Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə37/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   33   34   35   36   37   38   39   40   ...   89

_______________Milli Kitabxana___________________ 

 

201 



 

Torpağın gücü, 

Yarpağın gücü, 

Çiçəyin gücü, 

Böcəyin gücü, 

Arının gücü,  

Darının gücü, 

Bağların gücü, 

Iranın gücü, 

Turanın gücü, 

Axan çayların, 

Çaxan şimşəyin, 

Gücü, qüvvəti, 

Yığışsın küpə. 

Dadı, ləzzəti, 

Yığışsın küpə. 

Musiqi çalınır. Qurban Dədənin sözlərinin 

axırı eşidilməz olur. Xor oxuyur, 

Nəqarat 

Sehirli küp, 

Halva çalır, 

Çal küpüm, çal! 

Qüdrətini eldən alır, 

Al küpüm, al! 

QURBAN DƏDƏ: Kim ondan dadsa, 



Gələcək gücə. 

Cavan oğlana 

Çevrilər qoca. 

Torpağın ətri 


_______________Milli Kitabxana___________________ 

 

202 



Yığışıb küpə. 

Yarpağın ətri  

Yığışıb küpə. 

Gözünə qüvvət 

Verər yeyənin. 

Dizinə taqət  

Verər yeyənin. 

Cavanlar yesə 

Pəhləvan olar. 

Qolu bükülməz 

Pəhləvan olar. 

XOR:  


 

 

   Nəqarat: 



Sehirli küp  

Halva çalır. 

Çal küpüm, çal! 

Qüdrətini eldən alır, 

Al küpüm, al! 

(Musiqi yavaş – yavaş azalır. Qurban Dədə öz 

işindədir. Keçəllə Bala Nəzər daxil olur.) 

KEÇƏL: - Sən bilən  şah camaatı  çıxarıb 

vəzirlə nə məsləhətləşirdi? 

BALA NƏZƏR: - Bu səfeh  şahın qarnının 

altını heç fələk də bilməz.  

KEÇƏL: - Qoy mən deyim. Onlar bizim 

haqqımızda danışırdılar. Çox güman ki, şah bizə 

nəsə bir hədiyyə vermək istəyir. Onu vəzirlə 

məsləhətləşir. Amma vəzir onu hökmən çaşdıracaq.  

BALA NƏZƏR: - Vəzir ona nə deyə bilər? 

Biz ki, vəzirin özünü də ölümdən xilas etdik. Şakir 



_______________Milli Kitabxana___________________ 

 

203 



şah hücuma keçsəydi, indi onların ikisi də 

cəhənnəmlik idi.  

KEÇƏL: - Orası elədi. Amma yadında saxla, 

saray adamları da tülkü kimi bir şeydi. Quyruqları 

qapı arasında qalanda yaltaqlanır. Elə ki, çətin-

likdən qurtardılar, yenə  cəllada dönürlər. Bax, bu 

saat vəzir şaha məsləhət görür ki, bizim ikimizi də 

tutub zindana salsınlar. Çünki, sarayda az – çox 

ağıllı adamların işləməyi məsləhət deyil. Başa 

düşdün?  

BALA NƏZƏR: - Deyirsən, indi gəlib bizi 

aparacaqlar?  

KEÇƏL: - Buna şəkki – şübhən olmasın.  

BALA NƏZƏR: - Gedək, bir Qurban Dədə ilə 

məsləhətləşək. Görək o, nə deyir.  

(Səhnənin o biri başında məşğul olan Qurban 

Dədəyə yaxınlaşırlar.) 

KEÇƏL: - Qurban Dədəyə salam olsun!  

QURBAN DƏDƏ: - Salam, mənim balalarım. 

Şakir  şahın elçilərinə yaxşı cavab verdiniz. Amma 

qorxuram ki, sizin bu ağıllı olmağınız başınıza bəla 

gətirsin. Çoban meşəyə girəndə  ağacın  düzünü 

kəsir. Çünki, düz ağacdan yaxşı çomaq olur. Qu-

zunun da ən körpəsini və yağlısını  kəsirlər, çünki 

onun kababı yaxşı olur. Şahlar da rəiyyətin  ən 

ağıllısını  məhv edir. Çünki padşahların fırıldaqla-

rını ağıllı adamlar daha tez başa düşür. Bu əlimdəki 

küpü görürsünüz? 

KEÇƏL: - Görürük.  



_______________Milli Kitabxana___________________ 

 

204 



QURBAN DƏDƏ: - Bala Nəzər, sən də 

görürsən? 

BALA NƏZƏR: - Niyə görmürəm?! Içindəki 

də  yəqin  Şəki pitisidi. Ona görə  də  səhərdən 

ağzımızın suyu fəvvarə vurur. Amma sizin söh-

bətlərinizdən belə  çıxır ki, bizi bu saat tutub 

aparacaqlar ora. Onda tez olun, heç olmasa  bizi 

gizlədin. Sizin taxtın altında yenə bir – iki gün 

yaşayarıq.  

QURBAN DƏDƏ: - Igid gizlənməz oğul, mü-

barizə aparar.  

BALA NƏZƏR: - Igid məsələsi belədi də. 

Mən siz deyən o igidlərdən deyiləm. Düzdü, lazım 

gələndə  qırxını da əzə bilirəm. Amma baxır kimi 

əzirsən.  Şahın quldurlarının qabağında durmaq 

çətindir. O Çobanla Ələmdar zırpının biridir. 

Onlarla  danışmağına dəyməz.  

QURBAN DƏDƏ: - Sözüm yarımçıq qaldı. 

Bu küpün içindəki biti zad deyil.  

BALA NƏZƏR: - Eh, onsuz da qorxudan qu-

lağımıza yemək zad girmir.  

QURBAN DƏDƏ: - Bu küpün içindəkiləri 

sizə hazırlamışam.  

KEÇƏL: - Sağ ol, Qurban Dədə. Bilirsən ki, 

acından ölürük. Yaxşı eləmisən. Yoxsa bu saat o 

ağılsız  şahın adamlarına kələk gəlmək üçün daha 

bizdə hay qalmayıb.  

QURBAN DƏDƏ: - Oğul, təkcə  kələklə 

xalqın düşmənlərinə qalib gəlmək olmaz. Xəbəriniz 



_______________Milli Kitabxana___________________ 

 

205 



varmı, bu şah xalqın Küpünü öz sarayına 

apartdırmaq istəyir? Xalqın varını – yoxunu taladı, 

Ələmdarın  əli ilə xalqın son loxmasını  ağzından 

çıxartdı, indi də bu küpə göz dikib. 

BALA NƏZƏR: - Qurban Dədə bu küp şahın 

nəyinə lazımdı? 

QURBAN DƏDƏ: - Şahlar iki cür olur, oğul. 

Ağıllı  şahlar xalqı dövlətləndirir. Axmaqlar xalqın 

var – yoxunu qızıla çevirib torpağa basdırır.  Əs-

lində o qızıllar sonralar heç onun özünə  də qismət 

olmur. Amma xalq zülm çəkir. Nəticədə xalqın öz 

şahı onun qatı düşməninə çevrilir. Xalqı belə 

düşməndən qorumaq lazımdır. Kənardakı düşmənlə 

bacarmaq asandır, qorxulu düşmən xalqın öz içində 

olur. Buna görə  də bax bu küpün içində xalq 

hikməti düzəltmişəm. Buraya vətən torpağında 

bitən bütün otların, çiçəklərin  şirəsini qatmışam. 

Burda hər budaqdan bir qətrə, hər arının balından 

bir qram, hər ananın südündən bir damla qatılıb. 

Buna görə  də onun adına xalq hikməti deyirlər. 

Bunu yeyən adamın damarından xalq qeyrəti 

axacaq, qollarının gücü birə min artacaq, onun 

başından qorxu hissi yox olacaq. Mən sizi xalqın 

qeyrətli oğlanları bilirəm. Bu xalq hikmətini də sizə 

yedirtmək istəyirəm.  

BALA NƏZƏR: - Dədə, mənim bu dostum ke-

çəli yaxşı tanıyırsan. Canlara dəyən oğlandı, 

görəsən o hikmətin bunun başının tüklərinə  də bir 

xeyri olacaqmı? 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə