Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya


Türk və Şərq xalqlarının mədəniyyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 

Türk və Şərq xalqlarının mədəniyyəti 

 

V-VIII əsrlər

 

Orxon-Yenisey  abidələri  tərtib  olundu.  Monqolustanın  Orxon  çayı  sahilində 



tikilən  bu  abidələrin  sayı  13-dür.   Onların  ən  məşhuru  Göytürk  xaqanı  Bilgə 

xaqan, qardaşı Kül tigin və baş vəzir Tonyukuk üçün qoyulmuş abidələrdir. 



IX əsr

 

 



Bulqar şairi Mikayıl Baştun «Şan qızı dastanı» əsərini yazdı. 

870-950-ci illər

 

Şərqin  böyük  mütəfəkkiri  Fərabinin  yaşadığı  dövür.  Fərabi  yunan  alimi 



Aristotelin  əsərlərinin  izahını  vermiş,  bu  səbəbdən  də  «ikinci  müəllim»  adına 

layiq  görülmüşdü.  O,  Aristoteldən  sonra  ilk  dəfə  elmi  biliklərin  təsnifatını 

vermişdi. 

973-1048-ci illər

 

Əbu Reyhan əl-Biruninin yaşadığı dövür. Əl-Biruni diametri 5 metrə yaxın olan 



ilk qlobusu düzəltmiş, dünyada ilk dəfə olaraq Yerin Günəş ətrafında fırlanması 

fikrini irəli sürmüşdü.  



980-1037-ci illər

 

«Elmlərin şeyxi», «böyük loğman», şair ibn Sinanın  yaşadığı dövür. Azərbaycan 



alimi  Bəhmənyarın  müəllimi  olmuş  İbn  Sina  beş  cilddən  ibarət  «Tibb 

ensiklopediyası» və «Tibb elminin qanunu» əsərləri ilə şöhrət qazanmışdı. 



IX əsr

 

Əhməd əl-Bəlazuri tərəfindən  «Ölkələrin fəthi» adlı tarixi əsəri yazıldı. Əsərdə  



ərəb işğalları qələmə alınmışdı. 

1029-1105-ci illər

 

Görkəmli  türk  astronomu  Mahmud  Qaşğarinin  həyat  və  fəaliyyəti  dövrü. 



Mahmud  Qaşğari  ulduz  bürclərinin  dövrü  adını  ürk  dillərində  vermişdi.  Onun 

«Divanü  lüğat-it-türk»  («Türk  dillərinin  divanı»)  əsərində  o  dövrdə  türk 

xalqlarının  yaşadığı  əraziləri  təsvir edən ilk xəritə  verilmişdi.  Mahmud Qaşğari 

«Divan»ı ilə, həmçinin türkologiya elminin əsasını qoymuşdur. 



1048-1131-ci illər

 

Ömər  Xəyyamın    həyat  və  fəaliyyəti  dövrü.  Ömər  Xəyyam  tərəfindən    «Cəlali 



təqvimi»  yaradılmışdı.  

1066-cı il

 

Səlcuq  hökmdarı  Alp  Arslan  tərəfindən  Bağdadda  «Nizamiyyə»  mədrəsəsi 



açıldı. Bu Mədrəsə dünyanın ilk universitetlərindən sayılırdı. 

XIII-XIV əsrlər

 

Təbrizdə Rəşidiyyə ali mədrəsəsi  fəaliyyətə başladı. Nizamiyyə universitetindən 



sonra Rəşidiyyə ali mədrəsəsi Şərqdə ikinci ali təhsil ocağı idi. 

1465-1554-ci illər

 

Böyük türk dənizçisi və coğrafiyaçısı Piri Rəisin həyat və fəaliyyəti dövrü. Piri 



Rəis tərtib etdiyi dəniz atlasına Amerika qitəsini daxil etmişdi. Bu onu göstərirdi 

ki,  avropalılardan  daha  əvvəl  türk  coğrafiyaçıları,  səyyahları  Amerika  qitəsi 

haqqında məlumatlara malik olmuşdular. 

XVI əsr

 

Moğol hökmdarı Əkbər şahın dövrü. Hindistan mədəniyyətinin «Əkbər əsri». 



XIV əsr

 

Əmir Teymur tərəfindən Səmərqənddə  «Gur Əmir» (Əmir Teymur) türbəsi inşa 



etdirildi. 

XV-XVI əsrlər

 

Osmanlı  imperatorluğunda  memar  Sinan  Xoca  tərəfindən    Şahzadə, 



Süleymaniyyə  və  Səlimiyyə  cameləri  inşa  edildi.  İstanbulda  Çinili  köşk, 

Topqapı, Fənərbağça ultan sarayları tikildi. 



XIII əsr

 

Dehli sultanı Qütbəddin Aybək tərəfindən  «Qütb minar»  memarlıq abidəsi inşa 



etdirildi. 

 

 



 

 

 



 


Avropa və Amerika xalqlarının mədəniyyəti 

 

III əsr

 

 

Mayya yazısı meydana gəldi. 



532-537-ci illər

 

 



Yustinianın əmri ilə “Müqəddəs Sofiya” kilsəsi tikildi. 

VIII-IX əsrlər

 

 



Mayyalılar tərəfindən Uşmalada hökmdar sarayı inşa edildi. 

1045-ci il

 

 

Konstantinopolda ilk universitet fəaliyyətə başladı. 



XI əsr

 

 



Konstantinopolda ilk ali tibb məktəbi  yaradıldı. 

XI-XII əsrlər

 

 



Mayyalılar tərəfindən Çiçen-İtsada rəsədxana inşa edildi. 

XII əsr

 

 



Kordova məscidi və Seviliyada Əlkəsar sarayı inşa edildi. 

XII əsr

 

 

Avropada ilk ali məktəblər - universitetlər meydana gəldi. 



1158-ci il

 

 

İtaliyada Boloniya universiteti açıldı. 



XIII əsr

 

 

İngiltərədə Oksford universiteti yaradıldı. 



XIII-XV əsrlər

 

 



Qranada hakimlərinin Əlhambra sarayı (Qırmızı saray) inşa edildi. 

 

 



YENİ DÖVR 

 

Səfəvilər imperiyası. Nadir Şah Əfşar İmperiyası. Qacarlar dövləti



 

 

1603-1612-ci illər

 

Səfəvi-Osmanlı  müharibəsi  baş  verdi.  Müharibə  nəticəsində  işğal  olunmuş 



Azərbaycan ərazisi tamamilə azad olundu. 

1722-ci il

 

 

Əfqanlar İsfahan şəhərini ələ keçirdi. 



1724-cü il, iyun

 

Osmanlı ilə Rusiya arasında  İstanbul müqaviləsi imzalandı. Müqavilənin şərtinə 

əsasən Azərbaycan torpaqları Rusiya və Osmanlı arasında bölüşdürüldü. 

1731-ci il

 

Şah  II  Təhmasib  İrəvan  yaxınlığında  döyüşdə  osmanlılar  tərəfindən  



məğlubiyyətə uğradıldı. 

1732-ci il

  

II Təhmasib Nadir xan tərəfindən hakimiyyətdən kənarlaşdırıldı və onun oğlunu 



III Abbas adı ilə  şah elan edi. Səfəvilər dövlətində real hakimiyyət Nadir xanın 

əlinə keçdi. 



1733-cü il

 

Nadir  xan  osmanlılarla  sülh  bağladı.  Sülhün  şərtlərinə  əsasən  Osmanlı  dövləti 



Səfəvilərdən aldığı əraziləri geri qaytardı. 

1736-cı il, mart

 

Muğan  qurultayını  çağırıldı. 



Qurultayda  Nadir  xan  şah  seçildi.  Bununla  da 

Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və Nadir xan Əfşar Azərbaycan 

Əfşarlar imperiyasını yaratdı. 

1736-1747-ci illər

 

 



Nadir Şah Əfşar İmperiyasının mövcud olması dövrü. 

1737-ci il

 

Nadir  şah    Əfqanıstana  yürüş  etdi. 

Yürüş  nəticəsində  Qəndəhar  və  Kabul  ələ 

keçirildi. 



1738-ci il

 

Nadir şah Hindistana yürüş etdi. 

Moğol imperatoru Məhəmməd şahın əfqanlara 

sığınacaq verməsi Nadir şahın Hindistana yürüşünə bəhanə olmuşdur.  



1739-cu il

 

Karnal  döyüşü

.  Nadir  şah  moğol  qoşunlarını    məğlub  edərək  Dehlini  tutdu. 

 

Moğol hökmdarı Məhəmməd şahın Nadir şahla bağladığı sülhün şərtlərinə görə 



Hind  çayından  qərbdəki  ərazilər  Nadir  şahın  imperiyasına  qatıldı.  Moğol 

hökmdarının  Dehlidəki  xəzinəsi,  ordugahdakı  ərzaq  və  sursat,  top  və  fillər  də 

Nadir şaha təhvil verildi. 

1740-cı il

 

Nadir  şah  Türküstana  yürüş  etdi. 

Yürüşə  səbəb  Xivə  xanının  Nadir  şahın 

tələblərinə  məhəl qoymaması idi. Bu yürüşdən sonra Buxara xanı Əbülfəzl xan 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə