Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə25/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   21   22   23   24   25   26   27   28   ...   89

_______________Milli Kitabxana___________________ 

 

144 



ZƏLIHƏ: - Elə bütün müəllimlər bu fikirdədir. 

AFƏT: - Gedirəm Murtuzovun qəbuluna. Ax-

şam görüşüb Azərə birlikdə məktub yazarıq.  

Hər ikisi gedir. Şəkil dəyişir. Təhsil  şöbəsi 

müdirinin otağı. Murtuzov Afətlə üz – üzə oturub.  

MURTUZOV: - Heç yaxşı  iş eləməmisən 

müəllimə! Vəzifə başında məsul şəxsi təhqir etmək 

yaraşan iş deyil, axı. O ki, qaldı 10

 A 

sinfinə, qızım, 



daha nə fərqi var, həmin sinfin əvəzinə sənə başqa 

bir sinif verərik də. Saatın azalmır, maaşına heç bir 

təsiri yoxdur. Daha bundan ötrü bu qədər səs – küy 

salmağına dəyərmi? 

AFƏT: - Axı mənim öz sinfimi niyə alırsınız? 

MURTUZOV: - Bilirsən, səs – küyü yatırmaq 

üçün. Bax, o Natiqin də atası bir az demaqoqdu. Elə 

rayonda da hörməti – filanı var. Götürüb ora – bura 

səndən  şikayət yazır.  (Murtuzov bir qovluq kağızı 

Afətin qarşısına qoyur). Budur bax, onun şikayət 

məktublarıdır. Hamısını göndəriblər mənə 

yoxlayım. Mən də elə Şakirlə birlikdə fikirləşdik ki, 

bu qədər söz-söhbəti yatırmaq üçün ən yaxşı yol sə-

nin sinfini dəyişdirməkdir. Pis eləməmişik ki, 

qızım. 


AFƏT: - Pis eləmisiniz. Buna şahmat dilində 

“atla gediş” deyirlər. Demək Natiqə medal ver-

məyin ən asan üsulu. Bilirsiniz ki, Natiqə beş ver-

mərəm. Camal isə onsuz da simasını itirmiş adam-

dır. Öz ailəsinin qədrini bilməyən adam şagirdlərin 



_______________Milli Kitabxana___________________ 

 

145 



qədrini heç bilməz. Beş bilənə iki verər, iki bilənə 

beş.  


MURTUZOV: - Bax, bu olmadı. Bu oldu bir 

budaqda oturub min – bir budağı silkələmək.  

AFƏT: - Sizinki də oldu Mirzə  Səməndər 

fəlsəfəsi. Dəymə  mənə, dəyməyim sənə.  Əl  əli 

yuyar, əl də üzü.  

MURTUZOV: - Aşına – aşına axırda çıxdıq 

ocaq başına? Mən maarif şöbəsinin müdiriyəm, ya 

yox? Sizin haqqınızda göstərişim qətidir. Özünüzün 

də töhmətiniz var. Belə getsə sizinlə  işləyə bilmə-

yəcəyik, vəssalam. 

AFƏT: - Mən də elə başa düşürəm. Deyəsən 

işləyə bilməyəcəyik.  



Pərdə 

VIII ŞƏKIL 

 

Nəcəfin evi. Camal müəllim,  Şakir, Nəcəf 



yemək – içməklə    məşğuldurlar. 

NƏCƏF: - Şakir müəllim, icazə versəydiniz bu 

badələri də qaldırardıq şəxsən sizin sağlığınıza. Siz 

bizim ən hörmətli yoldaşımızsınız. Rayonda sizdən 

bir gül qədər inciyən olmayıb.  

CAMAL: - (Onun sözünü kəsir)  Əşşi siz, Şa-

kiri hələ iş başında görməmisiniz. Şakirin səsi kori-

dorun bu başından gələndə o başında arvadlar... 

Eeh, quşlar qanad salar. Şakirin bir sözünü iki eli-

yənin  Şakir gözünü çıxardar. Elə biz də onun 

sayəsində bu fani dünyada ömür sürürük.  



_______________Milli Kitabxana___________________ 

 

146 



ŞAKIR: - Əşi bu təriflər nəyə lazımdır. Mən... 

NƏCƏF: - Yox, canın üçün, lazımdı. Belə 

məclislərdə lap ayrı – ayrı yerlərdə biz bir – 

birimizi tərifləməyəcəyik, bəs kim tərifləyəcək? 

Mən səni hər yerdə kişi görmüşəm,  Şakir. Sən ki, 

bu Camalı o Afətdi, mafətdi nədi onun o 

məsələsində kişi kimi müdafiə elədin, kişi adamsan, 

sən öl. 


CAMAL: - Əşi bu kişi heylə Afətləri çox 

görüb. Bir kötük üstündə çox şivlər doğranıb. Hələ 

doğranacaq da, inşallah. 

NƏCƏF: - Içək  şəxsən  Şakirin sağlığına. Gül 

olsun, bülbül olsun, qəfəsdə olmasın.  

CAMAL: - Şakir müəllim sizin əməlli şairliyi-

niz də var imiş. Dünənki rayon qəzetində  şeiriniz 

çıxıb.  


ŞAKIR: - (Özünü təvazökar kimi göstərir)  

Əşşi bir elə şey deyil. Amma yazıram.  

NƏCƏF: - Yaxşı ay Şakir müəllim, siz şairlər 

bu şeri necə quraşdırırsınız ey? 

ŞAKIR: - Mən şəxsən belə yazıram. Evə çatan 

kimi  əvvəl yarım litr “Ekstranı” vururam bədənə. 

Başqa içki olmaz. Düzdü, Ömər Xəyyam  şərab 

filan yazır. Yalan sözdü. Çaxır adamı gic eləyir. 

Şeirinki araqdı. Elə ki, vurdum yarım litri bədənə, 

dönüb oluram şirü – nər. Gözümə arvad – uşaq heç 

nə görünmür, qələm dəftərdən savayı. Ondan sonra 

yaz ki, yazasan. Təzə bir poema yazmışam. Adı da 

“Kişi”dir. Elə bizim Murtuzov yoldaşa həsr elə-



_______________Milli Kitabxana___________________ 

 

147 



mişəm. Axı biz realistlərik. Gərək qəhrəmanlarımız 

da gördüyümüz adamlar olsun.  

NƏCƏF  (Sərxoş): - Şakir müəllim, bu mən 

ölüm bir söz soruşum amma düzünü de.  

ŞAKIR: - Soruş, soruş. 

NƏCƏF: - Deyirlər cavanlıqda, yəni bir beş – 

altı il əvvəl bu Afəti istəyirsənmiş, düzdü? 

ŞAKIR: - stəyirmişsən deyəndə, Camal müəl-

lim də məni bağışlasın, bir az gəzdim, gördüm vinti 

boşdu, buraxdım.  

NƏCƏF: - Yaxşı ki, vaxtında başından eləmi-

sən. Yoxsa sizinki axıra kimi tutmazdı.  

ŞAKIR: - Əşi mən işimə arif adamam.  

NƏCƏF: - Doğrudan ay Şakir, o Afət necə 

oldu? 

CAMAL: - Getdi çala – çala.  



NƏCƏF: - Hara getdi? 

CAMAL: - Cəhənnəmə getdi, bezbilet. Şakir 

müəllim ona bir əmr aformut elədi ki, kürreyi ərz 

tökülə müəllimliyə bərpa oluna bilməz.  

NƏCƏF: - Mən ölüm, düz deyirsən?  Qadasın 

alım  Şakir müəllimin. Bir gəl səni öpüm. (Şakiri 



öpür) Demək Natiq aldı qızıl medalı.  

CAMAL: - Əşşi medalı da alacaq, instituta da 

girəcək bizim köməkliyimizlə.  (Mənalı  şəkildə  Şa-

kiri göstərib göz vurur. Yəni  Şakirin yuxarılarda 

adamı çoxdu. Nəcəf də  mənalı  şəkildə başını  tər-

pədir) 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə