Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə49/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   45   46   47   48   49   50   51   52   ...   89

_______________Milli Kitabxana___________________ 

 

255 



Əyri – üyrü işlərlə o qədər məşğul oldum ki, axırda 

adımı Doğrul qoydular. Amma bir mənə de görüm 

əgər sən düz adamsansa taciri niyə aldadırdın? 

Toğrul: - Doğrusu sən məni gülünc hala sal-

mışdın. Gülünc vəziyyətə düşməkdənsə adam bir - 

yolluq ölüb qurtarsa yaxşıdı. Həmin vəziyyətdən 

çıxmaq üçün yalan danışmalı oldum. Gərək gedim 

o kişidən üzr istəyəm.  

Doğrul: - Özün bil. Amma yadında saxla ki, 

məni bir dəfə aldatmısan. Bu hayıfı  səndə qoyma-

yacağam.  

Biləndər daxil olur.  

Biləndər: - Oho gör kimi görürəm, kimi gö-

rürəm. Salam Doğrul. Deməli ki, hələ də doğrulma-

mısan. Yoxsa səni də Toğrul çağırardıq.  

Doğrul: - Sən kimsən belə? 

Biləndər: - Mənə səyahətçi Biləndər deyərlər. 

Işim-gücüm dünyanı  səyahət etməkdi. Istəsəniz bu 

saat maraqlı bir ölkəyə  səfərim var. Ikinizi də 

apararam.  

Toğrul: - Yox, bilirsən, mən bir taciri aldat-

mışam, daha doğrusu işin özü belə  gətirib. Necə 

başa salım səni, Doğrul inək oldu, mən onu tacirə 

satdım.  

Biləndər: - Başa düşürəm, harda Doğrul var-

sa, orda bir əngəlli iş olmalıdır. Amma sən darıxma, 

tacirə harada rast gəlsən orda da pulunu qay-

tararsan. Sizin əhvalatınızı mən eşitmişəm.  

Doğrul: - Hardan eşitmisən? 



_______________Milli Kitabxana___________________ 

 

256 



Biləndər: - Qardaş, mənə havayı Biləndər de-

mirlər ki! Biləndər, yəni hər şeydən xəbərdar olan. 

Məsələn, sənin başına nələr gəldiyini, çevrilib necə 

Doğrul olduğunu da bilirəm.  

Doğrul: - Yalvarıram sənə danışma! Mən is-

təmirəm ki, bəzi adamlar mənim başıma gələnlərin 

hamısını bilsin.  

Biləndər: - Yaxşı, mən belə başa düşürəm ki

o maraqlı ölkəyə getməyə razısınız.  

Doğrul: Mən razı. 

Toğrul: - Mən də razı.  

Biləndər: - Onda getdik.  



(Gedirlər.)  

Pərdə 


 

Toğrul, Doğrul və Biləndər gəlib üç yol ay-

rıcına çıxırlar. Yol ayrıcında göstərici lövhəsi vu-

rulub. “Atalar sözü ölkəsi”, “Üçbucaq ölkəsi”, 

“Yatanlar ölkəsi”. 

Biləndər: - Işimiz çətinləşdi. Buradan yollar 

ayrılır. Biz gərək üç ölkədən birini seçək.  

Doğrul: - Qoy görüm bir burada nə yazılıb. 

“Ata-lar sö-zü ölkəsi” 

Toğrul: - Hə, nə oldu? 

Doğrul: - Yaxşı anlamadım qoy bir də oxu-

yun. Yenə də höcəlləyə-höcəlləyə oxuyur: “A-ta-lar 

sözü öl-kə-si” 

Toğrul: - Di tez ol, görək nə oldu. 




_______________Milli Kitabxana___________________ 

 

257 



Doğrul: Yatanlar ölkəsi. Yəqin bu ölkələrin 

hamısı yatır. Bax ora əsil mənim yerimdir. Gedək 

bir doyunca yataq. 

Toğrul: - Əşi, bir bu yana qaç görüm orada 

nə yazılıb. “Atalar sözü” ölkəsi 2 kilometr, Üçbu-

caq ölkəsi 2 kilometr, Yatanlar ölkəsi 2 kilometr. 

Doğrul: - Qardaş, sən lap qəşəng oxuyurmuş-

san ki, mənim yaşıma gələndə lap alim olacaqsan.  

Biləndər: - Yaxşı, bu üç ölkədən birini seç-

məliyik. Orasını deyim ki, bu ölkələrin üçü də ma-

raqlıdır. Hansına gedək? 

Doğrul: - Yatanlar ölkəsinə. Bu saat qarnım 

elektriçka kimi uğuldayır, gözümdən yuxu tökülür  

Toğrul: - Məncə “Atalar sözü” ölkəsi maraqlı 

olar.  

Biləndər: - Məni isə  nədənsə üçbucaq ölkə 



maraqlandırır. Gəlsəniz hərəmiz bir ölkəyə gedək. 

Sonra bir-birimizə gördüklərimizi danışarıq.  

Doğrul: - Mənim yatmaqdan vaxtım olmaya-

caq ki, bir ətrafa da baxım.  

Toğrul: - Yaxşı getdik. Hərə öz ölkəsinə.  

 

Pərdə 

 

IV ŞƏKIL 

(Toğrul iri lövhənin qarşısında dayanıb 

oxuyur.) 

Toğrul: - “Atalar sözü” şəhəri! Hə bax bu şə-

hərdə  gəzməyinə  dəyər. Görünür yüz dəfə ölçülüb 



_______________Milli Kitabxana___________________ 

 

258 



bir dəfə biçildiyi üçün bu şəhərin küçələri belə 

düzdü. Adamları isə çox gözəl geyinir. Bax bu 

maraqlıdır. Qardaş, bir dəqiqə dayan.  

Yayın ortasında isti paltar geyinmiş bir adam 

Toğrulun qarşısında dayanır. Bu adam ehtiyatlı 

adamdır. Ehtiyatla ətrafına boylanıb dayanır.  

Ehtiyatlı adam: - Buyurun. 

Toğrul: - Sizin bu camaat yaman qəşəng ge-

yinir, bunun səbəbi nədir? 

Ehtiyatlı adam: - Eşitmisən, gözəllik ondur, 

doqquzu dondur. Bu sözü şəhərimizin bütün kü-

çələrindən asmışıq.  

Toğrul: - Amma siz heç bu şəhərin adamına 

oxşamırsınız. Siz də buralısınız.  

Ehtiyatlı adam: - (Kənara. Otuza kimi sayıb 

sonra cavab verir) Əlbəttə! 

Toğrul: - Sizin adınız nədir? 

Ehtiyatlı adam: - (Kənara. Yüz otuza kimi 

sayır) Ehtiyat igidin yaraşığıdır. 

Toğrul: - Onu bilirəm. Adınızı soruşaram.  

Ehtiyatlı adam: - (Iki yüz otuza kimi sayır) 

Bu elə mənim adımdır də!  

Toğrul: - Uzun bir fit çalır. Qardaş, sən bir 

sözə cavab verənə kimi günorta oldu. Bir az tez 

danış da! Yaxşı  bəlkə atanın adını deyəsən. Nəsə 

çox maraqlıdır.  

Ehtiyatlı adam: - (Üç yüz otuza kimi sayır) 

Atamın adı belədir. Igidin igiddən ehtiyatı artıqdır. 

Amma çoxdan xəstədir. Sağalmağına baxmayaraq 



_______________Milli Kitabxana___________________ 

 

259 



açıq havaya çıxmağa hələ də ehtiyat edir. Olduqca 

ağıllıdır. Mənim atam deyir ki, yayda çimməyə 

gedəndə  əvvəl paltonu götür. Çimərlik üçün su 

paltarından da vacib paltodur.  

Toğrul: - Bura bax, deyəsən məni qərib 

görüb xamlayırsan ha. Yayın cırcıramasında palto 

adamın nəyinə gərəkdir.  

Ehtiyatlı adam: - (Dörd yüz iyirmiyə  qədər 



sayır) Siz lap nahaq hirslənirsiniz. Hirsli başda ağıl 

olmaz. Eşitməmisiniz, deyirlər yayda evdən çıxan-

da pencəyini mütləq götür, paltonu özün bilərsən. 

Belə müdrik bir sözü yaddan çıxartmağa bizim haq-

qımız yoxdur.  

Toğrul: - Yaxşı heç demədin atan nədən 

xəstələnib. 

Ehtiyatlı adam: - Əslində boş bir şeydən 

əllərini yandırdı.  

Toğrul: - Əllərini yandırdı? 

Ehtiyatlı adam: Bəli  əllərini yandırdı. Yolla 

gedirmiş, görür ki, alov yana-yana neft anbarına 

tərəf gedir. Əvvəl istəyir ki, səs-küy salıb camaatı 

oyatsın. Sonra fikirləşir ki, bəlkə heç alov gedib ora 

çatmayacaq. Camaata əziyyət verməyin nə  mənası 

var. Beləcə fikirləşib hər ehtimala qarşı dayanıb 

gözləyir. Birdən “buumb” ambar alınsa və o ehti-

yatla yerindən tərpənənə  qədər alov onu da bü-

rüyür. Yaxşı ki, bizim şəhərdə hamının dəli kimi 

tanıdığı Bəhruz böyürdən çıxır. Ağıllılar fikirləşənə 

kimi  vurub arxı keçir və birtəhər yanğını söndürür. 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə