Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə29/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   25   26   27   28   29   30   31   32   ...   89

_______________Milli Kitabxana___________________ 

 

164 



sulayım. Baxdım ki, dana çoxdan ölüb. Heyf, yaxşı 

dana idi. Əcəl macal vermədi.  (Qaranlığa 



yaxınlaşıb qışqırır.) Bala Nəzər, huyyy. Yoldaşların 

gəlib, səni oynamağa çağırırlar. Çıxmaz, işini bilir. 

Çətini küpün qapısından çıxmaqdı. Sonra mən 

bilərəm neyniyəcəyəm. (Qarı küpün içinə girir.)  

I UŞAQ: - Tanıdım. Bu küp nağıllardan gəlib. 

Onu uçan boşqablar keçmişdən gətirib.  

II UŞAQ: - Bala Nəzər dünyanın ən tənbəl və 

qorxaq uşağıdı. Amma çölə çıxsa yaman olar.  

I UŞAQ: - Gəlin mahnı oxuyaq. Bəlkə  çıxdı. 

(Oxuyurlar.) 

Gəl elə Həzər 

Ay bala Nəzər 

Küpdən çıx. 

Ey qəşəng oğlan, 

Igid qəhrəman, 

Küpdən çıx. 

 

Üç gün nə dindin, 

Sən qalib gəldin 

Nənəyə. 

Qəfil bir əcəl 

Vermədi macal 

Danaya. 

 

Balaca Nəzər, 

Dünyanı gəzər. 

Bu haqdı 



_______________Milli Kitabxana___________________ 

 

165 



Balaca Nəzər. 

Qaraca Nəzər 

Qorxaqdı. 

 

(Uşaqlar nəğməni xorla oxuyub qulaqlarını 

küpə dirəyib qulaq asırlar.)  

I UŞAQ: - Məncə orada kimisə sürüyürlər.  

II UŞAQ: - Mənə elə  gəlir ki, kiminsə arxa-

sından qapıya tərəf itələyirlər.  

I UŞAQ: - Gəl qaçaq. Bu saat küpün qapısı 

açılacaq. (Onlar qaçırlar. Pərdə açılır.) 



 

I ŞƏKIL 

QARI: - Alın, bu da sizə Bala Nəzər. Evdən 

çölə  çıxmır. Qurbağadan, tısbağadan tutmuş  hər 

şeydən qorxur.  

BALA NƏZƏR: - Bəlkə  sən deyəcəksən ki, 

milçəkdən də qorxuram. Mən onlara göstərərəm. 



(Yumruğunu düyünləyib milçəklərin dalınca qaçır.) 

QARI: - Yaxşı,bir halda ki, belə igidsən, qal 

çöldə. Igidliyini göstər.  

BALA  NƏZƏR: - Yox nənə, mən elə  sən 

deyən igidlərdən deyiləm.  

(Qarı evə girib qapısını örtür. Bala Nəzər 

küpün qapısında oturub ağlayır.)  

BALA NƏZƏR: - Iııııı! Indi məni siçanlar 

yeyəcək. Niyə gülürsünüz, siz siçandan qorxmur-

sunuz? Əslində mən pişikdən də qorxuram. Bilirsi-

niz necə  cırmaqlayır? Bir yaxşı yemək olsaydı 



_______________Milli Kitabxana___________________ 

 

166 



yeyib yatardım. Yatsam siçanlar mənə yaxın 

düşməz.  



(Uzanır. Hərdən milçəkləri qovur.) 

BALA NƏZƏR: - Eh yaramazlar. Əlimə dü-

şəsiz hamınızı qıraram. Bala Nəzərlə zarafat etmək 

olmaz.  


(Əli ilə üzünü örtür. Birdən üzünə qonan 

milçəkləri öldürür. Tez ayağa durub sayır.) 

BALA NƏZƏR: - Baxaq görək neçə milçək 

öldürmüşük. Bir, iki, on dörd, iyirmi altı, otuz beş... 

qırx. Düz qırx milçək öldürmüşəm. Afərin mənə. 

Nənəm də deyir ki, qorxağam. Indi yazıb döşümə 

yapışdıraram, hamı bilər mən kiməm.  



(Yazır və oxuyur:) 

 

Bala Nəzərəm, 

Belə gəzərəm. 

Bir yumruğa 

Qırxın əzərəm. 

 

(Yazdığı kağızı üzünə çəkib yatır.  

Iki nəfər silahlı adam səhnəyə daxil olur. Bala 

Nəzər lap bərk xoruldayır ki, silahlı adamlar çıxıb 

getsin. Onlar yaxına gəlib Bala Nəzərin üzünə 

sərdiyi kağızı oxuyurlar.) 

 

I SILAHLI:  



B – a – la, Nə - zə - rəm 

Be – lə gə - zərəm. 


_______________Milli Kitabxana___________________ 

 

167 



Bir yum – ruğa 

Qır – xın əzərəm.  

 

II SILAHLI: - Evimiz yıxıldı. Bu dursa hamı-

mızı qıracaq. Qazandıqlarımız əldən gedəcək.  

I SILAHLI: - Sən burda dayan,  mən qaçım, 

Quldurbaşına xəbər verim.  

II SILAHLI: - Deməzsən ki, aldatdım. Mənə 

bircə yumruq ilişdirsə xəmirə dönərəm. Görmürsən 

Kəlpeysərin biridir. Özün dayan mən qaçım xəbərə.  

I SILAHLI: - dedim ki, sən dayanmalısan.  

II SILAHLI: - Özün dayanacaqsan.  



(Bala Nəzər gözünün altı ilə baxır, anlayır ki, 

bu adamlar deyəsən ondan qorxur. Bərkdən nərə 

çəkir. Silahlılar ikisi də yıxılır.) 

 BALA NƏZƏR: - (Yerində uzanmış halda) 

Silahlarınızı atın.  



(Ikisi də silahını atır.) 

BALA  NƏZƏR: - Indi rədd olun! 

I və II SILAHLI: - Hara rədd olaq? Daha 

doğrusu hara buyurursunuz ora da rədd olarıq? 

BALA NƏZƏR: - Əşşi nə bilim hara istəyirsi-

niz cəhənnəm olun! (Onlar gəldikləri səmtə qaçır-



lar. Səhnənin qırağında Quldur başı  və onun kö-

məkçisi ilə toqquşurlar.) 

I SILAHLI: - Quldurbaşı evimiz yıxılıb. Bura-

da bir əjdaha var. Bir yumruğa qırxını öldürür.  

II SILAHLI: - Uzanıqlı halda necə üfürdüsə 

ikimiz də sərildik yerə.  



_______________Milli Kitabxana___________________ 

 

168 



QULDURBAŞI: - Bir yumruğa, deyirsən, 

qırxını öldürür? 

I VƏ II SILAHLI: - Bəli quldurbaşı! 

QULDURBAŞI: - Köməkçi, biz neçə nəfərik? 

KÖMƏKÇI: - Hamımız bir yerdə otuz doqquz 

nəfər! 


QULDURBAŞI: - Demək bir yumruğa! 

(Quldurbaşı Bala Nəzərə tərəf gəlir.) 

BALA NƏZƏR: (Kənara) Evim yıxıldı. Bircə 

dəfə bərkdən bağırsa ürəyim partlayacaq.  

(Bala Nəzər qorxusundan tərpənmir. Quldur-

başı ona çəp baxıb titrəyə - titrəyə yoldaşlarının ya-

nına qayıdır.) 

QULDURBAŞI: - Deyirsiniz bir yumruğa 

qırxını?... Hm çox zorbadır. Köpək oğlu çoban bizi 

qəsdən aldadıb bəlaya saldı. Indi neyniyək? 

I SILAHLI: - Təslim olmaqdan savayı  əlacı-

mız yoxdur. Görmürsünüz heç adamı sayıb yerin-

dən də tərpənmir? 

QULDURBAŞI: - Elədir. Başqa əlacımız yox-

dur.  

(Quldurbaşı  əllərini göyə qaldırıb silahını 

Bala Nəzərin ayaqlarının altına atır. Quldurların 

hamısı silahlarını tökür.)   

QULDURBAŞI: - Bizi bağışla, pəhləvan. Bir 

qələtdi eləmişik. Bir də karvan qabağı  kəsmərik. 

Nəyimiz var hamısını atdıq. Istəsən yoxlaya bilər-

sən.  



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə