Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə15/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   11   12   13   14   15   16   17   18   ...   89

_______________Milli Kitabxana___________________ 

 

93 



 

Yüz talançı tökülsə  

Mənim ruhum talanmaz 

Sən saz ol, mən də mizrab 

Yoxsa o saz çalınmaz. 

 

Görüşəndə bənzəmə 



Sərt qayaya, daşa sən 

Gözlərimdə sevinc ol 

Gəl, çevrilmə yaşa sən. 

 

Gül ətri axtarırdım 



Çöldə kəpənək kimi 

Sən çıxdın qabağıma 

Bir dəstə çiçək kimi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

94 



 

MƏHƏBBƏT 

 

- Nədir məhəbbət? 



- Açan bir çiçək. 

Yanan bir çıraq                  

Dinən bir ürək. 

-  Nədir məhəbbət? 

Coşan ləpələr, 

Oxuyan quşlar, 

Gülən körpələr. 

-Sevgi bir dəniz,  

Mavi asiman.                         

Onun qoynunda  

Gülər hər insan. 

- Ürəyə hardan 

 Gəlir məhəbbət? 

- Dünya gülürsə 

 Gülür məhəbbət. 

- Səni sevmişəm 

Bir ağ çiçək tək. 

Sən də məni sev   

 Sadiq ürək tək. 

- Açan hər çiçək 

Təzə sevgidi. 

Dinən hər ürək 

Təzə  sevgidi. 

- Ömür üzükdü

Qaşı məhəbbət. 

Insan hissinin 

  Başı məhəbbət. 



_______________Milli Kitabxana___________________ 

 

95 



 

 

 DUET 

 

-  Ay qız, dənizdir gözün! 



-  Dəniz tufansız olmaz. 

-  Ay qız, çiçəkdir üzün! 

-  Çiçək tikansız olmaz. 

-  O tufandan, tikandan, 

Heç qorxum yoxdur mənim. 

-  Gözlə, sinəndən keçər 

Sözlərim oxdur mənim. 

-  Başladığın bu dava 

Söylə nəyə gərəkdir? 

-  Dayan, kələkbaz oğlan 

Hiylə nəyə gərəkdir? 

-  Neyləyirik bu cəngi?! 

Sən bir çiçək çələngi, 

Mən bir şirindil oğlan. 

-  Sözün şirindir oğlan. 

-  Anamın öyüdləri 

Nə tez çıxdı huşumdan?! 

Ağlım uçdu başımdan. 

-  Ay qız, gözün dənizdi! 

-  Dənizdi, tərtəmizdi! 

Ay qız üzün çiçəkdi 

Yanaqlarım ləçəkdi. 

-  Ləçəkdən doymaq olmaz 

Çiçəkdən doymaq olmaz. 




_______________Milli Kitabxana___________________ 

 

96 



 

 

BAYKANUR 

 

Gedəsi olsaq 



Gərək 

Baykanurdan gedək 

Allahın yanına. 

Hamı Baykanurdan 

uçur göyə 

Bəlkə elə buna görə 

Oljasın misraları 

Göylərlə əlləşir 

Çingiz Aytmatov 

Enmək istəmir yerə. 

 

 

 



 

 

 



 

 

 



                                                        

 

 

 

 


_______________Milli Kitabxana___________________ 

 

97 



 

 

     

GƏNCƏ 

 

Dedilər bir söz qoş doğma şəhərə, 



Şeir təzə olsun, söz təzə olsun. 

Tök könül varını ağ vərəqlərə, 

Ocaq təzə olsun, köz təzə olsun. 

 

Bəzənir, bəzəyir ana torpağı, 



De onun hüsnündən kimlər doyubdu?! 

Yenə payız gəlib, bayramsayağı 

Çinarlar başına xına qoyubdu. 

 

Gəncə sökülən dan, açılan səhər 



Mən onun qoynunda bitən çiçəyəm. 

Məni sinəsində gəzdirən şəhər, 

Səni ürəyimdə gəzdirəcəyəm. 

 

 



 

 

 



1970

 

 



 

 

             



   

 

 

 


_______________Milli Kitabxana___________________ 

 

98 



 

 

 

MƏN GEDƏSI OLSAM... 

 

          



                   Başladı əsməyə xəzan yelləri 

         Mən gedəsi olsam küləklər ilə 

                   Gedin, başa salın bizim elləri 

                   Hər il qayıdacam çiçəklər ilə 

 

 

Məni basdırmayın, əkin torpağa 



                  Göyərib qalxacam ağaclar kimi, 

                  Yazda çevriləcəm yaşıl yarpağa 

                  Payızda güləcəm qızıl nar kimi 

 

 



 Dilə gətirməyək suçlarımızı  

        Sonra bilərsiniz mən kiməm, nəyəm 

        Əllərim gəzəcək saçlarınızı 

                  Günəş şüasına çevriləcəyəm 

 

                 Qulaq verərsiniz hər gələn səsə 



                 Sizə əl eləyən yarpaq olaram 

                 Qəlbiniz bir həzin nəğmə istəsə 

                 Dağlarda çağlayan bulaq olaram 

 

                 Qoy heç kəs çəkməsin dərdi – sərimi 



                 Daim aranızda yaşayasıyam 

                 Gül – çiçək qoxuyan nəvələrimi 

                 Ömürlük çiynimdə daşıyasıyam 



_______________Milli Kitabxana___________________ 

 

99 



 

 

                   Şeir oxuyacam mən uşaqlara 



Böcəyin, çiçəyin təmiz dilində 

Xəzər nağıl desə qayalıqlara 

Mənəm danışıram dəniz dilində     

 

 Qorxmayın, qoy əssin xəzan yelləri 



           Nə olsun gedərəm küləklər ilə 

           Gedib öyrənəcəm kəsə yolları 

           Hər gün qayıdacam mələklər ilə                 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə