Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   22

dövründə:  ölkədə  heç  bir  üsyan  baş  vermədi,  Əhəmənilər  dövlətinin  tərkibinə 

daxil  olan  bütün  xalqların  3  il  müddətinə  vergilərdən  və  hərbi 

mükəlləfiyyətlərdən azad olundu. 

E.ə. 522-ci il

 

 

Qaumata sui-qəsd nəticəsində öldürüldü və I Dara hakimiyyətə gəldi. 



E.ə 522-486-cı illər

 

I Daranın hakimiyyəti. I Dara hakimiyəti dövründə dövləti satraplıq (canişinlik) 

adlanan  vergi  dairələrinə  böldü,  güclü  ordu  və  imperiya  üçün  «darik»  adlanan 

vahid pul sistemi yaratdı. 



E.ə. 247-ci il

 

Parfiya  dövləti  yarandı.  Parfiya  dövlətinin  əsasını  Xəzər  dənizi  ilə  Amudərya 



çayı arasındakı ərazidə yaşayan  parn qəbilələri qoymuşdu. 

E.ə. 53-cü il

 

Şimali  Mesopotamiyada  parfiyalılar  Krassın  başçılıq  etdiyi    roma  ordusunu 



məğlub etdilər. 

E.ə. 38-ci il

 

 



Romalılar parfiyalılar üzərində qələbə qazandılar. 

224-cü il

 

 

Parfiya dövləti süqut etdi. 



 

 

İskit dövlətləri 

 

E.ə. VII əsrin əvvəlləri



   

Kimmer, iskit və sak tayfaları Cənubi Qafqaza və Ön Asiyada köç etdilər. 



E.ə. VII əsrin ortaları

 

Van  gölü  ilə  Urmiya  gölü  arasındakı  ərazilərdə  Kimmer-İskit-Sak padşahlığı 

yarandı. 

E.ə. VI əsrin əvvəlləri

 

 

Midiya dövləti tərəfindən Kimmer-İskit-Sak padşahlığı süquta uğradıldı. 



E.ə. IV əsrin ortaları

 

Şərqi  Avropada  Don  çayından  Dunay  çayına  qədər  ərazidə  payataxtı  Neapol 

şəhəri olan İskit dövləti yarandı. 

E.ə. 339-cu il

 

Makedoniya  çarı II Filiplə  iskitlər arasında  döyüş baş verdi.  Döyüş  nəticəsində 

İskit padşahı Atey həlak oldu. 

E.ə 331-ci il

 

İskitlər  Makedoniyalı  İsgəndərin  onların  üzərinə  göndərdiyi  ordusunu  məğlub 



etdilər. 

E.ə. II əsr

 

İskit  dövlətinin  çiçəklənmə  dövrü.  İskitlər  qonşuluqdakı  yunan  şəhər-



dövlətlərinin bir qismini özlərinə tabe etdilər. 

III əsrin II yarısı

 

 

İskit dövləti qot tayfalarının hücumu nəticəsində süqut etdi. 

 

 

Qədim Türklər. Böyük Hun dövləti 



 

E.ə. VI-V əsrlər

 

 



Mərkəzi Asiya xalqları Əhəmənilərin hücumlarına məruz qaldı. 

E.ə VI-IV əsrlər

 

Mərkəzi  Asiyada  Baktriya,  Parfiya,  Xarəzm,  Margiana  və  Soqdiana  adlı  vahə 



dövlətləri yarandı.  

E.ə. IV əsrin II yarısı

 

Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut 



etdi. Mərkəzi Asiyaya xalqları Makedoniyalı İsgəndərin hücumuna məruz qaldı. 

Sərkərdə Spitamen ilə İsgəndərin qoşunu arasında döyüş baş verdi. 



E.ə. IV əsrin II yarısı

 

 

Mərkəzi Asiya Selevklər dövlətinin tərkibinə daxil oldu. 



E.ə. 220-ci il

 

Böyük Hun imperiyası yarandı. Əsasını Teoman tanhu tərəfindən qoymuş Böyük 



Hun dövləti Mərkəzi Asiyada yaranmış ilk türk dövləti olmuşdu. 

E.ə. 220 - e.ə. 209-cu illər

 

Teoman  Tanhunun  hakimiyyəti.  Teoman  Tanhunun  dövründə  qüvvətli  ordu 

yaradıldı,  hunlar  ilk  dəfə  Çinə  hücum  edərək  Çin  torpaqlarını  tutdular,  Çin 

imperatoru  ilə  qohumluq  əlaqələri  yaradıldı,  çinlilər  hunlara  qarşı  Böyük  Çin 

səddini inşa etməyə başladılar. 

E.ə. 214-cü il

 

 



Böyük Çin səddinin inşasına başlandı. 

E.ə 209 – e.ə 174-cü illər

 

Mete  xanın  hakimiyyəti.  Mete  xanın  hakimiyyəti  dövründə  intizamlı,  güclü 

süvari  (atlı) qoşun yaradıldı, hunlar Çin üzərinə hücumlarını davam etdirdilər. 



E.ə. 36-cı il

 

Çiçi tanhunun başçılığı ilə Qərb hunları Tanrı dağlarının şimalını, İssık gölünün 



ətrafını və Mərkəzi Asiyanı tutdular. 

E. ə. 36-cı il

 

Çinlilər  Qərbi  hunlar  üzərinə  hücuma  keçərək    Qərbi  Hun  dövlətinin  paytaxt 



şəhərlərini tutdular, “İpək yolu” üzərində  50-dək şəhər qarət edilərək dağıdıldı. 

Qərbi Hun dövlətinə son qoyuldu. Şərqi Hun dövləti isə çinlilərin hakimiyyətini 

qəbul etdilər. 

E.ə. 18-ci il

 

 



Şərq hunları yenidən müstəqillik qazandılar. 

 

 



Qədim Çin 

 

E.ə. II minillik

 

Çin  ərazisində  sinifli cəmiyyət və  ilk dövlət  yarandı.  İlk  Çin dövlətini e.ə  XIV 



əsrdə  Şan  qəbilələri  yaratmışdılar.  Buna  görə  də  həmin  dövlət  Şan  dövləti 

adlanırdı. 



E.ə. VI əsr

 

 

Çinlilər dəmir emal etməyi öyrəndilər 



E.ə. IV-III əsrlər

 

 



Çin tarixində «vuruşan padşahlıqlar dövrü». 

E.ə III əsr

 

Çin  dövlətləri  arasında  gedən    mübarizədə  Sin  sülaləsi  qələbə  çalaraq 

hakimiyyətə gəldi. 

E.ə. 221- e.ə 206-cı illər

   

Sin sülaləsinin hakimiyyəti. 



E.ə. 221-ci il

 

Sin dövlətinin padşahı  Şixuandi  imperator titulunu qəbul etdi. Sin Şixuandinin 



hakimiyyəti  dövründə  bütün  Çini  ilk  dəfə  olaraq  vahid  dövlətdə  birləşdirildi, 

Çinin  Şimalında  yaşayan  Türk  tayfaları  ilə  (hunlarla)  mübarizə    başlandı,  

hunların  qarşısını  almaq  üçün  Böyük  Çin  səddinin  inşasına  başlanıldı,  dövləti 

möhkəmləndirmək üçün inzibati islahatlar heçirildi və ölkə 36 vilayətə bölündü. 



E.ə. 206-cı il

  

Çində  Sin  sülaləsinin  zülmünə  qarşı  üsyan  baş  verdi.  Üsyan  nəticəsində  Sin 



imperiyası süqut etdi və hakimiyyətə Xan sülaləsi gəldi 

E.ə 206 - e. III əsr

  

Xan sülaləsinin hakimiyyəti. Xan sülaləsinin dövründə hunlarla mübarizə davam 



etdirildi,  Böyük  İpək  yolu  salındı,  Çində  «Qırmızıqaşlılar»  və  «Sarısarıqlılar» 

üsyanı baş verdi. 



E.ə II əsr

 

Böyük  İpək  yolu  salındı.  Çindən  gələn  ticarət  yolu  dünya  ticarət  yollarına 



qoşuldu. Böyük İpək yolu Çindən Şimali Afrikaya və İspaniyaya qədər uzanırdı. 

 

I əsrin əvvəlləri

 

 

«Qırmızıqaşlılar» üsyanı baş verdi. 



184-cü il

 

«Sarısarıqlılar»  üsyanı  baş  verdi.  Çjan  qardaşlarının    başçılıq  etdiyi  bu  üsyan 

kəndlilər və qullar tərəfindən qaldırılmışdı. Üsyan 20 il davam etsə də çətinliklə 

yatırıldı. Lakin «Sarısarıqlılar» üsyanı nəticəsində Çin dövləti xeyli zəiflədi, Çin 

padşahı  öldürüldü,  Çində  Xan  sülaləsinin  hakimiyyəti  devrildi,  Çin  dövləti 

yenidən  bir-neçə  dövlətlərə  parçalandı.  Çində  quldarlıq  quruluşu  feodalizmlə 

əvəz olundu. 

 

 

Qədim Hindistan 

 

E.ə. III minillik

 

Hindistanda  ilk  qədim  şəhərlər  yarandı.  Həmin  şəhərlər  Mohenco-Daro  və 



Harappa idi. 

E.ə. II minillik

 

Ari  tayfaları  Hindistanda  məskunlaşdı.  Ari  tayfalarının  Hindistanda 

məskunlaşması nəticəsində hind xalqı yarandı, əhali oturaq həyata keçdi. 

E.ə. I minilliyin I yarısı

   

Hindistanda ilk dövlətlər meydana gəldi 



E.ə. 317-ci il

 

 



Hindistanda padşah Çandraqupta Mauriya dövlətinin əsasını qoydu. 

E.ə 317 – e.ə 180-ci illər 

 

Mauriya sülaləsinin hakimiyyəti. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə