Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə40/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   36   37   38   39   40   41   42   43   ...   89

_______________Milli Kitabxana___________________ 

 

215 



ATƏŞBÖCƏYI: -(Uzun bir fit çalır) Yaxşı de-

yə bilməzsinizmi o nə üçün bu qədər əlləşir? Məgər 

saçlarını düzəltməyə beş-altı dəqiqə bəs eləmir? 

ÜTÜ: - Yox canım siz nə danışırsınız? Məgər 

Lampacıq hər adamın tayıdır ki, saçını beş – altı 

dəqiqəyə düzəldə?! Bir də ki, onun əlindən başqa 

bir iş gəlmir. Hə onu da bilin ki, bir azdan Qırmı-

zıgöz qonaq gələcək. Tanıyırsan qırmızıgözü! Dörd 

yol ayrıcında dayanan işıqforun qırmızıgözünü 

deyirəm. Bir azdan xüsusi maşında gələcək, nə 

gələcək. Sən bilən Lampacıq belə bir adamın görü-

şünə tələm – tələsik hazırlaşa bilərmi?! 

ATƏŞBÖCƏYI: - Mən Qırmızıgöz – zad tanı-

mıram. Lampacığı isə yuxumda görmüşəm. Görmü-

şəm ki, haradasa bir stolun üstündə  qəşəng bir 

Lampacıq  əyləşib. Bu qız o qədər gözəldir ki, işıq 

saçır. Elə yuxudan duran kimi and içdim ki, 

hökmən həmin o qızı tapmalı və onunla dost olma-

lıyam.  

FIRÇA: - Mən Lampacığın diş  fırçasıyam. 

Gecə - gündüz onun dişini sürtürəm ki, parıldasın. 

Doğrudur, bir dəfə dişinin dibini bərk dişlədiyim 

üçün o da məni atmaq fikrinə düşdü. Yaxşı ki, 

sonra bu zarafatı eləmədim. Yoxsa yəqin ki, indi 

usta Həsənin anbarında çürüyürdüm.  

ÜTÜ: - Mən də onun ütüsüyəm. O parlaq pal-

tarlarını axşam – səhər ütüləyirəm ki, görənin ağlı 

başından çıxsın. Bax Lampacığın sarayına gedən 

yol budur. Buyurun.  



_______________Milli Kitabxana___________________ 

 

216 



(Atəşböcəyi gedir.) 

ÜTÜ: - Ay allah, nə gözəl oğlandır.  (Atəş-



böcəyi kimi baş əyir və onu yamsılayır) Mən Lam-

pacığı yuxuda görmüşəm. Görən kimi də and 

içmişəm ki, onunla dost olam. Amma, ölmüş,  əla 

oğlandır. Bax beləsi ilə dost olmağına dəyər.  



(Bu zaman səhnənin bir küncündə Siçan bəy 

görünür. Onun yanında Siçan əsgərlər dayanıb. 

Siçan  əsgərlərin qədim  əsgərləri xatırladan 

geyimləri və  dəmir dəbilqələri var. Ütü onları 

görüb bərkdən qışqırır) 

ÜTÜ: – Siz kimsiniz belə? 



(Siçan bəy bir qədər qorxub geri çəkilir. 

Şlyapasını çıxarıb baş əyir. Arxada o biri Siçanlar 

ciyildəşir.) 

SIÇAN bəy: - Mən Siçanlar sərkərdəsi Uzun-

quyruq Siçan bəyəm. Babamın uzun və yaraşıqlı 

quyruğuna and içirəm ki, Lampacıqla həqiqi dost 

olmağa gəlmişik.  

ÜTÜ: - (Uğunub gedir) Bircə siz çatmırsınız. 

Lampacığın o qədər vaxtı hardaydı ki, sənin bu 

qılquyruq qoşununla dostluq edəydi. Yaxşısı budur 

cəhənnəm olun! 

SIÇAN bəy: - (Qoşununa tərəf çevrilir) – 

Cəhənnəm olmağa hazırlaş.  

(Siçanlar  əsgəri qaydaya düzülür.)  Cəhənnəm 

olmağa başla! Bir, iki, bir, iki. (Onlar gəldikləri 



kimi də gedirlər) 


_______________Milli Kitabxana___________________ 

 

217 



ÜTÜ: - Təcili bir elan yazıb asmaq lazımdır. 

“Siçanların bu evə girməsi qadağandır!” Yoxsa hər 

yoldan ötən Lampacıqla dost olmaq xəyalına düşür. 

(Sonra Siçan bəyi yamsılayır: Cəhənnəm olmağa 

hazırlaş: Bir iki, bir, iki! Beləcə də səhnədən çıxır) 

(Pərdə açılır. Səhnənin ortasından Çilçıraq 

asılıb). 

(Çıraq nənə insan şəklində deyil. Arxadan 

aktrisa mikrofonla onun sözlərini deyir. Səs 

yüksəldici Çilçırağın içində yerləşdirildiyi üçün 

tamaşaçıya elə gəlir ki, danışan Çıraq nənədir.) 

ÇIRAQ nənə: - Ay bala, bu güzgüdə özünə 

baxmaqdan yorulmadın? Adam gündə güzgüyə  nə 

qədər baxar?! 

LAMPACIQ: - Nənəcan zəhmət olmasa deyin 

görüm mənim saçlarım qaydasındadır? Düz yeddi 

saat iyirmi bir dəqiqə, on iki saniyə onun üstündə 

əlləşmişəm.  

ÇIRAQ nənə: - (Rişxəndlə) Dünyada heç kəsin 

belə saçı ola bilməz. Amma mən bilən saçının 

ortasındakı tüklərdən biri mində bir millimetr sağa 

əyilib. Amma bunun elə bir ziyanı yoxdur.  

LAMPACIQ: - Necə, necə? Mində bir mil-

limetr sağa  əyilib? Bu ki, biabırçılıqdır! Mən bu 

pırtlaşıq saçla camaat arasına çıxa bilərəmmi? 

Saçımı hökmən yenidən düzəltməliyəm.  

ÇIRAQ nənə: - (Xüsusi təəccüblə): - Necə, sən 

yenidən yeddi saat güzgünün qabağında qalacaq-

san? 



_______________Milli Kitabxana___________________ 

 

218 



LAMPACIQ: - Nənəcan, Günəşin yeganə  nə-

vəsi olan mən Lampacıq da özümə fikir verməyə-

cəmsə onda daha bu işi kim görəcək? 

ÇIRAQ nənə: - Axi səninlə dost olmaq üçün 

gələn yazıq Atəşböcəyi gör nə vaxtdır ki, gözləyir, 

görsün sən nə zaman bu vacib işindən baş açıb ona 

bir söz deyəcəksən.  

LAMPACIQ: - Eybi yoxdur, əgər dost olmaq 

istəyirsə gözləyər.  

(Lampacıq yenidən saçlarını düzəltməyə baş-

layır və birdən qışqırır.) Vay – vay qızıl sancağımı 

itirdim. O mənim yeganə sancağım idi. (Əlləri ilə 



saçını birtəhər saxlayıb çıraq nənəyə tərəf çevrilir)  

Nənəcan zəhmət olmasa mənimlə dost olmaq 

istəyən o böcəyi çağırın.  

ÇIRAQ nənə: - Ay bala onun adı Atəşböcəyi-

dir.  əllərinə baxmışam qabar-qabardı, deməli zəh-

mətkeş adamdı.  Əgər ona layiq dost ola biləcək-

sənsə  təklifini qəbul elə, yox ancaq saçlarınla  əll-

əşəcəksənsə onda qoy çıxıb getsin işinin dalınca.  

LAMPACIQ: - Nənəcan tez ol, onu çağır, bu 

saat saçlarım dağıla bilər. Sancağım tapılmasa onu 

bil ki, ürəyim partlayacaqdır.  

(Lampacıq saçlarını  əli ilə tutub ki, dağıl-

masın.) 

ATƏŞBÖCƏYI: - (Daxil olub baş əyir) Günə-

şin ən parlaq nəvəsi Lampacığa salam və ehtiram! 

LAMPACIQ: - Salam! Doğrusu hələlik danış-

mağa elə  sən deyən vaxt yoxdur. Əgər mümkünsə 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə