Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   22

E.ə. III əsrin II yarısı

 

Padşah Aşokanın hakimiyyəti. Aşokanın hakimiyyəti dövründə bütün Hindistan 

ilk  dəfə  vahid  dövlətdə  birləşdirildi.  Vahid  Hind  dövləti  yaradıldı.  Lakin, 

Aşokanın ölümündən sonra Mauriya dövləti tədricən dağıldı. 



E.ə. VI əsrin sonu

 

 



Hindistan Əhəmənilər imperiyası tərəfindən işğal edildi. 

E.ə. IV əsrin 20-ci illəri

 

Makedoniyalı  İskəndər  Hindistanın  şimal-qərbinə  hücum  etdi.    Hücum 



nəticəsində İsgəndər ciddi müqavimətə rast gəlkərək geri çəkildi.  

E.ə. I əsr

 

 

Hindistanda daşdan yonulmuş  darvaza  inşa olundu. 



 

 

Qədim Yunanıstan 

 

E.ə. III-II minillik

 

 



Krit adasında  Avropanın ən qədim və ilk dövləti yarandı. 

E.ə. II minillik

 

Təbii fəlakət nəticəsində Krit mədəniyyəti  məhv oldu. 



E.ə. II minillik

 

 

Cənubi Yunanıstanda Mikena mədəniyyəti yarandı. 



E.ə. II minilliyin sonları

 

Mikena  mədəniyyəti  Yunanıstanın  şimalından  gələn  dori  tayfaları  tərəfindən 



məhv edildi. Dorilər Cənubi Yunanıstanda Lakonika vilayətini tutdular. 

E.ə. VIII-VI əsrlər

 

İlk  yunan  şəhər-dövlətləri  yarandı.  Orta  Yunanıstanda  –  Afina,  Cənubi 



Yunanıstanda    –  Korinf  və  Sparta,  Egey  dənizi  sahillərində  -  Milet,  Efes  və 

Rodos  şəhər dövlətləri yarandı. 



E.ə. VIII əsr

 

Akropolda  yaşayan  adlı-sanlı  adamlar  Attikanın  bütün  əhalisini  özlərinə  tabe 

etdilər. 

E.ə. VII əsr

  

 



Dorilər Messeniya vilayətini  tutdular. Spartada quldarlıq dövləti yarandı. 

E.ə. VII əsr

 

 



Afinada gümüş pul da kəsildi. 

E.ə. VII əsr

  

Demosla  aristokratlar  arasında  mübarizə  başladı.  Afinada  Drakon  qanunları 



tərtib  edildi.  Aristokratların  hakimiyyətini  möhkəmləndirmək  məqsədi  ilə  qəbul 

edilmiş  Drakon  qanunları  aristokratların  həyatı  və  əmlakını  qoruyurdu.  Drakon 

qanunlarına əsasən kiçik səhvə görə ən ağır cəza verilir, təqsirkar ölümə məhkum 

olunurdu. 



E.ə. 594-cü il

 

Afinada  Solon  tərəfindən  islahatlar  keçirildi.  Solon  islahatının  əsas  məqsədi 



aristokratiya  ilə  demosu  barışdırmaq  idi.  Solon  islahatına  əsasən  kəndlilərin 

borcları  ləğv  edildi,  borca  görə  qul  edilən  afinalılar  azad  edildilər,  afinalıların 

gələcəkdə  borca  görə  qul  edilməsi  qadağan  edildi,  Solon  islahatı  nəticəsində 

aristokratlarla  demos  arasındakı  gərginlik  aradan  qaldırıldı,  Attikanın  yerli 

əhalisi olan bütün kişilər Afina vətəndaşı hüququnu aldılar. 

E.ə. VI əsrin sonları

 

Afina  xalq  yığıncağı  ordu  və  donanmaya  başçılıq  edən  strateqlər  seçməyə 



başlandı. 

Eə. VI əsr

  

 



Afinada qara fiqurlu amforalar istehsal olunmağa başlandı. 

E.ə. V əsr

 

 



Afinada qırmızı  fiqurlu amforalar istehsal olunmağa başlandı. 

E.ə. 443-cü il

 

 



Afinada Perikl strateq seçildi. 

*** 


E.ə. VIII-VI əsrlərdə

  

Qafqazdan  İspaniyayadək,  Qara  dəniz  və  Aralıq  dənizi  sahillərində  yunan 



koloniyaları  meydana  gəldi.  Ən  çox  koloniya  salmış  yunan  şəhəri  Milet  idi. 

Milet  şəhərinin  Qara  dəniz  sahillərində  Pantikapey,  Olviya  və  Xersones  kimi 

koloniyaları yaranmışdı. 

E.ə. 500-cü il

 

I  Dara  Kiçik  Asiyada,  Aralıq  dənizinin  şərq  sahillərində  və  Egey  dənizi 



adalarında  yunan  şəhər-dövlətlərinə  hücum  etdi.  Hücum  nəticəsində    burada 

yerləşən  yunanlar  məğlubiyyətə  uğradı  və  Əhəmənilərin  hakimiyyəti  altına 

düşdü. 

E.ə. 500-449-cu illər

 

 

Yunan-İran  müharibələri dövrü. 




E.ə. 490-cı il

 

I  Dara      Yunanıstana  –  Afinaya  hücum  etdi.  Yunanlarla-iranlılar  arasında  



Marafon  döyüşü  baş  verdi.  Marafon  döyüşündə    yunan  ordusuna  Miltidat,  İran 

ordusuna I Dara başçılıq edirdi.  Döyüş nəticəsində yunanlar qalib gələrək xeyli 

qənimət  ələ  keçirdi,  iranlılar  məğlub  oldu  və  I  Dara  Yunanıstanı  tuta  bilmədi. 

Marafon  döyüşündə  ələ  keçirilmiş  qənimət  hesabına  Fidi  Afina  heykəlini 

düzəltdi. 

E.ə. 480-cı il

  

I Kserkis   Orta Yunanıstana hücum etdi. Yunanlarla-iranlılar arasında  Fermopil 



döyüşü  baş  verdi.  Döyüş  nəticəsində  Leonidin  başçılıq  etdiyi  yunanlar  ilk  dəfə 

məğlub oldular, iranlılar Orta Yunanıstanı tutdular. 



E.ə. 480-ci  il

 

 



Salamin dəniz vuruşması. İranlılar ( Kserks) məğlub olaraq Yunanıstanı tərk etdi. 

E.ə. 479-cu il

 

 

Plateya döyüşü. İranlılar Yunanıstandan tamamilə çıxarıldı. 



V əsrin I yarısı

 

 

Afina dəniz ittifaqı yaradıldı. 



E.ə 449-cu il

 

Yunarlarla İran arasında  sülh müqaviləsi bağlandı. Yunan-İran müharibəsi başa 

çatdı.  Sülhün şərtlərinə  görə  İran Miletin, Egey dənizində  olan adalarını, Kiçik 

Asiyadakı şəhər dövlətlərinin istiqlaliyyətini tanıdı, İran hərbi donanmasına Egey 

dənizində  üzmək  qadağan  olundu.  Yunan-İran  müharibəsi  nəticəsində  yunanlar 

qələbə  qazanaraq  böyük  qənimət  ələ  keçirdilər,  Yunanıstan  Aralıq  dənizi 

hövzəsində  hakim  dövlətə  çevrildi,  Afinalıları  «dəniz  sahibləri»  adlandırmağa 

başladılar, yunan gəmiləri Aralıq dənizində sərbəst üzməyə başladı. 



*** 

E.ə. 776-cı il

 

 



 

Yunanıstanda ilk Olimpiya oyunları keçirildi. 



E.ə. VIII əsr

 

 



 

Homer «İliada» və «Odisseya» dastanlarını yaratdı. 



E.ə. VI əsr

 

 



 

Homerin «İliada» və «Odisseya» dastanları  yazıya alındı. 



E.ə. V əsr

 

 

 

Heredotun “Tarix” əsərini yazması ilə tarix elminin əsası qoyuldu.  



E.ə. V əsr

  

 



 

Afinada Parfenon məbədi  inşa edildi. 



E.ə. V əsrin sonları

 

 



Yunanıstanda ilk teatr binasi tikildi. 

E.ə IV əsrin II yarısı

 

 

Yunan şəhər dövlətləri tənəzzül etməyə başladıllar. 



E.ə. 431-404-cü illər

  

Afina  və  Sparta  arasında  müharibə  baş  verdi.  Müharibənin  səbəbi  dəniz 



ticarətində  üstünlük  qazanmaq,  qonşu  dövlətləri  özlərinə  tabe  etmək  və  çoxlu 

qənimət  ələ  keçirmək  istəyi  idi.    Müharibə  nəticəsində  Sparta  dövləti  Afina 

üzərində tam qələbə qazandı, yunan şəhər-dövlətləri zəiflədi. 

 

 



Makedoniya imperiyası 

 

E.ə. IV əsrin ortaları

 

Balkan  yarımadasının  şimalında  (Yunanıstanın  şimal-şərqində)  yerləşən 



Makedoniya  dövləti  II  Filippin  (e.ə.  359-336)  hakimiyyəti  dövründə  güclü 

dövlətə çevrildi, güclü dövlət və nizami ordu təşkil edildi,  yunan şəhər dövlətləri 

Makedoniya tərəfindən işğal olundu. 

E.ə. 338-ci il

 

Xeroneya  döyüşü.  Yunan  şəhər  dövlətlərinin  azadlığına  son  qoyuldu  və 

Makedoniyanın hakimiyyəti altına düşdü. 

E.ə-336-323-cü illər

 

 

Makedoniyalı İsgəndərin hakimiyyəti. 



E.ə 334-cü il

 

Makedoniyalı  İsgəndər    Şərqə  yürüşə  başladı.  İsgəndərin  başçılığı  ilə 

makedoniya  ordusu  ilk  öncə  Kiçik  Asiyaya  soxuldu.  İsgəndər  burada  İran 

qoşunlarına  qalib  gələrək  Aralıq  dənizi  sahili  ilə  Misirə  doğru  hərəkət  etdi.  Bu 

zaman  Finikiyanın  Tir  şəhəri  ciddi  müqavimət  göstərdiyi  üçün  tutularaq 

dağıdıldı.  Finikiyanın  digər  şəhərləri  və  Misir  isə  vuruşmasız  İsgəndərə  tabe 

oldu.  Misir  kahinləri  İsgəndəri  firon  və  tanrı  adlandırdılar. İsgəndər  Misirdən 

qayıdaraq  İran  qoşunlarını  tamamilə  məğlub  edildi.  Beləliklə  İsgəndərin  Şərq 

yürüşü  nəticəsində  Əhəməni  imperiyası  süqut  etdi.  İranı  ələ  keçirdikdən  sonra 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə