_______________Milli Kitabxana___________________
240
FIRÇA: - Heç nə başa düşmürəm. Sən bu
Qırmızıgözdən ötrü yaman canfəşanlıq edirsən.
USTA HƏSƏN: - Ütü, əgər etiraz etməsəydin
sənin tellərindən bir neçəsini qopardıb ona calaq
edərdim. Sökəndə əsəb tellərini bir balaca xarab
etmişəm.
QIRMIZIGÖZ: - Plov qazanını bəri ötürün!
ÜTÜ: - Ilahi o hələ də yemək istəyir, əsil kişi
kimi!
FIRÇA: - Elə bu kişini öldürən sən olmadın?
Nə istədi ikiqat gətirdin. Axırda yazığı beləcə
bədbəxt etdin.
ÜTÜ: - Kəsin, mənim bütün əsəb tellərimi ona
calayın, təki əvvəlki kimi işıq saçsın. Onun necə də
böyük arzuları var idi. Dünya sərgisi, gözəl maşınlar.
FIRÇA: - Yavaş ye, boğazında qalar.
USTA HƏSƏN: - Qoy bir – iki alət götürüm,
sənin əsəb tellərini onunkuna yamayım.
FIRÇA: - Ay usta, bəs bunun öz əsəbləri nə ol-
sun? əsəb telləri xarab olsa uzun burnunu soxma-
dığı yer qalmayacaq.
USTA HƏSƏN: - Onunkunun eybi yoxdur.
(Alətləri götürüb işə başlayır.Ütü yavaş –
yavaş huşunu itirir.)
ÜTÜ: - Qırmızıgözü xüsusi maşınlar gəzdirə-
cək. Dünya sərgisi, plov qazanları, mineral sular.
QIRMIZIGÖZ: - Mənə fanta verin, özü də
mümkün qədər tez.
_______________Milli Kitabxana___________________
241
USTA HƏSƏN: - Kişi, bir az iştahanı bas də.
Hələ ütünün əsəblərini sənə yamayıram. Bir azdan
diriləcəksən.
FIRÇA: - Bu dünya necə də ədalətsizdir. Lam-
pacıq orada stolun üstündə qalıb, biz burada gör nə
edirik.
ÜTÜ: - Dünya sərgisi plov qazanları, hi, hi,
hi...
USTA HƏSƏN: - Işə düşdük ki, bu deyəsən
lap dəli olacaq.
(Fırça əl – ayağa düşür.)
FIRÇA: - Usta, nə lazımdırsa edin. Ütünü xilas
etmək lazımdır. Görüm bu Qırmızıgözü lənətə
gəlsin.
QIRMIZIGÖZ: - Işıqları söndürün, gözlərim
qamaşır.
USTA HƏSƏN: - Bunların içində adam dəli
olar.
FIRÇA: - Mənim əsəb tellərimi Ütününkünə
calamaq olmaz?
USTA HƏSƏN: - Yox, sən dəmir deyilsən axı.
Dayan görək, ona da bir çarə taparıq.
ÜTÜ: - (Mahnı oxuyur.)
Gözəl dünya, gözəl dünya,
Səni olasan xəzəl dünya!
QIRMIZIGÖZ: - Mənə bozbaş verin!
USTA HƏSƏN: - Yox daha mən dözə bil-
mirəm. (Qaçır.)
Sürücü ilə Fırça onu qovurlar.
_______________Milli Kitabxana___________________
242
SÜRÜCÜ: - Hara qaçırsan? Qırmızıgözü xilas
etməsən buraxmaram.
FIRÇA: – Ütü sağalmasa özümü öldürərəm!
(Onlar Usta Həsəni bir neçə dövrə səhnədə
qovurlar. Axırda səhnədən çıxırlar.)
Pərdə
V ŞƏKIL
Gecədir. Çıraq nənə yanmır. Onu ay işığı
parıldadır.
Səhnənin bir tərəfində elə əvvəlki yerində
Lampacıq əyləşib. Onun üst – başı qızıl düymə və
sancaqla doludur. Səhnənin başqa küncündə elan
asılıb. Elan elə qoyulub ki, tamaşaçılar oxuya
bilsin.
“Siçanların bu evə girməsi qadağandır!”
Siçan bəy və qoşunları elanın qarşısında
dayanıblar.
SIÇAN bəy: - Bu elan harda çıxdı? (Höccəl-
ləyə-höccəlləyə oxuyur.) “Siçanların bu evə girməsi
qadağandır!” Demək belə! (Çömbəltmə əyləşib
şlyapasını dizinə keçirir, dərin fikrə gedir.)
I ƏSGƏR SIÇAN: - Mən elə əvvəldən bilirdim
ki, bizim başçımız çox ağıllı siçandır.
II ƏSGƏR SIÇAN: - Mən ömrümdə bu qədər
dərin düşüncəli bir başçı görməmişəm. Hələ sən
onun şlyapasına bax. Görünür şlyapa dizdə olanda
başa ağıllı fikirlər gəlir.
I ƏSGƏR SIÇAN: - Bəs nə bilmişdin?
_______________Milli Kitabxana___________________
243
(Siçan bəy elanı yavaş – yavaş yeməyə
başlayır.)
II ƏSGƏR SIÇAN: - Görün nə qədər
savadlıdır ki, yeyə - yeyə oxuyur.
I ƏSGƏR SIÇAN: - Bəs nə bilmişdin. Elanın
dadından da çox şeyi bilmək olur.
(Elanı tamam yeyib qurtarandan sonra bütün
qoşun iki dəfə “ah” və bir dəfə “uf” deyib Siçan
bəyə baxır.)
SIÇAN bəy: – Mən ömrümdə bu dadlılıqda
elan yeməmişdim. Olduqca ləzzətli elan idi.
(Əsgərlərə əmr verir.)
Sıraya düzlən! (Siçanlar bir – birinin
quyruğundan yapışır.)
Mətbəxə hücuma hazırlaş! Bir dayanın görək.
Bəlkə mən ehtiyatla içəri boylanım görüm nə var,
nə yox!
II ƏSGƏR SIÇAN: - Siz bir ondakı cəsarətə
baxın!
I ƏSGƏR SIÇAN: - Bəs necə, hələ indi
bilirsən? Bizim Siçan bəy çox cəsarətlidir!
SIÇAN bəy: - Ardımca irəli! Siçanlar bir –
birinin ardınca içəri daxil olurlar.
SIÇAN bəy: - (Lampacığa) sizi salamlamaq
xoşbəxtliyinə nail olduğum üçün məmnunam.
Bütün qoşunumla sizin hüzurunuza gəlmişəm. Əmr
verin əsgərlərim yerbəyer olsunlar. Sizinlə dost
olmaq istəyirəm. Təklifimi qəbul etsəniz özümü
dünyanın xoşbəxti hesab edərəm.
_______________Milli Kitabxana___________________
244
LAMPACIQ: - (Tələsik güzgüyə baxıb saç-
larını sığallayır.) Nə olar, əgər dost olmaq istə-
yirsinizsə buyurun. Ancaq bir şərtim var. Mənimlə
dost olmaq istəyən gərək iyirmi qızıl sancaq və
düymə gətirsin. Əgər bu işi görə bilərsinizsə
dostluğunuzu qəbul etmək olar.
(Lampacıq danışdıqca Siçan bəy onun paltarını
çeynəyir, qızıl düymə və sancaqlarını yerə tökür, o
biri siçanlar daşıyır.
SIÇAN bəy: - Paltarları çox dadlıdır. Dost
olmağına dəyər.
I ƏSGƏR SIÇAN: - (Küçədən həyəcanla
Siçan bəyə tərəf yüyürür.) Bu evdə bizə müharibə
elan olunub! (Tövşüyə - tövşüyə baş əyir və
söhbətini davam etdirir.) Bax o küncdə parlaq bir
şey var. Amma olduqca vahiməlidir. Dodaqlarımızı
yandırır. Qoşunun xeyli hissəsinin dişi sıradan
çıxıb.
SIÇAN bəy: - Müharibə? Bircə bu çatmırdı!
II ƏSGƏR SIÇAN: - Indi biz neyliyək?
SIÇAN bəy: - Mühasirəyə almalı!
I ƏSGƏR SIÇAN: - Dəniz quldurlarıdır. Baxın
gəminin sivri burnunu görmək o qədər də çətin
deyil.
SIÇAN bəy: - Bəli bu dəhşətli bir ağ gəmidir.
Özü də deyəsən hardansa isti ölkələrdən gəlir. Ada-
mın burnunu yandırır. Tezliklə bu dəhşətli evdən
uzaqlaşmaq lazımdır. (Şlyapasını çıxarıb Lam-
pacığa baş əyir.)
Dostları ilə paylaş: |