Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə16/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   12   13   14   15   16   17   18   19   ...   89

_______________Milli Kitabxana___________________ 

 

100 



 

 

O ODLARA SALMA MƏNI, AMANDI! 

 

Məni sevmək sənə asan gəlməsin 



Zəlzələdən viran qalmış obayam. 

Nə istim var, bir az səni isitsin, 

Odu sönmüş, külü qalmış sobayam. 

O odlara salma məni, amandı! 

 

Kaman idim, quruca sim qalmışam 



Tufan idim, bircə əsim qalmışam. 

Bir şəklimdi, bir də səsim, qalmışam. 

O odlara salma məni, amandı! 

 

Neçə aşiq eşq oduna qalandı, 



Könül evi viran oldu, talandı. 

Eşq dediyin bir şirincə yalandı 

O odlara salma məni, amandı! 

 

Düz düzməyib, düzənləyib düzəldən 



Üz görmədim, üz tutduğum gözəldən 

Sevdalardan yarımadım əzəldən, 

O odlara salma məni, amandı! 

 

Mən deyirdim, o sevgimiz nəs imiş, 



Eşq dediyin bir sehrli səs imiş. 

Vüsal üçün bircə addım bəs imiş 

O odlara salma məni, amandı!  



_______________Milli Kitabxana___________________ 

 

101 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

102 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


_______________Milli Kitabxana___________________ 

 

103 



 

IŞTIRAK EDIRLƏR

 

Vüqar – ali məktəb müəllimi 



 

GƏNC MÜƏLLIMLƏR

 

Afət 



Zəlihə 

Camal  


Davud  

Azər 


Zərri 

Şayəstə 


Vaqif  

Şakir – Rayon maarif şöbəsinin inspektoru 

Murtuzov – Rayon Maarif Şöbəsinin Müdiri 

Pəri xala, Nəcəf, Qarı və şagirdlər. 

 

 

 

 

 



_______________Milli Kitabxana___________________ 

 

104 



I PƏRDƏ 

 

I ŞƏKIL 

 

Pəri xalanın evi. Kirayənişin Camal daxil olur. 



O, çox həyəcanlıdır.  

CAMAL: -  Batdı. Hər şey batdı. Ali məktəb, 

aspirantura, elmi dərəcə hamısı batdı. 

PƏRI XALA: - Kimdi batan, a Camal? Yenə 

dənizdə hadisə zad olub? 

CAMAL: - Əşi dəniz nədi ey? Kişi məhv oldu! 

PƏRI XALA: - Kişi məhv oldu? Dilim – 

ağzım qurusun, yoxsa dədənin başında bir iş var, a 

bala?  

CAMAL: - Eh, dədəmə bir şey olsaydı, məni 



bu qədər yandırmazdı. Savadsız, vəzifəsiz, kölgəsiz 

bir adamdı. Dağ uçdu ey, dağ! Ağrı dağı gumbultu 

ilə uçdu təpəmə. Başa düşdün? 

PƏRI XALA: - Yox... Heç nə başa düşmədim. 

A bala, bir əməlli danış görüm, kim öldü, nə uçdu! 

CAMAL : - (Hövsələsiz) Belə bizim Lətifə var 

ey, mənim nişanlım, onun dayısını  vəzifədən 

çıxartdılar. Zəhmindən yer – göy titrəyirdi.  

PƏRI XALA: - (Dərindən köks ötürür) Eh, 

mən də deyirəm nə olub. Dağ uçdu, toz oldu. Belə 

de, da! Nə olsun çıxarıblar? Vəzifə kimin kəbininə 

kəsilib ki?.. 

CAMAL: - Gərək bu kişini indi çıxaraydılar? 

Mən universiteti qurtar ha qurtarda? (pauza) nə 




_______________Milli Kitabxana___________________ 

 

105 



qədər planlarım var idi. Fikirləşirdim ki, kömək 

edər girərəm aspiranturaya. Onun kölgəsində 

müdafiə edərəm, onun kölgəsində... 

PƏRI XALA: - Kölgədə yaşayan kölgəsiz olar, 

a bala. Aspiranturaya girmək istəyirsən, get gir də. 

Qabağını  kəsən var? Mən iyirmi ildən çoxdur ki, 

evimi sənin kimi studentlərə kirayə verirəm. Odey 

Xudu, yekə alim olub. Heç kəsi də yox idi. Bakıya 

gələndə  cındırından cin ürkürdü. Hər ay ev 

kirayəsini gecikdirirdi. Utana – utana deyirdi: - Pəri 

xala, təqaüdümüzü hələ verməyiblər. Alan kimi ev 

kirayəsini çatdıracağam. Deyirdim a bala, sən də 

mənim oğlum, eybi yoxdu, nə vaxt olar, onda 

verərsən. Odu Əli, yekə  şair olub. Hörməti hər 

tərəfə yayılıb. O da mənim evimdə olub. Gündüz 

işləyib, gecə oxuyurdu. Ikisi də öz tükünün üstündə 

yaşayan uşaqlar idi. Maşallah! Maşallah! 

CAMAL: - Əşi sənə söz dedim ki, başlayıb 

mənə mühazirə oxuyasan? Onsuz da mühazirələr 

təngə  gətirib məni. Biri var qayanı  dırnağınla 

qoparasan, biri də var müasir texnika ilə. Eh, səni 

başa salmağın bir faydası yoxdur. Kül oldu mənim 

başıma. Lətifəyə nişan taxtırdım ki, onun hesabına 

adam olum, bu da belə... 

PƏRI XALA: - A bala, mən evimdə olanları 

öz uşağım hesab eləmişəm. Elə  səni də, a Camal. 

Bu fikirləri çıxart başından.  



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə