Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   22

476-cı il

 

German tayfalarının Qərbi Romanın sonuncu imperatorunu taxtdan saldı. Qərbi 

Roma imperiyası süqut etdi.  Qərbi Avropada quldarlıq quruluşu dağıldı. Qədim 

dünya tarixi sona çatdı və dünya tarixinin orta əsrlər dövrü başladı. 



 

 

 

ORTA ƏSRLƏR DÖVRÜ 

 

Qərbi Hun imperatorluğu 

 

IV əsr

    


 

 

 “Xalqların böyük köçü” başladı. 



IV-VI əsrlər

   


“Xalqların böyük köçü” baş verdi. Xalqların böyük köçü” hun tayfalarının qərbə 

köçü ilə başlamış və slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa 

çatmışdı.  

370-ci il

 

Don  sahilində  hunlar  alanları  məğlub  edərək  Azov  ətrafı  əraziləri  və 



Şimali 

Qafqazı 


ələ keçirdilər. 

371-ci il

 

Hunlar ostqot tayfaları ilə döyüşlərdə onları məğlub edərək Krımı ələ keçirdilər. 



400-cü il

 

Hunlar  Dunay  çayı  sahilində  qot  tayfalarını  məğlub  edərək  Pannoniyada 



məskunlaşdılar.

  Bununla  da  Cənub-Şərqi  Avropanın  bir  hissəsi  hunların 

tabeliyinə keçdi.

 

IV əsr – 470-ci il



 

Qərbi  Hun  imperatorluğunun

 

mövcud  olması. 



Atillanın hakimiyyəti  dövründə 

Qərbi  Hun  dövləti  qüdrətli  imperatorluğa  çevrildi.  İmperatorluğun  sərhədləri 

şərqdə  Volqa  çayından  qərbdə  Reyn  çayına,  cənubda  Balkan  yarımadasından 

şimalda Baltik sahillərinə qədər böyük bir ərazini əhatə edirdi.

 

447-ci il

 

Atilla Bizansa  yürüş etdi. 

Atilla

 

sələfləri  kimi  Bizansı  təzyiq  altında  saxlayaraq 

onu sülh bağlamağa məcbur etmişdi. Lakin  

Bizans Qərbi Hun imperatorluğu ilə 

bağl  adığı  barışıq  şərtlərini  pozur,  illik  vergini  əskik  ödəyir  və  gecikdirir, 

qaçqınları himayə edirdi. Yürüş zamanı Atilla yolu üzərindəki bütün şəhərləri ələ 

keçirdi  və  Konstantinopolu  mühasirəyə  aldı.  Bizans  imperatoru  ölkəni  xilas 

etmək  üçün  təcili  olaraq  Atillanın  yanına  elçi  göndərərək  yenidən  müqavilə 

bağladılar və Atillanın tələb etdiyi bütün şərtləri  qəbul etdilər.

 

451-ci il

 

Qərbi  Hun  imperatorluğu  ilə  Roma  imperiyası  arasında 



Katalaun döyüşü  baş 

verdi. 


Döyüş  nəticəsində  hər  iki  tərəfdən  160  min  əsgər  öldürüldü,  Atilla 

ordusunun yenilməzliyin görən Aetsi geri çəkildi. 



452-ci il

 

Atilla Roma şəhərini mühasirəyə aldı. Bu zaman papa III Leon böyük bir elçi ilə 

Atillanın  yanına  gələrək  ondan  şəhəri  dağıtmamağı  xahiş  etdi.  Romalılar 

hunların  bütün    şərtlərini  qəbul  etdiyi  üçün  Atilla  Roma  şəhərinə  toxunmayıb 

oranı tərk etdi. 

453-cü il

 

Atilla  vəfat  etdi  və  Qərbi  Hun  dövlətində   



hakimiyyət  onun  oğlanları  arasında 

bölündü.


 

470-ci il

 

Qərbi  Hun  imperatorluğu    süqut  etdi.

 

Qərbi  Hun  imperiyasından  sonra  onun 



yerində Avropada Avar, Xəzər və Bulqar türk dövlətləri yarandı.

 

 



 

 

 



 

 

 



 


Ağ Hun imperatorluğu 

 

III əsr

 

Kiyat,  şəhəri  Xarəzm  vilayətinin  paytaxtı  oldu.  Sonralar  vilayət  Ağ  Hun 

dövlətinin tabeliyində idi. 

IV əsrin sonları

 

Ağ Hun dövləti yarandı.

 

IV əsr – 567-cı il

 

Aği Hun imperatorluğun

un

 mövcud olması. Paytaxtı Sakala şəhəri olan Ağ Hun 



dövlətinin  ərazisi  Mərkəzi  Asiya,  Əfqanıstan  və  Şimal-Şərqi  Hindistanın  bir 

hissəsini  əhatə  edirdi.  Dövlətin  sərhədləri  şimalda  Seyhun  çayı  və  Səmərqənd 

ətarından, qərbdə Xəzər dənizinin cənubuna qədər uzanırdı

 

V  əsr



 

Ağ Hun dövləti Eftal xanın adı ilə  Eftalit dövləti adlandı.

 

V əsr

 

Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə salındı.



 

430-cu il

 

Ağ hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər.



 

515-550-ci illər

 

Mihuraqula xanın hakimiyyəti.  Mihiraqula xanın hakimiyyəti dövründə Ağ Hun 

imperatorluğu  öz  qüdrətininən  ən  yüksək  zirvəsinə  çatdı

,  dövlət 

yaxşı  təlim 

görmüş  nizami  orduya  və  700  döyüş  filinə  malik  oldu,  Ağ  hunlar  Hindistan 

üzərinə  aramsız  yürüşləri  davam  etdirərək  Şimal-Qərbi  Hindistanı  tamamilə 

özlərinə  tabe  etdilər.

 

550-ci  ildə  Mihiraqula  xan  vəfat  etdikdən  sonra  Ağ  Hun 



imperatorluğunda yüksəliş dayanmağa başladı.

 

VI əsrin ortaları



 

Ağ  Hun  imperatorluğu  zəifləməyə  başladı.  Ağ  Hun  imperatorluğunun 

zəifləməsinin  səbəbi  imperatorluğun  genişlənməsi  və  yeni  ərazilərə  yayılması 

idi.


 

567-ci il

 

Sasani  hökmdarı  Xosrov  Ənuşirəvanın  və  Göytürk  xaqanı  İstəmi  xaqanın 

birləşmiş  qüvvələri  Ağ  hunlar  üzərinə  yürüş  etdi.  Döyüş  nəticəsində  Ağ  hunlar 

məğlub  oldular  və  Ağ  Hun  imperatorluğu  dağıldı.  Ağ  Hun  imperatorluğunun 

torpaqları  göytürklər  və  sasanilər  arasında  bölüşdürüldü.

  Xarəzm  vilayəti  

Göytürk dövlətinin tabeliyinə keçdi.

 

 

 

Göytürk xaqanlığı 

 

552-ci il

 

Bumin xaqan jujan xanı üzərində qələbə qazandı və I Göytürk dövlətini əsasını 

qoydu. Ötükən şəhəri I Göytürk dövlətinin paytaxtı oldu.

 

552-588-ci illər

 

I Göytürk dövlətinin mövcud olması.



 

VI əsrin II yarısı

 

Göytürk  dövlətinin  ən  qüdrətli  dövrü.  Muğan  və  İstəmi  xaqanın  zamanına  I 

Göytürk  dövləti  ən  qüdrətli  dövrünü  yaşadı.  Muğan  xaqanın  hakimiyyəti 

dövründə  Göytürk  dövləti  qüdrətli  imperatorluğa  çevrildi,  Çin  türklərdən  asılı 

vəziyyətə  düşdü,  İstəmi  xaqanın  başçılığı  ilə  göytürklər  Şimali  Qafqazı  tutaraq 

Bizans torpaqları üzərinə hücum etdi.

 

588-ci il

 

I  Göytürk  imperatorluğu  iki  hissəyə  parçalandı.  I  Göytürk  imperatorluğunun 

parçalanmasının səbəbi daxili ziddiyyətlər və hakimiyyət uğrunda çəkişmələr idi. 

Parçalanma nəticəsində Mərkəzi Monqolustan olmaqla Şərqi Göytürk və mərkəzi 

Yeddisu  olmaqla Qərbi  Göytürk  dövlətləri  yarandı.  Çox  keçmədən  bu  dövlətlər 

Çindən asılı vəziyyətə düşdülər.

 

VII əsrin əvvəlləri

 

Şərqi Göytürk və Qərbi Göytürk dövlətləri Çindən asılı vəziyyətə düşdü.



 

VII əsrin  80-ci illəri

 

Qutluq  (İltəris)  xanın  başçılığı  altında  Göytürklər  Çinə  qarşı  üsyan  qaldırdılar.  

Üsyan nəticəsində türklər Çin əsarətindən azad oldu,  II Göytürk imperatorluğu 

yarandı, Qutluq xan «İltəris» (eli xilas edən) adı ilə xaqan elan edildi.  



682-744-cü illər

 

II Göytürk imperatorluğunun mövcud olması.

 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə