Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə21/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   17   18   19   20   21   22   23   24   ...   89

_______________Milli Kitabxana___________________ 

 

126 



Səhnə iki hissəyə bölünüb. Səhnənin bir tərə-

fində kənd, Şakirin evi, Şakirlə arvadı. O biri tərə-

fində vaqon. Vaqonda Afət, Şayəstə, Zəlihə. 

 

VAQONDA SÖHBƏT 

 

AFƏT: - Əlvida  doğma institut. Əlvida Vüqar 



müəllim Şayəstə bir ulduzlara bax! Elə bil göydən 

nəhəng bir üzüm salxımı asılıb. Bakının işıqları isə 

yekə  çələngə oxşayır. Asılıb paytaxtımızın 

boynundan. Gözəldir, elə deyilmi? 

ŞAYƏSTƏ: - Gözəldir. Elə bil ulduzlar parlaq 

düymə kimi gecənin yaxasına tikilib. Deyirəm bir 

vaxt gələcək, insanlar bu ulduzların hamısına cığır 

açacaq. Istədiyimiz ulduza asanca uça biləcəyik.  



 

ŞAKIRIN EVINDƏ SÖHBƏT 

ŞAKIR: - Aaz, a Dilbər, sənə bir krempilin 

kostyum almışam, özümə də əla bir palto.  

DILBƏR: - Bəs mənim norka paltom necə 

oldu. Hələ briliyant üzük də söz vermişdin. 

ŞAKIR: - Aaz alacam ey, alacam! 



 

VAQONDA SÖHBƏT 

 

ZƏLIHƏ: - Görəsən ulduzlarda yaşayanlar da 

sevirlərmi? 

AFƏT: - (Ah çəkir) Məhəbbət elə sehrli qüvvə-

dir ki, onun cazibəsindən kənarda insan ürəyi yox-



_______________Milli Kitabxana___________________ 

 

127 



dur. Ay Zəlihə sən ki institutu çoxdan qurtarmısan. 

Bakıya nə yaxşı gəlmişdin. 

ZƏLIHƏ: - (Ah çəkir) Heç elə - belə. 

AFƏT: - Elə belə? Yox bacıcan, gözlərindən 

bilirəm nə isə var. Dayan, dayan bir az gözümə 

qəmli dəyirsən. 

ZƏLIHƏ: - (Çaşqın) Yox... Qəmli niyə?! 

AFƏT: - Vallah sən sözlü adama oxşayırsan. 

Belə duruşun, oturuşun mənə deyir ki, sənin  əziz 

bacın Zəlihə sözlü adamdır. Şayəstədən çəkinmə, o, 

mənim  ən yaxın rəfiqəmdir. Hər sirrimizi bir – 

birimizə deyirik. 

ZƏLIHƏ: - Niyə çəkinirəm? Həqiqəti demək-

dən heç kəs çəkinməməlidir.  (Astadan utana – 



utana) Sevgi bəlasına düşmüşəm. 

ŞAYƏSTƏ: - Bəh – bəh mənim bayramımdı 

ki. Afətlə  dərdiniz bir olar. Dərdiniz dağlara, 

daşlara. Birdən sən də öz müəlliminə vurularsan 

ha... 

ZƏLIHƏ: - Müəllimimə?! Yox, mənim 



sevgim gecikmiş yaz çiçəyinə oxşayır. Isti yay 

havasına çətin duruş gətirər.  

ŞAYƏSTƏ: - (Zarafatla) danış  həm özün 

yüngülləş, həm də Afətə təskinlik olsun.  

ZƏLIHƏ: - Onsuz da ürəyimi boşaltmağa bir 

həmdəm axtarırdım.  (Pauza)  Əhvalat altı il əvvəl 

olub. Birinci kursa yenicə  qəbul olunmuşdum. 

Fakültəmizdə  təzə il şənliyi keçirilirdi. Çilçıraqlar, 

yolka oyuncaqlarının parıltısı məni məftun etmişdi. 



_______________Milli Kitabxana___________________ 

 

128 



Çalıb oynayırdıq. Birdən ağsifət, ucaboy bir oğlan 

mənə yaxınlaşdı. Indiki kimi yadımdadı. Saçlarını 

yana daramışdı. Gözlərinə  qızılı sağanaqlı eynək 

taxmışdı. Kostyumu, qalstuku və ayaqqabıları zil 

qara idi. Təkcə köynəyi qar kimi düm ağ idi. Burnu 

azacıq uzun olsa da sifətində bir tənasüb yaradırdı. 

Gözləri lap indiki kimi yadımdadır, atəşlə yanırdı. 

Zil qara gözləri təzəcə közərməyə başlayan kömürə 

oxşayırdı. Oğlan məni rəqsə  dəvət etdi. Oynama-

dım. Çox təkid etdi, məhəl qoymadım. Mən də tər-

sin biriyəm. Oynamıram dedim vəssalam. Gecənin 

sonuna qədər bir neçə dəfə gəldi. Sözlü adama ox-

şayırdı, amma imkan vermədim. Qızlardan bir ad-

dım da aralanmadım. O şənlik gecəsindən sonra 

institumuzun yaxınlığındakı kafenin qabağında tez 

– tez ona rast gəlirdim. Amma heç əhəmiyyət də 

vermirdim. Elə bil bu dünyada belə bir adam yox 

idi. Bəzən məni gözlədiyini hiss edəndə ona acığım 

da tuturdu. Günlərin birində, o dəhşətli gün hər dəfə 

yadıma düşəndə başımdan tüstü qalxır. IV kurun 

axırlarında qabağımı  kəsdi. “Icazə ver elçi 

göndərim” dedi”. Mən səninlə evlənmək istəyirəm, 

başa düşürsənmi, evlənmək!” dedi. Qışqıra–qışqıra 

danışırdı. Heç kəsdən çəkinmədən lap bağıra – 

bağıra danışırdı. Özümü itirdim. Mən də elə onun 

kimi qışqırdım. Nə istəyirsən məndən? Sevmirəm 

səni! Kəsmə qabağımı qara tikan kolu kimi. Mane 

olma səadətimə - dedim. Hiss elədim ki, səsim 

titrədi. O da özünü itirdi. Büdrədi. Az qaldı yıxılsın. 



_______________Milli Kitabxana___________________ 

 

129 



Sonra çevrilib getdi. Başını da qaldırmadı. Ad-

dımları sərt və amansız idi. O gedəndən sonra mənə 

elə  gəldi ki, tutduğu qızıl balığı yenidən çaya 

buraxan uşağa oxşadım. Nədənsə ürəyim boşalan 

kimi oldu.  

Günlər ötdükcə  hər dəfə  həmin kafenin qaba-

ğından keçəndə gözlərim onu axtardı. Heç bilmirəm 

bu hiss hardan ürəyimə dolmuşdu. Onu yenidən 

görmək istəyirdim. Ancaq o yox idi. Mən deyəsən 

onu həmişəlik itirmişdim. Adam xoşbəxtliyini 

bədbəxt olanda dərk edir. Indi iki ildir ki, hər tətilə 

buraxılanda Bakıya gəlirəm. Həmin kafenin qaba-

ğından gündə neçə  dəfə keçirəm. Amma o, daha 

yoxdur. Hər dəfə özümə söz verirəm ki, bir də gəl-

məyəcəm. Amma sözümə əməl etmirəm, gəlirəm.   

ŞAYƏSTƏ: - Bu da bir qəribə məhəbbət. Ba-

lam, sizin Göytəpə  qızlarına nə olub? Olmaz ki, 

adam kimi sevəsiniz?! Biri özündən 30 yaş böyük 

müəlliminə vurulur, biri də özünü elə dərdə salıb ki, 

bal da yesə dirilməz.  

AFƏT: - Şayəstə, zarafata salma! Zəlihə təmiz 

qızdı, onun uğursuz məhəbbəti mənə möhkəm təsir 

etdi.  

ŞAYƏSTƏ: - Uğursuz məhəbbət niyə olur. 



Əgər sevirsə yerin təkinə, göyün yeddi qatına çıx-

san da gəlib tapacaq. Ürəyini buz kimi saxla.  

ZƏLIHƏ: - Yox daha hər şey qurtardı. Yəqin 

çoxdan (Gözünün yaşını silir) 



 

ŞAKIRIN EVINDƏ SÖHBƏT 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə