B u l u d x a n X ə l i l o v
74
xatirinə nələr etmir?! Çox zaman bir məsələ barəsində
fikirləşmirik. Fikirləşmirik ki, çörək verənlərin özünü
yoxlamaq lazımdır. Görəsən, onlar nəyin xatirinə, nəyin
naminə çörək verirlər?!
Çörəkçinin məqsədli şəkildə çörək qoyduğu tələ
hər an insanı tuta bilər, öldürə bilər, məhv edə bilər. Tələ
sabahı aydın olmayan bir qaranlıq kimi həmişə gülümsə-
yir. Bizim hər birimizi sakitcə gülümsəməyi ilə özünə
çəkir. Ancaq… İnsan isə heç bir vaxt əhəmiyyət vermir
ki, bu gülümsəyən qaranlıq onu hansı çətinliklərə aparır .
Məncə, hər şey yaxşı gedir deyənlər də, fikirləşməlidir.
Hər şey yaxşı gedir deyənlər bilməlidir ki, sabah hər şey
yana bilər, məhv ola bilər, dağıla bilər. Kimin ağlına gələ
bilərdi ki, ağlına gəlməyənlər nə vaxtsa başına gələcək-
dir. Kimin ağlına gələ bilərdi ki, qaranlıq gecə onu
gözləyir. Dünyada heç bir şey ilə əbədi əylənmək olmaz.
Əyləndiyimiz hər bir şeyi müvəqqəti olaraq xoşbəxtlik
saya bilərik. Ancaq bunu da bilməliyik ki, xoşbəxtlik
sayıb əyləndiklərimizin heç biri əbədi deyil. Axı əbədi
olanlar insanları yorur. Heç məhəbbət də əbədi deyildir.
Həmin hiss kimə nəsib olubsa, onlar xoşbəxtdir. Ancaq
həmin hisslə əbədi olaraq əylənmək olmaz. İnsan ömrü
nəyə sərf olunur? Birisi öyüd nəsihət verir… Birisi bu
öyüd-nəsihətə qulaq asır… Birisi dua edir… Birisi özün-
dən danışır… Birisi müvəffəqiyyət qazanmaq ümidi ilə
yaşayır… Birisi kimlərinsə evini yıxmaq planını cızır…
Birisi hələ də yazır... Birisi… Birisi…
26.03.2015
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
75
Yaxşı və pis, arzu və istək,
sevgi və məhəbbət
Yaxşılıq insanın vicdan təmizliyidir. Ədəbiyyat
üzrə Nobel mükafatçısı Herman Hessenin “Knulp” po-
vestində yazılır: “Knulp köksünü ötürdü:
–
Hə, daha buna nə deyəsən! Bəlkə də, sən deyən
kimidir. Elə ona görə də insanlar tez-tez qəm dünyasına
batır. Çünki istəyinin dəyərsizliyini, hadisələrin bizsiz də
öz axarı ilə getdiyini duyur. Ancaq suç suçluğunda qalır,
adamın pislikdən başqa yolu olmasa da, qalır, çünki o,
bunu daxilən hiss edir, duyur. Elə ona görə də, ən doğru
yol yaxşılıqdır, çünki adam onda özündən razı qalır, vic-
danı təmiz olur”. (Herman Hesse. Seçilmiş əsərləri. Bakı,
“Şərq-Qərb”, 2010, s.264).
Adamların bir qismi arı xarakterlidir. Arılar çiçək-
lərdən bal yığdıqları kimi, onlar da yaxşı nə varsa, tapır,
üzə çıxarır, dəyər verir, hər şeyi gözəl görürlər. Bir qisim
adamlar milçək xarakterlidir. Milçəklər mikroblar daşıdı-
ğı kimi, onlar da cəmiyyətdə mikrob yaradır, cəmiyyətə
mikrob daşıyırlar.
Pis adamlar bu dünyaya mikrob kimi gəlirlər. Onlar
get-gedə cəmiyyəti öz mikrobları ilə zəhərləyirlər...
B u l u d x a n X ə l i l o v
76
Yaxşı adamlar bu dünyaya dərman kimi, məlhəm
kimi gəlirlər. Onlar cəmiyyəti öz məlhəmləri ilə sağalt-
mağa çalışırlar...
***
Arzu nədir? Arzu illər boyu insanlara yoldaşlıq
edən ülvi bir istəkdir. Hətta arzu insanda o qədər dərin
kök salır ki, bəlkə də insanın canı, qanı ilə qidalanır. Ar-
zu insanın sığınacağıdır. İnsan bəzən illərlə bu ülvi istəyə
sığınır, onun nə zaman həyata keçəcəyi günü gözləyir.
Arzu insanın həsrətini çəkdiyi nəsə bir şeydir. İnsan
həsrətini çəkdiyi bir şeyi uzun müddət gözlədiyi kimi,
arzunu da uzun illər boyu gözləyir. Hətta insan arzunu
həyatının bütün məqamlarında yadından çıxartmır, onu
xatırlayır, onu unutmur. Bəzən onu musiqi kimi öz bey-
nində səsləndirir, bəzən onu sığallayır, tamamlayır, bəzən
onu öz sevgilisi kimi əzizləyir. Bəzən onunla danışır,
söhbət edir.
Kimin arzusu həyata keçirsə, onun arzusu çin olur.
Deməli, arzunun özü üçün də sığınacaq tapılır.
Maraqlı orasıdır ki, arzunu heç nə məhv edə bil-
məz, yandıra bilməz, öldürə bilməz. Ancaq uzaq başı ar-
zu həyata keçməyə bilər. Arzu olaraq qala bilər...
Əslində bizim hər birimiz ömrümüzün sonuna
qədər arzu və istəklərimizin həyata keçməsi yolunda
dizin-dizin sürünürük. Heç zaman arzumuz həyata
keçməyincə rahat nəfəs ala bilmirik.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
77
***
Məhəbbət insanlara çoxlu sayda qayğılar verdi.
Uşaqlar, onları böyütmək, onların qayğısını çəkmək, da-
ha nələr, nələr...
Bəlkə də Məcnunla Leyli ona görə bir-birinə qo-
vuşmadılar ki, onlar sonrakı qayğılardan imtina etdilər.
Bəlkə də məhəbbətdən sonrakı qayğılardan qorxdular,
çəkindilər... Bəlkə də məhəbbətdən sonrakı qayğıları ol-
masın deyə, bir-birinə qovuşmadılar... Bəlkə də məhəb-
bətdən sonrakı qayğılar onları qayğılandırdı...
Sevdiyimiz qadınla Vətənə olan sevgilər bir-birin-
dən fərqlənir. Belə ki, sevdiyimiz qadını başqalarına qıs-
qanırıq. Ancaq Vətəni sevənləri hər birimiz sevirik. Bu
barədə Bəxtiyar Vahabzadə 1974-cü ildə yazdığı “Hey-
rət, ey büt!..” məqaləsində oxuyuruq: “Mənim insanlara,
ətrafdakılara münasibət ölçüm, yəni sevgi və nifrət ölçüm
vətəndir. Sevdiyim qadını bir başqası da sevərsə mən o
adama düşmən kəsilərəm. Lakin Vətənimi mənim qədər
sevən hər hansı bir adamı mən də sevirəm. Nə üçün sev-
diyimiz qadını sevən rəqibə qısqanır, ona nifrət edirik, la-
kin Vətənimizi sevən adamı isə sevirik? Ona görə ki, qa-
dın sevgisi fərdidir, şəxsidir, bu sevgi yalnız bizim özü-
müzə məxsus olan şəxsi hissimizdir. Bu müəyyən qədər
kiçik hissdir. İnsanın ən ali, ən müqəddəs sevgisi isə Və-
tənə olan sevgidir!
Müəyyən yaşa dolandan sonra gənc mütləq bir
qadını sevir. Bir neçə qadını da sevənlər var. Lakin Vətən
Dostları ilə paylaş: |