Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə19/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   15   16   17   18   19   20   21   22   ...   89

_______________Milli Kitabxana___________________ 

 

116 



qotur kəndində? Hə indi deyəcəksən!  (Xüsusi 

intonasiya ilə danışır) “Şəkil çəkmək asandır, həyat 

yaratmaq çətin. Sizin şəkliniz də bayağıdır. Biz 

ondan daha gözəlini burada, həyatda, bu qara 

torpaq üzərində yaradacağıq”. Eləmi? 

AFƏT: - Yox Şayəstə, indi nə mən Almazam, 

nə də sən kənddən qaçan fərari Camal. O zamanlar 

da çoxdan keçib. Ancaq mən doğrudan da kəndə 

getməliyəm. (Pauza)  Nənəm öləndə  vəsiyyət 

eləyib dedi: Bala, Afət, atanın oğlu da, qızı da 

sənsən. Qoyma onun evində zülmət olsun. Yandır 

onun çırağını. Bu sözləri heç cür unuda bilmirəm. 

(Ağlayır) 

ŞAYƏSTƏ: - Bağışla Afət. Bir halda ki, belədi 

get kəndə. 

  (Bir qədər sükut) 

Yaxşı, sevməyə başına oğlan qəhət idi, görək 

bu əlli yaşlı müəlliminə vurulaydın? 

AFƏT: - Yox, oğlan qəhət deyil. Özün bilirsən 

ki, pərəstişkarlarım da var. Azca imkan versəm 

pərvanə kimi başıma dolanarlar. Amma bu Vüqar 

müəllimdə elə bir daxili güc var ki, onu görəndə 

bütün ixtiyarım  əlimdən gedir. Gözlərinin 

dərinliyində boğuluram. Səsi qulağıma çatanda 

ürəyim nanə yarpağı kimi titrəyir.  

ŞAYƏSTƏ: - Özü bir şey bilirmi? 

AFƏT: - Yox, yox. Mən bu sözü dilimə gətirə 

bilmərəm. Onun da başı qarışıq olur. Bir də 

tələbələrin hamısı ona mehribanlıq göstərdiyi üçün 



_______________Milli Kitabxana___________________ 

 

117 



mənim ona sevgi bəslədiyimi heç ağlına da gətir-

məz. Həm də bilməsə yaxşıdır. 

ŞAYƏSTƏ: - Doğru deyirsən bilməsə 

yaxşıdır. Axı, bu ona baha başa gələ bilər. Bir də. 

AFƏT: - Nə bir də? Hə demək istəyirsən ki, 

bəlkə o heç məni sevmədi, eləmi? 

ŞAYƏSTƏ: - Yox... Mən... 

AFƏT: - Elə  məni qorxudan da budur. Əgər 

mənim məhəbbətim sahibsiz qalsa, özümü öldü-

rərəm. Bu təhqirə dözə bilmərəm.  

ŞAYƏSTƏ: - Afət, kənddə yolunu gözləyən 

heç kəsin yoxdur? 

AFƏT: - Var! Buynuzlarını şeşələyib gözləyir 

məni. 


ŞAYƏSTƏ: - Heç nə başa düşmürəm. 

AFƏT: - Heç nə başa düşmürsən? Onda qulaq 

as. 

 

 



 

 

 



Pərdə 

 

 

III ŞƏKIL 

 

(Kənd. Ağac kölgəsində Afət kitab oxuyur. 

Şakir ona yaxınlaşır) 

ŞAKIR: - Afət, allah qoysa bu il məktəbi 

qurtarırsan da ?! Dədəmə demişəm. Qurtaran kimi 

toyumuzu vurdururuq. 

AFƏT: - (Səksəkəli)  Toy nədir? Sən nə danı-

şırsan? 



_______________Milli Kitabxana___________________ 

 

118 



ŞAKIR: - (Şit – şit gülür) Nə danışıram az? 

Toy da. 


Durul – durul dumba durul. Dappıdı  bıdım, 

dappıdı bıdım. 

AFƏT: - Qız tapmısanmı? 

ŞAKIR: - Qız tapmışammı? Bu nə danışır ə?! 

Mən deyirəm həmdəm həmə. Bu deyir dəmdən 

dəmə. Qız bə sən nəsən aaz?! 

AFƏT: - Ayıb olsun! Get tayını tap. 

ŞAKIR: - Ağamın başı üçün, dünya dağılsa da 

səni alacam. Bu başı o sinənin üstünə qoymasan 

haram olsun. 

AFƏT: - Nə haram olsun? 

ŞAKIR: - Baş! 

AFƏT: - Hansı baş? 

ŞAKIR: - Budey öz başım. 

AFƏT: - Səninki baş deyil. 

ŞAKIR: - Bə nədi? 

AFƏT: - Kəllə! 

ŞAKIR: - Uzun danışma! Kənddə hamı bizi 

barmaqnan göstərir. 

AFƏT: - Dədən kolxoz sədridi,  

ŞAKIR: - Bu azdı? Kolxoz sədri iki – üç 

kəndin sahibidir.  

AFƏT: - Elə ona görə  məktəbi güc bəla ilə 

qurtarmısan də. Hələ bilmirsən ki, xüsusi mülkiyyət 

əlli ildir ki, ləğv olunub. 



_______________Milli Kitabxana___________________ 

 

119 



ŞAKIR: - Xüsusi mülkiyyət nədi aaz? Ağamın 

başı üçün mənnən düz dolan. Əgər öz xoşuna 

gəlməsən götürüb qaçıracam. 

AFƏT: - Heç yel olub yanımdan da keçə bil-

məzsən. 

ŞAKIR: - Ağamın başı üçün dünən jimdə 80 

kilo qaldırmışam. Talçokda 100 - ə söz yoxdu. 

AFƏT: - Kişinin səfehi arvad yanında öz gü-

cündən danışar. 

ŞAKIR: - Səfeh niyə oluram? Boy – buxun 

məndə, bazburut məndə. 

AFƏT: - Bəs ağıl – savad necə? 

ŞAKIR: - Savadım da var. Bir də neynirəm 

savadı. Ağam deyir bir “jiquli” alajam sür! Qoy 

düşmən partdasın. Görüm onda sözün nə olacaq.  

AFƏT: - Şakir, məni başından çıxart. Mən 

oxumaq istəyirəm.  

ŞAKIR: - Oxu da... Toyumuzu edək yenə oxu.  

AFƏT: - Mən səni sevmirəm. Səndən lap 

zəhləm gedir, başa düşdün? 

ŞAKIR: - Cəhənnəmə sev! Dedim səni alajam, 

qurtardı. Di salamat qal. (Gedir). 

AFƏT: - Qaçırdaram. Heç qulağının dibini də 

görə bilməzsən. (Qarı daxil olur) 

QARI: - Boyyy. Afət döyülsənmi a bala!!! Xoş 

gördük! Nənən Tərlan necədi a bala? Maşallah 

gözəllikdə rəhmətik anana çəkmisən. Nənən necədi, 

ağrın ürəyimə?  

AFƏT: - Belə də pis deyil. 



_______________Milli Kitabxana___________________ 

 

120 



QARI: - A bala o nənəni də görəndə danı-

şacam, bu Şakirin işini niyə yubadırsan? Ondan 

yaxşısına getməyəcəksən ki! Deyirəm indiki ca-

vanların gözü yumuludur eyy! A bala var–dövlət 

onlarda, xətir hörmət onlarda. Maşallah o dar-

vazaları gündə yüz dəfə açılıb örtülür. Rayondan 

bir adam gəldimi, gərək Məmmədin evinə düşə. 

Kənddə toydumu gərək Məmməd başda ola, oğlu 

Şakir də yanında. Kənddə hamı onu kirvə tutur. Bə 

belə bir evə  gəlin getməzlərmi?! Dünya yeyənə 

quyruqdu bala! Ye da! Allah səndən niyə alıb?  Əl 

ayağını  yığışdır məktəb qurtaran kimi toyunuzu 

eləsinlər. 

AFƏT: - Qarı, belə sözləri bir də danışma! Iti 

görüm, qurdu görüm Şakiri görməyim. 

QARI: - Vallah sənin üstünə qurd yağı sürtüb-

lər. Yoxsa belə oğulu bəyənməzlərmi?! Gedim de-

yim səni pirə - zada aparsınlar. Başından cin – şə-

yətin dağılsın. (Qarı gedir) 

AFƏT: - Axı mənim bu Şakirdən elə əvvəldən 

zəhləm gedir. Müftə yeməkdən harınlamış bu ada-

mı görəndə elə bil düşmənimi görürəm. Eh, qoy-

mazlar dərsimizi oxuyaq. Sabah axırıncı imtahandı, 

ondan da beş alsaydım çıxıb gedərdim Bakıya. 

Ondan sonra Şakir tapsın məni görüm  harda 

tapacaq. Bir də Şakirin dərdindən ölən Dilbəri niyə 

almır? Su çuxurunu tapar. (Zəlihə daxil olur)  

ZƏLIHƏ: - Afət, indicə  Şakir yoldaşları ilə 

klubun yanında söhbət edirdi. Sözü bir yerə 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə