Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə10/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   6   7   8   9   10   11   12   13   ...   89

_______________Milli Kitabxana___________________ 

 

56 



 

BIR AZ DANIŞ QOCA KƏPƏZ 

 

Qoca Kəpəz, 



Uca Kəpəz, 

Bulaqların ləhcəsiylə 

Bir az danış. 

Göy gölünün ləpəsiylə 

Bir az danış.  

Bir az danış,  

Mənim müdrik babam kimi 

Gör necə də  

Şah vüqarlı 

Görünürsən sən axşamlar. 

Külək əsir, 

Söhbət edir, yaşıl şamlar. 

Yada düşür, 

Qucağında ötən günüm. 

Dərələrdə, 

Təpələrdə itən günüm. 

Çıxarardım  

Cığırları dağ başına. 

Qayaları 

Dərələrə göndərərdim. 

Səssiz – küysüz meşələri, 

Toy – büsatlı 

Bir aləmə döndərərdim. 

O günlərdən bir az danış, 

Qoca Kəpəz. 



_______________Milli Kitabxana___________________ 

 

57 



Dinləyərəm 

Məlikməmməd nağılıtək, 

Uca Kəpəz, 

Bir az danış... 



   

 

DOSTLUQ AĞACI 

 

Görkəmli Moldav yazıçısı Doyniçin həyə-



tində Litva yazıçısı Eduardas Selelonis qoz ağacı 

əkib. Yolu düşəndə ona qulluq edir. 1986 – cı ildə 

mən də həmin ağaca qulluq etdim.  

 

Uzaq Moldav elində Doyniçin həyətində 



Eduard Selelonis qoz ağacı əkibdi. 

Gizli bir qürur yatır, ağacın xilqətində, 

Düz beş ildi nazını neçə adam çəkibdi.  

 

Cavan bağban bu qozu başqasından seçməyib, 



Onun budaqlarında qışla yaz görüşübdü. 

Şair var ki, baxtına bir ağac da düşməyib

Ağaca bax, baxtına iki şair düşübdü. 

 

O da şair kimidi, yarpaq – yarpaq alışır, 



Arabir də rəqs edir, çimir günün selində. 

Meh əsəndə titrəyən yarpaqları danışır, 

Gah Moldavan dilində, gah da Litva dilində. 

 

 




_______________Milli Kitabxana___________________ 

 

58 



 

Baharın öpüşündən yaranıb yarpaqları, 

Körpə barmaqlarını açıb günəşə sarı. 

Rəqqasın qolları tək gərilib budaqları 

Yel əsəndə baş əyib salamlayır otları. 

 

Qoy oynasın, demə ki, oynamağı nahaqdı, 



Oynadı, yarpağından neçə muncuq ələndi. 

Yarpaqları yamyaşıl, yazılmamış varaqdı, 

Budaqları yazmağa can atan bir qələmdi. 

 

Bu ağacı görməyə Titus gəldi, bir də mən 



Bir də ki, Selelonis, aşıb daşdı bu ağac. 

Gah oynadı, gah da ki, şeir qopdu dilindən, 

Şairdi, rəqqasədi, vətəndaşdı bu ağac.  

 

 



1982. 

 

 



 

 


_______________Milli Kitabxana___________________ 

 

59 



BIZIM ƏBDÜL MÜƏLLIM 

 

Görkəmli alim Əbdül Əlizadəyə 

 

Ona günəşmi deyim? 

O günəşin nurudur. 

Bəlkə su deyim ona 

O sudan da durudur. 

Həyatın şirnisindən  

Çoxları aldı zədə. 

Amma təmiz yaşadı, 

Bu Əbdül Əlizadə. 

Bir qarnı tox yaşadı, 

Yaşadı bir qarnı ac. 

Amma əyə bilmədi, 

Onu hər an ehtiyac. 

Neçə kitabxanaya, 

Cığır düşdü izindən. 

Neçə cavan müəllim, 

Od götürdü gözündən. 

Onun kitablarında  

“Qırxıncı qapı”lar var. 

Hər adama açılmaz, 

O sehrli qapılar. 

Sehrdi, müəmmadı, 

Hər sözü, hər varağı 

Odu ondan alıbdı, 

Ələddinin çırağı 

O qapıdan keçibdi, 




_______________Milli Kitabxana___________________ 

 

60 



Yolu Məlikməmmədin. 

Çevrilib polad olub, 

Qolu Məlikməmmədin. 

O qapılardan keçib, 

Nağıl qəhramanları. 

Qılınc qəhrəmanları, 

Ağıl qəhrəmanları.  

Gözlərində hələ də  

Sehrli od yaşadır. 

Bu Əbdül Əlizadə 

Təmiz bir ad yaşadır.  

 

1995. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

61 



 

QAR ALTINDA IZIMIZ 

 

Qar üstə alışan gül idik o gün, 



Körpə ceyran kimi qısıldın mənə. 

O cüt ləpirləri qorumaq üçün, 

Küknar meşəsinə qar düşüb yenə. 

 

Qoy yağsın qar altda qalaq ikimiz, 



Qar deyil, uçuşan ağ kəpənəkdi, 

Bizim qar altında qalan izimiz

Yazda bənövşəyə çevriləcəkdi.  

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

62 



    BIZIM GIZLI SEVGIMIZ 

 

Musiqisi N.Məlikməmmədovundur  

 

Biz ki, öz sevgimizi, 



Təkcə aya danışdıq, 

Susan gölə danışdıq, 

Axan çaya danışdıq. 

 

Səhər pəncərəmizdən 



Sizin evə gün düşdü. 

Elə bil ki, bir anda 

Hər tərəfə ün düşdü. 

 

Ceyranlar qaçışıyla, 



Kəpənək uçuşuyla, 

Meşə zümzüməsiylə, 

Quşlar şaqraq əsiylə 

Ötdülər bu sevgini. 

 

Elə bil ki, yatanlar, 



Yuxusundan ayıldı. 

Bizim gizli sevgimiz 

Bu dünyaya yayıldı. 

 

Axı biz sevgimizi, 



Təkcə aya danışdıq, 

Susan gölə danışdıq, 

Axan çaya danışdıq,  



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə