Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə22/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   18   19   20   21   22   23   24   25   ...   89

_______________Milli Kitabxana___________________ 

 

130 



 

ŞAKIR: - Ay Dilbər, ay Dilbər. Aaz su gətir 

ayağımı yu! 

DILBƏR: - Az ye, özünə nökər tut. Bu nə 

zəmanədi. Arvad kişinin ayağını yuya, heç utan-

mırsan? 


ŞAKIR: - Niyə utanıram aaz? Yekə bir rayo-

nun maarif inspektoruyam. Mədəniyyət deyirsən, 

məndə. Kişilik deyirsən, məndə. Qadına məhəbbət 

deyirsən, o da məndə. Daha nə istəyirsən. Aaz 

briliyant üzük də alacağam. Su gətir, ayağımın təri 

öldürür məni. Amma öz aramızdır, bu məhəbbətdən 

axmaq  şey yoxdur. Insanın evini yıxan bu 

məhəbbətdir. Məsələn, bax elə mən səni sevməsəm 

bu saat qabırğanı verərəm ağacın altına. Neynim 

məhəbbət kəsir qabağımı.  

 

VAQONDA SÖHBƏT 

 

AFƏT: - Həə o Şakiri deyirsən. Vay səni 



Zəlihə, hər şey necə də yanında qalıb. Yazığın günü 

indi necə keçir?  

ZƏLIHƏ: - Şakir bu saat göyün yeddinci 

qatında yaşayır. Hərdən Dilbəri görürəm heç salam 

da vermir.  

AFƏT: - Deyirsən Şakir maarif inspektorudur? 

Qudurasan qurbağa. Yaxşı, bu nə vaxt ali təhsil aldı 

ki. 



_______________Milli Kitabxana___________________ 

 

131 



ZƏLIHƏ: - Yerevanda qiyabi oxudu. Bir az 

müəllimlik etdi. Sonra yavaş – yavaş hürə - hürə 

oldu it.  

AFƏT: - Barı savadı, zadı varmı? 

ZƏLIHƏ: - Elə həmin zırramadı.  

 

ŞAKIRIN EVINDƏ SÖHBƏT 

 

ŞAKIR: - Dilbər, dünən mütaliə etmişəm.  



DILBƏR: - Mütaliə nədi? 

ŞAKIR: - Aaz sən nə geridə qalmış adamsan! 

Belə kitab oxumuşam.  

DILBƏR: - Hansı kitabı? 

ŞAKIR: - Vallah kim yazdığını bilmirəm. Am-

ma belə sevgi – məhəbbətdən idi. 

DILBƏR: - Kişi, deyəsən axı, sən eşqə 

düşübsən. Vallah sən bir də  məhəbbət adı  çəksən, 

səni bir məhəbbət edərəm biri də yanından çıxar.  

ŞAKIR: - Əşşi sən atovun goru qoy ağzımda 

sözümü deyim. Maarif müdiri dünən yanına çağırıb 

ki, oxumursunuz. Adi fəhlələr sizdən çox kitab 

oxuyur. Deyir ki, maarif nazirliyindən gəlib kitab-

xananı yoxlatdıracaqlar. Görsünlər oxucu bile-

tinizdə  nə  qədər kitab adı var. Qaldım  əlacsız. 

Cumdum kitabxanaçının yanına. Adıma beş kitab 

yazdırdım. Sonra dedim vayy! Mən bu kitabları 

istəmirəm. Mənə “Nağıllar” verin. O kitabları poz-

durdum. Indi oxucu kitabçama beş kitab yazılıb, 

pozulub. Komissiya yoxlayanda deyəcək, malades 




_______________Milli Kitabxana___________________ 

 

132 



Şakir! Bax inspektor belə olar! Bir ayda beş kitab 

oxuyub.  

(Nəcəf  əlində iki yekə  zənbil  Şakirin qapısını 

döyür. Şakir qapıya çıxır). 

ŞAKIR: - Bay səni xoş gəlmisən, Nəcəf müəl-

lim. Əşşi nə zəhmət çəkmisən? 

NƏCƏF: - Bay, bay o nə sözdür? Həmişə qul-

luğunuzda durmaq borcumuzdur. Natiq deyir ay 

dədə, get bir Şakir müəllimim yanına, gör mənim 

medal işim nə oldu. Şakir müəllim söz versə elə bil 

düzəlib. Bir də ay Şakir müəllim, əl - əli yuyar, əl 

də üzü. Vallah biz də dünyanın hər üzünü görmüş 

adamıq. Deyirəm ay oğul, ay Natiq ay bala, mən 

daha günümü görüb dövranımı sürmüşəm.  Şakir 

müəllim, sənin kimi dostların qarşısında heç zaman 

utanmamışam.  Əvvəllər balaca ət dükanında işlə-

yirdim, sonra keçdim sklada. Birdən evə - eşiyə bir 

şey lazım olar, deməzsən inciyərəm, sən öl.  

ŞAKIR: - Natiq neçədə oxuyur? 

NƏCƏF: - Bu il 9 – u qurtarır. Bir az riyaziy-

yatdan axsayır. O günü Davud müəllim deyib ki, 

sənə qiymət versəm  əllərimi kəsərəm. Dedim əlini 

niyə kəsir, a bala, bir quzu apararsan kəsər.  

ŞAKIR: - Hə bir az tərs adamdı o Davud. Bəs 

o birilərdən nə alır? 

NƏCƏF: - Vallah üç də alır, dörd də. Düşəndə 

lap beş alır. Dünən idmandan beş alıb. Deyirəm a 

bala çalışsan o birilərdən də alarsan. Deyir dədə, 




_______________Milli Kitabxana___________________ 

 

133 



məndən hərəkət, səndən bərəkət. Çox gözüaçıq 

uşaqdı, maşallah. 

ŞAKIR: - Əşşi üçə, dördə medal verəllər? Gə-

rək  bütün qiymətləri beş olsun. 

NƏCƏF : - Təpin müəllimlərə, Şakir müəllim. 

Təpinməsən heç bir uşaq öz zoruna bütün 

dərslərdən beş ala bilməz, canın haqqı.  

 

VAQONDA SÖHBƏT:  



 

ŞAYƏSTƏ: - Zəlihə, sən doğru deyirsən. Axı 

necə olur ki, orta məktəbi qızıl medalla bitirən bir 

uşaq ali məktəbə girə bilmir?! 

ZƏLIHƏ: - Hətta iki alır. Dünən beş aldığı bir 

fəndən bu gün iki alır. Tutasan ona beş verən 

müəllimin yaxasından, deyəsən tfu sənin üzünə. 

Afət: - Bəs niyə demirsiniz? Axı biz bunu de-

məliyik. Tüpürməliyik o müəllimlərin sifətinə. Bu 

bizim təkcə müəllimlik deyil, həm də  vətəndaşlıq 

borcumuzdur. 

ŞAYƏSTƏ: - Hələ duza gedən vaxtımızdır. 

AFƏT: - Mən duz zad bilmirəm, tüpürəcəm o 

adamların sifətinə. 

 

ŞAKIRIN EVINDƏ SÖHBƏT 

NƏCƏF: - Yaxşı daha gecdi. Mən gedim. 

Gecən xeyrə qalsın, Şakir müəllim. 



_______________Milli Kitabxana___________________ 

 

134 



ŞAKIR: - Xoş  gəldin, xoş gəldin. Narahat ol-

ma, hər iş öz qaydasında gedəcək. Natiqi instituta 

da özüm aparacam, yaxşı tanışlarım var.  

(Nəcəf gedir. Şakirin evində işıq sönür.) 

 

 

 

VAQONDA SÖHBƏT 

 

AFƏT: - Vağzalın işıqları görünür. Biz çatdıq 



Şayəstə, sənə yaxşı yol. Tez – tez məktub yaz. Uğur 

olsun... 



Pərdə 

 

 

III PƏRDƏ 

V ŞƏKIL 

 

Məktəbli Rəna ilə Mahir söhbət edə - edə 

gəlirdilər.  

RƏNA: - Insaf da yaxşı şeydir. Məgər Natiqə 

medal vermək olar? Bu ki, cinayətdir. Natiq adi 

kvadrat tənliyi həll edə bilmir.  

MAHIR: - Sən kvadrat tənliyi deyirsən. Natiqə 

desən ki, bax, bu iki eşşəyin arpasını böl , deyər 

bölə bilmərəm. O gün deyir ki, sizin acığınıza 

medal da alacam, instituta da girəcəm. Deyirəm 

daha bizim acığımıza niyə?! Istəyirsən get lap aka-



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə