Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə31/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   27   28   29   30   31   32   33   34   ...   89

_______________Milli Kitabxana___________________ 

 

173 



ÇOBAN: - Mənim keçəl küçəllə  nə alış 

verişim var a bala. Bu kimdi ə uzanıb. Bu haranın 

qurumsağıdı. 

KEÇƏL: - Çoban qardaş, o qurumsaq deyil e, 

Bala Nəzərdi. Eşitmisən. Görürsən üstünə  sərdiyi 

kağızda nə yazılıb? 

ÇOBAN: - Nə yazılıb  ə! Mənim savadım ha 

yoxdu, oxuyum. Oxu görək bu qurumsaq nə yazıb 

üstündə. 

BALA NƏZƏR: - (Kənara) Sən öl deyəsən bu 

xına o xınadan deyil. Çox qanmaz adama oxşayır, 

bu çoban. Qanan quldurlara can qurban. Amma bu 

lap sarsaq adama oxşayır.  

Keçəl oxuyur:                



 

  Bala Nəzərəm   

  Belə gəzərəm. 

  Bir yumruğa 

   Qırxın əzərəm. 

ÇOBAN: - Ə, bu birini mənə vursun görüm, 

nə təhər əzər məni. 

KEÇƏL: Yox canım siz yaxşı adamsınız. 

Amma bircə nöqsanınız var.  

ÇOBAN: - Nöqsan nədi ə? 

KEÇƏL: - Yəni sənin çatışmayan bircə  şeyin 

var. 


ÇOBAN: - Nəyim çatışmır mənim, a bala. 


_______________Milli Kitabxana___________________ 

 

174 



KEÇƏL: - Bax götürək sənin bığını. Bu nə 

bığdı saxlayırsan. Xalxın bığına baxanda adamın 

bağrı yarılır. Amma səninki belə çox seyrəkdi eee! 

ÇOBAN: - Naqayrım, belə olub, dana. 

KEÇƏL: – Yox əşşi. Ona əncam çəkmək asan-

dı.  


ÇOBAN: - Doğrudan? Di bir əncam çək, dana. 

KEÇƏL: -  Təzə quzu dərisi varındımı? 

ÇOBAN: - Var! Elə qabağınızda quzu kəsmiş-

dim. Dərisini hələ atmamışam.  

KEÇƏL: - Bu yaxşı oldu. Dərini gətir bura.  

Çoban gedir. 

BALA NƏZƏR: - Ə bu nə qanmaz adamdı. 

Bala Nəzərdən də qorxmur. Beləsi ilə danışmaq 

çətindi.  

(Çoban əlində dəri daxil olur.) 

KEÇƏL: - Hə, lap yaxşı dəridi. Papağını çıxart 

görüm. Bax belə.  

(Dərini çobanın başına keçirdir, boğazından 

bağlayır.) 

KEÇƏL: - Çomağını  bərk saxla. Işdi qurd – 

quş gəlsə bərkdən de: - Kişşş, o yana get, əyri bitər. 

Iki – üç saatdan sonra dərini çıxar. Görəcəksən ki, 

bığların Koroğlununkundan da yaxşıdır. 

ÇOBAN: - Koroğlunun bığı kimi bığım olsa 

səni dünya malı ilə qəni eləyəcəm. Dağların döşün-

də dayananda elə biləcəklər bəs Koroğludu daya-

nan. 



_______________Milli Kitabxana___________________ 

 

175 



KEÇƏL: - Elədi. Daha danışma. Çomağı bərk 

saxla 


(Keçəl Bala Nəzərə işarə edir ki, daha vaxtdı.) 

KEÇƏL: - Tez elə sürünü kəndə çatdıraq, pay-

layaq camaata, görək başımıza nə gəlir. (Çıxırlar) 

ÇOBAN: - Elə ki, bığlarım uzandı sarıyacam 

qulağımın dibinə. Çomağımı da əlimdə qılınc kimi 

tutacam. Uzaqdan baxan elə biləcək bəs Koroğ-

luyam, dağın başında dayanıb seyr edirəm. Daha 

deməyəcəklər çobanam, qoyun otarıram, hi, hi, hi, 

hi.... 

(Qaçaq  Ələmdar yanında quldurlarla daxil 

olur.) 

ƏLƏMDAR: - Hanı  ə, sənin o Bala Nəzərin. 

Bu saat bircə  qılınca başını  bədənindən ayırım. 

Qorxaqlar, bütün yaraqlarınızı töküb qaçıbsınız.  

QULDURBAŞI: - Ələmdar, onu görəndə  sən 

də bizim kimi qaçarsan. Bilirsən nə bədheybət idi. 

Gözlərindən qan damırdı.  

(Ələmdar çobanı görüb ona yaxın gəlir.) 

ƏLƏMDAR: - Balam bu nədi belə. Ayaqları 

adama oxşayır, amma başı qoyun dərisinə keçib. 

ÇOBAN: - Kişşş, o yana get, əyri bitər.  

ƏLƏMDAR: - (Lap yaxına gəlir) Nə dedin? 

ÇOBAN: - Dedim o yana cəhənnəm ol, əyri 

bitər. 

(Çoban çomağını Ələmdarın təpəsinə ilişdirir. 

Ələmdar yıxılır. Quldurlar çobanın üstünə tökülüb 

onun başından dərini çıxarırlar.) 



_______________Milli Kitabxana___________________ 

 

176 



 ƏLƏMDAR: - Çoban? Evini allah yıxsın, 

məni öldürmüşdün ki. 

Ə, bəs sürülər hanı? 

ÇOBAN: - (Baxır)  Sən öl keçəl köpək oğlu 

məni aldadıb. Sürüləri aparıb. Bığım da ki, bu 

yandan xarab oldu.  

ƏLƏMDAR: - Tez olun, qaçanların dalınca! 

Harda olsa qoyunları alın özlərini də  mənim 

hüzuruma gətirin.  

Çıxırlar. 

(Keçəllə Bala Nəzər daxil olurlar.) 

BALA NƏZƏR: - Oy, lap əldən düşdüm. Bir – 

bir qapıları döyüb deyirəm. “Ələmdar sizin necə 

qoyununuzu almışdı.” Biri deyir beşini, ona beş 

qoyun verirəm, biri deyir, üçünü, deyirəm gəl üç 

qoyunu al. Axırı ki, hamısını paylayıb qurtardım. 

Özümüzə biri qaldı. Onu da kəsib kabab eləmişəm.  

KEÇƏL: - Lap yaxşı etmisən. Bir doyunca 

kabab yeyərdik.  

BALA NƏZƏR: - Bura bax, o çoban səfehin 

biridi, bir də gördün başından dərini çıxarıb başladı 

bizi axtarmağa. Bircə çomağa axırımıza çıxar.  

KEÇƏL: - Quşürək olma! Keçəl qardaşın öl-

məyib ki, sənə çomaq dəyə.  



(At ayaqlarının tappıltısı gəlir.) 

BALA NƏZƏR: - Ürəyimə dammışdı. Gəl-

dilər. 

(Quldurbaşı və bir neçə quldur daxil olur.) 



_______________Milli Kitabxana___________________ 

 

177 



QULDURBAŞI: - Gədə çobanı aldadıb sürü-

ləri hara aparmısan? Indi təpəni odlayaram.  

KEÇƏL: - Bay sənin, yəqin çoban başından 

qoyun dərisini çıxarıb. Yazığın bığları daha bitməz.  

QULDURBAŞI: - Sən yaxşısı budur ki, mə-

nim sualıma cavab verəsən.  Qoyunlar hanı? 

KEÇƏL: - Ay canım sizin qoyunlar bizim nə-

yimizə gərəkdir. Sürün mənim tövlələrimdədir. Ora 

doldurmuşuq ki, qurd – quş yeməsin, axşam çoban 

gəlib aparsın.  

QULDURBAŞI: - Bəs deyirlər siz o sürüləri 

camaata paylamısınız. 

KEÇƏL: - Nə danışırsan canım? Camaata la-

zım olsa mən yerini bilirəm. Nə  qədər istəsəniz 

verərəm.  Əgər sizə  də qoyun lazım olsa mənim 

gözüm üstə.  

QULDURBAŞI: - Onda belə edək, axşam ço-

ban öz sürüsünün dalınca gələcək.  

KEÇƏL: - Gözüm üstündə yeri var. Axşam 

gəlib sürünü aparsın.  



 

II ŞƏKIL 

QULDURBAŞI: - Hə, hanı  bəs deyirdin sizə 

nə  qədər lazım olsa qoyun verərəm, ver aparıb bir 

ikisini kabab edək. Çoxdandı  Ələmdar bizə kabab 

vermir.  

II SILAHLI: - Doğru deyirsən, adam kabab 

yemək istəyir.  



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə