Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə38/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   34   35   36   37   38   39   40   41   ...   89

_______________Milli Kitabxana___________________ 

 

206 



QURBAN DƏDƏ: - Əlbəttə. Sabah durub gö-

rəcəksən ki, sənin bu keçəl dostun çönüb gözəl,  

yaraşıqlı, qalın saçlı bir oğlan olub. Daha ona keçəl 

deməyəcəyik. Adı Vüqar olacaq. Bundan sonra 

hamı onu Vüqar deyə çağıracaq. Bu adı ona mən 

qoyuram.  

BALA NƏZƏR: - (Yeyir) Çox dadlı şeydi, ol-

saydı məmuniyyətlə bir qab da yeyərdim.  

KEÇƏL: - Amma mənim yuxum gəlir. Elə bil 

yuxu dərmanı idi. 

QURBAN DƏDƏ: - Elədir bunu yeyəndən 

sonra hökmən bir – iki saat yatmaq lazımdır. Keçin 

içəridə yatın.  

(Keçəllə Bala Nəzər Qurban Dədənin evinə 

keçirlər.) 

QURBAN DƏDƏ: - Bu gic və acgöz şahdan 

xalqın canı qurtarsaydı mən də bu dünyadan rahatca 

köçüb gedərdim. (Tamaşaçılara) Sizin gördüyünüz 

bu Küpü bizim babalarımız hazırlayıb. Babam 

danışırdı ki, onun babası bu küpün necə düzəldiyini 

gözləri ilə görübmüş. Deyirmiş ki, bütün xalq bu 

küpün hazırlanmağında iştirak edib. Dünyanın  ən 

gözəl gilini gətirib xüsusi xəmir düzəldiblər. Sonra 

onu ehtiyatla beləcə küp halına salıblar.  Əgər 

qulağınızı bu küpə tutsanız onun içindən müxtəlif 

səslər gəldiyini eşidərsiniz. 

Indi şah deyir ki, gərək siz onu mənə verəsiniz. 

Deyirik ki, axı bu bizim heç birimizin deyil. Bütün 

xalqındı. Babalarımızındı. Gələcək nəsillərindi. O 



_______________Milli Kitabxana___________________ 

 

207 



bizim hər hansı birimizin olsaydı bağışlayardıq. 

Amma vətən torpağı kimi bu küpü də bağışlamağa 

heç kəsin ixtiyarı yoxdu. 

(Ələmdar və quldurları daxil olur.) 

ƏLƏMDAR: - Necə olub ki, mən indiyə kimi 

bu boyda küpə əhəmiyyət verməmişəm. Içində yüz 

qoyunun qovurmasını saxlamaq olardı.  

QULDURBAŞI: - Şah isə öz qızıl gümüşünü 

bura doldurub gizlətmək istəyir.  Şahın gözü düşən 

şeydən başqası gərək gözünü çəksin.  

ƏLƏMDAR: - Doğru deyirsən. Amma mən bir 

şeyi bilirəm ki, bizim bu gic şahımız bir gün bu 

küpdən də onun içindəki qızıllardan da əl çəkəcək. 

Çünki ağılsızdı.  

QULDURBAŞI: - Nə danışırsan, qızıldan  əl 

çəkər? Deyirlər ki, Iranda bir qarpız bilicisi varmış. 

Bir dəfə müdrik bir adam ona yaxınlaşıb deyir: - Bu 

tığın içindən mənə elə bir qarpız seçə bilərsənmi ki, 

onun içi sarı olsun. Oğlan o saat əlini atıb bir qarpız 

götürür və deyir: - Bunun içi sarıdı. Hamı təəccüb 

edir. Kəsib görürlər ki, doğrudan da qarpızın içi 

sapsarıdı. Müdrik adam fikirləşir ki, bəlkə bu bir 

təsadüf oldu. Qoy bir qarpız da seçdirim. Ikinci 

qarpız da, hətta üçüncüsü də sarı  çıxır. Onda 

müdrik adam qarpız satana deyir: - Qardaş, sənin 

bu başın çox gözəl başdı. Amma heyf ki, qarpıza 

işlətmisən.  




_______________Milli Kitabxana___________________ 

 

208 



Indi bizim padşahın başı ancaq qızıl, gümüş 

yığmağa işləyir. Qalan şeylərlə onun işi yoxdu. 

Istiyir dünya dağılsın. 

ƏLƏMDAR: - Bura bax, biz burda çərənlə-

yirik, bir də gördün gedib padşaha xəbər verdilər. 

Yerin də qulağı var. Gəl fikirləşək görək bu küpü 

burdan necə aparaq. 

QURBAN DƏDƏ: - Onu hara aparmaq istə-

yirsiniz, oğul! 

ƏLƏMDAR: - Bunun sənə dəxli yoxdu. Özü-

müz bilərik.  

QURBAN DƏDƏ: - Necə  yəni dəxli yoxdu. 

Axı bunu mənim ulu babam düzəldib.  

(Qarı otaqdan çölə çıxır.)  

QARI: - Bala Nəzər huyyy! 

ƏLƏMDAR: -  Əşşi sənin o qorxaq Bala Nə-

zərin buralarda yoxdu. Sən allah əl ayağa dolaşma 

görək bu küpü burdan necə aparırıq. 

QARI: - Küpü hara aparırsınız a bala? Bəyəm 

küp sizindi? 

ƏLƏMDAR: - Bəlkə  sən də küpə  şərik çıxa-

san? Bəlkə deyəcəksən sənin də  rəhmətiklərin bu 

küpü düzəldib.  

QARI: - Bəs necə a bala? Mənim babamın 

babası bu küpü düzəldəndə  sənin babanın  babası 

çöllərdə quldurluq edirmiş.  

ƏLƏMDAR: - Kəs, qoca sarsaq. Bunun lovğa 

– lovğa danışmağına bax!  

(Qarıya bir şillə ilişdirir. Qarı yıxılır.)  



_______________Milli Kitabxana___________________ 

 

209 



QURBAN DƏDƏ: - Heç utanmırsan, anan 

yerində qarıya əl qaldırırsan? 

ƏLƏMDAR: - Əşşi sən də səsini kəs. Bu saat 

bu qılıncla hamınızın başını kəsib ataram.  



(Bala Nəzərlə Vüqar daxil olur. Vüqarın 

başında sıx saçı var. Hər ikisi pəhləvan görkəmin-

dədir.) 

BALA NƏZƏR: - Ələmdar, sən belə qudur-

musan ki, mənim anama, müdrik el ağbirçəyinə  əl 

qaldırırsan? 



(Ələmdar  əlini qılıncına atır. Bala Nəzər bir 

göz qırpımında onun qılıncını  əlindən alıb bir 

kənara tullayır. Şah qızı Bikə daxil olur.) 

BIKƏ: - Ova çıxmışdım səs – küy eşitdim. 

Dedim görüm nə olub. Vüqarı görüb yaxın gəlir: - 

Aha bu sənsən! Yuxumda gördüyüm igid. 

VÜQAR: - Bikə  mən səni ürəkdən sevirəm. 

Amma xalqı düşməndən azad etməmiş  gəl bu 

barədə dilimizə bir söz də almayaq. 

BIKƏ: - Xalqın düşməni kimdi? Məgər biz 

onları qovmadıq? 

VÜQAR: - Yox xalqın düşməni onun öz içində 

imiş. Onun başında sənin atan durur. Sonra bax bu 

Ələmdar, onun quldurları, bunlar hamısı bizim 

xalqın düşmənləridir. Onları qovmayınca rahatlıq 

bizə haram olsun. Gəl buna and içək. 

BIKƏ: - Deməli mən and içməliyəm ki, atamı 

bu torpaqdan qovmalıyam. Yox igid, o mənim 

atamdı.  



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə