Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
87
əsəri bizə erməni dilində çatsa da, Voroşil Qukasyanın
dediyi kimi, onun nə vaxt, kim tərəfindən, hansı dildə ya-
zıldığı elmə məlum deyildir. Erməni tədqiqatçısı bu real-
lıqdan “məharətlə” istifadə edərək Alban abidələrini öz
adlarına çıxmışdır.
“Alban tarixi” əsərinin yazılma tarixi barədə iki
fikir mövcuddur. Birinci fikir tərəfdarı T.Ter-Qriqoryan
“Alban tarixi”nin I, II kitabının yazılması tarixini VII
əsrə, III kitabı isə X əsrə aid edir. İkinci fikir tərəfdarları
Y.A.Manandyan, N.Akinyan isə “Alban tarixi”nin yazıl-
masını X əsrə çəkirlər. Bu ikinci fikir həqiqətə uyğun
gəlmir və əsassızdır. Ona görə ki, X əsrə qədər “Alban
tarixi” əsərinin orijinalı mövcud olmuşdur. Bu orijinalı
ermənilər ələ keçirdikdən sonra onun üzünü erməni dilinə
çevirmişlər. Xüsusilə, Azərbaycan tarixçisi F.C.Məmmə-
dova “Alban tarixi” mətnini təhlil edərək onu X əsrə aid
edən erməni tədqiqatçılarının gətirdikləri dəlillərin
əsassız olduğu və həqiqətə uyğun gəlmədiyi qənaətinə
gəlir (bax: Ф.Дж.Мамедова. Проблема датировки «Ис-
тории Албан». – Azərbaycan SSR Elmlər Akademiya-
sının xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1974,
№3).
Ərəb qoşunları Azərbaycana gələrkən ermənilərin
kiçik etnik qrup kimi indiki Ermənistan ərazisindəki bəzi
yerlərdə heç bir dövləti olmadan Azərbaycanın hüdudları
içərisində yaşaması mümkünlüyünü bəlkə də qəbul et-
mək olar. A.Bakıxanovun verdiyi məlumata görə, “O za-
B u l u d x a n X ə l i l o v
88
man (ərəb xilafəti dövründə
–
B.X.) ermənilər ərəb
qoşununun zülmündən qaçıb, Qarabağın çətin gedilən
yerlərinə sığınmışdılar. Onların çoxu indi də bu yerlərdə
yaşamaqdadır”. (bax: A.Bakıxanov. Gülüstani – İrəm.
Bakı, 1951, s.51)
Onu da qeyd edək ki, VII əsrdə, ondan əvvəl, X
əsrdə, XIX əsrə qədər Qafqazda, Qafqaz Albaniyasında,
indiki Ermənistanda erməni adlı bir millətin dövləti
olmamışdır. Ona görə də bu ərazilərdə erməni dövlətinin
olmasını təsdiq edən tarixi, sosial, siyasi, etnik, coğrafi
məlumatlar da yoxdur. Bu da ermənilərin Qafqaz mü-
hitinə kənardan gəlmələrini sübut edir.
Hələ 1861-ci ildə K.Patkanyanın “Alban tarixi”
əsərini rus dilinə tərcümə etməsini də təsadüfi saymaq
olmaz. Ona görə ki, o, bu işi ilə Azərbaycan tarixinin tər-
kib hissəsinə çevrilmiş qədim Alban tarixini və Azərbay-
can tarixini saxtalaşdırmış erməni mütəxəssislərini dəs-
təkləməklə yanaşı, bu yolla saxta erməni tarixi yaradaraq
onu rus dili vasitəsilə daha geniş səviyyələrdə yaymağa
çalışmışdır.
Əslində ermənilər Alban kilsələrini ələ keçirtdik-
dən sonra albanlara məxsus olan materialları erməniləş-
dirməyə başlamışlar.
Bunu Mingəçevirdən – Sudaqılan yaşayış yerindən
aşkar edilmiş, qədim alban kitabələrindən olan xaçaltı
daşın üzərindəki kitabə də təsdiq edir. Burada tapılmış
xaçaltı yazılı daş qarqar-türk dilinə aiddir. Xaçaltı yazılı
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
89
daşı qarqar-türk dilində oxuyan müəllif yazır: “Əlbəttə,
bu (mətn – B.X.), Qriqoryan kilsəsinin alban kilsəsi
üzərində birinci qələbəsinə qədər olan bir dövrü əhatə
edir. Bundan sonrakı dövrlərdə alban yazılı mədəniyyəti
məhv edilmişdir. Ona görə də V-VIII əsrlər arasında olan
dövrə aid alban əlifbası ilə Mingəçevir epiqrafik abidə-
lərindən savayı heç bir yazılı material əldə edilməmişdir.
Bu onu göstərir ki, yad əllər daim alban mədəniyyətini
məhv etməyə çalışmışdır” (bax: Xanlar Mustafayev.
Mingəçevir epiqrafik abidələri. Elm və həyat, №11-12,
1990, s.25).
Deməli, ermənilər ələ keçirə bilmədikləri alban kil-
sələrinə, alban yazılı mənbələrinə toxuna bilməmişlər.
Ancaq ermənilər “Alban tarixi” əsərinin orijinalını
məhv edərək onu erməni dilində çap etdirmişlər. V.Qu-
kasyan yazır: “... Utilinin əsəri alban dillərinin birində
(bəlkə də udin dilində) yazılmış, çox sonra isə qədim
erməni dilinə tərcümə edilmişdir. Bunun nəticəsində də
əsərdə yerli dilə məxsus sözlər və qrammatik formalar
qalmışdır”. (bax: Ворошил Гукасян. Удинское слова в
«Истории Албан». – Azərbaycan SSR Elmlər Akade-
miyasının Xəbərləri. Ədəbiyyat, Dil və incəsənət seriyası,
1968, №1, s.61).
Başqa bir tərəfdən əsərin erməni dilində bizə çat-
ması isə hələ onun müəllifinin erməni olmasından xəbər
verə bilməz. Onda ərəb, fars, rus və s. dillərdə əsər yaz-
mış ərəb, fars, rus olmayan müəllifləri ərəb, fars, rus
B u l u d x a n X ə l i l o v
90
adlandırmalıyıqmı? Ərəb dilində “Divani-lüğət-it türk”
əsərini yazmış M.Kaşğarini, fars dilində yazmış N.Gən-
cəvini necə adlandırmalıyıq?! Birinə ərəb, digərinə
farsmı deməliyik?! Deməli, sadəcə olaraq, albanları er-
məniləşdirmək əsassızdır. “Alban tarixi” əsərinin müəl-
lifini erməni kimi qələmə vermək isə əsl tarixi həqiqəti
inkar etməkdən başqa bir şey deyildir.
“Alban tarixi” əsəri ermənilərin əlinə keçdikdən
sonra təbii ki, təhriflərə də yol verilmişdir. Məsələn, ki-
tabda Salar türklərinin mənşəyi təhrif edilərək heç bir
əsas olmadan tacik kimi təqdim olunur. Guya tacik
xalqının sayının azalması nəticəsində bir xalq meydana
çıxır və onun adı da Salar olur (bax: Мовсэс Каланкa-
туации. История страны Алуанk. Ереван, 1984, с.169).
Halbuki Salar türklərinin mənşəyinin taciklərlə heç
bir əlaqəsi yoxdur. Türkologiyadan məlumdur ki, Sa-
larlar karluq-uyğur qrupu türk dillərinə daxildir. Bu
qrupda salarlarla yanaşı, özbək, yeni uyğur, sarı-uyğur
dilləri də vardır. Bəzən salarlar müstəqil türk dili deyil,
uyğur dilinin bir dialekti də hesab olunur. Eyni zamanda
onların uyğur dilinin dialekti olmadığı, müstəqil türk dili
olması fikri də vardır. Salarların oğuz, oğuz-türkmən
qrupuna daxil olması və XIV əsrə qədər qıpçaqların əha-
təsində yaşaması, Şərqi Türküstana köçdükdən sonra
Xuançe çayı boyunca çinlilər, tibetlilər və monqollarla
əlaqədə olması məlumdur.
Dostları ilə paylaş: |