Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə143/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   139   140   141   142   143   144   145   146   ...   153

                                                                                                                                                  

395 


-Allah xeyir versin... Amma, Ağa bu havada nə səfərdi? Bu havanınkı odu ki, 

oturasan  evdə,  verəsən  özünü  kürsüyə,  dalını  da  söykəyəsən  nazbalışa.  Qoyalar 

qabağına  sarıbuğda  unundan  çalınmış  xəşili.Ağ  şanı  bəkməzinə  bılayıb  yeyəsən. 

Ya da ən yaxşısı Minasoltanın çaldığı quymağın üstünə tökəsən darçın, zəncəfıl və

quluncanı,  vurasan  bədənə,  canın  qızışa...  Səninki  budu.  Yoxsa,  şair  babasan 

dükanda işin yox, bazarda işin yox, bir dərdin yox bizim kimi! İndi mən bir azdan 

sonra dükana getməliyəm, səninki isə evdi... 

Seyid  Əzim  bu  kəvəzəliyə  cavab  tapa  bilmirdi:  "Bəli,  içərim  özümü  yandırır, 

çölüm sənin təkisini. Sənin o Allahın quymağ əvəzinə körpələrimə bir az əppek əta 

eləsə, toy bayramım olar... Damağlı kişisən, vallah!.." 

O qədimki adətini tərk etməyib, meşədinin ruhuna uyğun bir zarafat eledi. Bu 

zarafatda Meşədi Qənbərin çətin anlayacağı elə acı bir istehza var idi ki!.. dedi: 

-Bəli, meşədi, elə şair də gözəl buyurub: 

Atəş kənan, kürsü qıçı, dilbərin üzü  

Tanrı bilir ki, qış gününün laləzarıdı. 

Meşədi Qənbər qəhqəh çəkdi: 

-Aadə,  bu  elə  mənim  malımdı  ki...  bəh-bəh,  "atəş  kənarı,  kürsü  qıçı,  dilbərin 

üzü..." Mölüm kimindi? Yoxsa cənabınındı, Ağa? 

-Xeyr, meşədi, məndə elə tavana hanı? Seyid Əbülqasim Nobatinindi. 

-Hə... O da sənin kimi seyiddi?! Amma gözəl deyib. Allah rəhmət eləsin... 

-Eləsin, amma ölüb ölməməyini bilmirəm... 

-Neynək,  diriyə  də  rəhmət  var...  Yaxşı  zövqü  var  kişinin.Meşədi  xınalı-

fındıqçalı  barmaqları  ilə  çırtmıq  çalar  kimi  bir  hərəkət  eləyib,  şiş  papaqlı  başını

şerin ahənginə uyğun tərpədə-tərpədə bir də misraları təkrarladı. Əzbərləyirdi. 

-Bəli, zövqü var!.. Amma həsrətnən yazıb, meşədi! Deyəsən bu şeylər onun da 

qisməti olmayıb, əlinə düşməyib. Yoxsa belə yanıqlı deməzdi... 

Yol ayrıcına çatdılar... Şair tələsirdi, o sübh namazının dəstəmazını hamamda 

almağa gedən Meşədi Qənbər ilə yol yoldaşı ola bil 

 

 



                                                                                                                                                  

396 


Məzdi. Odur ki, kişinin nə isə soruşmağa hazırlaşdığını görüb, özünü bilməməzliyə

vurdu, dedi: 

-  Məni  bağışla,  meşədi,  tələsirəm,  səhhəti-vücud  cənabına,  mənim  yolum  bu 

yanadı... 

 Seyid Əzim Qalabazar hamamına bir tingə qalmış Meşədi Qənbərdən ayrıldı. 

"Nə  qədər  hava  babatdır,  özümü  gərək  Göylərə  yetirəm.  Doğrudur,  yol 

üzüyuxarıdır, amma nə olsa axşama gedib qayıdam gərək. Çoxdandı dostum Hacı

Nüsrəddini  görmürəm.  O  məni  bir  az  görər.  Ondan  özgə  indi  dərdimi  heç  kəsə

deyə  bilmərəm.  Dayı  cənab  Mahmud  ağaya  da  deməyə  dilim  varmır.  Keçən 

mənzuməni göndərəndən bəri bir ay yarım keçib, bir şey əta eləmədi. Ya yorulub-

usanıb, ya da yadından çıxıb. Bu axır vaxtlar mənim o məclislərə getməyə halım da 

yoxdıır. Gözünə də görünməmişəm ki, bəlkə yadına düşə... Nə isə, Allah şeytana 

lənət  eləsin... Görək  Meşədi  Qənbər dadaşın  üzü bizə də  yaxşı  bir  fal  olacaq  ya 

yox..." 


.O,şəhərdən  çıxanda  artıq  hava  çoxdan  aralanmışdı,  dağların  qarlı  zirvələri 

firuzəyi  səmada  ağ  pambıq  qalaqları  kimi  ap-aydın  nəzərə  çarpırdı.  Əvvəl  çox 

yüngül  nəfəs  alırdı,  lakin  yoxuşa  qalxdıqca  nəfəsi  təngiməyə  başladı,  başlığın 

bağını  boşaltdı...  Deyəsən  alnı  da  tərləmişdi.  Kürkün  cibindən  dəsmalını  çıxarıb 

alnını  sildi,  isti  nəfəsi  qırova  dönüb  bığlarına  və  xəttinə  çökmüş,  tüklərini 

codlaşdırmışdı... "Qəribədir, bir sifətdə iki iqlim? Papaq altında alnım tərləyib, açıq 

qalmış  sifətim  buz  bağlayıb",  -  deyə  dəsmalla  bığ  və  xəttini  də  sildi.  Dəsmalı

qatlayıb  cibinə  qoyanacan  əlləri  buzladı.  O  əllərini  ağzına  tutub  hoyxurdu, 

barmaqlarını  azca  qızdırıb  əllərini  çalın-çarpaz  kürkün  qoluna  keçirtdi...  Kiçik 

fasilə dayanacaq onun qüvvəsini az da olsa bərpa elədi, dincini alan kimi oldu. Və

yenidən irəlilədi. Yol indi dağa tərəf qalxır, yoxuş sərtləşirdi. O, əsasını qalın qara 

batırır,  əvvəlcə  qar  altındakı  çala-çökəkləri  yoxlayır  və  aranı-aram  irəliləyirdi. 

"Belə getsəm, axşama gücnən Hacı Nüsrətgildə ollam", - deyə düşündü. Yenə də

durdu.  Uzaqdan,  durduğu  hündürlükdən  arxaya,  keçdiyi  yola  baxdı...  Təbiət  ağ

cuna bürünmüş, yorğun bir pəri kimi yatmış, dərin yuxuya dalmışdı. Uzaq obaların 

üstündən  nazik-nazik  mavi,  qara-mavi  tüstülər  tütürdü...  Yollarda,  dönəm-dönəm 

keçdiyi hər qarışına bələd olduğu bu dağlarda, dərələrdə bir nəfər də yox idi. ..Nə

isə,  nə  cins... bir  canlı  belə...  Mal-qara  tövlələrdə,  insanlar  daxmalarda...  Ağaclar 

ağ  qalın  qar  yorğanının  altında  uyuyurdu...  Təkcə  mənim  şairimdir  yollarda... 

Şirvandan çıxan yollardan birində... 

 

 



                                                                                                                                                  

397 


Hava birdən-birə elə pırtlaşdı ki, nadinc nəvələrin dolaşdırdığı kələf kimi... aç 

görüm  necə  açırsan,  nənə...  Çovğun  çovudu,  qar  ələdi,  firuzəyi  göylərin  üzünü 

tüstü kimi, duman kimi sıx buludlar aldı... hava çaxnaşdı... göz-gözü görməz oldu. 

Onun  nəfəsi  tıxandı,  soyuq  külək  kürkün  qollarından,  yaxasından  soxulub  canını

aldı, ürəyinə işlədi. Şagirdi Ələsgər demişkən gözlərinin içində giləsi də donmağa 

başladı...  "İlahi,  yazıq  babam  nə  qədər  haqlı  imiş!  "Qələm  əhli  həmişə  zəlalətdə

olub  külfət  yanında  üzüqara  olub...  oğul,  bir  sənətdən  yapışmadın..."  Bəli.  bir 

sənətdən yapışsaydım, heç olmasa Meşədi Qənbər kimi bir kişi olardım. Bir parça 

çörəyim, ev-eşiyim olardı... Gündə bir siğə, ildə bir övrət, cəvanəzən... Lənət olsun 

o zəmanəyə ki, doğru danışanın papağının qulağı cırıqdır. Lənət olsun o zəmanəyə

ki,  həqiqət  deyənin  dili  kəsilir,  əhli-beyti  möhtac  olur..."  Sözlər,  fıkir-xəyallar 

Seyid Əzimi isindirir, o hirslə-hikkəylə irəliləyir, indi artıq yolu görməkdən ziyadə

hiss  edərək  gedirdi...  Ay  el,  ay  oba,  ay  gələcək  nəsillər!  Axı  siz  də  mənimləsiz, 

dostlar! Gəlin elə hayqıraq ki, kor gözlər açılsın, şairi görsün!.. Batmış qulaqlardan 

tıxac  çıxsın,  sədamızı  eşitsin!  Korşalmış  beyinlər  ziyalansın,  axı  şairim 

zəlalətdədir, bərkə düşüb, qar-kirvə, yoxuş əldən salır onu, bir yandan da mənəvi 

ağrı... Əldən gedir şairim... 

O, əsasına dayandı... arxasını küləyə çevirib nəfəsini dərdi... 

-Ağa,  cəddinə  qurban  olum,  sən  belə  bivaxt  çağı  yol-iriz  yox,yolda  nə 

qayırırsan? 

Səs  Hacı  Nüsrətdinin  kiçik  qardaşı  Məhyəddinin  idi.  Seyid  Əzim  dərindən 

nəfəs  almaq  istədi,  qar  ağzına  doldu.  Gözlərinmi  dolub,  Seyyid,  yoxsa  külək 

yaşardıb onları? 

-Sizə gedirdim, Məhyəddin, oğul, hava əvvəl bəd deyildi. 

Məhyəddin heç bir şey anlamadı: "Atsız, pay-piyada bu havada,görəsən nə böyük 

vacib işi var ki, bu qargirvədə yola çıxıb? Allah xeyir eləsin! İlahi, cəddi ona niyə

kömək olmur, belə nurani kişinin?" 

Ağa cavanın baxışlarından qəlbindəkiləri anlayırdı: "Cəddimin gücü olsaydı, öz 

balalarını Kərbəlada qırıb, arvad-uşaqlarını Şamə əsir aparmazdılar". 

Amma o bu sözləri indi cavana deyəcək halda deyildi. Həm, mövqe deyil, həm 

də  başqa  cür  tələqqi  oluna  bilərdi.  Cavan  isə  artıq  atdan  enmiş,  üzəngini  əvəz 

eləyən  çatını  basıb  köməkləşmiş,  donmaqda  olan  Ağanı  navarın  üstündə

rahatlamış, çuxanın və kürkün ətəklərini altına tərəf basdırmışdı. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə