Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə34/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   30   31   32   33   34   35   36   37   ...   89

_______________Milli Kitabxana___________________ 

 

187 



bilmirsən ki, o gündə üç dəfə  sənin yanına gəlib 

gedəndə bir tikilinin yanından keçə bilər.  Şagird 

ona baxar, vaxtında ustasını  xəbərdar eləməz, ev 

ikimərtəbə alınar. Evə oğru girər, ev sahibi qəfildən 

ayıla bilər, oğru tullananda ayağı sınar? 

ZƏRGƏR: - Təqsirkaram  şahin. Nə  cəzamdı 

verin. 

ŞAH: - Kəndiri salın onun boğazına. 



(Cəlladlar kəndiri zərgərin boğazına salırlar. 

Amma zərgərin boğazı yoğun, başı balaca olduğu 

üçün kəndir sürüşüb çıxır. Cəlladlar xeyli əlləşirlər. 

Şah qəzəblənir.) 

ŞAH: - Nə oldu. Bir kəndiri salmaq bu qədər 

çətindir: 

(Cəllad gəlib şahın ayağına yıxılır.) 

CƏLLAD: - Işşşşş Bğğğğğğ Oğğğğğ 

ŞAH: – Nə dedin? 

CƏLLAD: - Şşşşşağğğğ, buğğğğ, oğğğğ! 

ŞAH: - Bu nə deyir belə. Heç nə başa düşmü-

rəm.  


BALA NƏZƏR: - Şahim cəllad deyir ki

Zərgərin boğazı yoğun, başı isə balacadı, ona görə 

də kəndir sürüşüb onun boğazından çıxır.  

ŞAH: - Onda kəndiri başqasının boğazına 

keçirin. Elə adam tapın ki, başı yekə, boğazı isə 

nazik olsun. Elə bu oğlan lap yaxşıdır.  



(Bala Nəzəri göstərir.) 

Başı yekədi, boğazı da lap biz istəyəndəndi. 

Asın bunu. 



_______________Milli Kitabxana___________________ 

 

188 



BALA NƏZƏR: - Şah sağ olsun, mənim 

boğazdan qıdığım gəlir. Əgər bu saat məni assanız 

elə güləcəyəm ki, qulaqlarınız batacaq.  

ŞAH: Bəs onda biz neyniyək? 



(Keçəl qabağa gəlir.) 

KEÇƏL: – Şahim asdırmaq istədiyiniz bu 

adam dünyanın ən igid pəhləvanı Bala Nəzərdi.  

ŞAH: - Bala Nəzərdi? Mən onu çoxdan ax-

tarırdım. Dar ağaclarını  yığışdırın. Toy məclisi 

qurun. Mən öz qızım Bikəni Bala Nəzərə  ərə 

verirəm. Tez olun musiqiəiləri çağırın. 

BALA NƏZƏR: - Evin yıxılsın Keçəl, yıxdın 

evimi, məni də işə saldın. Nəyimə gərəkdi bu şahın 

qızı. Mən o qızdan qorxuram. Bir az qıdıqlasa 

qurtardı, gülməkdən öləcəyəm. Eh padşah məni 

assaydı bundan min dəfə yaxşı olardı.  

KEÇƏL: – Axı mən sənə dedim ki, bir ölkədə 

ki, soğanla balın qiyməti eyni oldu, ordan qaçmaq 

lazımdı. Indi birtəhər dözək görək başımıza nə 

gəlir. 


Musiqiçilər gəlir. Hamı çalıb oynayır. Mahnı 

oxuyurlar: 



Ayran da bir manatdı, 

Soğan da bir manatdı, 

Kimin buna sözü var 

Bu ki, gözəl həyatdı. 

 

Cibimizdə qalıbdı,  

Abbasımız, şahımız, 


_______________Milli Kitabxana___________________ 

 

189 



Dünyada ən ədalətli 

Şahdı, bizim şahımız. 

 

Ölkəmizdə həm doğru, 

Həm də çoxlu oğru var. 

Oğru elə qışqırar, 

Doğrunun bağrı çatlar. 

 

Ölkələrin içində 

Bu ölkənin tayı yox. 

Doğrusunun sayı var, 

Oğrusunun sayı yox. 

 

Pərdə 



IV ŞƏKIL 

I XƏBƏRÇI: - Şah sağ olsun bum, bum, bum.  

II XƏBƏRÇI: - Şah sağ olsun bizə yazığınız 

gəlsin, gum, gum, gum. 

ŞAH: - Nə danışdığınızdı. Bum, bum, bum 

gum, gum, gum nə deməkdi? 

I XƏBƏRÇI: -Qonşu padşah müharibəyə gəlir. 

II XƏBƏRÇI: - Atlılarının sayı hesabı yoxdu! 

Neyniyək! 

ŞAH: - Tez xəbər göndərin  Ələmdara. Qoy 

bütün quldurları toplasın. Onlar bu gün xalqı 

qorumalıdır.  

I XƏBƏRÇI: - Ələmdar!  Ələmdar!  (Qaça – 

qaça çıxır) 



_______________Milli Kitabxana___________________ 

 

190 



II XƏBƏRÇI: - Ələmdar,  Ələmdar! O da 

səhnədən çıxır.  

ŞAH: - Zurna - balabanı yığışdırın. Bir azdan 

müharibə başlayacaq.  

 (Ələmdar, Quldurbaşı daxil olur)  

ƏLƏMDAR: - Şah əmr edib ki, düşmənlə vu-

ruşaq.  

QULDURBAŞI: - Doğrusu mənim vuruşmağa 

halım yoxdu. Mən ancaq oğurluq etməyi bacarıram.  

ŞAH: - Indiyə qədər mənim sayəmdə çapıb ta-

lamısan. Indi də başımızın üstünü qara buludlar 

alıb, gərək igidlik göstərib bizi bu bəladan qur-

tarasınız. 

ƏLƏMDAR: - Şahim onların qoşununun sayı 

qarışqaların sayından çoxdur. Qırx quldurla bu 

boyda qoşunun qabağını almaq mənim işim deyil. 

Özü də bilirsiniz ki, Şakir şahın topu, topxanası var. 

Amma bizim qılınc qalxından savayı bir tiyəmiz də 

yoxdur.  

QURBAN DƏDƏ: - Şakir  şah ağıllı adamları 

başına yığıb, ona görə də belə qüdrətlidir.  

(Qapıçı daxil olub baş əyir.) 

QAPIÇI: - Şahim, Şakir şahdan elçiləri gəlib.  

Şah: Buraxın gəlsinlər. 

(Elçilər daxil olur. Baş elçinin əlində üstünə 

qırmızı örtük salınmış bir xonça var.) 

BAŞ ELÇI: - Şahim,  Şakir  şah bu hədiyyəni 

sizə göndərib. Deyir hədiyyəmə layiq bir hədiyyə 

qaytara bilsə onun ölkəsi ilə işim olmayacaq.  




_______________Milli Kitabxana___________________ 

 

191 



ŞAH: - Mən xəzinəmin  ən böyük brilyantını 

Şakir  şaha qurban verməyə hazıram. Yəqin ki, o 

ağıllı və hörmətli şah mənə qızıl saat göndərib. Bilir 

ki, mən belə şeylərin bazıyam. Sağ olsun ulu Şakir 

şah. Xonçanın üstündəki örtüyü götürün.  

(Elçi örtüyü götürür. Xonçanın içində bir 

balqabaq, bir kal armud və çürümüş armud var. 

Elçi qəsdən xonçanın bir – bir camaatın 

qabağından  keçirir ki, hamı görsün.) 

ŞAH: - Bu nədir belə?  Ələmdar sənin gözün 

cəvahiratı yaxşı seçir, bu nədir belə? 

ƏLƏMDAR: - Şah sağ olsun, bunlar cəvahirat 

deyil, bir dənə balqabaqdı, bizdə onu ulağa verərlər

bir dənə kal armudu, bir dənə də çürümüş armuddu. 

Görünür Şakir şah bizi ələ salır.  

ŞAH: - Hm, deməli ələ salır! 



(Sükut. Camaatın içindən Qurban Dədə 

qabağa çıxıb baş əyir.) 

QURBAN DƏDƏ: - Şah sağ olsun, Şakir şah 

sizi ələ salmır, o sizə tapmaca göndərib. Biz həmin 

tapmacanın cavabını tapmalıyıq. 

ŞAH: - Tapmaca? Belə çıxır ki, Şakir şah indi 

də uşaq kimi tapmaca deməklə məşğuldu. 

QURBAN DƏDƏ: - Şahim, tapmaca insanın 

ağıllı olub olmadığını göstərən bir şeydi. Onu uşaq 

da deyə bilər, böyük də. 

ŞAH: - Yaxşı qoca bu tapmacanın cavabını tap 

görək. 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə