Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   22

682-692-ci illər

 

İltəris xaqanın hakimiyyəti. İltəris xaqanın  dövründə Tonyukuk baş məsləhətçi 

təyin  edildi,    orduda  süvari  hissələrinin  sayı  artırıldı,    ayrı-  ayrı  türk  xaqanları 

birləşdirildi, ölkədə sabitlik, əmin-amanlıq yaradıldı.

 

692-716-cı illər

 

Qapağan  xaqanın  hakimiyyəti.  İltəris  xaqanın  vəfatından  sonra  onun  oğlanları 

Bilgə  və  Kül  tigin  azyaşlı  olduğu  üçün  qardaşı  Qapağan  xaqan  hakimiyyətə 

gəldi.  Qapağan  xaqanın  diqqətini  yönəltdiyi  əsas  sahələr  və  ya  başlıca  siyasəti 

ordunu  möhkəmləndirmək,  ölkənin  iqtisadiyyatını  canlandırmaq  və  Mərkəzi 

Asiya  türklərini  vahid  dövlətdə  birləşdirmək  idi.  Bu  yolda  Çin  başlıca  maneə 

olduğu  üçün  Qapağan  xaqan  Çinə  yürüş  edərək  Çini  Göytürklərdən  asılı 

vəziyyətə saldı. Göytürk ordusu Sakit okeana qədər irəlilədi.

 

716-734-cü illər

 

Bilgə  xaqanın  hakimiyyət.  Bilgə  xaqanın  əsas  məqsədi  türkləri  bir  xalq  kimi 

qoruyub  saxlamaq  idi.  Bu  məqsədlə  Bilgə  xaqan  xeyli  mübarizə  aparsa  da 

düşmənləri  tərəfindən    sui-qəsd  nəticəsində  öldürüldü.  Sonralar  uyğurların  və 

digər türk tayfalarının üsyanları nəticəsində Göytürk dövləti zəiflədi.

 

744-cü il

 

II  Göytürk  imperiyası  süqut  etdi.  Göytür  dövləti  dağıldıqdan  sonra  onların 



dövlətçilik  ənənəsini  Uyğur  dövləti,  uyğurlardan  sonra  isə Oğuz  dövləti davam 

etdirdi. 

 

 

Uyğur xaqanlığı 



 

744-cü il

 

 

Qutluq Bilgə Gün xaqan tərəfindən Uyğur xaqanlığının əsası qoyuldu. 



744-842-ci illər

 

 



Uyğur imperatorluğunun mövcud olması.

 

744-745-ci illər

 

Qutluq  Bilgə  Gün  xanın  hakimiyyəti.  Qutluq  Bilgə  Gün  xanın  hakimiyyəti 



dövründə  doqquz  oğuz  tayfalarını    On  uyğur  ilə  birləşdirərək  Uyğur  dövlətini 

yaratdı,  Ordu  şəhərini  Uyğur  imperatorluğunun  paytaxtı  oldu,  Uyğur  dövləti 

geniş ərazini əhatə edən imperatorluğa çevrildi. Dövlətin ərazisi şərqdə Altaydan 

Mancuriyaya, cənubda Qobi səhrasına qədər uzanırdı.

 

745-759-cu illər

 

Moyon  Çur  xanın  hakimiyyəti.  Moyon  Çur  xanın  dövründə  Çinin  paytaxtı  ələ 

keçirildi və Çin uyğurlardan asılı vəziyyətə düşdü. Çini özündən asılı vəziyyətə 

salmaları  I  Göytürk  imperatoru  Muğan  xaqan,  II  Göytürk  imperatoru  Qapağan 

xaqan  və  Uyğur xaqanı Moyon Çur xaqanın fəaliyyətində oxşarlıq təşkil edir.

 

759-779-cu illər



 

Bögü  xaqanın  hakimiyyəti.  Bögü  xaqanın  dövründə  Uyğur  dövlətinin  Çin 

üzərində  nüfuzu    artdı,  uyğurlar  Çinin  bütün  ticarətini  öz  nəzarəti  altına  aldı, 

tibetlilər Çinə basqın edərkən onlar  məğlub edildi.

 

779-789-cu illər

 

Bağa Tarkan xaqanın hakimiyyəti. Bağa Tarkanın dövründə Uyğur xaqanlığının 

iqtisadiyyatı daha da gücləndi.

 

842-ci il



 

Qırğız  tayfaları  uyğurlara  qarşı  üsyan  qaldırdı.  Üsyan  nəticəsində  Uyğur 

imperatorluğu süqut etdi.

 

 



 

Avar xaqanlığı 

 

558-ci il

 

Şərqi Avropada Avar dövləti yarandı. Göytürklər Jujan dövlətinin varlığına son 

qoyduqdan  sonra  “avar”  adlanan  jujanlar  Avarlar  az  sonra  qərbə  çəkilərək 

Qafqazdan  və  Şərqi  Avropaya  gedərək  Avar  dövlətini  yaratdılar.  Avar 

xaqanlığının  yaranmasında  və  möhkəmlənməsində  hun,  sabir,  öğuz  türkləri 

yaxından iştirak etmişdilər. 



558-803-cü illər

 

Avar xaqanlığının mövcud olması. 




VI əsrin sonları

 

Bayan  xaqanın  hakimiyyəti.    Bayan  xaqanın  dövründə  Bizans  avarlara  vergi 

verməyə  başladı.  Alman  və  slavyan  tayfalarının  bir  hissəsi  avarlardan  asılı  hala 

düşdü. Bayan xaqanın dövründə  artıq imperatorluğa çevrilmiş Avar xaqanlığının 

ərazisinə  indiki  Macarıstanın,  Çexiyanın,  Slovakiyanın,  Avstriyanın  və 

Almaniyanın cənub bölgələrinin bir hissəsi daxil idi. 



626-cı il

  

Avarlar  Konstantinopolu    mühasirəyə  aldı.  Avar  xaqanlığı  Bizansla  qonşu 

olduqdan sonra onun Bizans üzərinə hücumları artdı. Avarlar Sasanilərlə birlikdə 

iki dəfə Konstantinopolu mühasirəyə aldılar. 626-cı ildə Konstantinopolun ikinci 

mühasirə  zamanı  avarlar  məğlub  olaraq  şimala  çəkildilər.  Avarların 

məğlubiyyətinin səbəbi  donanmamasının olmaması idi. Bu uğursuzluqdan sonra  

Avar  xaqanlığına  tabe  olan  xalqların  üsyanı  və  hakimiyyət  uğrunda  mübarizə 

başladı. 



VIII əsrin sonları

 

Avar-Frank müharibələri başladı 



803-cü il

 

Franklar  avarların  Pannoniya  ərazisini  tutdular.  Avar  dövləti  süqut  etdi.  Avar 

xaqanlığının  süqutu  səbəbləri  xaqanlığa  tabe  olan  xalqların  üsyanları  və  hakim 

təbəqənin  hakimiyyət  uğrunda  mübarizəsi  idi.  Avar  imperatorluğu    süqut 

etdikdən  sonra  avarlar  Balkan  yarımadasına,  Macarıstanın  şərq  vilayətlərinə 

səpələnərək xristianlaşdılar və yerli əhali qarışdı. 

 

 

Bulqar dövləti 



 

630-cu il

  

 

Kubrat xan tərəfindən Şərqi Avropada Böyük Bulqar dövlətinin əsası qoyuldu. 



630-665-ci illər

 

 

Böyük Bulqar dövlətinin mövcud olması. 



660-cı il

  

Xəzərlərlə bulqarlar arasında döyüş baş verdi. Nəticədə Böyük Bulqar dövləti iki 

hissəyə -  Dunay Bulqar və Volqa Bulqar türk dövlətinə parçalandı. 

665-ci il

 

Kubrat  xanın  oğlu  Baqi  Bayan  xan  tərəfindən  Volqa  (İdil)  Bulqar  türk  dövləti 

yaradıldı.  Mərkəzi  Bulqar  şəhəri  olan  Volqa  (İdil)  Bulqar  türk  dövləti    Orta 

volqaboyu  və  Aşağı  Kama  çayı  sahillərində  yaşayan  türk  tayfalarının  yaratdığı 

ilk türk dövləti idi. 

665/965-1236-cı illər

 

Volqa (İdil) Bulqar türk dövlətinin mövcud olması.  



679-cu il 

 

Asparux    xan  tərəfindən  Dunay  Bulqar  türk  dövləti  yaradıldı.  Cənub-Şərqi 

Avropada Dunay Bulqar-türk dövlətinin paytaxtı əvvəlcə Pliska sonra isə Preslav 

şəhəri olmuşdur. 



679-864-cü illər

 

Dunay Bulqar türk dövlətinin mövcud olması. 



679-cu il

 

Asparux  xan Bizansı məğlub edərək sülh müqaviləsi bağladı. Sülhün şərtlərinə 



əsasən Bizans imperiyası Bulqar-türk dövlətinin müstəqilliyini tanıdı və Bulqar-

türk dövlətinə xərac verməli oldu. 



864-cü il

 

Dunay Bulqar-türk dövlətində xristianlıq dövləti rəsmi dini elan edildi. Bu hadisə 

ilə,  slavyanlaşan  bulqarlar  öz  varlıqlarını  itirdilər,  Dunay  Bulqar  türk  dövləti 

süqut etdi. 



965-ci il

 

Volqa (İdil) Bulqar türk dövləti Xəzər xaqanlığının  asılılığından çıxaraq yenidən 



müstəqil oldu. 

1236-cı il

 

Monqollar Volqa Bulqar türk dövlətinin varlığına son qoydular. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə