Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə8/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   4   5   6   7   8   9   10   11   ...   89

_______________Milli Kitabxana___________________ 

 

43 



SƏRHƏDÇININ DÜŞÜNCƏLƏRI 

 

Gecə mürgülədir nəhəng dağı da, 



Gözümü yummuram mən isə bir dəm. 

Dayanıb bir kiçik çay qırağında, 

Böyük bir ölkəyə keşik çəkirəm. 

 

Səssizlik bürüyüb bu sahilləri, 



Şikayət duyuram çayın səsindən. 

Insan həsrətilə yanan bu yeri, 

Insanlar, insandan qoruyuram mən! 

 

Yalqız dayanmışam, eh çay da təkdi, 



Axır bu yerlərin sirdaşı kimi. 

Elə bil üstümə töküləcəkdi, 

Ulduzlar, gecənin göz yaşı kimi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

44 



YURMALA 

 

Deyirəm nə qəşəng sözdü Yurmala



Yumrudu, yumaqdı, yumşaqdı nədi? 

Bu uzun şəhəri götür yumrula, 

Deyərsən bir nəhəng yumruqdu nədi. 

 

Ağ papaq qış gəlib, gəlib qarıyla, 



Örtüb Yurmalanın qumlaqlarını. 

Qış da bir igiddi, dodaqlarıyla 

Qapayıb Baltikin dodaqlarını. 

 

Amma Yurmala da uzun yol kimi, 



Uzanır dənizə yar olmaq üçün. 

Yurmala əyilir güclü qol kimi, 

Dənizin boynuna sarılmaq üçün. 

 

Töküb ortalığa şəhər varını, 



Gülür çiçək ilə, susur qar ilə. 

Gizləyib meşədə binalarını, 

Gizlənqaç oynayır dalğalar ilə. 

 

Işdi cığırlarda bir az dolaşsan, 



Dələ zarafatla yolu kəsəcək. 

Nazlı küknarlardan bir söz soruşsan, 

Susacaqdı latış gözəlləri tək.  

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

45 



Ağacın başını görmək çətindi, 

Boylansan başından düşəcək papaq. 

Sanki sevgisini, məhəbbətini, 

Yaşıl alov edib, püskürüb torpaq. 



1979 

 

 

MOSKVA ÇAYI 

 

O axır sakitcə hər axşam, səhər 



Şəhərin gör necə yerindən keçir. 

Sübhəcən yatmayan yaşıl meşələr, 

Görəsən bu çaya keşikmi çəkir? 

 

Moskva yenə də çəkir fikrimi, 



Söyüd tellərini darayıb şəhər. 

Baxıram Hindistan qızları kimi 

Çayı bədəninə sarıyıb şəhər. 

 

 



Moskva – 1967 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

46 



MƏNƏ ÇƏPIK ÇALIB ALQIŞ DEYƏN DOST 

 

Mənə çəpik çalıb, alqış deyən dost, 

Demirəm açılan bir səhərəm mən. 

Məni tərifləmə şeir sevən dost, 

Elə tərifsiz də keçinərəm mən. 

 

Sıxılma, salondan səsim gəlməsə, 



Bu kiçik nəğmələr səsimdir mənim. 

Ehtiyacım yoxdur, alqışa, səsə, 

Xəfif bir təbəssüm bəsimdir mənim.  

 

Mən çox görməmişəm bu kürsüləri,  



Indi də süzülür tər yanağımdan. 

Qorxuram bu alqış, çəpik səsləri, 

Məni vaxtsız salar öz budağımdan. 

 

Ey dost, aldatmasın səni təriflər, 



Sən pisi yaxşıdan düz seçməlisən. 

Bu tərif zəhrimar tilsimə bənzər, 

Dahiyə alçağı sevdirir bəzən. 

 

Bir yol alovlanıb yanmamışam ki, 



Yerimdə qalaydı bir az külüm də 

Təzə düymələnən meyvə kimiyəm.  

Burnumdan düşməyib hələ gülüm də.  

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

47 



Mənə çəpik çalıb alqış deyən dost, 

Demirəm açılan bir səhərəm mən. 

Məni tərifləmə, şeir sevən dost. 

Elə tərifsiz də keçinərəm mən.  

 

 

IŞIQLA DOLDURUN ÜRƏYINIZI 



 

Miz üstünə nəyimiz var düzmüşük, 

Işıq keçib, narahatdı qonaqlar. 

Bir gecəlik qaranlığa dözmürük, 

Vurnuxuruq, gərək yansın çıraqlar. 

 

Qoy açsın çıraqlar kirpiklərini,  



Işıqda bir ana nəvazişi var. 

Bəlkə çıraq edib ürəklərini, 

Aşıb başımızın üstən analar. 

 

Bu həyat dediyin yanan şam imiş



Insan ömrü boyu qaçır işığa. 

Günəş gözlərini belə açmamış, 

Eylər gözlərini açır işığa. 

 

Işıq yol eləsə rişələrinə 



Insanın qəlbində sökülər bir dan. 

Bulvarın qaranlıq guşələrində, 

Bir qız işığına yol gedir oğlan. 

 

Yanan çıraqları tez ol, bol eylə, 




_______________Milli Kitabxana___________________ 

 

48 



Işıqda elə bil qanadlı quşuq. 

Gecə böcəkləri meşə yoluyla, 

Gedər işığında işıldaquşun.  

 

Ürəkdən sevinən, ürəkdən gülən



Insanlar işığa bürünə bilər. 

 

Qoy yansın işıqlar, ürəkdən gələn 



Işıqlar, 

Işıqda görünə bilər. 

Deyirəm dünyanın işıq gözləri, 

Daim qaranlığı izləyəsidir. 

Işıq səadətin ayaq izləri, 

Hər çıraq günəşin bir zərrəsidir.  

Günəş kainatda bir kürədir ki, 

Işığı hər evə minnətsiz keçər. 

Işıqlar o qədər bakirədir ki, 

Bütün sərhədləri sənədsiz keçər. 

Dünya bir üzü qış, bir üzü yazdı, 

Imtahan eyləyir hər saat bizi. 

Təkcə çıraqları yandırmaq azdı, 

Işıqla doldurun ürəyinizi.  

 

 

1979 



 

 

 



 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə