Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə33/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   29   30   31   32   33   34   35   36   ...   89

_______________Milli Kitabxana___________________ 

 

183 



(Səhnənin o biri küncünə  şah vəzir və  vəkil 

gəlir. Cəlladlar bir kişini sürüyə - sürüyə gətirirlər. 

BALA NƏZƏR: - Sən öl burda iş var. Gedək 

görək bu nə həngamədi belə. 

KEÇƏL: - Ə, burda xeyirli bir şey görmürəm 

gəl qaçaq öz kəndimizə.  Ələmdarla mübarizə 

aparmaq bundan yaxşıdır.  

BALA NƏZƏR: - Heç bilmirəm sən bu Ələm-

dardan nə istəyirsən, sürüsünü alıb verdik camaata, 

qurtardı, getdi.  

Gəl bəri görək.  



(Onlar camaata yaxın gəlirlər.) 

ŞAH: - Şikayətçini gətirin. 



(Quldurbaşını qarşıya gətirirlər.) 

ŞAH: - Şikayətçi, buyur görək narazılığınız 

nədədir? 

BALA NƏZƏR: - Ə, tanıdın? Ələmdarın Qul-

durbaşıdı. Birdən bizdən şikayət edər ha? 

KEÇƏL: – Bizim burda olduğumuzu bilən 

yoxdu. Qorxma.  

QULDURBAŞI:-  Şah sağ olsun, əvvəlcə  mə-

nim sizə bir sualım var. Deyin görək ölkə  oğru – 

quldursuz ola bilərmi? 

ŞAH: - Bu nə  səfeh sualdı belə? Oğru – qul-

dursuz da ölkə olar? Onda həmin ölkəni dağıtmaq 

lazımdı.  

QULDURBAŞI: - Atan oldu rəhmətlik. Mən 

məşhur Ələmdarın quldurbaşıyam. Eşitdim ki, sizin 



_______________Milli Kitabxana___________________ 

 

184 



ölkədə  oğurluq olmur, fikirləşdim ki, kömək  əlimi 

uzadım. Yəqin indi camaat oğrusuz darıxıb. Gəldim 

bax bu kişinin evini oğurlamağa. Hasardan aşıram, 

baxıram nə, ev ikimərtəbəli, hər mərtəbəsi də  

Bisitun dağı boyda. Neyniyim əlacım kəsildi. Dır-

maşdım ikinci mərtəbəyə. Evin qiymətli  əşyalarını 

yığışdırdım, elə  çıxarmağa hazırlaşırdım ki, ev 

sahibi ayıldı. Əlacım kəsildi, pəncərədən tullandım. 

Yıxıldım, ayağım sındı. Gəlmişəm  şikayətə. Ev 

hündür olmasaydı  mən də  yıxılanda ayaqlarım  

sınmazdı. 

ŞAH: - Ev sahibini çəkin ortalığa. 



(Ev sahibini gətirirlər.) 

ŞAH: - Kişi, sən məgər bilmirsən ki, adam 

gərək evini alçaq tikdirə. Ölkədə oğru da ola bilər

quldur da. Bəs sən demirsən birdən evimə  oğru 

girər, mən də yuxudan ayılıb onu qorxudaram, oğru 

pəncərədən tullanar, ayağı  sınar? Bu boyda 

yekəlmisən onu da bilmirsən? 

KIŞI: - Şah sağ olsun, biz uşaq zad deyilik ki, 

bilirik ki, evi gərək elə tikdirəsən ki, oğru quldurun 

işi asan ola. Amma sizi inandırım ki, bu işdə 

mənim təqsirim yoxdu.  

ŞAH: - Bəs səncə təqsir kimdədi: -  

KIŞI: - Təqsirlərin hamısı evi tikən ustadadı. 

Mən ona tapşırdım evi elə tiksin ki, oğru – quldur 

gələndə işi çox çətinə düşməsin. Bir də baxıram ki, 

ikimərtəbəli bir saray ucaldıb mənimçün. Bir 

özünüz deyin, burda mənim təqsirim varmı? 



_______________Milli Kitabxana___________________ 

 

185 



ŞAH: - Sən azadsan! Evin ustasını  çəkin 

ortalığa. 



(Ustanı ortalığa çəkirlər.) 

ŞAH: - Ay usta, yaşlı adamsan, özün də 

dünyanın çox üzünü görmüsən. Bəs sən bilmirsən 

ki, evi belə hündür tikməzlər. Bir də gördün evə 

oğru gəldi. Qəfildən ev sahibi ayıldı. Oğru qorxub 

qaçdı  və ikinci mərtəbədən tullananda ayağı  sındı. 

Bunlar ki, adi şeylərdir. Təqsirkar olduğunu başa 

düşürsənmi? 

USTA: - Şah sağ olsun, məgər mən o qədər 

balaca uşağam ki, adicə bir şeyi başa düşməyəm. 

Bilirəm ki, ölkə oğrusuz olmaz. Bir ölkədə ki, oğru 

olmadı, ona ölkə demək olmaz. Buna görə  mən 

bütün binaları alçaq tikirəm ki, o kişilərin də  işi 

rahat olsun. Heç olmazsa qorxub qaçanda ayaqları 

sınmasın. Amma bu dəfə  təqsir məndə olmadı. 

Bütün təqsirlər mənim  şagirdimdədir. Mən ona 

deyirdim. Oğul elə ki, birinci mərtəbəni qurtardıq, 

denən usta, mərtəbə qurtardı. Amma o başını salıb 

aşağı elə bir ucdan kərpic tullayırdı. Bilmirəm 

zalım oğlunun fikri harda idi. Axırda da belə oldu. 

Bir mərtəbə  əvəzinə ikimərtəbəli ev tikildi. Bütün 

təqsirlər şagirdimdədir.  

ŞAH: - Şagirdi çəkin ortaya. Şagirdi gətirirlər. 

Oğul, danış görək bu nə  işdir sən tutmusan. 

Vaxtında ustaya deməmisən ki, mərtəbə hazırdır. 

Bəs sən bilmirsən ki, belə diqqətsizlik edəndə 

nəticədə nə olar? Ev ikimərtəbə tikilər, ora bir oğru 



_______________Milli Kitabxana___________________ 

 

186 



gələndə  qəfildən ev sahibi ayılsa oğru tullanar, 

ayağı sınar? 

ŞAGIRD: - Şah sağ olsun, mənim təqsirim 

yoxdur. Təqsirlərin hamısı burada gözəl bir xanım 

var, ondadır. Biz evi tikməyə başlayandan bu xanım 

yanımızdan gündə üç dəfə o yana keçdi, bu yana 

keçdi. Mənim də elə fikrim zikrim onun yanında 

qaldı. Fikirləşdim ki, yəqin bu xanım mənə vurulub 

ki, gündə bir neçə  dəfə o tərəf bu tərəfə keçir. 

Başım ona qarışdığı üçün ustaya vaxtında xəbər 

verə bilmədim. Ona görə  də ev belə hündür çıxdı. 

Təqsir bu xanımdadır.  

ŞAH: - Tez olun xanımı  çəkin ortalığa.  (Xa-

nımı gətirirlər) Gözəl xanım, məgər siz bilmirsiniz 

ki, ev tikən adamın yanından gündə üç dəfə o tərəf 

bu tərəfə keçəndə onun fikri sizin yanınızda qalar, 

ustasını vaxtında xəbərdar edə bilməz, ev bir 

mərtəbə  əvəzinə iki mərtəbə alınar, ora oğru 

gələndə ev sahibi ayılar. Oğru tullanar, ayağı sınar. 

Özünüzü təqsirkar bilirsinizmi? 

XANIM: - Şah sağ olsun. Bu işdə mənim təq-

sirim yoxdu. Təqsirlərin hamısı  zərgərdədir. Mən 

ona üzük sifariş etmişdim. O da məcbur edirdi ki, 

gündə üç dəfə gəlim, üzüyü barmağımda yoxlasın. 

Mən də  hər gün buradan keçirdim. Ev tikilib 

qurtaranda üzük də hazır oldu.  

ŞAH: - Zərgəri çəkin ortalığa!  (Zərgəri gə-



tirirlər) Zərgər, sən nə üçün bu gözəl xanımı gündə 

üç dəfə  gəlib getməyə  məcbur etmisən. Məgər 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə