Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə28/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   24   25   26   27   28   29   30   31   ...   89

_______________Milli Kitabxana___________________ 

 

158 



AFƏT: - Demək bu gündən mən direktor, siz 

də  mənim tabeliyimdə olan müəllimlər. Onda söz 

mənimdir. Bu gün əsil bayram eləyəcəyik. Zəlihə 

ilə Azərin toyunun uverturası bu gün çalınacaq.  

DAVUD: - Elə bizim də toyumuzun, eləmi? 

AFƏT: - Çox danışma Davud... (Gedirlər) 



 (Camal  səhnəyə daxil olur. Əlində  məktub 

var) 

CAMAL: - Yenə  də  məktub yazıb. Bunun 

məktublarının  əlindən bilmirəm hara qaçım. Bu 

yandan Afət məni camaat içində rüsvay etdi. Ye-

nidən öz sinfimə qaytardılar. Natiq kimi yağlı bir ti-

kə əlimdən çıxdı. Bu yandan da Lətifənin məktub-

ları zəhləmi töküb. (Zərfi açır. Asta – asta oxuyur.) 

“Salam Camal! Əvvəlinci beş  məktuba cavab 

almamışam. Ağlıma cürbəcür fikirlər gəlir. Deyi-

rəm başında bir iş zad olar. Dilim qurusun. Gör 

ağlıma nələr gəlir.  

Hə  səni muştuluqlamaq istəyirəm. Oğlumuz 

oldu. Qəşəng uşaqdı. Çənəsinin ortasındakı batığı 

səninkinə oxşayır. Elə gözü, qaşı hamısı elə bil 

sənindir. Adını Kamal qoymuşam. Sənin adına 

uyğunlaşdırmışam.  

Anamgil  əhvalatı biləndən sonra başına mü-

sibət gəldi. Səni istintaq orqanlarına vermək 

istədilər. Dedim özünüzə əziyyət verməyin. Hər şey 

mənim razılığımla olub. Anam olmasaydı atam 

məni çörək bıçağı ilə doğrayacaqdı. Anam birtəhər 

araya girdi. Amma məni evdən qovdular. Indi Pəri 




_______________Milli Kitabxana___________________ 

 

159 



xalanın evində oluram. Işə girə bilməmişəm. Ancaq 

sən fikir eləmə. Birtəhər dolanaram. Deyirəm nə 

zəhmət çəkirsən Camal harda olsa gəlib çıxar.  

Bu məktubum sənə çatsa mütləq cavab yaz. 

Kamalın çeçələ barmağını mürəkkəbə batırıb 

məktuba basıram.  

Öpürük səni. Lətifə. 

Kül sənin başına Camal! Özü – özünə eləyəni

el yığıla eləyə bilməz. Indi mən hər tərəfdən döyü-

lən bir adaya oxşayıram. Ləpələr dörd tərəfimə 

çırpılıb geri qayıdır.  

Lətifənin məktubu məni lap sarsıtdı. Axı o 

yazığın nə  təqsiri var? Gör mən nə  qədər rəzil 

olmuşam. Yox mən tamam məhv olmamışam. 

Gözlə yolumu Lətifə gəlirəm, gəlirəm, gəlirəm.  

(Gülnur, Rəhim, Sənubər, Mahir, Rəna 

gəlirlər. Natiq onları görəndə çaşır.)  

SƏNUBƏR: - Natiq! Bizi tanımadın nədi? 

Salam! 

NATIQ: - Yox, hə, tanımadın? Salam! 



SƏNUBƏR: - Nə oldu xalq təsərrüfatına qəbul 

oluna bildin? 

NATIQ: - Yox kəsdilər. Daha doğrusu Şakir... 

SƏNUBƏR: - Nə? Şakir? 

NATIQ? – Hə  də  Şakir. Atama söz vermişdi 

ki, bağ belə, bostan belə. Elə birincidən kəsildim. 

Siz necə girə bildiniz? 

SƏNUBƏR: - Hə hamımız qəbul olunmuşuq.  

NATIQ: - Bəs necə oldu? Sizə kömək filan... 



_______________Milli Kitabxana___________________ 

 

160 



SƏNUBƏR: - Afət müəllimə  qəbul elətdirdi 

bizi. 


NATIQ: - Afət müəllimə? Onun məgər bütün 

institutlara əli girir?  

SƏNUBƏR: - Karın könlündəki buna deyiblər.  

GÜLNUR: Bizim hərəmizin qəlbində bir Afət 

müəllimə var. Başa düşdün. Kimin ürəyində Afət 

müəllimə yoxdursa o instituta qəbul oluna bilməz. 

Anladın? 

NATIQ: - Bu nə danışır ə... 

RƏHIM: - Sən belə  şeyləri başa düşməzsən. 

Bizi bağışla tələsirik.  

SƏNUBƏR: - Gəl bizimlə gedək. Məktəbimiz-

də görüş var.  

NATIQ: - Axı bu Şakir köpəkoğlu.  

SƏNUBƏR: - Burax getsin Şakiri. Gedək bi-

zimlə.  

NATIQ: - Gedək. 



(Uşaqlar səs – küylə uzaqlaşırlar). 

 

Pərdə 



 

 

 



 

 

 

 

 


_______________Milli Kitabxana___________________ 

 

161 



 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

        (Uşaqlar üçün komediya) 

 

 

 

 

 

 


_______________Milli Kitabxana___________________ 

 

162 



 

 

 

 

 

Iştirak edirlər: 

 

Bala Nəzər – 14 – 15 yaşlı oğlan 

Keçəl (Vüqar) 

Şah 


Vəzir 

Qurban Dədə 

Qarı 

Ələmdar 


Quldurbaşı 

Çoban 


Bikə  

Qarı  


Elçilər, xəbərçilər 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

163 



 

 

 



Hələ  pərdə açılmayıb. Iki uşaq həyəcanla 

pərdənin qabağında bir – birinə qaranlıq küncü 

göstərib söhbət edir. 

I UŞAQ: - Ora bax, gör nə yekə küpdür! 

II UŞAQ: - Mən ömrümdə bu boyda küp 

görməmişəm. Bizim evdən də böyükdür. 

I UŞAQ: - Bəlkə də onu uçan boşqablar 

gətirib. Ola da bilər ki, sehrlidir.  

II UŞAQ: - Goplama görək. Mən bu saat onu 

taqqıldadaram.  

I UŞAQ: - Dəymə. (Ona mane olmaq istəyir.) 

II UŞAQ: - Çəkil, görüm. (Səhnənin qaranlıq 



guşəsinə gəlib taqqıldadır. Hər iki uşaq yerlərində 

susurlar. Küpün içindən qəribə uğultu səsləri gəlir. 

Uşaqların həyəcanları bir az da artır. Küpün qapısı 

açılır. Qarı çölə çıxır.) 

QARI: - Deyəsən  əl çəkməyəcəksiniz. Mən 

Bala Nəzərin nənəsiyəm. O gün deyirəm ay bala, 

apar dananı suvar. Deyir nənə, gəl mərc gələk, kim 

udsa dananı da o aparsın, suvarsın. Mərc gəldik. 

Dedik ki, kim tez danışsa dananı suvarmağa o 

aparacaq. Düz üç gün nə Nəzər danışdı, nə də mən. 

Axırda təngə  gəlib dedim, ay bala, o yazıq dana 

bəlkə ölüb? Dedi nənə sən tez danışdın. Dananı da 

suvarmağa özün aparmalısan. Daha neyniyim, 

əlacım kəsildi. Getdim tövləyə ki, yazığı aparım 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə