Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə6/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   2   3   4   5   6   7   8   9   ...   89

_______________Milli Kitabxana___________________ 

 

29 



BULAQ  

 

Çağlayırsan, axırsan, 



Əziz bulağım mənim. 

Toxunur dodağına, 

Hərdən dodağım mənim. 

 

Gün vurur parıldayır, 



Suların gövhər kimi. 

Düşübsən çəmənliyə, 

Bir gümüş kəmər kimi. 

 

Eh, mənim gözlərimdə



Bir dənizsən – damla sən. 

Çağla, mənim bulağım, 

Çağla yüz ilhamla sən.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

30 



DƏNIZƏ AXŞAM DÜŞÜR 

 

Yenə büllur şəfəqlər 

Ayrılır boz sulardan. 

Günün son gülüşüylə 

Alovlanır asiman. 

 

Dalğalar şəfəqlərlə 



Qucaqlaşır, öpüşür, 

Dənizə axşam düşür. 

  

Buruqların qoynunda 



Gör nə qədər adam var. 

Dənizin qucağından 

Çay keçirdir adamlar. 

 

Çoxu növbədən çıxır 



Bir – birilə görüşür, 

Dənizə axşam düşür. 

 

Indi neçə min işıq 



Suya qızıl səpələr. 

Köynəyini dəyişər 

Göy köynəkli ləpələr 

 

Qağayılar rəqs edir, 



Qağayılar ötüşür, 

Dənizə axşam düşür.  

 



_______________Milli Kitabxana___________________ 

 

31 



Bir qız durub sahildə 

Gözü sularda qalıb. 

Gəlib bütün neftçilər, 

Görən “o” harda qalıb?! 

 

Sakit bir xəzri əsir



Başından şal sürüşür, 

Dənizə axşam düşür. 

 

Sular göy kimi əngin, 



Səma dəniz rəngində. 

Gör neçə ulduz yanır 

Dənizin çələngində. 

 

Buludlardan ay çıxır, 



Sulara ağ şam düşür, 

Dənizə axşam düşür, 

Dənizə axşam düşür. 

 

Bakı, 1963. 

 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

32 



QAYIQ 

 

Kiçik bir balıqçı qayığında mən, 



Dənizin seyrinə çıxmışdım dünən. 

 

Qayığı qoynuna aldı göy dəniz, 



Ləpədən ləpəyə ötürdü bizi. 

Hey avar çəkirdim səssiz – səmirsiz, 

Avarlar sahildən itirdi bizi. 

 

Birdən hücum çəkdi üstümə Xəzər



Birdən göy dalğalar aşıb – daşdılar. 

Sahillə baş – başa gələn ləpələr, 

Qayığın altında qucaqlaşdılar. 

 

O ucu görünməz asiman dəniz 



Az qala bükülüb yumaq olurdu. 

Uzaqdan səhraya oxşayan dəniz 

Gah dərə olurdu, gah dağ olurdu. 

 

Hey at oynadırdı  göylər, o səhər 



Qaçmışdı suların bəti – bənizi. 

Yaxında sulara hökm edən göylər 

Uzaqda öpürdü coşğun dənizi. 

 

Bakı – 1963 

 

 

 




_______________Milli Kitabxana___________________ 

 

33 



SƏFƏRDƏN GƏLIB 

 

Keçib neçə kənddən, şəhərdən gəlib, 



Payız düz bir illik səfərdən gəlib. 

Gəlib toyunu etsin 

Neçə oğlanın, qızın 

Ağaclar şabaş tökür 

Yollarına payızın. 

Meyvələrin üzünə 

Toxunur dodaqları. 

Həyasından qızarır 

Almanın yanaqları. 

Keçib neçə kənddən, şəhərdən gəlib, 

Payız düz bir illik səfərdən gəlib. 

Sarı ilmələr vurur 

Çuxasına dağların. 

Heyvadan sırğa asır 

Qulağına bağların. 

Çöllərin bol məhsulu 

Dəyir boz buludlara. 

Payızı qonaq edin 

Gətirdiyi bu vara. 

Keçib neçə kənddən, şəhərdən gəlib, 

Payız düz bir illik səfərdən gəlib.  

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

34 



QIZIL QAZ 

 

Səhər günəş doğanda 



Gölə baxdım. 

Quş dəstəsi çay kimi 

Gölə axdı. 

 

Göl getmişdi axşamdan 



Bal yuxuya 

Nağılvari qanadlar 

Batdı suya. 

 

Ey qızıl qaz, 



Ey qızıl qaz, 

 

Ey qızıl qaz, 



Qulaq as. 

 

Qızıl ada,  



Üzür suda, 

Üzür suda 

Qızıl qaz! 

 

 



 

 

 



 

 


_______________Milli Kitabxana___________________ 

 

35 



 

QIŞ 

 

Səmanın köynəyini 



Parçalayıb keçir qış. 

Qar yağır, yaman yağır, 

Göydən yerə köçür qış. 

 

Bircə günün içində 



Çayları dayandırır. 

Ürəyinin atəşi 

Yanaqları yandırır. 

 

Qış öpür pəncərəmdən 



Şüşədə dodaq izi. 

Dağlarda qar vulkanı 

Düzlərdə qar dənizi. 

 

Səmanın köynəyini 



Parçalayıb keçir qış. 

Qar yağır, yaman yağır, 

Göydən yerə köçür qış. 

 

Çaylağa sürü enir



Duman alayı kimi 

Sürü qar dəryasında 

Üzür qar layı kimi. 

 

Qış bizim qışlaqları 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə