Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə20/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   16   17   18   19   20   21   22   23   ...   89

_______________Milli Kitabxana___________________ 

 

121 



qoydular ki, bu gecə  səni qaçırsınlar. Hamısı bir 

ağızdan dedi ki, Şakirin yolunda canımızdan da 

keçərik. Sonra da getdilər dükana. Bir butulka araq 

alıb çəmənlikdə elə yeməksiz içdilər.  

AFƏT: - Bu gecə? Bəs nə edək Zəlihə? Mənə 

kömək göstər. Bilirsən ki, bircə qoca nənəm var. 

Onun da gücü heç kəsə çatmaz. Camaata da xəbər 

verməyi özümə ar bilirəm. 

ZƏLIHƏ: - (Fikirləşir) Tapdım! Gedək bizə! 

Qardaşlarımın qorxusundan bizə ayaq basa bil-

məzlər. 

AFƏT: - Bu mümkün düyil. Eşidən nə deyər?! 

ZƏLIHƏ: - Eşidənin ağrım ürəyinə! Nə deyə-

cək? Bir də biz gizlincə gedərik. Nənənə də hər şeyi 

açıb deyərik. Yaxşı? 

AFƏT: - Nə deyim? Heç bilmirəm nə deyim. 



(Dilbər daxil olur. Afətə xüsusi nəzər yetirir)  

AFƏT: - Niyə elə baxırsan, Dilbər? Məni bi-

rinci dəfədir görürsən? 

DILBƏR: - Niyə baxmıram? Baxmaq qada-

ğandır? O sənsən ki, yüz naz – qəmzə ilə oğlanları 

öz tərəfinə çəkirsən. Heç Şakir sənə yaraşandı aaz?! 

Bir həsirsiniz, bir məmmədnəsir yetim qızsan qıvrıl 

yat, bala. Şakirlə işin yoxdur. 

AFƏT: - Ayıb olsun, Dilbər! Adam kasıb da 

olar, dövlətli də. Əsil dövlət müftə yeyib harınlan-

maq deyil. 

DIBƏR: - Bəs dövlət nədir aaz? 




_______________Milli Kitabxana___________________ 

 

122 



AFƏT: - Dövlət adamın ürəyində, gözündə, 

xəyalında, mənəvi dünyasındadır.  

DILBƏR: - Xalq gəlib sənin ürəyinə baxacaq, 

görüm bunun ürəyində  nə var, nə yox. Bax budur 

sənə deyirəm,  Şakirin adını bir də  çəkmə, biz 

uşaqlıqdan deyikliyik. 

ZƏLIHƏ: - (Kinayəli) Afət, Dilbər doğru de-

yir.  Şakirə Dilbər yaraşır. Birinin dədəsi kolxoz 

sədri, o birininki anbardar. 

DILBƏR: - Ay sağ ol Zəlihə, bu gün lap xoşu-

ma gəlirsən. Toyumda səni sağdış eləyəcəyəm. 

ZƏLIHƏ: - (Afətin qulağına) yaxşı yadıma 

düşdü, gəl bir kələk işlədək. 

AFƏT: - Nə edək? 



(Zəlihə Afətin qulağına nəsə pıçıldayır) 

AFƏT: - Yəni razı olar? 

ZƏLIHƏ: - Razı olar da sözdür? 

DILBƏR: - Orda nə pıçıldaşırsınız? 

ZƏLIHƏ: - Dilbər, de görüm mənə inanırsan-

mı? 


DILBƏR: - Əlbəttə! 

ZƏLIHƏ: - Onda Afətə  də inan. O, Şakiri 

sevmir. Ondan lap zəhləsi gedir. 

DILBƏR: - Doğrudan? 

AFƏT: - Zəlihə düz deyir. 

DILBƏR: - Ay qızlar, onda işi elə  təşkil edin 

ki, Şakir bir mənə də baxsın nə olar?! 

ZƏLIHƏ: - Nə verirsən  elə edim ki, Şakir bu 

gecə səni qaçırsın?! 



_______________Milli Kitabxana___________________ 

 

123 



DILBƏR: - Məni? Bu gecə qaçırsın? 

ZƏLIHƏ: - Hə! 

DILBƏR: - Tez ol de görüm necə 

eləyəcəksən? 

ZƏLIHƏ: - Bax məsələ belədir: - Bu gecə 

Şakir Afəti qaçırtmaq istəyir. Gedək Afətin yerində 

sən yat səni qaçırtsın. 

DILBƏR: - Doğrudan? Razıyam. Sənə  də bir 

kremplin kostyum alaram anam canı. Afət, bayaqkı 

sözlərim üçün məni bağışla. Gəl bir səni maç 

eləyim. (Afəti zorla öpür) 

AFƏT: - Ay Zəlihə, axı bu Dilbər bir az kök-

dü, mən arıq, bəs bunu başa düşməzlər? 

ZƏLIHƏ: - Əşşi gecə qara, cücə qara. O vur-

havurda bu, heç Şakirin ağılına da gəlməz. 

DILBƏR: - (Oxuya – oxuya oynayır) 

Bu gələn haralıdır, 

Dağların maralıdır. 

Əyil üzündən öpüm 

Ürəyim yaralıdır. 



(Səhnə  dəyişir. Dilbər çarpayıda yatıb.  Şakir 

iki nəfər yoldaşı ilə gəlir). 

ŞAKIR: - Bir az yavaş. Nənəsi içəridə yatır. 

Qız budu tut ağacının altında. Bir az ehtiyatlı olun. 

Kim getmək istəyir? 

I oğlan: - Mən! 

II oğlan: - Mən gedərəm! 




_______________Milli Kitabxana___________________ 

 

124 



DILBƏR:  (Yorğanın altında yavaşca) Özün 

gəl, ay fərsiz oğlu fərsiz. Yatmış  qızın yanına heç 

başqa oğlan göndərərlər? 

ŞAKIR: - Yox, özüm getmək istəyirəm. Siz 

burada durun, mən bu saat. (Bir az irəli gedib 

qayıdır) Zalım qızı gözümün odunu elə alıb ki, 

bədənimə vicvicə düşür. 

I OĞLAN: - Sən ki, qorxaq deyildin, Şakir, 

cum qabağa. 

II OĞLAN: - Cum, cum! 

ŞAKIR: - Bu saat. Darıxmayın. Qoyun bir az 

nəfəs alım. 

DILBƏR: - (Kənara)  ağciyər oğlu, ağciyər. 

Qoy sabah açılsın. Gör sənin başına nə oyun 

açacağam?! 

ŞAKIR: - Getdim. (Dilbəri yorğana bükülü 

götürür



 

II PƏRDƏ 

 

IV ŞƏKIL 

 

(Pərdə açılmayıb. Pərdənin önündə Camal



arxasında Lətifə  səhnəyə daxil olurlar. Camalın 

əlində yol çamadanı var. Lətifə onu yola salmağa 

gəlib). 

LƏTIFƏ: - Camal, çatan kimi məktub yaz. Ev 

eşiyi sahmana sal. Evdə hər şeyi açıq danış. Sonra 

gəlib məni də apararsan. 




_______________Milli Kitabxana___________________ 

 

125 



CAMAL: - (Sanki Lətifədən yaxasını qurtar-

maq istəyir)  Yaxşı, yaxşı. Arxayın ol, gələcəm. 

Vaxta az qalıb. Bağışla məni. 

LƏTIFƏ: Hara tələsirsən, hələ qatarın get-

məyinə yarım saat var. Bir məktəb direktoru var idi, 

ha, sənin qohumun, yadındadımı, onun vəzifəyə 

çəkilməyində dayımın xüsusi rolu oldu. Mən 

dayımdan xahiş etdim, o da bir telefon zənginə həll 

elədi. Ona deyərsən ki, indi də bizim sənə  işimiz 

düşüb. Qoy mənə bir stavka dərs düzəltsin. Gələndə 

boş qalmayım. 

CAMAL: - Kənddə nə var əşşi, sən qal burda

mən də bircə il işləyim, ara sakitləşən kimi qaça-

cağam Bakıya. Bəlkə ona kimi dayını da vəzifəyə 

qoydular. 

LƏTIFƏ: - (Qəmgin)  Ağlım kəsmir. Dayımın 

vəziyyəti ağırdır. Ürəyim elə  sıxılır ki, elə bil biz 

həmişəlik ayrılırıq. 

CAMAL: - Yaxşı, yas saxlama görək. Di 

salamat qal. Axı mən gərək yerimi tutam. Sonra bir 

yerə iki bilet satarlar, di gəl düş işə.  

LƏTIFƏ: - Afətgil də indicə getdilər. Gərək 

bir vaqona alaydınız. 

CAMAL: - Əşşi cəhənnəm olsun Afət, çox 

gözüm uçur. Di salamat qal. 

LƏTIFƏ: - Yaxşı, yol. Gedək səni vaqona 

kimi ötürüm. Amma ürəyim elə döyünür ki... 



(Gedirlər. Pərdə açılır) 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə