Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə24/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   20   21   22   23   24   25   26   27   ...   89

_______________Milli Kitabxana___________________ 

 

140 



çətin deyil. Böyük Vətən müharibəsində Hitler 

qoşunları məğlub olanda elə bilmişik ki, düşmənlər 

yox oldu. Indi sərbəst yaşaya bilərik. Amma yox, 

sən demə belə deyilmiş. Düşmən indi də var. Özü 

də elə bizim qiyafədə, bizimlə çiyin – çiyinə çalışır, 

yeri gələndə isə arxadan bıçağı saplayır ürəyimizə.  

ŞAKIR: - Anam, bacım nə istəyirsən. Yox nə 

istəyirsən. Düzdü o vaxt səni almaq istəmişəm. 

Sonra görmüşəm ki, belə bir cürsən, dilin acıdı, bir 

az da açıq – saçıqsan. Gedib özgəsiylə evlənmişəm. 

Indi keçmiş günlərin acısı göynədir səni, eləmi? 

AFƏT: - Tüpürüm sənin yeddi üzlü sifətinə. 

Tfu. (Afət qəzəblə çıxır)  

Natiqin atası Nəcəf daxil olur.  

ŞAKIR: - Yaxşı  gəlmisən.  Əyləş. Indicə o 

ifritə burada idi. Sənin oğlunun üstündə əməlli söz 

– söhbətimiz oldu. Amma o da az aşın duzu deyil. 

Götürər ora – bura yazar. Sonra gec olar. Gərək biz 

onu qabaqlayaq. Tez maarif şöbəsinin adına bir əri-

zə yaz, birini də raykoma, ispalkoma, nəzarətə, 

maarif nazirliyinə. Hara gəldi yaz. Yazmasan udu-

zarıq. Bir – ikisini də imzasız yaz. Xalqın adından. 

Yaz ki, məişət pozğunudur. Ləx – ləxə salandı. 

NƏCƏF: - Yaxşı, görsün onun başına nə oyun 

açar bu lələşin. Mənim rayon boyda hörmətim var. 

Bu ağzından süd iyi gələnə bax. Gör sənin başına 

nə oyun açıram.  

 

Pərdə 



_______________Milli Kitabxana___________________ 

 

141 



IV Pərdə 

VII ŞƏKIL 

 

Afət küçədə avtomat telefonla danışır. 

AFƏT: - Maarif şöbəsinin müdiridir, hə... Çox 

yaxşı. Afət müəllim sizi narahat edir. Bəli, Camal 

müəllimlə  əlaqədar məsələ üçün... Necə?...  Şakir 

müəllimlə. Nə olsun ki, bizim məktəb onun 

zonasına baxır. Mən Şakir müəllimin hərəkətləri ilə 

heç cürə razılaşa bilmirəm. Üç aydır həmin sinifdə 

dərs deyirəm. Necə?  Şakir müəllimlə razılaşım? 

Axı  Şakir müəllim... Onda mən  şikayət edəcəyəm. 

Yuxarılara. Icra hakimiyyətinə. Təhsil nazirliyinə. 

Lazım gəlsə bir az da yuxarı. Neyləmişəm? Iş 

başında onu təhqir etmişəm?.. Töhmət?... Mənə? 

Axı, nəyə  əsasən? Üzünə tüpürdüyüm üçün? 

Üzündə izi qalıb? Hələ silməyib deyirsiniz? 

Bağışlayın, siz deyəsən zarafat edirsiniz. Ciddi? Elə 

mən özüm də ciddi adamam. Müəllimə yaraşmaz? 

Bəs müəllimlərə rəhbərlik edənə necə? Saxtakarlıq, 

əyrilik yaraşar? Nə ilə sübut eləyəcəyəm? Məndən 

şikayət ediblər? Valideynlər? Valideyn kimdir, axı. 

Nəcəf? Həsənov Nəcəf? Axı, mən o Nəcəfin heç 

sifətini də görməmişəm. Məndən nə yaza bilər? 

Düz qiymət vermirəm? Uşaqlar məndən narazıdır? 

Daha sizə sözüm yoxdur, vətəndaş müdir. Nə üçün 

cənab demirəm? Çünki siz buna layiq deyilsiniz. 

(Telefonun dəstəyini asır) 

 



_______________Milli Kitabxana___________________ 

 

142 



Zəlihə həyəcanla ona yaxınlaşır. 

ZƏLIHƏ: - Afət, Afət Şayəstə doğru deyirmiş. 

Gəldi, məktubu gəldi!  

AFƏT: - (Fikri dağınıq)  Nə  gəldi, kim gəldi 

Zəlihə. Eybi yoxdu Murtuzov, görüşərik. 

ZƏLIHƏ: - (Məktubu Afətə verir) Azərdəndir. 

Haqqında sənə danışdığım oğlandan.  

AFƏT: - Maarif şöbəsindən? 

ZƏLIHƏ: - Maarif şöbəsi nədir? Məni istəyən 

oğlandan ey. Qatarda gələndə haqqında sizə da-

nışırdım ha, ondan. 

AFƏT: - (Məktubu oxuyur)  “Əzizim Zəlihə! 

Çox axtardım sonra sənin ünvanını tapdım. 

Fikirləşdim ki, bəlkə  mən azacıq da olsa yadında 

qalmışam. Ayrıldığım bu iki ildə bir gün də sənsiz 

olmamışam. Aramızdakı  əhvalatı anama danı-

şmışam. Bu məktubu anamın təhriki ilə yazıram. 

Icazə versən elçi göndərərdim. Nədənsə heç ümi-

dimi üzməmişəm. Şəklimi də göndərərəm. Bəlkə de 

bu, sənə qəribə gələcək. Yenə deyəcəksən: “Kəsmə 

qabağımı qaratikan kolu kimi! Mane olma səadə-

timə” nədənsə bax indi bu məktubu yazarkən mənə 

elə  gəlir ki, o vaxt sən həmin sözləri çox ürəksiz 

deyirdin. Illər keçdikcə mən hiss edirəm ki, biz bir 

– birimizə çox lazımıq. Cavab gözləyirəm. Səbir-

sizliklə Azər”. 

AFƏT: - (Şəklə baxır)  Bay sənin. Bu ki, bizim 

Azərdir. Gəl səni öpüm, Zəlihə! Azər mənim tələbə 

yoldaşım idi. Əla oğlandır. Gör sirrini necə gizlin 



_______________Milli Kitabxana___________________ 

 

143 



saxlayıb?!  Bu dörd ildə bir dəfə kimsəyə bir söz 

deməyib. Vay sənin Azər! Mən də deyirəm bu 

oğlan hərdən hara yox olurdu. Səni xoşbəxt olasan 

Zəlihə!  Hələlik, məni bağışla. Maarif şöbəsinə tə-

ləsirəm.  

ZƏLIHƏ: - Doğrudan Afət, bu Camal müəllim 

söhbəti hardan çıxıb? Harada görünüb ki, bir rüb 

dərs deyəndən sonra sinfini dəyişdirələr. Bir də 

axı... Siçana dedilər: - A siçan bu deşikdən çıx, o 

biri deşiyə gir, sənə nə qədər istəsən yemək verim. 

Siçan dedi “Balam, mənzil yaxın, kirə çox, burada 

nə  kələk var?” Bu kələklər hamısı o Şakir mür-

dəşirin işidir.  

AFƏT: - Eybi yoxdur. Şakirə bir dəfə 

eləmişik, görünür ona dərs olmayıb.  Bir də 

eləyərik ağlı başına gələr.  

ZƏLIHƏ:-Dünən müəllimlərlə  məsləhətləş-

mişik. Pedaqoji şuranın qərarını çıxarıb  göndərəcə-

yik Murtuzova. Görək sonra sözü nə olacaq.  

AFƏT: - Nə  qədər ki, Murtuzov Şakirin çal-

dığı ilə oynayır, heç bir qərar ona təsir etməz. Eybi 

yoxdu biz də meydanda varıq.  

ZƏLIHƏ: - Bizim müəllimlərin  əksəriyyəti 

səni müdafiə edəcək. Möhkəm dayan. Natiqə medal 

vermək məktəbimiz üçün ən böyük təhqirdir. 

Medalı Sənubərə verəcəyik, vəssalam.  

AFƏT: - Doğru deyirsən. Sənubər yaxşı oxu-

yur. Mən ona beş verəndə özümü mənən rahat hiss 

edirəm.  



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə