Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə11/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   7   8   9   10   11   12   13   14   ...   89

_______________Milli Kitabxana___________________ 

 

63 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

64 



 

 

QƏZƏL 

 

Cananıma can söylədim, can deməklə can əskilməz 



Imansıza iman versən, imandan iman əskilməz. 

 

Demə sevgi hədər şeydi, Leyli, Məcnun əfsanədi. 



Sevgisiz yüz insan ölsə, dünyadan insan əskilməz. 

 

Bu sevgimiz pünhan qalıb ikimizin arasında 



Onu açsaq tufan olar, dünyadan tufan əskilməz. 

 

Eşq məşəqqət sözündəndir, yolu Kərbəladan keçər, 



Sən o yola düşər olsan, başından qalxan əskilməz. 

 

Zahid Xəlil, bu yaşında səni oda salan varsa, 



Demək hələ yer üzündən Kərəmlə  Məcnun  

əskilməz 

 

 

 



 

 

 



 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

65 



 

 

 



 

 

EVIMIZƏ GƏTIRIRƏM 

 

Biz hər axşam ayrılırıq, 



Gözlərimlə səni gülüm, 

Qapınıza ötürürəm.  

Sonra isə 

Buludların üstü ilə 

Evimizə gətirirəm.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

66 



 

 

                         INANMADIQ 

 

Necə oldu, ayrılanda 



Macal tapmadıq?! 

- Yubandınız, cavan oğlan, - 

Deyə məni haraylayan 

qoca kişi 

yekə bığlı, uca kişi 

ayırdı bizi. 

Təyyarənin qapısında 

Papağımı qaldırdım göyə 

Amma heç sən, 

Tərpənmədin yerindən, niyə? 

Heykəl kimi maddım – maddım mənə   baxırdın 

Qaldın elə baxa – baxa... 

Görüşəndə bu görüşə inanmamışdıq 

Ayrılanda inanmadıq bu ayrılığa. 

 

1965, Adler 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

67 



 

XƏBƏRIN YOXDU XƏBƏRDƏN 

 

Eh, sənin xəbərin yoxdu, xəbərdən... 



Çıxıb gedəcəyəm günün birində. 

Keçib dərələrdən, göy təpələrdən, 

Gözdən itəcəyəm günün birində. 

 

Gözün lal sükutla elə haraylar... 



Bir sim qırılacaq ünümdə mənim. 

Yüyürüb qarşımı kəsəcək çaylar 

Dağlar dikələcək önümdə mənim. 

 

Buludlar yanacaq, bir təndir kimi



Şimşəklər bir anda bollaşacaqdır.  

Qırılıb tökülən bir kəndir kimi, 

Yollar ayağıma dolaşacaqdır. 

 

Dərələr susacaq suçlu, gileyli, 



Bəlkə qınayacaq bulaqlar məni. 

Oyansa qəlbimdə qayıtmaq meyli, 

Söyüd bacı kimi qucaqlar məni. 

 

Eh sənin xəbərin yoxdu, xəbərdən, 



Çıxıb gedəcəyəm günün birində. 

Keçib dərələrdən, göy təpələrdən 

Gözdən itəcəyəm günün birində. 

 

 




_______________Milli Kitabxana___________________ 

 

68 



 

YAMAN DƏYIŞMIŞƏM 

 

Basmışdı köksünə 



Ağ ulduzları. 

Dəniz həmin gecə 

Hey nə deyirdi? 

Yoxsa o mehriban 

Pıçıltıları, 

Mehriban ləpələr 

Əzbərləyirdi! 

 

Yaman dəyişmişəm 



O gündən bəri

Dəyişib gözümdə 

Tamam həyat da. 

Nədəndi hamının gülür gözləri, 

Yoxsa kədər yoxdur bu kainatda? 

 

Görürsən, 



Önümdə bir körpə uşaq 

Yeriyir, yüyürür, yıxılır hərdən. 

Eh, onu nədənsə hamıdan qabaq 

Yüyürüb, qaldırmaq istəyirəm mən.  

 

Görüm qismət olsun 



Sevgi hər kəsə, 

O qovur ürəkdən 

Qüssəni, qəmi.  



_______________Milli Kitabxana___________________ 

 

69 



Anam nə duyubsa, 

Nə eşidibsə, 

Uşaq tək hey öpür, 

Oxşayır məni. 

 

Gör nəyə qadirmiş 



Eşqimiz bizim, 

Gözümdə dəyişib bütün asiman. 

Bu sirri agah et,  

Yoxsa əzizim, 

Dünyaya sevincdən 

Pərdə tutmusan? 

Hər zaman önümdə 

Duran sevgilim, 

Sən adi insansan,  

Ya ki, bir pəri?! 

Yaman dəyişmişəm, 

Yaman, sevgilim. 

Yaman dəyişmişəm 

O gündən bəri.  

 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

70 



 

 

UÇUB GEDƏCƏYDIK 

 

Bahara çatmışdıq ömrün qışında. 



Ağac kölgəsində göyə uçurduq 

Uçub gedəcəydik bir ağ maşında, 

Görən ağlımızı niyə uçurduq?! 

 

Şirin sevgi anı qaldı arxada 



Qaldı o kölgəlik bir oba kimi 

Təyyarə meydanı qaldı arxada, 

Quşu uçub getmiş bir yuva kimi 

 

Nə yaman tərs gəldi bir gör işimiz, 



Dözək həsrətinə gərək illərin, 

Bəlkə də qalacaq bu görüşümüz, 

Dəmir yaddaşında təyyarələrin. 

 

Qəm yemə o günlər coşğun sel kimi



Bizim qəlbimizdə çağlayacaqdır. 

O xoş xatirələr zərif tel kimi, 

Bizi bu dünyaya bağlayacaqdır.  

 

 



 

 

 



 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə