Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya


Xəzər xaqanlığı. Oğuz dövləti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 

 

Xəzər xaqanlığı. Oğuz dövləti



 

 

VII əsrin əvvəlləri

 

Xəzər tayfaları Xəzər dənizinin qərb sahillərində, o cümlədən Azərbaycan 



ərazisində məskunlaşdı. 

634-cü il

 

Qərbi Göytürk dövləti dağıldı.  Xəzər tayfaları müstəqil oldu və Xəzər 

xaqanlığını yaratdılar. 

634-965-ci illər

 

Xəzər xaqanlığının mövcud olması.  Şərqi Avropada yaranmış ilk feodal 



dövlətlərdən biri olan Xəzər xaqanlığının paytaxtı əvvəlcə Səməndər, sonra isə  

İdil şəhəri olmuşdu. 



VIII-IX əsrlər

 

Xəzər xaqanlığının ən qüdrətli dövrü. Bu zaman onun ərazisinə Şimali Qafqaz, 

Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi daxil idi. 

IX əsrin ikinci yarısı

 

Şərq slavyanları xəzərlərə bac verməyə başladı. 



X əsrin 60-cı illəri

 

Kiyev-rus dövləti tərəfindən Xəzər xaqanlığı işğal olundu və süqut etdi. 



X əsr

 

Oğuz dövləti  yarandı. Oğuz və ya Yabqu dövlətini Seyhun çayı və Xəzər dənizi 

arasında yerləşən türk boyları yaratmışdılar. Dövləti  paytaxtı Yenikənd şəhəri 

idi. 



950-ci il

 

Öğuzlar İslam dinini qəbul etdilər və türkmən adlandırmağa başladılar. 



1000-ci il

 

Oğuz dövlətinin varlığına qıpçaqlar tərəfindən son qoyuldu. 



 

 

Çin 

 

III əsr

 

Qədim  Çin  imperiyası  (Xan  sülaləsi)  bir-biri  ilə  düşmənçilik  edən  bir  neçə 

dövlətə parçalandı. 

III-IV əsrlər

 

 

Çində quldarlıq quruluşunu dağıldı və  feodalizm münasibətləri yarandı. 



III-VII əsrlər

 

Çində  “Güclü ailələr”  adlı xüsusi torpaq sahibliyinin  mövcud olması.  Çində  iri 



xüsusi torpaq sahibləri - “güclü ailə”lər adlanırdı. Çində “güclü ailələr”in artması 

və  möhkəmlənməsi  kəndlilərin  torpaqsızlaşmasına  səbəb  olur,  onları  özlərindən 

asılı  olan  icarədarlara  çevirir,  dövlətə  vergi  verənlərin  sayı  azalır,  mərkəzi 

hakimiyyət zəifləyirdi. 



III-VII əsrlər

 

 



Çində dövlət feodalizmi formalaşdı. 

586-cı il

 

Suy  sülaləsi  hakimiyyətə  gəldi.    Suy  sülaləsinin  ilk  hökmadı  Yan  Szyanın   



ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətinə son qoyuldu, 

dövlətin paytaxtı Çanan şəhəri oldu, Çin imperiyası yenidən bərpa etdildi və Çin 

yenidən    vahid  dövlətdə  birləşdirildi.  Suy  sülaləsinin  ikinci  hökmdarı  Yan 

Quanın dövründə isə Böyük kanal çəkildi. 



586-618-ci illər

 

 

Çində Suy sülaləsinin hakimiyyəti dövrü. 



VI əsrin sonları

 

 

Çində yenidən vahid dövlətin yaradılmasına başlanıldı. 



VII əsrin əvvəlləri

 

 

 Çində hakimiyyət Tan sülaləsi hakimiyyətə gəldi. 



618-918-ci illər

 

Çində  Tan  sülaləsinin  hakimiyyəti.  Tan  sülaləsinin  dövründə  Tan  imperatoru 



ilahiləşdirilərək «Səma oğlu» adlandırılırdı. Tan sülaləsinin 300 illik hakimiyyəti 

dövründə  Çin  yenidən  vahid  dövlətdə  birləşdirildi,  Çin  işğalçılıq  siyasəti 

yeridərək qonşularını itaət altına almağa səy göstərdi, Koreya və Vyetnam Çinə 

tabe  edildi,  Böyük  İpək  yolunun  Çindən  Mərkəzi  Asiyayadək  uzanan  hissəsinə 

nəzarəti əlinə keçirdi. 

751-ci il

 

Xilafət  qoşunları  Çin  ordusunu  məğlub  etdi  və  Böyük  İpək  yolunun  Mərkəzi 

Asiyayadək uzanan hissəsinə nəzarət Çinin əlindən çıxdı. 



VIII əsr

 

Çində  feodallar dövlət torpaqlarını özbaşına tutmağa başladı və feodal  mülkləri 

meydana  gəldi.  Həmin  ərazidə  yaşayan  kəndlilər  isə  feodallardan  asılı  kəndliyə 

çevrildilər. 



960-cı il

 

 

Çində Sun sülaləsi hakimiyyətə gəldi.  



960-1260-cı illər

 

Sun  sülaləsinin  hakimiyyəti  dövrü.  Sun  sülaləsinin  hakimiyyəti  dövründə  daim 



kəndli üsyanları baş verdi, ölkə ərazisi qonşu dövlətlərin hücumuna məruz qaldı, 

Çingiz  xanın  qoşunları  Şimali  Çini  tutdu,  daha  sonra  monqollar  Çini  tamamilə 

özlərinə tabe etdilər. 

1215-ci il

 

 

Böyük Monqol xanı Çingiz xanın qoşunları Şimali Çini işğal etdi. 



XIV əsrin ortaları

 

Çində  monqol  əsarətinə  qarşı  üsyan  baş  verdi.    Üsyan  nəticəsində  monqollar  

Çindən qovuldu və ölkə yenidən azad oldu, hakimiyyətə Min sülaləsi gəldi. 

1368-ci il

 

 

Çində Min sülaləsi hakimiyyətə gəldi. 



1368-1644-cü illər

 

Çində  Min  sülaləsinin    hakimiyyəti  dövrü.  Min  sülaləsinin  hakimiyyətinin  ilk 

dövründə  monqol  feodallarından  alınmış  torpaqlar  kəndlilərə  paylanıldı, 

kəndlilər üç il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edildi, tacirlər 

və  sənətkarlardan  alınan  vergilərin  miqdarı  azaldıldı.  Bütün  bu  tədbirlər  XV 

əsrdə Çində təsərrüfatın inkişafına səbəb oldu. Min sülaləsi də digər Çin sülaləri 

kimi işğalçı yürüşlər həyata keçirdi. XVI əsrdə Min sülaləsinin işğalçı yürüşləri 

nəticəsində  imperiyanın  ərazisi  xeyli  genişləndi,  Koreya,  Vyetnam  və  Tibet 

Çindən  asılı  vəziyyətə  düşdü.  Min  sülaləsinin    dövründə    Çin  imperiyasının 

ərazisinə müasir Çinin daxili əyalətləri və Mancuriya daxil idi 



XVI əsr

 

Koreya, Vyetnam və Tibet Çindən asılı vəziyyətə düşdü. 



 

 

Sasanilər imperiyası 



 

224-cü il

 

 

 

Ərdəşir Babəkan Parfiya dövlətinin (Arşakilər sülaləsinin) varlığına son qoydu. 



226-cı il 

 

 

 

Ərdəşir Babəkan

 tərəfindən Sasanilər dövlətinin  əsası qoyuldu.

 

226-651-ci illər



   

 

Sasanilər dövlətinin mövcud olması dövrü.

 

III əsrin əvvəlləri

 

Sasanilər  imperiyası  Cənubi  Qafqazı,  o  cümlədən    Azərbaycanı  (Atropatenanı) 

ələ keçirdi və  Xarəzm, Xorasan, Mərv  üzərində nəzarəti ələ keçirdi. 

III əsr

 

 



İranda Manilik hərəkatı baş verdi. 

III-V əsrlər

 

 

Sasanilər dövlətində

 feodal münasibətləri yarandı. 

488-531-ci illər

 

 

Sasani şahı  I Qubadın hakimiyyəti dövrü. 



V əsrin ikinci yarısı

 

 



Sasanilər dövləti Ağ Hun imperatorluğundan asılı vəziyyətə düşdü. 

481-529-cu illər

 

 

İranda Məzdəkilər hərəkatı baş verdi. 



529-cu il

 

 

Məzdək edam edildi. 



531-579-cu illər

  

Sasani  şahı  I  Xosrovun  hakimiyyəti.  I  Xosrov  ölkədə  vergi  sistemini  qaydaya 

salmaq  məqsədilə  islahat  keçirdi.  İslahatlar  nəticəsində  vergi  sistemi  nizama 

salındı. 



VI əsrin ikinci yarısı

 

Sasanilər  dövləti    Göytürk  imperatorluğu  ilə  birlikdə  Ağ  hun  dövlətini  süquta 



uğratdı. 

VII əsrin 30-cu illəri

 

 

Sasanilər dövləti ərəb dövlətinin hücumuna məruz qaldı. 



651-ci il

 

 

Sasanilər dövləti ərəblər tərəfindən süquta uğradıldı. 

 

 

 



 

 

 



 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə