Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə12/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   8   9   10   11   12   13   14   15   ...   89

_______________Milli Kitabxana___________________ 

 

71 



 

 

 



  ULDUZ 

 

Gözlərinə baxıram mən –  



bir cüt ulduz.  

Ulduzlardır mənə hərdən 

Gözlərini andıran da. 

Bəs nədəndir bu ulduzlar 

Günəş olur, 

Ürəyimi yandıranda?! 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

72 



 

 

 



 

 

CAN DEDIM 

 

Mən sənə can dedim ki, 



Sən də mənə deyəsən. 

Demədim ki, sözümdən 

Sınasan inciyəsən. 

Bayaq yağış yağırdı 

Gülümsündü deyəsən 

Buludlar axdı, keçdi, 

Şimşəklər çaxdı, keçdi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

73 



 

 

 



 

 

GÖZLƏRIMDƏN ÇIXIR 



 

Sənin odlu baxışların, 

Başqasını oda salıb 

Taleyini mənim kimi

Kəməndinə o da salıb. 

Ağlayıram həzin – həzin, 

Göz yaşlarım axır indi. 

Ürəyimə girən eşqin, 

Gözlərimdən çıxır indi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

74 



 

 

QIZA NIŞAN GƏLƏNDƏ 



 

Ulduz ağ çiçək olar, 

Qıza nişan gələndə. 

Çiçəklər göyçək olar 

Qıza nişan gələndə. 

 

Oğlana naz edənlər 



Bu gün yanar, yaxılar. 

Bir gündə neçə qızın 

Qız yuxusu dağılar. 

 

Qıza nişan gələndə 



Oğlanlar qeyrətlənər, 

Qıza nişan gələndə 

Oğlanlar cürətlənər. 

 

Qızarar göyçəkləşər 



Qızların göyçəkləri. 

Yanaqlara yapışar 

Lalənin ləçəkləri 

 

 



 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

75 



MƏCNUNA 

 

Qırıldı fikrimin təsbehi, 



Yalın ayağınla qıranda, 

Ərəbistan çöllərinin damarını. 

Sən Leyliyə olan etibarını 

Naləyə çevirdin. 

Çevrildin nağıla. 

Eşqə düşdün, 

Payına vüsal yerinə məcnunluq düşdü. 

Ləpirlərin dağ basdı səhralara, 

Yığışdılar, gəldilər 

Səhər bura. 

Atan gəldi –  

əsrin fəryad səsi kimi.  

Anan gəldi –  

atanın kölgəsi kimi. 

Öz kölgəsi də vardı –  

Dərdi kimi uzun, 

Ömrü kimi qara 

Leyli – Məcnun sevgisini 

Ayaq izlərində 

töküb gəlmişdilər yollara. 

Min ildir gah səhraya düşürsən

gah nənəmin nağılına 

yol gedirsən elə. 

Xoş gördük ustad! 

Nə uzun yol gəlmisən belə 

Kitablara çevrilə - çevrilə.  




_______________Milli Kitabxana___________________ 

 

76 



 

MƏNIM MAVI MƏHƏBBƏTIM 

 

Məhəbbətin rəngi varmış- 



Bilməmişik. 

Neçə rəngdə eşq olarmış- 

Bilməmişik. 

Onu gördüm 

Qara dəniz sahilində 

Gözlər mavi 

Sular mavi. 

Əynində bir don var var – mavi 

O, bir parça mavi idi 

Mavi səma qucağında, 

Mavi dəniz qırağında. 

Danışırdı şirin – şirin 

Gözlərimdə qalan rənglər yox olurdu.  

Yavaş – yavaş 

Mənim mavi məhəbbətim doğulurdu.  

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

77 



 

ZARAFAT 

 

Şirin həsrətinə dözüb bir qədər



Bu gün görüşünə getmirəm yarın. 

Qoy yolsun saçını salxım söyüdlər, 

Tüstüsü başından çıxsın dağların.  

 

Ondan küsəcəyəm bir uşaq kimi 



Dözərəm, dözərəm, buna bir təhər . 

Heyrətdən açılan bir dodaq kimi 

Dağlansın lalələr, yansın lalələr. 

 

Vurnuxsun küləklər belədən belə, 



Bir hicran nəğməsi desin bulaqlar. 

Qoy çinar çağırsın yarpaq əlilə, 

Arxamca uzansın yaşıl budaqlar. 

 

Sonra biləndə ki, bu zarafatdı, 



Şaqqanaq çəkəcək göydə şimşəklər. 

Külək bu görüşə gələcək atlı 

Uğunub gedəcək göy biçənəklər 

 

Şirin həsrətinə dözüb bir qədər, 



Bu gün görüşünə getmirəm yarın. 

Qoy yolsun saçını salxım söyüdlər, 

Tüstüsü başından çıxsın dağların.  

 

 




_______________Milli Kitabxana___________________ 

 

78 



 

QIZLAR YATAQXANASI 

 

Qızlar yataqxanası- 



Qızılgüllər məskəni 

Hansı oğlan sevməyib, 

Söylə ürəkdən səni?! 

 

Otaqların qız kimi, 



Həm nazlı, həm həyalı, 

Burda neçə qız qalır, 

Neçə oğlan xəyalı 

 

Oğul gərək qızların 



Baxışından qoruna. 

Allahın özü burda 

Düşər sevgi toruna 

 

Qızlar bura gətirib 



Səfasını dağların, 

Həyasını dağların, 

Vəfasını dağların. 

 

Yanaqlar qıpqırmızı, 



Bir baxışdan qanayar 

Beləsini sevməsən, 

Dünya səni qınayar. 

 

 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə