Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

1455-1485-ci illər

 

İngiltərədə  al  qızılgül  və  ağ  qızılgül  müharibələri  baş  verdi.  Müharibə 



nəticəsində  VII  Henrix  Tüdor  qalib  gəldi  və  İngiltərədə  Tüdorlar  sülaləsinin 

hakimiyyəti başladı. 



1485-1603-cü illər

 

 

İngiltərədə Tüdorlar sülaləsinin hakimiyyəti dövrü. 



XVI əsrin əvvəlləri

 

 

İngiltərədə ilk kapitalist müəssisəsi olan manufakturalar meydana gəldi. 



XVI əsr

 

İngiltərədə  “çəpərləmələr”  başladı.  Çəpərləmələr  nəticəsində  kəndlilər  öz 



torpaqlarından qovuldu və muzdlu işçilərə çevrildilər. 

1588-ci il

 

 La-Manş  döyüşündə    ingilislər  ispanları  məğlub  edərək  Məğlubedilməz 

armadanı  məhv  etdilər.  Məğlubedilməz  armadanın  məhv  edilməsi  nəticəsində 

dənizlərdə  hökmranlıq  İngiltərənin  əlinə  keçdi,  İngiltərə  güclü  dəniz  dövlətinə 

çevrildi. 

1558-1603-cü illər

 

İngiltərə  tarixinin  «qızıl  dövrü».  Tüdorlar  sülaləsinin  sonuncu  nümayəndəsi  I 

Yelizavetanın hakimiyyəti dövrü.  

 

 



   Almaniyada reformasiya və kəndli müharibəsi 

 

XVI əsrin əvvəlləri

 

 



Almaniyada ilk manufakturalar meydana gəldi. 

1517-ci il

 

Martin  Lüter  katolik  kilsəsinin  Almaniyada  “cənnət  qəbzi”  alverinə  qarşı  çıxış 



etdi.  Lüterin  çıxışı  reformasiyanın,  yəni  kilsənin  yenidən  qurulması  uğrunda 

mübarizənin başlanğıcı oldu. 



1524-1525-ci illər

 

Almaniyada  kəndli müharibəsi baş verdi. Tomas Münserin başçılıq etdiyi kəndli 

müharibəsi feodal qaydalarına qarşı yönəlmişdi. Lakin kəndli müharibəsi məğlub 

oldu.  Nəticədə,  şəxsən  azad  olan  kəndlilər  təhkimçilik  asılılığına  düşdü,  feodal 

qaydaları və feodal zülmü daha da gücləndi, Almaniyada fodal dağınıqlığı daha 

da möhkəmləndi. 



1555-ci il

 

Almaniyada katoliklərlə protestantlar arasında Auqsbruq sazişi imzalandı. Sazişə 

əsasən  katoliklər  protestantların  etiqad  azadlığını  tanıdı,  knyaz  torpağındakı 

kilsənin  başçısı  oldu,  kilsə  torpaqları  zəbt  edildi,  knyaz  hansı  etiqadı  qəbul 

edərdisə,  əhali  də  həmin  etiqadı  qəbul  etməli  idi,  knyazın  qəbul  etdiyi  etiqadı 

istəməyənlər  knyazlığın  torpağından  köçüb  gedə  bilərdi.  Sazişdən  sonra 

Almaniyada protestant kilsəsi Lüteran kilsəsi adlandı. 

1572-ci il,  23 avqust

 

Fransada “Varfolomey gecəsi” hadisəsi baş verdi. Katoliklər Fransada protestant 



qırğını törətdilər. 

XVI əsr

 

İsveç, İngiltərə və Danimarka kralları kilsə islahatı keçirərək öz ölkələrində kilsə 

başçıları oldular. 

XVI əsr

 

 



Avropada reformasiya nəticəsində katolik kilsəsi başqa kilsələrə parçalandı. 

 

 



Hollandiya  

 

XVI əsrin əvvəlləri

 

Hollandiyanın şəhər və kəndlərində manufakturalar yarandı. Kənd təsərrüfatında 



kapitalist istehsalı yaranıb inkişaf etdi. 

XVI əsrin birinci yarısı

   


İspaniya kralı II Filipp  Niderlandda inkvizisya tətbiq etdi. 

1566-cı il

 

Niderland  katolik  kilsəsi  və  ispan  zülmünə  qarşı  xalq  hərəkatı  -  burjua  inqilabı 

başladı. 

1572-ci il

 

 

Dəniz gözləri  Brill limanını tutdu. Hollandiyanın şimalında üsyan başladı.

 

1576-cı il

 

İspan  əsgərləri  Antverpen  şəhərini  tutaraq  dağıtdı.  Hollandiyanın  cənub 



əyalələrinin əhalisi üsyana qoşuldu. 

1579-cu il

 

 

Cənubi Niderlandda üsyan yatırıldı və İspaniyanın hakimiyyəti altında qaldı. 




1579-cu il

 

Utrext uniyası. Niderlandın yeddi şimal əyaləti birləşərək vahid dövlət - dünyada 

birinci burjua respublikası olan Hollandiya respublikasını yaratdı. 

1609-cu il

 

İspaniya  Hollandiyanın  dövlət  müstəqilliyini  tanıdı.  Niderland  burjua  inqilabı 

başa çatdı. İngilab nəticəsində Niderlandın şimalında Hollandiyada respublikası  

yarandı,  ispan  ağalığına  son  qoyuldu,  Qərbi  Avropanın  kiçik  bir  hissəsində 

feodalizm quruluşu dağıldı. 

 

 



XIV-XVI əsrlərdə Qərbi Avropada texniki kəşflər və ixtiralar 

 

XV-XVI əsrlər

 

Qərbi  Avropada  yuxarıdan  fırlanan  çarx  ixtira  olundu.  Su  mühərrikləri  

təkmilləşdirildi.    Su  mühərriklərinin  təkmilləşdirilməsi  və  ondan  istifadə 

nəticəsində metal emalı zamanı metalı çox böyük çəkiclə döymək mümkün oldu, 

kağız istehsalında ağır qısqacları qaldırıb endirməyə  kömək etdi, yerin altındakı 

dərin şaxtalarda filizi çıxarılmağa başlandı, 

daş-kömür istehsalı xeyli  artdı.

 

XV-XVI əsrlər



 

Qərbi  Avropada  karavellalar  –  yelkənli  gəmilər  və  kompas  kəşf  olundu.  Bu 

kəşflər  nəticəsində uzaq dəniz səyahətləri mümkün oldu. 

XVI əsr

 

Qərbi Avropada domna peçləri  ixtira olundu. Domnaların  tikilməsi  nəticəsində 

daha çox metal əritmək, çuqun, dəmir və polad əldə etmək mümkün oldu. 

XVI əsr

 

 

Qərbi Avropada ağır və yüngül  toplar, tapançalar və müşkeklər ixtira olundu. 

 

 

Böyük coğrafi kəşflər və müstəmləkə işğallarının başlanması 



 

XV əsrin əvvəlləri

 

Portuqaliya  kralları  Atlantik  okeanına  və  Afrikanın  qərb  sahillərinə 

ekspedisiyalar göndərməyə başladı. 

XV əsr

 

Avropa dənizçiləri qədim alimlərin yerin kürə şəklində olması haqqında fikirləri 

ilə maraqlanmağa və qızıl əldə etmək üçün uzaq ölkələrə səfərə çıxmağa başladı. 

1487-1488-ci illər

 

 



Bartalomey Diaş  Ümid burnunu kəşf etdi. 

1492-ci il

 

 

Xristofor Kolumb Amerikanı, Kuba və Haiti adalarını kəşf etdi. 



1498-ci il,  may

 

 

Vasko da Qama Hindistana gedən dəniz yolunu kəşf etdi. 



1499-1504-cü illər

 

Ameriqo  Vespuçi  Kolumbun  kəşf  etdiyi  torpaqların  yeni  qitə  olduğunu  sübut 



etdi. 

1519-1522-ci illər

 

Fernando  Magellanın  ilk  dünya  səyahəti.  Magellanın  ilk  dünya  səyahəti  Yerin 

kürə şəklində olmasının və vahid dünya okeanının mövcudluğunun sübut etdi. 

XV-XVI əsrlər

 

Böyük  coğrafi  kəşflər  nəticəsində  ticarət  yolları  Aralıq  dənizindən  okeanlara 

keçdi.  Müstəmləkə  əsarətinin  əsası  qoyuldu.  Müstəmləkələrlə  ticarət  İngiltərə, 

Niderland və Portuqaliyanın  limanlarında cəmləşdi. 



XVI əsrin ortaları

 

İspanlar    Kubada  və  Karib  dənizi  adalarında  qırğınlar  həyata  keçirərək,  yerli 

əhalini tamamilə məhv etdi 

XVI əsr

 

Portuqaliyalılar  Ərəbistan  və  Hindistan  yarımadasını,  Şərqi  Afrikanın  Hind 



okeanı  sahillərini,  Zond  və  Molukk  adalarını,  Cənubi  Amerikada  Braziliyanı, 

ispanlar  Braziliyadan  başqa,  bütün  Cənubi  Amerikanı,  Perun,  Kuba  və  Karib 

dənizinin adalarını tutaraq müstəmləkəyə çevirdi. 

 

 



 

 

 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə