Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə23/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   19   20   21   22   23   24   25   26   ...   89

_______________Milli Kitabxana___________________ 

 

135 



demiyaya gir. Ancaq bir az oxu ey, oxu. Beşlərinin 

çoxu şişirtmədi.  

RƏNA: - Mən bəzi müəəllimlərimizə  məəttəl 

qalmışam. Natiq ağzını açmır, ya da bir – iki kəlmə 

danışan kimi “Əşşi kişinin oğlu bilir də, zorla deyil 

ki,” deyirlər. Beşi də elə xüsusi xəttlə yazırlar ki, 

adamın cızdığı  çıxır. Ancaq sən heç fikir eləmə 

Mahir, həqiqət həmişə  qələbə çalır. O günü Afət 

müəllimə “Mehman” povestini keçəndə gördün nə 

dedi?! Həqiqət günəşdir – dedi – onu heç bir qaran-

lıq küncdə dustaq etmək olmaz. Deyirəm nə yaxşı 

ki, Afət müəllimə, Davud müəllim kimi gözəl 

insanlar var. Yoxsa Natiq zorla çiynimizdə oturar.  

MAHIR: - Hə elə həmin dərsdə Afət müəllim 

dedi ki, ədaləti tapdalayanlar özləri ayaqlar altında 

qalar. Özü də  Rəna fikir verdinmi, bəzən Afət 

müəllimənin sözləri çox kəskin olurdu. Elə bil 

üzünü kiməsə tutub qəzəblə hökm oxuyurdu. Hətta 

mən diqqətlə baxdım, dağılmış saçlarını belə 

sahmana salmağı unutmuşdu. Elə deyilmi? 

RƏNA: - Hissə qapılma, Mahir. Afət müəl-

liməni vəcdə gətirən əsərdəki hadisələr idi.  

Gedək bir azdan zəng vurulacaq.  

MAHIR: - (Fikirli)  Bəlkə  də... Gedək.  (Ge-

dirlər) Rəhimlə Sənubər gəlir.  

RƏHIM: - Sənubər, çoxdandı sənə bir söz de-

mək istəyirəm. Elə səni görəndə dilim dolaşır.  

SƏNUBƏR: - Dilin dolaşır? Dilin niyə 

dolaşır? 



_______________Milli Kitabxana___________________ 

 

136 



RƏHIM: - Belə bilirsən... Mən istəyirəm ki, 

mən istəyirəm ki... 

SƏNUBƏR: - Allahu - əkbər, lal əlində 

qalmışıq. Sən nə istəyirsən, axı? 

RƏHIM: - Bax o gün Afət müəllimə deyirdi 

ki, səadət insanın öz əlindədir. Hər kəs istəsə öz 

arzularına çata bilər.  

SƏNUBƏR: - Nə olsun? Nə demək istəyirsən?  

RƏHIM: - Hə, bax demək istəyirəm ki, 

məktəbi bitirən kimi ikimiz də gedək politexnikə. 

Axı sən də fizika – riyaziyyatı yaxşı bilirsən.  

SƏNUBƏR: - Atam məni oxutmaq istəmir.  

RƏHIM: - Necə oxutmaq istəmir? Biz onu 

başa salarıq. Afət müəlliməyə deyərik.  

SƏNUBƏR: - Görək də... Sən heç Bakıda ol-

musan, Rəhim?  

RƏHIM: - Yox, kitablardan oxumuşam. Tram-

vayla gedərik dərsə.  

SƏNUBƏR: - Politexnikə tramvay işləmir ey. 

Avtobus işləyir.  

RƏHIM: - Nə  fərqi var? Hərdən fikirləşirəm 

ki, ikimiz bir maşın ixtira edək. Qəzetlər, jurnallar 

bizdən yaza.  

SƏNUBƏR: - Yazalar ki, tələbələrin kəşfi! 

RƏHIM: - Hə radioda, televizorda çıxış edək... 

SƏNUBƏR: - Zəng vuruldu, getdik dərsə. 



(Gedirlər) 

Gülnurla Kəmalə məktəbli paltarında gəlirlər.  




_______________Milli Kitabxana___________________ 

 

137 



KƏMALƏ: - Gülnur, deyirlər Afət müəllimə-

nin yerinə başqa müəllim bizə dərs deyəcək.  

GÜLNUR: - Necə  yəni başqa müəllim? Afət 

müəllimə hara gedir? 

KƏMALƏ: - Nə bilim? Təzə müəllimimizin 

adı Camaldır. Dünən axşamüstü məktəbə gəlmişdi. 

Yekə bığları vardı.  

GÜLNUR: - Hə o Koroğluya oxşayanı deyir-

sən? Mən də gördüm. Elə bildim təzə zavxozdu. 

Axı biz Afət müəllimi istəyirik.  

KƏMALƏ: - Bu gecə səhərə qədər ağlamışam. 

Səhər anam yastığı yaş görüb üstümə düşdü ki, de 

görüm niyə  ağlamısan?! Gizlətdim. Mənalı – 

mənalı başını tərpədib getdi.  

GÜLNUR: - O, zəhləm getmiş Natiq gəlir, 

getdik.  



(Gedirlər. Natiq gəlib səhnədən keçir)  

Şəkil dəyişir. Sinif. Afət müəllimə Natiqdən 

dərs soruşur.  

NATIQ: - Xitab elə cümlə üzvüdür ki... Xitab 

elə cümlə üzvüdür ki.... 

SƏNUBƏR: - ( Pıçıltıyla Rəhimə) Xitab elə 

cümlə üzvüdür ki, onun iki başı, dörd ayağı olur.  

NATIQ: - Müəllim, siz sual verin, mən cavab 

verim.  

AFƏT: - Yaxşı. Onda bir cümlə deyim xitabı 

tap: Əziz dost, düz yol adamı yormaz! 

NATIQ: - (Fikirləşir) Adam xitabdır.  




_______________Milli Kitabxana___________________ 

 

138 



(Uşaqlar hamısı əl qaldırıb “düz deyil”, “mən 

deyim” deyirlər.) 

AFƏT: - Düz tapmadın. Belə bir cümləyə 

diqqət elə: Tülkü quyruğunu bulayıb dedi: - Xəmir, 

səni yeyəcəm. Xəmir nədir? 

Yerdən bir uşaq: - Xəmir xitabdır. Xi – tab! 

NATIQ: - (Bərkdən) Müəllim xəmir qutabdır. 

Qu – tab. 

(Uşaqlar gülüşür) 

AFƏT: - Əyləş Natiq, iki alırsan. 

MAHIR: - Aslanı yaraladılar, Rəna! 

NATIQ: - Siz mənim qiymətimi kəsirsiniz. 

Mən beş istəyirəm. Mən... siz əlavə suallarla məni 

karıxdırırsınız.  

AFƏT: - Əyləş, Natiq. Beş almaq istəyən oxu-

yar, bala. Halva – halva deməklə ağız şirin olmaz.  

SƏNUBƏR: - Müəllim, inspektor Şakir müəl-

lim deyir ki, Natiq gərək medal ala. Qızıl medal. O, 

bizim məktəbin fəxridir deyir.  

AFƏT: - Əyləş Sənubər, yaxşı oxuyar, alar.  

GÜLNUR: - Afət müəllimə, deyirlər ki, bizə 

başqa müəllimə  gələcək düzdür? Biz heç kəsi 

istəmirik. Siz olun bizim müəllim.  

 

Pərdə 



VI ŞƏKIL 

 

Maarif inspektoru Şakirin otağı.  Şakir başda 



şəstlə əyləşib. Afət daxil olur.  


_______________Milli Kitabxana___________________ 

 

139 



AFƏT: - Salam! 

ŞAKIR: - (Saymazyana) Salam. 

AFƏT: - Bir məsələ üçün gəlmişəm, oturmaq 

olarmı? 


ŞAKIR: - (Könülsüz) Daha oturmaq istəyirsən 

otur də. Icazə filan... 

AFƏT: - Bura bax, Şakir. Özünü elə aparırsan 

guya məni tanımırsan. Tanış olaq. Göytəpə  kənd 

məktəbinin dil - ədəbiyyat müəllimi Afət.  

ŞAKIR: - Maarif şöbəsinin baş inspektoru Şa-

kir. Bax sənə deyirəm, bizim göstərişimiz qətidi. 

Əgər Camal söhbətindən ötrü gəlmisənsə heç özünü 

yüngülsaqqal eləmə. Maarif müdiri qəti göstəriş ve-

rib 10


A

 sinfi Camalın olacaq vəssalam, Şüttamam.  

AFƏT: - Axı, bunun bir səbəbi olar, ya yox? 

Mən üç aydır o sinifdə  dərs aparıram. Indi hardan 

çıxdı bu Camal? Camal öz sinfində niyə  dərs 

keçmir? 


ŞAKIR: - Onu biz bilərik. Balam kitab – zad 

oxumamısan. Bilmirsən ki, sovet hökumətində 

mərkəziyyət prinsipi var. Biz də bu prinsipə  əməl 

edirik da. Sən bisavadsan ona biz neyniyək.  

AFƏT: - Demək bircə Natiqin medal alması 

xatirinə bu həngaməni çıxarmısan, eləmi? Indi mən 

qarşımda təkcə savadsız Şakiri yox, xalqı qurd kimi 

içindən yeyən, maarifin, mədəniyyətin düşməni 

olan  Şakir Məmməd oğlunu görürəm. Indi sənin o 

ütülü sifətinin arxasında bir cəllad sifəti, nərmə – 

nazik dodaqlarının altındakı qaban dişlərini görmək 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə