Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya


XVIII əsrin ikinci yarısı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   22

XVIII əsrin ikinci yarısı

   

Çin Şərqi Tibeti işğal etdi. 



XVIII əsrin sonları

 

Mancur qoşunları Hind-Çinə  yürüşlər etdilər. 

Yürüşlər  nəticəində    Çin orduları 

həlledici  qələbələr  əldə  etməsə  də,  Birma,  Vyetnam,  Butan  və  Nepal 

mancurlardan  asılılığı  qəbul  etməli  oldu.  Koreya  Çinə  tabe  edildi.  Mancurlar 

Tayvanı  tabe  etməklə  bütün  Çində  öz  hakimiyyətlərini  qurdular.  Çinin  vahid 

dövlət halında birləşdirildi.

 

 



 

Yaponiya 

 

XVI əsrin ortaları

 

   

Avropalılar ilk dəfə Yaponiyaya gəlməyə başladılar. 



XVI əsrin sonları

              

Knyaz Oda Nobunaqa mərkəzləşdirmə siyasəti yeritməyə başladı. 



1582-ci il

 

Knyaz  Oda  Nobunaqa  vasalları  tərəfindən  öldürüldü.  Xideyoşi  Oda 

Nobunaqanın  mərkəzləşdirmə  siyasətini  davam  etdirdi.

  Lakin  Xideyoşininin  

Koreyanı ələ keçirmək təşəbbüsü uğursuz oldu. 



1582-1603-cü illər

 

Yaponiyanı  birləşdirmək  uğrunda  mübarizə  baş  verdi.  Mübarizənə  ticəsində 



Tokuqava  sülailəsi  qalib  gələrək  hakimiyyətə  gəldi, 

Yaponiya  siyasi  cəhətdən 

birləşdirildi. 

1603-cü il

 

İmperator sərəncamı ilə Tokuqava İyeyasu özünü  syoqun elan etdi. Bununla da 

İyeyasunun Yaponiyanı siyasi cəhətdən birləşdirmək uğrunda 30 illik mübarizəsi 

uğurla başa çatdı, 

Yaponiyada üçüncü syoqun sülaləsinin - Tokuqava sülailəsinin 

hakimiyyəti    başladı.

  Beləliklə,  Nobuqanın  başlatdığı  və  Xideyoşinin  davam 

etdirdiyi mərkəzləşdirmə siyasətini İyeyasu başa çatdırdı. 



1603-1867-ci illər

 

Tokuqava  sülailəsinin  hakimiyyəti  dövrü. 

Tokuqava  sülaləsinin  hakimiyyəti 

dövründə    Avropanın  bir  sıra  ölkələrindən  fərqli  olaraq,  Yaponiyanın  feodal 

knyazlara bölgüsü ləğv edilmədi və yarımmüstəqil vəziyyətdə qalan knyazlıqlar 

inzibati-siyasi  quruluşun  əsası  kimi  qorunub  saxlanıldı,  ölkədə  feodal- 

mütləqiyyət rejimi - diktaturası yaradıldı, 

hökumət iri knyazları itaətdə saxlamaq 

üçün  aşağıdakı    tədbirləri  həyata  keçirdi:  s

amuraylara  ticarətlə  və  sahibkarlıq 

fəaliyyəti  ilə  məşğul  olmaq  qadağan  edildi,  girovluq  sistemi  tətbiq  olundu. 

Tokuqavanın  yaratdığı  siyasi  sistem  özünəməxsusluğu  ilə  fərqlənirdi.  Ölkədə 

nominal  olaraq  syoqun  və  imperatorun  ikihakimiyyətliliyi  mövcud  idi.  Bununla 

belə,  imperator  hüquqi  cəhətdən  dövlətin  başçısı  sayılırdı.  Lakin  faktiki  olaraq 

ölkəni syoqun idarə edirdi. 

1604-cü il

 

Tokuqava  hökuməti  tərəfindən    ipək  xammalının  və  hazır  ipək  məmulatlarının 

xarici  tacirlərdən  satın  alınmasına  başlanıldı.  Yapon-holland  ticarət  müqaviləsi 

imzalandı. Xirado adasında holland  faktoriyasının əsası  qoyuldu. 



1613-cü il

 

 Xirado  adasında  ingilis    faktoriyasının  əsası  qoyuldu  və  ingilis  Ost-Hind 

kompaniyasına Yaponiyada ticarət aparmaq imtiyazı verildi. 

1614-cü il

 

Tokuqava hökuməti  xristianlığı «imperiyanın düşməni» elan etdi. 



1635-ci il

 

Yaponiyada  girovluq sistemi   tətbiq olundu.



 Girovluq sisteminə görə knyazlar il 

ərzində dövri olaraq hökmən paytaxt Edoya baş çəkməli, paytaxtda olmadıqları 

müddətdə isə ailələri girov kimi orada qalmalı idi. 



1623-1624-cü illər

 

İngilislər,  ispanlar  və  portuqaliyalılar  Yaponiyadan  tamamilə  çıxarıldı.

 

Avropalılardan  yalnız  hollandlar  ölkədən  qovulmadılar.  Onlar  Yaponiyada 



üsyanın  yatırılmasına  kömək  etdikləri  üçün  Desima  adasında  öz  faktoriyalarını 

saxladılar.  Yaponiyanın  təcrid  edildiyi  bütün  dövr  ərzində  Desima  Avropaya 

yeganə açıq «pəncərə» rolunu oynadı. 

XVII əsrin birinci yarısı

 

Yaponiya    özünütəcrid  siyasəti  yeritməyə    başladı.

  Tokuqava  sülaləsi 

özünütəcrid  siyasətinin  köməyi  ilə  Yaponiyanı  siyasi  cəhətdən  birləşdirmək 

niyyətində  idi.  Yaponiyanın  təcridolma  siyasəti  feodal  münasibətlərinin 

sabitləşməsinə  kömək  etsə  də,  ölkənin  iqtisadi  inkişafını  ləngitdi,  Yaponiya 

formalaşmaqda olan dünya bazarından kənarda saxlanıldı. 

XVIII əsrin əvvəlləri  

Yaponiyada  qtisadi  tənəzzül    başladı.



 

İqtisadiyyatın tənəzzülünün səbəbi feodal 

qaydaları və  maliyyə sisteminin böhranı idi. 

1680-1709-cu illər

 

Syoqun  Sunayoşinin

  hakimiyyəti.  Syoqun  Sunayoşi  hakimiyyəti  dövründə 

maliyyə  çətinliklərini  aradan  qaldırmaq  məqsədi  ilə  islahat  həyata  keçirdi. 

Sunayoşinin  islahatlarına

  əsasən  yeni  pullar  kəsilməyə  və  onun  tərkibindəki 

qızılın miqdarı azaldılmağa başlandı. Lakin 

Yoşimunenin islahatları nəticəsində 

əhalinin vəziyyəti pisləşdi. 

1716-1745-ci illər

 

Syoqun 


Yoşimunenin 

hakimiyyəti. 

Syoqun Yoşimunenin  hakimiyyəti  dövründə 

feodalizm quruluşunun tənəzzülünün qarşısını almaq və  samurayların nüfuzunu 

möhkəmləndirmək  üçün  tədbirlər  həyata  keçirildi:  kəndlilərin  torpaq  paylarının 

alqı-satqısı rəsmən qadağan edildi, syoqun sarayında və feodal knyazlar arasında 

israfçılıq  əleyhinə  mübarizə  aparıldı.  Qəbul  edilən  qanunlar  feodalizm 

quruluşunun və mütləqiyyət rejiminin möhkəmləndirilməsini təmin etdi.

 

 

  



Osmanlı imperiyası 

 

XVI əsrin sonların



 

 

Osmanlı imperiyasında durğunluq dövrü başladı.  



XVII əsr

 

Osmanlı imperiyasında durğunluq dövrü geriləmə dövrü ilə əvəz olundu. Timar 

və ziyamət sistemi pozuldu. 

1615-ci il

 

Avstriya  ilə  Osmanlı  dövlətləri  arasında    Vyana  kapitulyasiya  müqaviləsi 

bağlandı.  Müqavilənin  şərtlərinə  əsasən  Avstriya  təbəələrinə  Osmanlı 

mülklərində  sərbəst  ticarət  hüququ  verildi,  gömrük  haqqı  endirildi,  katoliklərə 

kilsə tikməyə icazə  verildi.  Eyni  ildə  Venesiya  da  Osmanlıdan  eyni imtiyazları  

aldı. 


XVII əsr

 

Fransa,  İngiltərə,  Hollandiya  və  Avstriya  tacirləri  Osmanlı  imperiyasından 



kapitulyasiya hüququ aldı. 

XVII əsrin ikinci yarısı

 

Osmanlı  imperiyasında  ilk  islahat  cəhdləri  həyata  keçirildi.  Bu  dövrdə  həyata 

keçirilən  islahatlar  IV  Mehmetin  (1648-1687)  baş  vəziri  Körpülü  Mühmet 

paşanın  adı  ilə  bağlı  idi.  Körpülü  Mehmet  paşanın  islahatlarının  məqsədi 

idarəçiliyi qaydaya salmaq və vergi sistemini tənzimləmək, ordu və donanmada 

hərbi intizamı gücləndirmək idi. Körpülü Mehmet paşanın islahatları nəticəsində 

idarəçilik  və  hərbi  intizam  möhkəmləndirildi,  timar  sistemi  nizama  salındı, 

xəzinə  gəlirləri  artırıldı,  ordu  və  donanma  gücləndirildi.  İslahatlar  Osmanlı 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə