Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə48/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   44   45   46   47   48   49   50   51   ...   89

_______________Milli Kitabxana___________________ 

 

250 



Səhnədə iki uşaq qarşılaşır. Onların 

geyimləri məzəlidir. Birinin adı Toğrul, o birinin 

adı Doğruldur.  

Doğrul: - Bura bax, sənin adın nədir? 

Toğrul: - Toğrul! 

Doğrul: - Nə? Toğrul? Hi, hi hi hi. Ada bax 

Toğrul. Qardaş sənə düz məlumat verməyiblər. Sə-

nin adın yəqin ki, Doğruldur.  

Toğrul: - Xeyr, xeyr mənim adım Toğruldur 

ki, var. Bəs sənin adın nədir? 

Doğrul: - (Özünü dartır) Mənim adım Doğ-

ruldur, Doğ-rul! 

Toğrul: - Bərkdən gülür. Necə dedin Doğrul! 

Vay dədəm vay. Mən ömrümdə belə ad eşitməmiş-

dim. Doğrul! 

Doğrul: - Eşitməmisən, indi eşit. Hələ  sənin 

nə yaşın var ki?! Mənim kimi bir az böyüyərsən, 

hər  şeyi eşidərsən. Amma mən həyatda çox şeylər 

görmüşəm.  

Toğrul: - Məsələn nə görmüsən? 

Doğrul: - Məsələn görmüşəm ki, bazarda bir 

cüt ördək ayağını beş manata satıblar.  

Toğrul: - Məni sarımısan? Bir cüt ayağa han-

sı səfeh beş manat verər? 

Doğrul: - Yox onu alan lap ağıllı bir adam 

idi. Hər halda bizim ikimizdən də ağıllı olardı. Ya-

dımdan çıxdı deyəm ki, ayaqların üstündə bədən və 

baş da var idi. Ayaqlar nə qədər əlləşdirsə alıcının 




_______________Milli Kitabxana___________________ 

 

251 



əlindən xilas ola bilmirdi. Bir cüt ayaq beş manat! 

Necədi səninçün?! 

Toğrul: - Eh sənin gördüyün elə bir zad 

deyil. Mən gördüyümü eşitsən gülməkdən qarnın 

yırtılar.  

Doğrul: - De bir az gülək. Amma ehtiyatla de 

ki, qarnımız yırtılmasın.  

Toğrul: - Dünən gözümlə gördüm ki, Cırtdan 

haqqında yazılan bir kitab mağazadan çıxdı,  əvvəl 

tramvaya, sonra da metroya minib getdi.  

Doğrul: - Yox qardaş,səninki lap ağ oldu. 

Heç kitab yeriyə bilər? Əgər belə yalanlar danışsan 

sənin də adını Doğrul qoyarlar.  

Toğrul: - Hə yadımdan çıxdı deyəm ki, kitab 

balaca bir qızın əlində idi.  

Doğrul: - Yaxşı bu söhbətlərdən bir şey çıx-

madı. Onda gəl görək kimin dişi parlaqdır. Bax 

mənim dişlərim şüşə kimidi.  

Toğrul:  (Hər iki əli ilə dodaqlarını aralayıb 

dişlərini göstərir.) Parlaq diş belə olar. Səninki 

qurumuş çaylaq daşına oxşayır.  

Doğrul: - Sənin dişin boranı toxumu kimidi, 

parıldayıb eləmir.  

Toğrul: - Boranı toxumu sənin dişindi.  

Doğrul: - Ədə, mənim dişimə boranı toxumu 

deyirsən.  (Bir-birinin saçından tutub dalaşırlar. 

Sonra sakitləşirlər.) 

Toğrul: Deyəsən mənim bir dişim düşüb itdi.  




_______________Milli Kitabxana___________________ 

 

252 



Doğrul: - Səhv etmirəmsə mənim də dişimin 

biri düşdü.  

Toğrul: Gəl dişlərimizi axtaraq. (Axtarırlar) 

Doğrul: - Heyf ki, dişlərimizi tapmadıq. On-

ları tapsaydıq, bir də dalaşardıq.  

Toğrul: Düz deyirsən. Bir halda ki, dişləri-

mizi itirmişik, daha dalaşmağın da ləzzəti yoxdu. 

Vay tamam yadımdan çıxdı. Axı  mən inəyimizi 

aparmalıydım bazara satmağa. Salamat qal, qardaş, 

səninlə tanış olmağıma çox şad oldum.  

Doğrul: Heç məni demirsən. Ömrümdə sənin 

kimi mehriban adam görməmişəm. Tezliklə gö-

rüşərik.  

 

II ŞƏKIL 

 

Toğrul, qabaqda inək onun dalınca bazara 



gedirdilər. Inəyin boğazında kəndir var. Birdən 

Doğrul gəlib çıxır. 

Doğrul:  (Kənara)  Aha deyəsən qardaşım 

bazara gedir. Dayan görək bu işin axırı nə olur. 



(Yavaş-yavaş yaxınlaşıb kəndiri inəyin boğa-

zından açıb öz boğazına bağlayır. Inək gedir) Toğ-

rul qabaqda, Doğrul da onun dalınca bazara daxil 

olurlar.  

Toğrul: - Yaxşı inək var, inək. Gündə iyirmi 

litr süd verir. Buynuzlarına baxmayın, vurmaqla işi 

yoxdu.  



_______________Milli Kitabxana___________________ 

 

253 



Xəsis tacir: - Aha yaxşı oldu. Bu uşağı alda-

dıb inəyi alaram. Sonra baha qiymətə sataram.  

Toğrul: - Hardasan ay müştəri, yoxdu qabaq 

dişləri! 

Tacir: - Oğlan bəs sənin inəyin hanı? 

Toğrul yalnız indi geri çevrilir və Doğrulu 

görür. (Bu boyda inəyi görmürsünüz?! 

Tacir gözlərini silib Doğrula bir də diqqətlə 

baxır. (Canım vallah bu inək zad deyil, xalis 

adamdı.  

Toğrul: - Elə  məsələ burasındadı. Mənim 

inəyim adam da ola bilir, inək də! Adam olanda 

dalına minirik, bizi gəzdirir, inək olanda südünü 

sağırıq.  

Tacir: - Özüm ölüm doşab almışam bal çıxıb. 

Həm inək kimi südünü sağaram, həm də qapıda-

bacada işlədərəm. Al bu da sənin inəyinin haqqı. 

Ver onu mənə. 

Toğrul pulu alıb cibinə qoyur və  kəndiri 

tacirə verir.  

Tacir: - (Mahnı oxuya-oxuya Doğrulu 

aparır) Bura bax oğlan, sən təkcə inək ola bilirsən, 

yoxsa əlindən başqa işlər də gəlir? 

Doğrul: - Necə başqa işlər? 

Tacir: - Məsələn, bəlkə sən öküzə də çevrilə 

bilərsən hə? Mənim çoxlu əkilməli sahələrim var. 

Dedim onu əkərdik.  

Doğrul: - Öküz nədi canım. Mən hətta ilana 

da çevrilə bilirəm. Bax bu dəqiqə ilana çevriləcəm. 




_______________Milli Kitabxana___________________ 

 

254 



Xahiş edirəm qaçmayasan. Mən ilana çevriləndə 

hökmən sahibimi bir balaca dişləməliyəm.  Əgər 

dişləməsəm, gecə gözümə yuxu getməz! 

Tacir: - Necə?! Qardaş sən nə danışırsan? Ay 

haray, kömək edin, ilan məni vurdu! 

Tacir kəndiri atıb qaçır. Doğrul səhnədən 

çıxır. 

 Pərdə 

 

III ŞƏKIL 

 

Toğrulla Doğrul səhnədə qarşılaşırlar.  



Toğrul: - Bay səni xoş gördük qardaş. Gör nə 

vaxtdı görüşmürük. Gəl bir səni marçıldadım. 



(Öpüşürlər.)  

Doğrul: - Dayan görək. Məni tacirə satdığın 

bəs deyil, hələ bir marçıldadırsan da.  

Toğrul: - Doğrudan ay Doğrul, o kişinin əlin-

dən necə qaçıb qurtardın? Amma bir məsələ  də var 

ki, taciri tapıb onun pulunu qaytarmaq lazımdı.  

Doğrul: - Nə danışırsan dəli zad olmusan? 

Aparaq pulu bir yerdə  xərcləyək. Axı o kişini 

ikimiz bir yerdə aldatmışıq.  

Toğrul: - Yox canım. Xərcləmək nədi? Mən 

xalxın pulunu xərcləyə bilmərəm. Aparıb verəcə-

yəm özünə.  

Doğrul: - Başa düşdüm. Qorxursan ki, sənin 

də adını Toğrul yox, Doğrul çağırarlar. Doğrusu 

deyim ki, bir vaxt mənim də  əsl adım Toğrul idi. 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə