Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə53/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   49   50   51   52   53   54   55   56   ...   89

_______________Milli Kitabxana___________________ 

 

274 



Sоruşursunuz ki, hаnsı  əsərləri yаzmаğа  hа-

zırlаşırаm? Bоynumа  аlırаm ki, bunu hələ  ахırа 

kimi təsəvvür еdə bilmirəm. Görünür səbəbi оndаn 

ibаrətdir ki, mən оnu indiyəcən yаzmаmışаm. Istər-

dim еlə bir kitаb yаzım ki, «Cırtdаn» kimi uşаqlаrın 

sеvimli kitаbınа çеvrilsin. Аrzu еdərdim ki, mənim 

qəhrəmаnlаrım  хаlqın istəklərini,  ən müqəddəs 

əməllərini özündə birləşdirə bilsin. 

Bu yахınlаrdа «Çırаq nənənin nаğıllаrı» 

pоvеstini bitirmişəm.  О biri pоvеstlərimdən fərqli 

оlаrаq burаdа  hаdisələr yumоristik plаndа  təsvir 

оlunur. Hаrdа ki, ciddi fikirlər söyləməyə  çаlış-

mışаm, оndа yumоru köməyə çаğırmışаm. 

Mən hələ  təzəcə  dərk  еtməyə  bаşlаyırаm ki, 

yumоr uşаqlаrın qəlbinə çох güclü təsir еdə bilər. 

Bir gün bеlə bir əhvаlаt оldu. Uşаq bаğçаsın-

dа  bеş  yаşlаrındа bir qızcığаz mənə bir rəsm 

göstərib dеdi: 

- Bахın, bunu mən özüm çəkmişəm. 

Qəşəngdir? 

Əlbəttə qəşəng idi. Lаkin inаnа bilmirdim ki, 

bаlаcа bir qızcığаz bеlə  rəsm çəkə bilsin. Оnа görə 

хаhiş еtdim ki, kаğız və kаrаndаş gətirsinlər. 

- Bir də çək görüm!- dеdim. 

Qız bахışlаrı ilə məni süzüb dеdi: 

- Əmi, mən bеlə rəsmləri yаlnız bir dəfə çəkirəm. 

Mən bеlə  аğıllı, müdrik, qаbiliyyətli uşаqlа-

rın içərisində öz gələcək qəhrəmаnlаrımı görürəm. 

 

       «Dеtskаyа litеrаturа» ъurnаlı, 

 1982, № 4, s. 38-40. 



_______________Milli Kitabxana___________________ 

 

275 



 

 

 

II 

 

“AZƏRBAYCAN” JURNALININ 

SORĞUSUNA CAVAB 

 

Son illər Ziya Bünyadovun, Mahmud Isma-

yılovun, Fəridə  Məmmədovanın, Yusif Yusifovun

Oqtay  Əfəndiyevin və bir sıra cavan alimlərin qə-

dim və orta əsrlər tariximiz haqqında qiymətli 

əsərləri yazılıb. Bu qədər elmi potensial ola, amma 

orta və ali məktəblər üçün mükəmməl bir “Azər-

baycan tarixi” dərsliyi olmaya... 

Mənə elə  gəlir ki, həm  əsrimizin, həm də 

millətimizin formalaşması tarixi alimlərimizə gün 

kimi aydındır. Onların  əsərlərindən görünür ki

azərbaycanlılar min ildir ki, bu torpaqda məskun-

laşıb, indiki dildə danışıblar.  

Alban dövləti ərazisində yaşayan insan qrup-

larının xeyli hissəsi oturaq türk tayfaları idi. Azər-

baycanlıların bir millət kimi formalaşmasında ta 

qədim çağlardan  ərazimizdə  məskunlaşmış  həmin 

tayfalar bünövrə rolunu oynamışdır. Çox-çox sonra 

köçəri türk tayfaları da gəlib yerli əhali ilə qaynayıb 

qarışmışdır.  

Azərbaycan xaqı bir millət kimi formalaşma 

prosesində  təkcə xarici işğalçılarla, qarətçilərlə 




_______________Milli Kitabxana___________________ 

 

276 



yanaşı, özləri-özləri ilə  də mübarizə aparmışlar. 

Özləri-özləri ilə apardıqları mübarizələrin (tayfa 

tayfa ilə, xanlıq xanlıqla və s.) izləri bu gün də 

yaşamaqdadır. Ulu babalarımızdan bizə “miras” 

qalan bu cəhət indi də təsirini saxlayır, bəlkə elə bu 

səbəbdən xırda hisslər, vəzifə intiraqaları, yalançı 

şöhrət və paxıllıq duyğuları bizə mükəmməl tarixi-

mizi yaratmağa imkan vermir.  

Elmi qüvvələri birləşdirib xalqın həqiqi tari-

xini ortaya çıxartmaq ilk növbədə böyük vətən-

daşlıq duyğusu, partiya, vətən, xalq qarşısında vəzi-

fə borcu olmalıdır.  

Abidə keçmişin bu günə düşən işığıdı, bizdən 

də sabahkı nəslə qalacaq, tarixin qaranlıq qatlarının 

üstünə şölə salacaq. Tarixi abidəyə hörmət xalqın 

özünüdərki ilə bağlıdır, bu münasibət mədə-

niyyət ölçüsüdü, vətəndaşlıq borcudu, üstəlik in-

saf meyarıdır. Bu işə münasibətə görə  şəhər və 

rayonlarımıza rəhbərlik edən adamların mədəni 

səviyyəsini, vətəndaşlıq duyğusunu asanca 

müəyyənləşdirmək olar.  

Ağdamda tarixi abidələrə xüsusi qayğı gör-

düm. Xalqın “Imarət” adlandırdığı ərazidə Qarabağ 

xanlığının tarixi ilə bağlı  şəxsiyyətlərin qəbirləri 

qorunur. Şəhərdə açılan “Çörək muzeyi” də elə bu 

müqəddəs nemətə bir abidə təsiri bağışlayır. 

Heyif ki, Seyidli kəndində S. S. Axundovun 

heykəli belə qayğıdan məhrumdur. Heykəlin baş 

hissəsi arxa tərəfdən qırılıb, oyuq yaranıb və gözəl 



_______________Milli Kitabxana___________________ 

 

277 



uşaq yazımızın başı... quş yuvasına çevrilib. Hey-

kəlin sağında və solunda gözəl evlər tikilib. Həmin 

mülklərdə rayonun vəzifəli adamlarından yaşa-

yanlar da var, amma onların nəinki evlərinin, heç 

hasarlarının bir kərpici belə düşməyib, düşübsə də, 

tez təmir etdiriblər.  

Məscid də abidədir. Yadımdadır ki, Şuşada 

məscidi tarix muzeyinə çevirmək üçün təmir 

edəndə camaat necə sevinirdi. Oranın muzey 

olacağına yox, məscidin təmir olacağına 

şadlanırdılar. Çünki bu əzəmətli bina babalarından 

şuşalılara qalan bir yadigardır. Onu tarix muzeyi 

eləmək qərarı kim ortalığa atdısa bilmirəm, orasını 

bilirəm ki, Şuşa məscidindən bir neçə yüz metr 

hündürdə erməni kilsəsi var və o təmir olunur, 

gündən-günə gözəlləşir. Yaxşı ki, heç kəs onu tarix 

muzeyinə çevirmək fikrinə düşmür.  

Anarın “Dədə Qorqud dünyası” məqaləsinə 

kimi elə bilirdim, daha bu abidəni hərtərəfli 

öyrənmişik. Indi görürəm yox, tariximizin çox sirri 

bu dastandadır. Biz gərək xalqımızın tarixinə dair 

başqa mənbələrdən götürdüyümüz fikir və mü-

lahizələri həmin müqəddəs kitabın işığına tutaq, 

onları saf-çürük edək, sonra tarixi fakt kimi qiy-

mətləndirək.  

Hər dastanda bir tarix yatır. Heyf ki, yaxşı 

folklorumuz azdır və  həmin dastanlar hələ  də tam 

araşdırılmayıb. M. H. Təhmasibin yeri hər addımda 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə