Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə17/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   13   14   15   16   17   18   19   20   ...   89
    Bu səhifədəki naviqasiya:
  • Pərdə

_______________Milli Kitabxana___________________ 

 

106 



CAMAL: - Yaxşı mən tələsirəm. Lətifə burala-

ra gəlsə denən gözləməsin. Hə, bir təhər başından 

elə getsin. Denən hələ başı qarışıqdı. (Gedir). 

PƏRI XALA: - (Bir an yerindən tərpənmir

Nə dedi?! Bir təhər başımdan eləyim? Vallah bu 

Camalın başına hava gəlib! (Lətifə daxil olur)  

LƏTIFƏ: - Salam Pəri xala, bəs Camal hanı?  

PƏRI XALA: - Camal? Hə Camalı soruşur-

san? Indicə burda idi. Elə bu saat getdi. Dedi işim 

var.  


LƏTIFƏ: - Pəri xala, səndən də ayıb olmasın, 

son vaxtlar bir saat da Camalsız dura bilmirəm. 

Bağışla, belə danışdığım üçün.  

PƏRI XALA: - Toyunuz nə vaxtdı, a bala?  

LƏTIFƏ: - Toy? Dayımın işi araya düşdü. Bir 

də nə toy? Elə hər şey qurtarıb.  

PƏRI XALA: - Nə? Ayıb deyilmi, a bala? Gö-

zü yolda ata – ananız var. Onların muradını gözlə-

rində qoymaq olarmı? Ağlınızı başınıza yığın.  

LƏTIFƏ: - Nə bilim. Bir iş idi oldu. Daha keç-

mişi qaytarmaq olmaz. Ürəyim turşu istəyir.  

PƏRI XALA: - (Dizinə vurur) Evim yıxıldı. 

Yazıq balalar. Onda heç olmasa bir tədbir görün. 

Biabırçılıqdır.  

LƏTIFƏ: - Deyəsən gec gələcək. Mən gedim. 

Gələndə deynən zəng etsin. Evdə gözləyirəm.  

PƏRI XALA: - Deyərəm, hökmən deyərəm. 

(Lətifə gedir




_______________Milli Kitabxana___________________ 

 

107 



Bu da indikilərdən çıxıb. Ata – ana gözləri 

yolda səni gözləsin, ürəyində arzu – kam bəsləsin, 

sən də belə elə. Yazıq qız, ikicanlıdır. Bu Camal nə 

pis iş tutub. Heç mənim evimdə olan uşaqlardan 

belə şey görməmişdim. Hayıf... (Camal daxil olur).  

CAMAL: - Getdi? Bayaqdan ağacın dibində 

gizlənib gözləyirdim ki, çıxıb getsin.  

PƏRI XALA: - (Heyrətlə) Demək sən heç yerə 

getməmişdin? Gözləyirdin ki, Lətifə  çıxıb getsin? 

Hə! Bax, Ağrı dağı indi uçdu, bala! Özü də elə 

uçdu ki, tozu ərşə bülənd oldu. Bəs sən heç 

utanmırsan, belə  hərəkət edirsən? Məsum bir qızı 

aldadıb, gül kimi qoxlayıb atırsan? 

CAMAL: - Əşi niyə atıram ey! Onsuz da 

Lətifə Bakıda qalmaq istəyir. Evləri – eşikləri 

burdadır. Daha mənə qoşulub Göytəpə  kəndinə 

getməyəcək ha. Bir üzük taxmışam barmağına, 

taxmamış olum. Yel qayadan nə aparıb axı?! 

Qaytarar üzüyü, qurtardı getdi. 

PƏRI XALA: - Bəs sən onun qızlıq ismətini 

necə qaytaracaqsan? Niyə  məhv etdin, bakirə bir 

gözəlliyi?! Yox, Camal, ağlını başına yığ, bala! 

Apar Lətifəni də kəndinizə  

CAMAL: - Yaxşı, yaxşı apararam. Of, başım 

partlayır, yatmaq istəyirəm.  

 

Pərdə  



 


_______________Milli Kitabxana___________________ 

 

108 



 

II ŞƏKIL 

 

Otaq səliqəli bəzənib, Afət stolun üstünə qab – 

qacaq düzür, səliqəyə salır. Azər,  Şayəstə, Zərri, 

Vaqif daxil olurlar.  

AFƏT: - (Onları qarşılayır) Xoş  gəldiniz, 

mənim əzizlərim. Həmişə siz gələsiniz.  

AZƏR: - Həmişə  gəlsək, sənə baha oturar. 

(Gülüşürlər) 

AFƏT: - Niyə baha oturur? Əgər yemək – 

içməyi deyirsənsə “Almanhesabı” edərik. Bir də ki, 

qızların süfrəsi həmişə açıq olur. Ürəyimiz kimi. 

Amma, sizin cibiniz də ürəyinizə oxşayır.  

AZƏR: - (Onun  sözünü kəsir) yəni demək 

istəyirsən ki, qəlbi cibindən, cibi qəlbindən təmiz 

tələbə? Hə?! ( Gülüşürlər)  

ŞAYƏSTƏ: - Hə, hə, hə,.. onu da deyirik ki, 

öləndə  həmkarlar təşkilatı  tərəfindən dəfn olunan 

tələbə. 


AFƏT: - Bəsdir, dostlar! Bu gün mənim ad 

günümdür. Özüm də heç kəsin ölümünü istəmirəm. 

Bu gün çalmaq, oxumaq, oynamaq günüdür.  

ZƏRRI: - Hə, mübahisəni kəsin, süfrə başına! 

(Afət narahatdır, tez – tez qapıya baxır)  

AFƏT: - Nə yaman gecikir, birdən gəlməz!  

AZƏR: - Kimi gözləyirsən ay qız, gəlsənə?!  



_______________Milli Kitabxana___________________ 

 

109 



AFƏT: Siz başlayın, mən bu saat. (Kənara) 

Ah, Vüqar müəllim, sən gələcəksənmi?  Əgər 

gəlməsən... Əgər gəlməsən...  

ŞAYƏSTƏ: - Ona yaxınlaşır. Kiminlə 

danışırsan, ay qız. Buy, başıma xeyir, gözlərin niyə 

yol çəkir, aaaz? Kimi gözləyirik?  

AFƏT: - Vüqar müəllimi. Onu da çağırmışam. 

ŞAYƏSTƏ: - Vüqar müəllimi? 

AFƏT: - Hə Vüqar müəllimi. Son dəfə onun 

gözlərinə baxmaq istəyirəm.  

ŞAYƏSTƏ: - Necə? Gözlərinə! Sənin 

sözlərindən bənövşə iyisi gəlir aaaz.  

AFƏT: - Bənövşə? O bənövşə  mənim 

ürəyimin lap dərinliyində bitib. Özü də çoxdan, lap 

çoxdan Vüqar müəllimi gördüyüm gündən. Onun 

ətri sənə hələ indi gəlib çatır? 

ŞAYƏSTƏ: -  Aaaz vallah sən səfehsən. 

Vüqar müəllim yekə kişidi, arvadı, uşağı. 

AFƏT: - Bilirəm, arvadı, uşağı. Ancaq neylə-

yim ürəyimə, hisslərimə gücüm çatmır. Bəzən səhə-

rə kimi onun xəyalı ilə yaşayıram. Sonra özümü 

min dəfə danlayıram, söz verirəm ki, bir də onu 

xatırlamayım. Amma olmur. Görünür, iradəm zəif-

dir. Bir də iradə özü mücərrəd məfhumdur. Ürək 

istəyəndən sonra iradə nakərədir ki, onun hök-

münün qarşısını kəssin. 

ŞAYƏSTƏ: - Aha...Vüqar müəllim gəlir. Özü-

nü ələ al aaaz. 




_______________Milli Kitabxana___________________ 

 

110 



VÜQAR müəllim: - Axşamınız xeyir uşaqlar. 

Həmişə belə şənliklərdə görüşək.  

ŞAYƏSTƏ: - Çox sağ olun müəllim. Buyurun 

süfrə başına. 

AZƏR: - Vüqar müəllimə salam və ehtiram. 

VAQIF: - Salam!  

ZƏRRI: - Salam müəllim. 

VÜQAR müəllim: - Salam dostlar!  



(Əyləşirlər) 

Afət, bala, səni ürəkdən təbrik edirəm. Bu gün 

21 yaşın tamam olur. Arzu edirəm ki, ömür 

yollarında bir də haçansa görüşək sənin bayramına 

gəlim, beləcə şənlik edək. 

AFƏT: - (Afət hiss etdirmədən gözlərinin 



yaşını silir

Sağ olun müəllim: 



(Şanpanski açılır, yeyib içirlər.) 

AZƏR: - Müəllim, Zərri bir mahnı oxusun. 

HAMI: - Oxusun. 

ZƏRRI: - Necə oxuyum, axı, ayıbdır?! 

AZƏR: - Necə oxuyacaqsan. Bax belə. (Əlini 

qulağına aparır

Aman eyyy... Niyə ayıb olur? Vüqar müəllim 

də özümüzünküdür də... 

ZƏRRI: - Özümüzünküdür ey, amma yenə 

utanıram. 

Çöldən Afətin səsi gəlir



 

 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə