Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə13/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   9   10   11   12   13   14   15   16   ...   89

_______________Milli Kitabxana___________________ 

 

79 



 

Qızlar, mənə baxmayın, 

Baxışlar mənə neylər?! 

Ilk eşqim yada düşər 

Burnumun ucu göynər. 

 

Qızlar dərsdən çıxanda, 



Axar yataqxanaya. 

Oğlanlar həsrət-həsrət  

Baxar yataqxanaya. 

 

Deyən qıra bilməyib 



Oğlanın inadını. 

Bir pəncərə açıbdır 

Göyərçin qanadını. 

 

Qızlar qol-qola girər 



Oğlanlar gendə gedər 

Qızlar yataqxanaya 

Elçilər kəndə gedər. 

 

Qızlar yataqxanası- 



Qızılgüllər məskəni. 

Hansı oğlan sevməyib 

Söylə ürəkdən səni?! 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

80 



 

QIZLAR MƏHƏBBƏTDƏN ŞEIR OXUYUR 

 

Qızlar məhəbbətdən  şeir oxuyur, 



Bu saat ulduzlar alışacaqdır.  

Nöqtələr, vergüllər çiçək qoxuyur, 

Çiçəklər dil açıb danışacaqdır.  

 

Çənəsi ovcunda fikrə dalaraq , 



Qızlar şeir oxuyur sevgi yaşında 

Indicə qızılgül pardaxlanacaq, 

Bülbül oxuyacaq budaq başında. 

 

Ən şirin sözləri dodaqlarında, 



Oğlanlar yatmayıb gözlər səhəri. 

Qızlar şeir oxuyur otaqlarında 

Qızların dünyadan yoxdur xəbəri. 

 

Analar gözləyir aşıb daşaraq, 



Gizli duaları hələ dodaqda. 

Həmin kök üstündə pıçıldaşaraq, 

Qızlar şeir oxuyur məhəbbət haqda.  

 

Gözləri yol çəkir, düşünür nələr



Sözlər ürəklərə ən yaxın sirdaş. 

Misranın sonunda duran nöqtələr, 

Hicranın sonunda dayanaydı kaş. 

 

 




_______________Milli Kitabxana___________________ 

 

81 



 

Qızlar məhəbbətdən şeir oxuyur, 

Bu saat ulduzlar alışacaqdır. 

Nöqtələr, vergüllər çiçək qoxuyur 

Çiçəklər dil açıb danışacaqdır.  

 

 



SƏHƏR NƏĞMƏSI 

 

Günəş şehdən muncuq düzür 



Çiçəklərin qulağına. 

Səhər – səhər nəğmə qonur 

Qız – gəlinin dodağına 

 

Qızlar zərif, qızlar qəşəng, 



Hərəsi bir canlı çələng. 

Ağ əlləri göyərçin tək 

Dəyir gülün budağına. 

 

O qıza bax-qarçiçəyi, 



Dırnaqları tər ləçəyi. 

Könül deyir dər ləçəyi, 

Toxun onun barmağına. 

 

Dedim güldür əlin axı 



Xeyli güldü mənə baxıb. 

Baxdım onun topladığı 

Qızılgülün qalağına. 

 



_______________Milli Kitabxana___________________ 

 

82 



Ürək, axı sən aşiqsən, 

Cürətli ol ay aşiq, sən! 

Bir söz dedim: - Yaraşıqsan 

Zaqatala torpağına. 

 

 

BIR AZ GÜL, AY GÜLÜM 



 

Bir az gül, ay gülüm, heç kəs sənin tək

Belə gülə bilməz, ağlaya bilməz. 

O dağı sinəmin lap başından çək, 

Heç kəs sənin kimi dağlaya bilməz. 

 

Yamanca dövlətli olmuşam axı, 



Başımda qızılı şimşəklər çaxır. 

Gözümdən zər axır, mirvari axır, 

Bulaqlar da belə çağlaya bilməz. 

 

Qəlbimdə nə qədər nəğmə var hələ 



Sənin eşqin ilə ötürəm elə. 

Məni bu dünyaya zəncirlər belə, 

Bircə telin qədər bağlaya bilməz.  

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

83 



 

GÖZƏLLIK 

 

Onu mənə rəva görmür dost, tanış, 



Deyirlər ki, çox çirkindir sevgilin. 

Başqasına könül bağla, 

Gül, danış, 

Gözəl deyil, 

Yox, çirkindir sevgilin. 

 

Bu sözlərdən sular kimi bulandım, 



Düzü, buna dözmək asan deyildir. 

Təkcə onun həsrətilə dolandım, 

Axı, bunlar daha 

Pünhan deyildir. 

 

Eşq oldumu, 



yalan olur sir – sifət, 

Hansı qəlbdə 

Bu xoş duyğu gülməyib. 

Neçə qıza camal verib təbiət

Fəqət hamı gözəl ola bilməyib. 

Nə qəm, 


Onun söhbəti var,  

Sözü var, 

Ürəyimdə yuva salıb sözləri. 

Könlü təmiz, 

Fikri safdır su kimi, 

 



_______________Milli Kitabxana___________________ 

 

84 



 

Istəyini oxuyuram gözündən. 

Gözəlliyi heyran edib qəlbimi, 

Dost – tanışı 

Necə başa salım mən?! 

 

 



DƏLI ŞEYTAN 

 

Dəli şeytan, dəli şeytan, 



Yaman saldın oda məni. 

Dedin ki, sev o dilbəri 

Sevdim, sevdi o da məni. 

 

Bir ox atdı oxlarından, 



Dəyib keçdi çoxlarından, 

Oda salıb ahlarından, 

Sonra gəzdi suda məni 

 

Deyirdilər güldürəcək, 



Zahid Xəlil gül dərəcək

Deyən özü öldürəcək 

Qıymayacaq yada məni 

 

 



 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

85 



 

 

HARADASAN 

 

Pəncərəmin önündən 



Ürkək – ürkək keçərdin. 

Hamı qoşa gəzərdi, 

Sən isə tək keçərdin.  

 

Gedərdin gedişinə, 



Küçələr heyran idi. 

Gülərdin gülüşündən 

Güllər pərişan idi. 

 

Eh sən yalqız gedərdin, 



Mən yalqız dayanardım. 

Sən açıq yandırardın 

Mən gizlincə yanardım. 

 

Günlər ötdü sovuşdu, 



Günlər günə qovuşdu. 

 

Bir qərib quşcuğaz tək



Uçdum mən həmin evdən. 

Aylar ötüb o vaxtdan, 

Illər keçib o ildən. 

 

Gəlmişəm ürəyimdə, 



O uğursuz illərin 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə