsən xan Qacar öldürüldü. 



1763-cü il

 

Kərim  xan  Zənd  Urmiya  xanı  Fətəli  xan  Əfşarı  məğlub  edərək  Azərbaycan  və 

İranda hakimiyyəti ələ keçirdi. 

1785-ci il

 

 

Ağa Məhəmməd xan Qacar Zəndlər üzərində qələbə çaldı. 



1794-cü il

 

Azərbaycan-türk soyundan olan Qacarlar sülaləsi hakimiyyətə gəldi. 



1795-ci il

 

 Ağa Məhəmməd xan Qacarın Qafqaza birinci yürüşü. Yürüş nəticəsində İrəvan 

və  Tiflis  şəhərləri  ələ  keçirildi.  Şuşanın  33  günlük  mühasirəsi  isə  uğursizluqla 

nəticələndi. 



1796-cı il

 

Ağa  Məhəmməd  xan  Qacarın  özünü  şah  elan  etdi.  İranda  Qacarlar  sülaləsinin 

hakimiyyəti başladı. 

1796-1925-ci illlər

 

 



İranda Qacarlar sülaləsinin  hakimiyyəti dövrü. 

1797-ci il

 

Ağa  Məhəmməd  xan  Qacarın  Qafqaza  ikinci  yürüşü.  Lakin  elə  həmin  ildə 

Şuşada  sui-qəsd  nəticəsində  öldürülən  Ağa  Məhəmməd  şah  Şimali  Azərbaycan 

torpaqlarını  öz  dövlətinin  tərkibinə  qata  bilmədi.  Ağa  Məhəmməd  şahın 

vəfatından sonra taxta onun qardaşı oğlu Fətəli şah Qacar 

(1797-1834)

 çıxdı. 

1800-cü il

 

Malkolmun başçılıq etdiyi İngiltərə  nümayəndə heyəti İrana gəldi. Fətəli şahla 

ingilislər  arasında  siyasi  və  ticarət  müqaviləsi  imzalandı.  Müqaviləyə  görə  

İngiltərə  Qacarlar  dövlətində  gömrüksüz  ticarət  və  limanlardan  sərbəst  istifadə 

etmək  hüququ  qazandı.  Bağlanmış  müqavilə  Qacarlar  dövlətinin  İngiltərədən 

asılılığının əsasını qoydu. 



 

 

Böyük Moğol imperiyasının parçalanması 

 

1674-cü  il

 

 

 

Hindistanda Maratx dövləti  yarandı.  



1658-1707-ci illər

 

Moğol  imperatoru  Övrəngzəbin  hakimiyyəti.  Övrəngzəb  hakimiyyəti  dövründə 

bütün qüvvələrini maratxlara  qarşı yönəltdi

. Lakin o, maratxların müqavimətini 

qıra bilmədi.

 

XVII əsrin əvvəlləri



 

 

İngilislər moğollardan Suratda ticarət məntəqəsi yaratmağa icazə aldı. 



XVII əsrin sonları

 

Fransa  Hindistan  uğranda  mübarizəyə  qoşuldu  və  Benqaliyada  ilk  istehkam 

yaratdı. 

XVIII əsrin birinci yarısı

  

Aud knyazlığı Moğol dövlətindən ayrıldı. Hindistanda Benqaliya və Heydərabad 



dövlətləri yarandı.  

1739-cu il

 

 

Nadir şah Əfşar Pəncabda Moğol ordularına qalib gələrək Dehlini tutdu



1747-ci il

 

Əhməd  şah  Dürraninin  başçılığı  altında    müstəqil  Əfqan  dövləti  yadadıldı. 



Əfqanlar    Şimali  Hindistanı  -  Pəncabı,  Kəşmiri,  Dehli  və  Hind  çayı  arasındakı 

əraziləri ələ keçirdi. 




1757-ci il

 

Plessi  döyüşü.    Döyüş  nəticəsində  ingilislər  moğolları  məğlub  edərək 

Benqaliyanı ələ keçirdi

Hindistanın İngiltərə tərəfindən işğalına başlanıldı. 



1761-ci il

 

Panipat döyüşü. Döyüş nəticəsində maratxlar əfqanlara məğlub oldu, maratxların 

Hindistandakı  hökmranlığına  son  qoyuldu,  Böyük  Moğol  imperiyasının 

dağılmasının başlanğıcı qoyuldu.

 Panipast məğlubiyyətindən sonra Martx dövləti 

əvvəlki qüdrətini bir daha bərpa edə bilmədi. 

 

1774-cü il

 

İngiltərə  parlamenti    işğal  olunmuş  Hindistan  torpaqlarının  idarə  olunması 

haqqında  ilk  qanun  qəbul  etdi.  Qanuna  görə  baş  verən  çıxışlar  qətiyyətlə 

yatırılmalı,  vergilər  vaxtında  və  müntəzəm  toplanılmalı,  ölkənin  işğalı  başa 

çatdırılmalı idi. 

1767-1799-cu illər

 

İngiltərə-Maysor  müharibəsi  baş  verdi. 

İ

ngilislərin  güclü  artilleriyası  qələbəni 



təmin etdi.  Müharibə  nəticəsində  Maysor dövləti öz  istiqlaliyyətini itirdi.  Onun 

ərazisi  Ost-Hind  şirkəti  və  onun  müttəfiqi  olan  yerli  hind  knyazları  arasında 

bölüşdürüldü. 

XVIII əsrin ikinci yarısı

 

Hindistanın varlı vilayətləri və bütün cənub hissəsi İngiltərənin müstəmləkəsinə 

çevrildi.  Bununla  Hindistanın  ingiltərə  tərəfindən  tamamilə  müstəmləkəyə 

çevrilməsi prosesi başa çatdı.

 

 

 



Çin 

 

1626-1644-cü illər

 

Çində  kəndli  üsyanı  baş  vermdi.  Mancur  və  Çin  feodallarının  birgə  səyi 



nəticəsində  üsyan  yatırıldı.  Lakin  mancurlar  üsyanı  yatırdıqdan  sonra  Çindən 

getmədilər  və  mancurların  Tsin  sülaləsi  öz  hakimiyyəti  altında  saxladı.  Min 

sülaləsinin hakimiyyətinə son qoyuldu 

1644-cü il

 

 

Çində Tsin (Mancur) sülaləsi hakimiyyətə gəldi. 



1644-1912-ci illər

 

Çində  Tsin  (Mancur)  sülaləsini  hakimiyyəti  dövrü.  Mancur  sülaləsinin 

hakimiyyəti dövründə ölkəni idarə etmək üçün dövlət şurası  yaradıldı, imperiya 

inzibati  cəhətdən  əyalət,  vilayət,  dairə,  mahal,  qəza  və  kəndlərə  bölündü, 

müsəlman çinlilər dövlət idarəçilik sistemindən  uzaqlaşdırıldı. 

XVII əsrin əvvəlləri

 

Çinin  iqtisadi inkişafı ləngiməyə  başladı.  Bunun başlıca  səbəbi Min sülaləsinin 



apardığı işğalçı müharibələr, amansız feodal istismarı və saray çəkişmələri idi. 

1715-ci il

 

 

Kanton şəhərində ilk ingilis məskəni salındı. 



XVIII əsrin 20-ci illəri

 

Rusiya ilə Çin arasında ticarət müqavilələri imzalandı. 



1757-ci il

 

İmperator  fərmanı  ilə  Mancur  hökuməti  «özünütəcrid»  siyasətini  elan  edərək 

Çini  «qapalı  ölkə»yə  çevirdi.    Çinin  «özünütəcrid»  siyasətinə  əsasən  Çinə 

xaricilərin  gəlişini  məhdudlaşdıran  qərarlar  qəbul  edildi,  Avropalıların  Çin 

limanlarında inşa etdikləri bütün tikililər, xristian kilsələri söküldü, Avropalıların 

ölkəyə  girişi  qadağan  olundu,  imperatorun  Kantondan  başqa  bütün  Çin 

limanlarında  avropalıların  ticarətlə  məşğul  olması  qadağan  edildi.  Çinin  xarici 

aləmdən  «təcrid»  olunması  nəticəsində  mancurlar  Çində  öz  hakimiyyətlərini 

möhkəmləndirdi, lakin Çinin sosial-iqtisadi inkişafına ağır zərbə vuruldu. 

1689-1758-ci illər

 

Çin  ilə  Cunqariya  (oryat)  xanlığı  arasında  müharibə  baş  verdi.  Müharibə 

nəticəsində Cunqar xanlığı və Qaşqar şəhəri işğal edildi. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə