Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə18/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   14   15   16   17   18   19   20   21   ...   89

_______________Milli Kitabxana___________________ 

 

111 



 

Mən bir körpə qaranquşdum 

Bir çiçəyin sevdasıyla 

Son payızdan yaza uçdum, 

Bahar tufanına düşdum... 

Danış könlüm, 

Danış könlüm! 

Bir uğursuz məhəbbətə 

Alış könlüm, 

Alış könlüm. 

 

Mən bir körpə kəpənəkdim, 

Neçə güldən külə səkdüm. 

Çiçəklərin arasında 

Bir çiçəyin qəhrin çəkdim. 

 

Oxu könlüm,  

Oxu könlüm. 

Sərt daşlara dəydi, keçdi 

Oxu könlün. 

Oxu könlün. 

 

VÜQAR müəllim: Bu oxuyan kimdi, belə. 



ŞAYƏSTƏ: Afətdi, müəllim! 

VÜQAR müəllim: - Bəs niyə  qəmli oxuyur? 

Axı bu gün onun bayramıdır. Bəs biz onun 

şənliyinə yığışmışıq Afət, Afət 

AFƏT:  (Daxil olur) - Buyurun, müəllim. 



_______________Milli Kitabxana___________________ 

 

112 



VÜQAR müəllim: - Niyə elə qəmli oxuyursan

Afət! Heç sənə yaraşmır.  

AFƏT: - Mahnını yaraşıq üçün oxumurlar 

müəllim. Elə ürəyim hərdən bu mahnını oxumaq 

istəyir. Mən də oxuyuram. Siz işinizdə olun 

müəllim. Mən bu saat gəlirəm. 

VÜQAR müəllim: - Eh gənclik, gənclik. Onun 

da öz qanunları var. Kim bilir Afəti belə oxudan 

nədir? Uşaqlar, birdən bu qızın başında bir iş olar 

ha... Afətin ürəyinə  dəyənin cəzasını biz 

verməliyik.  Şayəstə, sən onun yaxın dostusan, nə 

olub Afətə. 

ŞAYƏSTƏ: - ( Şaşqın) Heç... heç nə, müəllim! 

VÜQAR müəllim: - Əgər heç nə olmayıbsa 

onda lap yaxşı. Içək Afətin sağlığına. Xoşbəxt 

olsun. Afət, yaxın gəl. ( Afət gəlir) Qoy sənin ömür 

yollarına özün kimi təmiz, ləyaqətli bir oğlan 

çıxsın. Ömrünüzü xoşbəxt başa vurasınız. Yadında 

saxla, xoşbəxtlik insanın öz əlindədir. Tale axar 

suya bənzəyir. Ömrü bu axar suyun öhdəsinə bu-

raxmaq olmaz. Gərək sən öz xoşbəxtliyini taleyin, 

qəzavü-qədər adlanan qüvvənin  əlindən almağı 

bacarasan. Xoşbəxtlik bu mübarizənin özüdür. Əgər 

qarşına bir maneə  çıxsa onu xeyirxah adamların 

köməyi ilə kənara at. Onda səadət özü qapına gəlib, 

onunla qovuşmağı səndən xahiş edəcək. 

AFƏT: - Bəlkə qarşıma çıxan maneə xeyirxah 

qüvvədir müəllim. Mən heç maneəni aradan qal-

dırmaq istəmədim. Onda necə, müəllim?!   



_______________Milli Kitabxana___________________ 

 

113 



VÜQAR müəllim: - Xeyirxah qüvvə heç za-

man maneə kimi qarşıya çıxmır. O, sənin üfüqlərə 

doğru uçuşuna təkan verəcək. Sən öz orbitinə 

qalxacaqsan. 

AFƏT: - Gərək bağışlayasınız müəllim. Mən 

bu fəlsəfə ilə razılaşa bilmirəm. 

VÜQAR müəllim: - Niyə Afət. 

AFƏT: - Çünki, həyatda hər  şey  şərtidir. Xe-

yirxahlıq da, bədxahlıq da. Biri üçün xeyirxah olan, 

başqası üçün bədxahdır. 

VÜQAR müəllim: - Belə fikrə düşmə, Afət! 

Onda bəs tarix! Axı adamlar öz fəaliyyətlərinə görə 

tarixdə iki cür səciyyələnir. 

AFƏT: - Elə  məsələ  də burasındadır. Məsələ 

böyük şəxsiyyətlərdən birini götürək. Kimi istəyir-

siniz misal çəkək. 

AZƏR: - Məsələn Füzulini! 

AFƏT: - Qoy olsun. Bax Füzulinin  dünyaya 

gəlməsi sənət aləmində misilsiz əhəmiyyətə malik 

olsa da sonrakı dövr ədəbiyyatımızda müəyyən 

mənada mühafizəkar rol oynadı.  

ŞAYƏSTƏ: - Niyə aaaz? 

AFƏT: - Çünki C. Cabbarlı demişkən Füzuli 

nəhəng bir palıd ağacı kimi ədəbiyyatın üstünə 

kölgə saldı  və yeni pöhrələrin inkişafını  ləngitdi. 

Onun böyük sənətinin cazibə qüvvəsindən çıxmaq 

əsrlərlə mümkün olmadı. Beləliklə yaranış etibarı 

ilə mütərəqqi olan bir hadisə sonralar ədəbiyyatın 

inkişafını ləngitdi. 



_______________Milli Kitabxana___________________ 

 

114 



AZƏR: - Sən nə danışırsan ay qız, heç nə 

söylədiyini bilirsən? 

VÜQAR müəllim: - Dəyməyin, qoyun danış-

sın. Mən bu gün Afəti yenidən kəşf etdim. Onun 

köksündə döyünən ürək böyük və  əzəmətlidir. Bu 

ürək həyat yollarında heç bir təsirə  məruz qal-

mayacaqdır.  

AFƏT: - Bu fikrinizlə  də    razı deyiləm 

müəllim! 

ŞAYƏSTƏ: Niyə aaaz? 

AFƏT: - Ona görə ki, insanların bir – birinə 

təsiri mənəvi güclə bağlıdır. Kim daha güclüdürsə, 

o, qalib gəlir, hamını məğlub edir, öz təsirinin altına 

alır. 


VAQIF: Sən öl, Afət qan eləyir! 

VÜQAR müəllim: - Hər halda sənin sağlığına 

içirik Afət. 

AFƏT: - Nuş olsun. Mən də Vüqar müəllimin 

sağlığına içirəm. (Içirlər) 

VÜQAR müəllim: - Yaxşı yadıma düşdü Afət 

elmi  şurada məsələ qaldırmışıq səni universitetdə 

saxlamaq istəyirik. 

AFƏT: - Məni? Universitetdə? 

VÜQAR müəllim: - Bəli? Necə, istəmirsən? 

ŞAYƏSTƏ: - Niyə istəmir? Kim işıq gələn 

yerə papağını tıxayar. 

AZƏR: - Təbrik edirik, Afət! 

AFƏT: - Bilirsinizmi, mən... Mən kəndə get-

mək istəyirəm.  



_______________Milli Kitabxana___________________ 

 

115 



AZƏR: Kənddə  nə  var,  ay  qız. Gül kimi 

Bakını qoyub... 

ŞAYƏSTƏ: - (Istehzayla)Afət qabaqcıl gənc-

dir. Öz xahişi ilə  kəndə gedir. Bəs necə? Qəzetlər 

onun şəklini verəcək. 

AZƏR: - Hələ  məqaləsi də  çıxacaq qəzetdə 

“Mən necə bir qabaqcıl tələbə uzaq kəndə maarif 

ziyası aparacağam.  Əlaçı diplomu ilə  kəndə gedi-

rəm”. 

ŞAYƏSTƏ: - Vüqar müəllim məni bağışlasın, 



vallah bu Afətin yavaş – yavaş başı xarab olur. 

AFƏT: - Nə deyirsiniz, deyin mən kəndə gedə-

cəyəm. 

VÜQAR müəllim: - Bəlkə bir az da fikirlə-



şəsən, Afət. 

AFƏT: - Yox müəllim, fikrim qətidir. 

AZƏR: - Daha mənim sənə sözüm yoxdur. 

VÜQAR müəllim: - Uşaqlar daha gecdir məni 

bağışlayın. 

UŞAQLAR: - Uğur olsun müəllim, xeyir 

aparın. 

(Vüqar müəllim gedir) 

AZƏR: - Daha biz də gedək gecəniz xeyrə 

qalsın. O kəndə getməyi çıxart başından, Afət! 

AFƏT: - Xeyrə qarşı gedin (Azər, Vaqif, Zərri 



gedir) 

ŞAYƏSTƏ: - Bir məni başa sal görüm, bax o 

palçıqlı  kənddə  nə var? Teatr yox, park, asfalt 

küçələr, yaraşıqlı evlər yox. Bəs nə var sənin bu 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə