Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə30/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   26   27   28   29   30   31   32   33   ...   89

_______________Milli Kitabxana___________________ 

 

169 



(Bala Nəzər qorxusundan tərpənə 

bilmir.Sadəcə  əli ilə birtəhər işarə edir ki, rədd 

olsunlar. Quldurlar baş əyə - əyə uzaqlaşırlar.) 

QULDURBAŞI: - (Səhnədən çıxhaçıxda) Yax-

şı qurtardıq. Hamınızı bircə yumruğa qurbanlıq 

edəcəkdi.  



(Bala Nəzər yerindən durub silahların yanına 

gəlir. Qorxa – qorxa silahların ətrafına hərlənir.) 

BALA NƏZƏR: - Indi mən bunları neyniyim. 

Atılar adamın əl – ayağına dəyər.  

(Silahları ehtiyatla götürüb çiyninə keçirir. 

Silahların ağırlığından az qalır yıxılsın.) 

BALA NƏZƏR: Evin tikilsin quldur yiyəsi. 

Bu ağırlıqda silahı necə  gəzdirir çiynində. Canına 

yazığı gəlmir?  



(Bala Nəzərin nənəsi çıxır və  nəvəsinə baxıb 

təəccüblənir.) 

QARI: - Bala Nəzər, bu nədir belə? Yoxsa 

quldur olmaq istəyirsən? 

BALA NƏZƏR: - Neyniyim sən məni evdən 

qovandan sonra əlacım kəsildi, başladım qəflə qatır 

qabağı kəsməyə.  

QARI: - Sən dedin, mən də inandım. Sən qəflə 

qatırın ayağının altında qalarsan. Bura bax, Keçəl 

gəlib bayaqdan səni gözləyir. Dünən götürüb inək-

lərini və danalarını kəsib kənd camaatına yedirib ki, 

camaat da hər gün onu qonaq çağırsın. Hər gün 

birinin evində yeyib ili başa vurmaq istəyib. Amma 

inəklə dananın ətini yeyəndən sonra dağılışıb, hərə 



_______________Milli Kitabxana___________________ 

 

170 



öz evinə. Indi keçəl gəlib ki, səninlə çıxsın səfərə. 

Bəlkə əlinizə bir şey keçdi.  

BALA  NƏZƏR: - Yaxşı oldu, yoxsa buralar-

da adamı qurd quş yeyər. Bəs bu silahları neyniyim. 

Avara quldurlar elə o saat silahlarını töküb qaçdılar. 

Elə bil mən bunları yeyəcəkdim.  

QARI: - Silahı neynirsiniz. Əlinizdən xata – 

zad çıxar. Keçəl bicin biridir. Elə onun dili silahıdı 

da. Bir yerdə başınızı girləyirsiniz. Keçəli çağır.  

BALA NƏZƏR: - Əgər mən keçəli elə belə 

çağırsam xətrinə dəyər. Gərək mahnı ilə çağıram.  

 

Keçəl keçəl hazıya, 



Keçəl mindi tazıya, 

Sürdü hamamxanaya, 

Hamamxana bağlıdı, 

Keçəlin başı yağlıdı. 

Keçəl keçəl noxudu keçəl 

Arpa yeyər, buğda seçər. 

 

Keçəl haran yaxşıdı 

Dağdan aran yaxşıdı 

Başın yetişmiş kələm 

Bə sənin haran yaxşıdı. 

 

Keçəl keçəl Maniyə 

Mindi Qulyabaniyə 

Keçəl dedi vay başım 

Qazanda qaynar aşım 


_______________Milli Kitabxana___________________ 

 

171 



Keçəl çıxır.  

KEÇƏL: Kimdi məni çağıran? Aha igid Bala 

Nəzər! Sənin  şöhrətin məqribdən məşriqə kimi 

yayılıb. Deyirlər bircə xorultunla iki silahlını yerə 

sərmisən. Qırx qulduru bircə yumruğunla öldürmək 

istəmisən, amma yazığın gəlib. Yazıqlar silahlarını 

töküb qaçıblar. Qardaşım, sənin igidliyinlə  mənim 

bu keçəl başımdakı ağıl birləşsə biz xalqı quldurlar 

qulduru Ələmdardan xilas edə bilərik.  

BALA NƏZƏR: - Bilirsən mənim quldur – 

muldurla işim yoxdu. Əgər onlar silahlarını, elə 

belə, öz xoşlarına, yerə atıb qaçsalar, sözüm yoxdu

amma dava – dalaş salsalar işlər çətinləşəcək.  

KEÇƏL: - Qorxub eləmə. Sənin adın indi hər 

tərəfdə  məşhurdu. Elə “Bala Nəzər gəlir” deyən 

kimi çoxunun bağrı yarılacaq. Biz o Ələmdardan 

xalqın canını qurtarmalıyıq.  

BALA NƏZƏR: - Yaxşı, neyniyib bu Ələm-

dar, bədbəxt? Bəlkə heç onu narahat etməyinə dəy-

məz?! 


KEÇƏL: - Ələmdar onu eləyib ki, nə  qədər 

xalqın mal qarası var alıb qatıb öz sürülərinə. Indi 

onun sürülərinin sayı hesabı yoxdur, amma camaat 

acından qırılır. Gedəkmi? 

BALA NƏZƏR: - Gedək deyirsən, gedək də! 

Amma gərək  əvvəlcə bir doyunca çörək yeyərdik. 

Ac qarına quldurlar quldurunu necə qorxudasan.  

KEÇƏL: - Nənən yolumuza yağlı fətir qoyub. 

Gedək gərək başımıza nə gəlir.  



_______________Milli Kitabxana___________________ 

 

172 



QARI: - Sizə yaxşı yol. Sağ gedib salamat 

qayıdasınız.  



(Qarı evə girib qapını örtür. Keçəllə Bala 

Nəzər səhnənin qırağına gəlirlər.) 

BALA NƏZƏR: - Sən öl gözümə qaraltı dəyir. 

Bizi bu dağlarda qurd – quş yeyəcək.  

KEÇƏL:  (Baxır) Bu Ələmdarın çobanıdır. 

Yaxşı  əlimizə düşüb. Sən tez keç bayaqkı yerində 

uzan. Mən onu çağıracam. Nə qədər çəmxəm eləsə 

dillənmə. 

BALA NƏZƏR: - Gəl yolumuzla çıxıb gedək. 

Çoban çoluqla nə  işimiz var? Sən bir onun çoma-

ğına bax. Ikimizə bir çomaq vursa palaza dönərik.  

KEÇƏL: - Dedim ki, qorxma. Öldü var döndü 

yoxdu.  Ələmdarın sürüsünü ələ keçirməliyik. Tez 

elə keç yerinə. 

(Bala Nəzər bayaqkı yerinə keçib kağızı üzünə 

tutub uzanır.) 

BALA NƏZƏR: - Bu bəladan qurtarsaq, yüz 

yaşayarıq. 

KEÇƏL: - Çoban, ay çoban. Bir bəri dursana? 



(Bala Nəzərə) Özünü bərk saxla. Gəlir! 

(Çoban daxil olur.) 

ÇOBAN: - Hansı qurumsaqdı, ə məni çağıran. 

Görmürsünüz əlimdə  işim var? 

KEÇƏL: - Əşşi sənin nə  işin var? Qoyunlar 

özləri otlayır. Gəl bir söhbət edək. 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə