Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə21/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   17   18   19   20   21   22   23   24   ...   202

 

70

sintaksisi xalq şeiri dilinin bütün poetexniki-sintaktik 



xüsusiyyətlərini əks etdirir. Məsələn: 

 

Bir nəfəscik söyləyim  



Dinləməzsin neyləyim.  

Eşq dəryasın boylayım  

Ümmana dalmağa gəldim. 

 

Üstümüzə yol uğratdın,  



Gövhər aldın, gövhər satdın.  

Ərliyini isbat etdin,  

Dədəm xoş gəldin, xoş gəldin. 

 

Xalq şeiri sintaksisi ilə bu cür yaxınlıq, müştəriklik 



Xətainin dil-üslub «fəlsəfə»sindən irəli gəlir. Şair panteist-sufi 

ideologiyanı, şiəliyi elə aydın, demokratik və xəlqi bir dil ilə 

təbliğ etmək istəmişdir ki, burada anlaşıqsız, qeyri-təbii fikir, 

mülahizə olmasın. 

Xətai şiə təriqətin və sufiliyin təbliğatçısı olaraq 

«Azərbaycan ədəbiyyatında şiə lirizminin qurucusudur. Bu 

lirizmin təməlini Həzrət Əli və onun xanədanına eşq və 

bağlılıq təşkil edir. Xətainin aşiqanə qəzəlləri öz növündə 

orijinaldır». (11) 

Hökmdar şairin klassik janrlardakı əsərlərinin dili 

klassik üslubun kamil dövrü üçün səciyyəvi olan 

mükəmməlliyə malikdir. Tədqiqatlar göstərir ki, Şah İsmayıl 

Xətaidə qoşma poetikası qəzəl poetikasından qidalanırdı. 

Şübhəsiz, qoşma standartlarının bilavasitə xalqdan gələn 

cəhətləri əsas idi… Şah İsmayıl Xətainin klassik janrlardakı 

əsərlərinin lüğət tərkibi klassik üslub üçün tamamilə 

xarakterik olaraq «alınma dil materiallarının bolluğu, lakin 

əsasən məqsədə uyğun işlədilməsilə səciyyələnir». 




 

71

Dil tariximizi öyrənmək baxımından da Xətai 



yaradıcılığı böyük əhəmiyyətə malikdir. O, canlı danışıq 

dilindən çoxlu söz və ifadələri alıb şeirə gətirmişdir. Bu 

sözlərin bəziləri köhnəlsə də bir çoxu bu gün də 

funksionallığını qorumaqdadır. 

Dövlətçilik tariximizdə böyük rol oynayan Şah İsmayıl 

qüdrətli Azərbaycan şairi kimi də öz dolğun, məzmunlu və 

ölməz poeziyası ilə doğma ədəbiyyatımızı forma və 

məzmunca zənginləşdirmişdir. Onun ürəyə yatan təravətli 

nəğmə və şərqiləri doğma türk dili şeir xəzinəsinə yeni bir 

töhfədir. 

Öz ulu babası Şeyx Səfinin miras qoyub getdiyi yolu 

davam etdirən Şah İsmayıl təkcə şair kimi deyil, hökmdar və 

dövlət başçısı kimi də Azərbaycan dilinə və dövlətçiliyinə 

əvəzsiz xidmətlər göstərmişdir. Şah İsmayıl Səfəvi dövlətini 

qurduqdan sonra Azərbaycan türkcəsinə rəsmi dövlət dili 

statusu qazandırmış və öz dilinə, elinə olan hörmətini, 

sevgisini əməldə sübut etmişdir. Şah İsmayılın qurduğu 

dövlətdə Azərbaycan dilinin dövlət dili olması, xarici ölkələrə 

bu dildə rəsmi məktubların yazılması dilimizin əhəmiyyətini 

qat-qat artırmış, eyni zamanda dilimizin çiçəklənib inkişaf 

etməsində böyük rol oynamışdır. 

Səfəvi şahları öz ana dillərində yazıb yaradır, fars dilinə 

əhəmiyyət vermirdilər. Qəribə də olsa, həmin dövrdə fars dili 

Osmanlılarda və Orta Asiyada daha işlək dil hesab olunurdu. 

Belə ki, Osmanlı sultanı Sultan Səlim özünü İranın əfsanəvi 

padşahının nəslindən sayaraq farsca divan yazıb. Şah İsmayıl 

isə özünü türklərin əfsanəvi padşahı Əfrasiyabın nəslindən 

bilərək türkcə şeir yazmışdır. (12) 

Ümumiyyətlə, Səfəvi şahları şeir və ədəbiyyatı himayə 

edirdilər. Bu şahların bəziləri iki dildə əsər yazan şairlər idilər. 

Türkcə və farsca şeirlərin yazılması üçün əllərindən gələni 



 

72

edirdilər. (13) 



Səfəvi sarayı o dövrdə əsl şeir-sənət ocağı idi. Məlik-əş-

şüəralıq (şairlər padşahı) rəsmi vəzifə kimi təsdiq edilmişdi. 

Şah İsmayıl övladları və Səfəvi sülaləsinin sonrakı şahları, o 

cümlədən Şah Süleyman və Şah Sultan Hüseyn zamanında 

Azərbaycan şeirinə xüsusi qayğı mövcud idi. Həmin dövrdə 

Səfəvi sarayının məlik-əş-şüərası olan Təsir Təbrizinin 

divanında türkcə qəzəllərdən başqa türkcə qəsidə və məsnəvi 

də var idi… Bu dövrün təskirələrində türkcə yazan bir çox 

şairlərin adı çəkilir. (14) Onların İsfahanda belə Azərbaycan 

türkcəsində şeir yazmaları və dilimizə xüsusi qayğısı diqqəti 

cəlb edir. 

Azərbaycanın böyük hökmdarı Şah İsmayılın dövründə 

Azərbaycan türkcəsinin əhəmiyyəti qat-qat artdı və hətta 

Səfəvi sarayına gələn avropalı səyyahlar dilimizin 

qrammatikası, lüğət tərkibi və s. haqqında çoxlu kitablar 

yazmağa başladılar. 

«XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi 

Səfəvilər dövləti zamanından başlayaraq Azərbaycan dilinin 

mövqeyi, nüfuz dairəsi daha da genişləndi, Azərbaycan ədəbi 

dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənən rəsmi 

dillər sırasında yer tutdu, o zaman islamiyyətin dili sayılan 

ərəb dili və bədii ifadə vasitəçisi kimi modalaşmış fars dili ilə 

yanaşı işlənən bir dil hüququ qazanmış oldu. Buna görə də 

mədrəsələrdə ərəb, fars dilləriylə yanaşı Azərbaycan dilində 

də tədris işləri aparılırdı». (15) 

Bu dövrdə ölkədə Azərbaycan türkcəsinin əhəmiyyətini 

Səfəvi sarayında olmuş Avropa səyyahlarının əsərlərində də 

görürük. Səfəvi dövlətinin paytaxtı fars şəhəri olan İsfahana 

köçürüldükdən sonra da Azərbaycan türkcəsinin burada necə 

böyük nüfuza malik olduğu aydın hiss olunur. Alman səyyahı 

Engelt Kempfer XVII yüzillikdə Səfəvi sarayında olmuş, türk 



 

73

dilinin əhəmiyyətini təsdiq etmiş və bildirmişdir ki, türk dili 



saraya çoxdan nüfuz etmiş, vəzifə sahibləri bu dildə 

danışmağı özlərinə borc bilirlər. Hər bir məşhur və şəxsiyyətli 

adamın türkcə bilməməsi gerçəkdən utanc doğuran məsələ 

sayılırdı. (16) 

İtaliyalı səyyah Pedro Dulavale də İsfahanda olarkən (17 

dekabr 1917-ci il) dostu Maryo Eskifanoya Azərbaycan 

türkcəsinin əhəmiyyəti barədə yazmışdır: «İranda ümumən 

farscadan çox türkcə danışılır. Xüsusən, saray və vəzifəli 

şəxslər arasında». (17) 

Səfəvi sarayında olmuş digər avropalı səyyah Adam 

Oleari şahın verdiyi ziyafəti belə təsvir etmişdir: «Ziyafət 

qurtardıqda eşik ağasıbaşı türkcə uca səslə dedi: Süfrə 

haqqında şah dövlətinə, ğazilər qüvvətinə Allah deyəlim, 

Allah-Allah və hamı Allah-Allah sözünü təkrarladılar». (18) 

On bir il Səfəvilərin ərazisində olan Şvaliye Jan Şarden 

türk dili haqqında demişdir: «Türk dili qoşun və saray dilidir. 

Qadınlar, kişilər əsasən türkcə danışırlar, xüsusən, əyan və 

əşraf ailələrində». (19) 

Yenə almaniyalı Enqelbert Kepmfer İsfahanda olarkən 

Səfəvi sarayında gördüklərini belə qələmə almışdır: «Bu dil 

mötəbər farsdilli ailələrdə elə sürətlə yayılırdı ki, indi tam 

demək olar ki, bir dövlət adamının türkcə bilməməsi 

biabırçılıq kimi dəyərləndirilir». (20) 

Şarden və Petro Dulavale türk dilinin kütləviliyinə işarə 

edərək yazırlar: «Bu dil müxtəlif təbəqələr arasında elə 

yayılmışdı ki, demək olardı hamısının dili idi». (21) 

Qısa hakimiyyət möhləti ərzində Azərbaycan dilini 

dövlət dilinə, sənət, poeziya dilinə, nəhayət, sivil dillər 

sırasına çıxarmaq üçün Şah İsmayıl Xətainin göstərdiyi 

əzmkarlıq elə ilk illərdən öz səmərəsini verirdi. Ölkə 

başçısının ana dilinə münasibəti Azərbaycanı dövlət kimi 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə